İnnfirtel — Vikipediya

Tarixi Innbaiern əraziləri
İnnfirtel
Ümumi məlumatlar
Ölkə Avstriya
İnternet saytı innviertel.at
Xəritədə yeri
İnnfirtel xəritədə
İnnfirtel xəritədə
İnnfirtel
İnnfirtel
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnnfirtel (alm. Innviertel‎, hərfi mənası: «İnnin dörddə biri ») — Avstriyanın tarixi vilayəti. İnnfirtel vilayəti İnn çayının çənub-şərqində yerləşir. İnnfirtel Yuxarı Avstriya torpağının qərb hissəsidir. Şimal-qərbdən Almaniyanın Bavariya torpağı ilə həmsərhəddir. Vilayət Yuxarı Avstriya subreqionunun dörddə birini təşkil edir. Digər üç vilayət: Xausrukfirtel, Myulfirtel və Traunfirtel.

Coğrafiyası və əhalisi

[redaktə | mənbəni redaktə et]

İnnfitel vilayəti özündə üç rayonu birləşdirir: Şerdinq, Rim-im-İnnkrays və Braunau-am-İnn. Zalsax, İnn, Dunay və Hausruk çayları bu vilayətin ərazisindən keçir. Vilayətin ümumi sahəsi 2250 km²-dir. Əhalinin ümumi sahəsi 215 min nəfərdir. Əhalisi Aşağı Bavariya dialektinə bənzər formada danışırlar. Əsas şəhərləri :Braunau-am-İnn, Şerdinq, Rim-im-İnnkrays, Mattoqofen, Althaym. Alp ön dağlarının ətəklərində yerləşən bu vilayət əsasən düzənlik relyefə malikdir. Qranitdaş kömür yataqları ilə zəngindir.

Erkən orta əsrlərdə vilayət alman hersoqluğu olan Bavariyaya aid edilirdi. Ərazi Innbaiern adlanırdı. 1779-cu ildə baş vermiş Bavariya torpaqları hakimliyi müharibələrində İnnfrtel Avstriya hakimiyətinin əlinə keçdi. Napoleon müharibələri zamanı vilayət Şenbrunnsk müqaviləsinə əsasən 1809-cu ildən yenidən Bavariyaya verildi. Ancaq bu müqavilə Xausrukfirtelə şamil olunmurdu. 1816-cı ildən isə Vyana konqresinin qərarına əsasən vilayət Avstriya imperiyasına birləşdirildi.[1]

Tanınmış adamları

[redaktə | mənbəni redaktə et]

Adolf HitlerÜçüncü Reyx zamanı alman dövlət və siyasət adamı, diktator. Anton Saylinqer — avstriya fiziki, fotonların köməyi ilə ilk dəfə olaraq kvat teleportasiyasını həyata keçirmişdir. Frans Qruber — məktəm müəllimi, kompozitor, populyar "Sakit gecə" himninin müəllifi. Ernst Kaltenbrunner — Üçüncü Reyx zamanı tanınmış alman siyayətçisi.

  1. "225 Jahre Innviertel bei Oberösterreich" (alman). 3 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]