Berlin divarı — Vikipediya

Berlin divarı
Berliner Mauer
Antifaschistischer Schutzwall
Xəritə
Ümumi məlumatlar
Ölkə
Koordinatlar 52°30′16″ şm. e. 13°26′28″ ş. u.HGYO
Şərəfinə adlandırılıb Berlin
Texniki detallar
Material armaturlanmış beton
Veb-sayt
berlin.de/mauer/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Sərhəd keçidi ilə Şərq və Qərb Berlin sərhədləri (interaktiv xəritə)
Berlin divarının görünüşü (1986)

Berlin divarı (alm. Berliner Mauer‎) — Almaniya Demokratik Respublikası ilə Qərbi Berlin arasında 13 avqust 1961-ci ildə uzunluğu 155 km (o cümlədən Berlin civarında 43,1 km) olan möhkəmləndirilmiş və 1989-cu ilə qədər mövcud olmuş dövlət sərhədi.

Erkən hadisələr

[redaktə | mənbəni redaktə et]

İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Berlin dörd divarla ABŞ, Böyük Britaniya, FransaSSSR mühasirə olunmuşdu. Ümumi düşmən üzərində qələbədən sonra Sovet İttifaqıNATO arasında qarşıdurma bütün gücü ilə güclənməyə başlayır. Tezliklə Almaniya və Berlin ümumilikdə iki düşərgəyə – ADR (Almaniya Demokratik Respublikası) və AFR (Almaniya Federativ Respublikası) bölünür. Qərbi Berlinlə dövlət sərhədi rejiminin tətbiqinə və sərhəd istehkamlarının qurulmasına Varşava müqaviləsi üzv-ölkələrin tövsiyəsi ilə 1961-ci il avqustun 13-də başlanılmışdır. Bu divarın ucaldılması ilə qədim alman paytaxt şəhərinin müttəfiq amerika, ingilis və fransız qoşunlarından tamamilə təcrid olunması gerçəkləşdirilmiş və 1948-ci ildə ikiyə bölünmüş Berlinin hissələri arasında əlaqə tamamilə kəsilmişdir. İki hissə arasında əsl sərhədin olmaması tez-tez münaqişələrə, məhsul qaçaqmalçılığına və mütəxəssislərin AFR tərəfə keçməsinə səbəb olurdu. Tək 1961-ci ilin 1 yanvarından avqustun 13-nə qədər ADR-dən 207 min mütəxəssis qarşı tərəfə keçmişdi. Bu zaman hökumətin bildirdiyinə görə, dövlət bundan illik 2,5 milyard mark zərər əldə edir.

13 avqust 1961-ci il tarixində divarın inşa edilməsinə başlanılır. Divarın tikintisi və tam təmin edilməsi 1962-ci ildən 1975-ci ilə qədər davam edir və 1975-ci ildə son görünüşünə sahib olur. Berlin divarı hündürlüyü 3,60 m olan beton hissələrdən ibarət idi və yuxarıdan keçilməz silindirli baryerlərlə təmin edilmişdi. Divardan əlavə, yeni gözətçi qüllələri də inşa edilmişdi. 80-ci illərin sonuna yaxın isə videokameraların, hərəkət ötürücülərinin və hətta uzaqdan idarəetmə sisteminə sahib silahların quraşdırılması planlaşdırılırdı. Berlin divarı 1989-cu ildə orta hündürlüyü 3,6 m və ümumi uzunluğu 106 km olan beton divardan, metal tordan (65,5 km), gərginlik altında siqnal çəpərindən (127,5 km), həmçinin ayrı-ayrı sahələrdə xəndəklərdən (105,5 km) və tank əleyhinə istehkamlardan ibarət idi. Berlin divarı boyunca 302 gözətçi qülləsi və digər sərhəd qurğuları quraşdırılmışdı. Çay və su hövzələrindən keçən sərhəd yerlərində hasar yox idi. Sərhəddə ilk vaxtlar 13 nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərirdi; 1989-cu ildə onların sayı üç idi.

1949–61-ci illərdə Qərbi Berlindən keçməklə təqribən 1,6 mln. nəfər ADR-i qeyri-leqal şəkildə tərk etmişdir. İstehkamların qurulmasına və sərhədin ciddi qorunmasına baxmayaraq, ADR vətəndaşlarının Qərbi Berlinə qaçması davam edirdi. 1961–88-ci illərdə təqribən 39 min nəfər sərhəd istehkamlarını keçə bilmişdi. Sərhədi keçməyə cəhd edənlərin 192 nəfəri həlak olmuş, təqribən 200 nəfər yaralanmış, 3 mindən çox həbs olunmuşdur.

12 iyun 1987-ci il tarixində ABŞ prezidenti Ronald Reyqan Berlinin 750 illiyi ilə bağlı Branderburqda çıxışı zamanı Mixail Qorbaçovu divarın sökülməsinə səsləyir. Qorbaçov isə Reyqanın təklifinə razılıq verir. 9 noyabr 1989-cu ildə Almaniya Demokratik Respublikasının hökuməti Almaniya Federativ Respublikası əhalisi ilə təmasa qoyulmuş məhdudiyyəti aradan qaldırmaq qərarını qəbul edib. ADR hökuməti kütləvi xalq çıxışlarının təzyiqi ilə 1989-cu il noyabrın 11-də Qərbi Berlinlə əlaqə məhdudiyyətlərini aradan qaldırdı, 1990-cı il iyulun 1-də isə sərhəd nəzarətini tamamilə ləğv etdi. Onda Şərqi Berlinin minlərlə sakini qərb tərəfə axın edib. ADR ilə Qərbi Berlin arasındakı sərhəd istehkamlarının dağıdılması rəsmən 1990-cı ilin yanvarında başladı və həmin ilin noyabrında başa çatdı. Onun yalnız kiçik bir hissəsi gələcək nəsillərə xatirə olaraq saxlanılır.

Uzunluğu 1,3 km olan Berlin divarının hissəsi abidə kimi ("East-Side-Galery") saxlanıldı. Almaniyanın birləşməsindən sonra (oktyabr, 1990) AFR hakimiyyət orqanları ADR ilə AFR və Qərbi Berlin arasındakı sərhəddə insanların ölümü ilə nəticələnən silah tətbiqində günahlandırılan şəxsləri, o cümlədən ADR-in keçmiş yüksəkvəzifəli rəhbərlərini məsuliyyətə cəlb etdi.[1][2]

  1. Большая Российская энциклопедия. Том 3. стр. 382. Москва. Научное издательство "Большая Российская энциклопедия". 2005 г. ISBN 5-85270-331-1 Дополнительный ISBN 5-85270-320-6
  2. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 468. ISBN 978-9952-441-07-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]