Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı — Vikipediya
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı KTMT | |
---|---|
Организация Договора о коллективной безопасности Арганізацыя Дамовы аб калектыўнай бяспецы Ұжымдық қауіпсіздік туралы шарт ұйымы Жамааттык коопсуздук жөнүндө келишим уюму Созмони Аҳдномаи амнияти дастаҷамъӣ | |
Növü | Hərbi ittifaq |
Yaranma tarixi | 15 may 1992 |
Rəsmi dili | Rus dili |
Mərkəzi | Moskva, Rusiya |
Sədr | İmanğali Tasmağambetov |
Üzvləri | Ermənistan Belarus Qazaxıstan Qırğızıstan Rusiya Tacikistan |
odkb-csto.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT; rus. Организация Договора о коллективной безопасности, Organizacija Dogovora o kollektivnoj bezopasnosti, ODKB) — 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı post-Sovet dövləti olan Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzaladılar.[1] Üç digər post-Sovet ölkəsi olan Azərbaycan, Belarus və Gürcüstan isə 1994-cü ildə bu müqaviləni imzaladı. Beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəldi. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olundu. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk etdi.
Yeni yaradılmış təşkilatın baş katibi vəzifəsinə Nikolay Bordyuja təyin olundu. 23 iyun 2006-cı ildə Özbəkistan KTMT-nin tam hüquqlu üzvü elan olundu və 28 mart 2008-ci ildə özbək parlamenti üzvlüklə bağlı qanunu ratifikasiya etdi.[2] 2012-ci ildə isə Özbəkistan təşkilata üzvlükdən imtina etdi. KTMT BMT Baş Assambleyasında müşahidəçi təşkilat kimi qeydiyyatdan keçmişdir.
KTMT nizamnaməsinə əsasən bütün üzv ölkələr güc tətbiq etməkdən çəkinməyə səslənilir.[3] Üzv ölkələr hər hansı başqa bir hərbi ittifaqa və ya ölkə qruplarına qoşula bilməz, həmçinin üzv ölkələrdən hansısa birinə qarşı təhlükə yaranacağı təqdirdə bu təşkilata üzv olan digər ölkələrə qarşı da aqresiya kimi qəbul edilir. Təşkilatdaxili əməkdaşlığı inkişaf etdirmək məqsədilə KTMT ölkələri hər il müntəzəm olaraq hərbi təlimlər təşkil edir. "Rubej 2008" adı altında Ermənistanda təşkil olunan hərbi təlimdə üzv ölkələrin hər birindən ümumilikdə 4000 nəfər iştirak etmişdir. Bu cür təlimlər zamanı üzv ölkələr arasında kollektiv təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə operativ, taktiki və strateji məşqlər təşkil olunur.[4] Belə təlimlərdən ən genişmiqyaslısı isə 2011-ci ildə Mərkəzi Asiya və Cənubi Rusiyada təşkil olunmuşdur. Bu zaman ümumilikdə 10.000 nəfər hərbçi və 70 döyüş aviasiyası təlimlərə cəlb olunmuşdur.[5] Rusiyanın təşkilatın digər üzvlərinə öz ərazilərində xarici dövlətlərə məxsus yeni hərbi bazaların yerləşdirilməsinə veto qoymaq hüququ var. Üçüncü ölkəyə məxsus hərbi bazaların hər hansı KTMT üzvü olan dövlətdə yerləşdirilməsi üçün mütləq təşkilatın qalan bütün üzvlərinin rəsmi şəkildə razılığı olmalıdır.[6]
KTMT-də "rotasiya qaydasında sədrlik" sistemi fəaliyyət göstərir ki, bunun da nəticəsində təşkilata rəhbərlik edən ölkə hər il dəyişir.[7]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ed, Alexei G. Arbatov …,. Russia and the West : the 21st century security environment. Armonk, NY [u.a.]: Sharpe. 1999. səh. 62. ISBN 978-0-7656-0432-3. 2019-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2018.
- ↑ "Archived copy". 27 fevral 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2018.
- ↑ Obydenkova, Anastassia. "Comparative regionalism: Eurasian cooperation and European integration. The case for neofunctionalism?" (PDF). Journal of Eurasian Studies. 2 (2). 23 noyabr 2010: 91. doi:10.1016/j.euras.2011.03.001. 2020-04-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-04-21.
- ↑ Sputnik. "Former Soviet states boost defense capability in joint drills". 22 iyul 2008. 2014-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-21.
- ↑ J. Berkshire Miller, The Diplomat. "Russia Launches War Games". The Diplomat. 2011-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-21.
- ↑ Vladimir Radyuhin. "CSTO tightens foreign base norms". The Hindu. 2013-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-21.
- ↑ "Arxivlənmiş surət". 2013-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-21.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- CSTO Official Site (rus.)
- CSTO Official Site (ing.)
- Official Site of the Parliamentary Assembly of the CSTO (rus.)
- KTMT-nin nizamnaməsi (ing.)