İkinci Dünya müharibəsində Şərq cəbhəsi — Vikipediya
Şərq cəbhəsi | |||
---|---|---|---|
İkinci Dünya müharibəsi | |||
Tarix | 22 iyun 1941 – 25 may 1945[qeyd 1] (3 il, 11 ay və 3 gün) | ||
Yeri | Şərqi Avropa, Mərkəzi Avropa və Balkan yarımadası | ||
Səbəbi | Üçüncü Reyxin Barbarossa əməliyyatına start verməsi | ||
Nəticəsi | SSRİ-nin qələbəsi
| ||
Ərazi dəyişikliyi |
| ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
Tərəflərin qüvvəsi | |||
| |||
İtkilər | |||
| |||
Ümumi itkilər | |||
| |||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Şərq cəbhəsi (alm. die Ostfront, ing. Eastern Front)[9], Böyük Vətən müharibəsi (rus. Великая Отечественная война, translit. Velikaya Oteçestvennaya Voyna) və ya Almaniya–SSRİ müharibəsi (ing. German-Soviet War)[10] — İkinci dünya müharibəsi illərində Şərqi Avropa, Mərkəzi Avropa və Balkan yarımadasında Berlin-Roma-Tokio oxu və Finlandiya ilə SSRİ, Polşa və Antihitler koalisiyası arasında 22 iyun 1941–9 may 1945-ci illərdə baş vermiş müharibə cəbhəsi.
Şərq cəbhəsində baş verən döyüşlər tarixin ən böyük hərbi qarşıdurmaları olmuşdur.[11] Onlar tarixdə görünməmiş vəhşilik, genişmiqyaslı dağıntılar, kütləvi deportasiyalar və çoxlu insanın döyüş, aclıq, xəstəlik və qırğınlara görə həyatını itirməsi ilə xarakterizə edilir. Şərq cəbhəsi demək olar ki, bütün həbs düşərgələrinin fəaliyyət göstərdiyi, gettoların tərtib edildiyi və poqromların, Holokostun baş verdiyi yer hesab edilir. İkinci Dünya müharibəsində təxminən 70 milyon nəfər həlak olmuşdursa, bu ədədin 30 milyonu Şərq cəbhəsinə aiddir. Şərq cəbhəsi İkinci Dünya müharibəsinin Avropa hissəsinin nəticəsini müəyyənləşdirmədə həlledici rol oynamışdır və Üçüncü Reyxin məğlub olmasının əsas səbəbidir.
Cəbhənin iki əsas döyüşçü tərəfi Üçüncü Reyx və Sovet İttifaqı idi. Şərq cəbhəsinin hərbi əməliyyatlarında iştirak etməyən ABŞ və Böyük Britaniya Sovet İttifaqına lend-liz şəklində çoxlu yardım göstərmişdir.
Arxaplan
[redaktə | mənbəni redaktə et]İkinci Dünya müharibəsinin Şərq cəbhəsinin başlamasının əsas səbəbi faşizm və kommunizm rejimləri arasındakı ziddiyyətlər idi.[12] Bolşeviklərin hökumətə gəlməsindən sonra, Almaniyada antikommunist fikirlər yayılmağa başlayırdı. Bu fikirlər Adolf Hitlerin hökumətə gəlməsindən sonra kəskin şəkildə artmışdır.[13] SSRİ tərəfindən faşizm təhlükəsinin lazımınca qiymətləndirilməməsi də müharibənin mühüm səbəblərindən biri idi. 1941-ci ilin yazında Yuqoslaviya və Yunanıstan danışıqsız faşistlərə təslim oldu. Balkanlardakı Britaniya korpusu Misirə qaytarıldı. Daha sonra faşistlər, demək olar ki, bütün Avropanı özlərinə tabe etmişdilər. Qarşıda SSRİ-nin işğalı dururdu. Almaniya SSRİ üzərinə "Barbarossa" adlı hücum planı hazırlamışdı. Plana görə, SSRİ 1941-ci ilin payızına kimi işğal edilməli idi.[14]
Döyüşlər
[redaktə | mənbəni redaktə et]1941-ci ilin iyununda Almaniya SSRİ-yə hücum etdi. "İldırımsürətli müharibə" strategiyasına əsaslanan alman qoşunları qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmaq niyyətində idilər. Kiyev və Smolenski ələ keçirən almanlar həmin ilin payızında Moskvaya yaxınlaşdılar, lakin dekabrda sovet qoşunlarının əks-hücumu ilə Moskva ətrafında alman qoşunları darmadağın edildi. Bununla da "İldırımsürətli müharibə" planı puça çıxdı.
Antihitler koalisiyası döyüşlərdə uğur qazana bilmirdi. Bu, almanlara Şərqdə SSRİ-yə qarşı hücumu genişləndirməyə imkan yaratdı, lakin almanların hücumu Stalinqrad yaxınlığında dayandırıldı. Sovet qoşunlarının əks-hücumu faşistlərin ağır məğlubiyyəti ilə başa çatdı. Strateji üstünlük müttəfiq qoşunlarının tərəfinə keçdi. Müharibədə tam əsaslı dönüş yarandı.
Bu zaman Leninqradın blokadası yarıldı. Sovet qoşunları Qafqazda hücuma keçib almanları geri oturtdu. 1943-cü ilin yayında baş vermiş Kursk döyüşündə faşistlərin məğlub edilməsi ilə sovet-alman cəbhəsində əsaslı dönüş başa çatdı.
Qızıl Ordu 1944-cü ilin sonuna kimi SSRİ ərazisi faşistlərdən tamamilə azad etdi. Sovet ordusu Şərqi Prussiya və Polşaya daxil oldu. 1944-cü ilin sentyabrında Bolqarıstan və Rumıniya müttəfiqlərlə barışıq imzaladı və Almaniyaya müharibə elan etdilər. Bu zaman sovet ordusu Yuqoslaviyaya daxil oldu.[14]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Böyük Vətən müharibəsi
- İkinci dünya müharibəsində Sakit okean cəbhəsi
- Azərbaycan İkinci dünya müharibəsində
- Polşanın işğalı (1939–1945)
- Qələbə Günü
- Georgi lenti
Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ Almaniya 8 may 1945-ci ildə danışıqsız təslim oldu. Buna baxmayaraq, Almaniyaya bağlı Vermaxt qüvvələri Polyana döyüşünün sonuna qədər vuruşmağa davam etmişdir. Xorvatiya Müstəqil Dövləti 25 may 1945-ci ildə, Odjak döyüşünün sonuna qədər vuruşmağa davam etmişdir.
- ↑ Almaniyanın müttəfiqləri cəbhəyə əhəmiyyətli dərəcədə əsgər və xammal göndərmişdir. Bir neçə xarici qüvvə də Almaniyaya dəstək göstərmişdir. Nümunə olaraq, Frankist İspaniyanın Mavi Diviziyası və Vişi Fransanın Bolşevizmə qarşı fransız könüllülər legionunu göstərmək olar.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Toomas Alatalu. Tuva: A State Reawakens. 44. Soviet Studies. 1992. 881–895.
- ↑ Rüdiqer Overmans. Deutsche militärische Verluste im Zweiten Weltkrieg. Oldenbourg. 2000. ISBN 3-486-56531-1
- ↑ Riçard Overi. The Dictators: Hitler's Germany and Stalin's Russia. 2004. ISBN 0-7139-9309-X
- ↑ Commissariato generale C.G.V. Ufficio Storico dello Stato Maggiore dell'Esercito (Edizioni 1986). Ministero della Difesa.
- ↑ Krivoşeev, Q. İ. Rossiia i SSSR v voinakh XX veka: Poteri vooruzhennykh sil; statisticheskoe issledovanie. OLMA-Press. 2001. 200–203. ISBN 5-224-01515-4
- ↑ Erlikman, Vadim. Poteri narodonaseleniia v XX veke: spravochnik. Moskva. 2004. ISBN 5-93165-107-1
- ↑ Aksuorsi, Mark. Third Axis Fourth Ally. Arms and Armour. 1995. səh. 216. ISBN 1-85409-267-7
- ↑ Krivoşeev, Q. İ. Soviet Casualties and Combat Losses. Greenhill. 1997. ISBN 1-85367-280-7
- ↑ "Die Ostfront 1941–1945". www.russlandfeldzug.de. 28 sentyabr 2007 tarixində arxivləşdirilib. [ölü keçid]
- ↑ Qlants, Deyvid M. "The Failures of Historiography: Forgotten Battles of the German-Soviet War (1941–1945)". Foreign Military Studies Office. 16 dekabr 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2018.
- ↑ "World War II: The Eastern Front". The Atlantic. 18 sentyabr 2011. 2015-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2018.
- ↑ Bernard Vasserstayn. Barbarism and Civilization: A History of Europe in our Time. 2007. səh. 158–64, 173–89.
- ↑ Bauer, Yehuda. "Why Did World War II Break Out?". Yadvashem.org. 2017-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2018.
- ↑ 1 2 Yaqub Mahmudlu, Tofiq Nəcəfli, Kərəm Məmmədov, Sevil Bəhramova, Sabir Ağayev. Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün "Ümumi tarix" fənni üzrə dərslik. "Şərq-Qərb" Nəşriyyatı. 2016. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2018.