Rumıniya Sosialist Respublikası — Vikipediya

Sosialist Respublikası
Rumıniya Sosialist Respublikası
Republica Populară Română
Republica Socialistă România
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
 
 

Paytaxt Buxarest
Rəsmi dilləri Rumıniya
Valyuta Rumıniya leyi
Ərazisi 237 500 km²
Əhalisi 23 102 000 (1987)
İdarəetmə forması bir partiyalı parlament respublikası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rumıniya Sosialist Respublikası — müasir Rumıniya ərazisində 1947-ci ildən 1989-cu ilə qədər mövcud olmuş dövlət. 1947-ci ilin 30 dekabrından 1965-ci ilin 21 avqustuna qədər adı Rumıniya Xalq Respublikası (rum. Republica Populară Română) olub. 21 avqust 1965-ci ildən 1989-cu ilə qədər isə ölkə Rumıniya Sosialist Respublikası (rum. Republica Socialistă România) adlanıb. 1989-cu ilin dekabr ayında baş vermiş inqilab zamanı Nikolae Çauşeskunun diktaturası ləğv edilmiş və bununla da Rumıniya Sosialist Respublikasının mövcudluğuna son qoyulmuşdur.

Kommunistlərin hakimiyyətə gəlməsi

[redaktə | mənbəni redaktə et]

İon Antoneskunun hakimiyyəti zamanı kommunistlərin təqib edilməsinin miqyası çox böyük ölçülər aldı. 1944-cü ilə qədər Rumıniya Kommunist Partiyasının bütün liderləri ya həbsxanada idilər, ya da baş götürüb Moskvaya qaçmışdılar.

Bununla da üzvlərinin sayı onsuz da az olan zəif partiya rəhbərliyini də itirmişdi. Buna görə də o Rumıniyanın siyasi arenasında əhəmiyyətli rol oynaya bilmirdi.

1944-cü ildə İon Antonesku diktaturası devrildikdən və Rumıniya SSRİ-nin təsir dairəsinə düşdükdən sonra vəziyyət kəskkin surətdə dəyişdi.

Ölkədə qısa müddətdə bir neçə hökumət dəyişdikdən sonra SSRİ general Konstantin Seneteskunun (23 avqust 1944 – 16 oktyabr 1944) və general Nikolae Redeskunun (6 dekabr 1944 – 6 mart 1945) rəhbərliyi ilə birinci nazir vəzifəsinə "öz adamını" — Petru Qrozanı gətirir.

Petru Qrozanın hökuməti ölkənin kommunist ideologiyasına uyğunlaşdırılması kursu yürüdür və 1946-cı ildəki seçkilərdə kommunistlərin qalib gəlməsinə şərait yaradır.

Kommunist qüvvələrinin qələbəsindən sonra müxalifət liderləri həbs edilir. Rumıniya kralı I Mixay tax-tacdan imtina edir və ölkədə monarxiya institutu ləğv edilir.

30 dekabr 1947-ci ildə Rumıniya Xalq Respublikası elan edilir, 1948-ci ildə isə konstitusiya qəbul edilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. http://www.monitoruljuridic.ro/act/decret-lege-nr-2-din-27-decembrie-1989-privind-constituirea-organizarea-si-functionarea-consiliului-frontului-salvarii-nationale-si-a-consiliilor-teritoriale-ale-frontului-salvarii-nationale-emitent-20050.html.