İtaliya A Seriyası — Vikipediya
Ölkə | İtaliya |
---|---|
Konfederasiya | UEFA |
Açılış ili | 1898 |
İlk sezon | 1929 |
Komandaların sayı | 20 |
Liqalar sistemində səviyyə | 1 |
Aşağı liqa | İtaliya B Seriyası |
Digər kubok(lar) | Superkoppa İtaliya |
Liqa kubok(lar) | İtaliya Kuboku |
Beynəlxalq kubok(lar) | UEFA Çempionlar Liqası UEFA Avropa Liqası |
Son çempion | İnter Milan (20-ci dəfə) (2023-24) |
Ən uğurlu komanda | Yuventus (36 dəfə) |
Veb səhifəsi | www.legaseriea.it |
Cari mövsüm |
İtaliya A Seriyası — İtaliya futbol liqasının ali divizionu, dünyada ən güclü futbol divizionlarından biri sayılır, UEFA ölkə reytinqində IV yerdədi (2014 ilə əsasən)[1] Çempionatın rəsmi sponsoru Telecom Italia sayılır, elə çempionatın adıda bununla bağlıdı it. Lega Nazionale Professionisti Serie A TIM.
Format
[redaktə | mənbəni redaktə et]2004–05 sezonundan etibarən italyan çempionatda 20 komanda iştirak edir. Futbol mövsümü ərzində (avqustdan maya qədər) hər bir komanda bir biri ilə 2 dəfə qarşılaşırlar. Beləliklə bir klub mövsüm ərzində 38 oyun keçirdir (andata adlanan 1-ci dövrədə 19, və ritorno adlanan 2-ci dövrədə 19 oyun). Görüşlərin ardıcıllığı hər iki dövrədə eynidir.
Komandalar qələbəyə görə 3, heç-heçəyə görə isə 1 xal qazanırlar. Məğlubiyyətə görə xal verilmir. Klublarin eyni miqdarda xal topladığı halda, vurulmuş və buraxılmış topların fərqi müqayisə olunur. Əgər eyni miqdarda xalı çempionatda birinci yerdə olan komandalar qazanıblarsa, onda bu qayda etibarsız sayılır. Hər mövsümün sonunda hamıdan çox xal toplamış klub qalib elan edilir. Turnir cədvəlinin son üç yerində qərarlaşan komandalar (18,19 və 20 yerlərin sahibləri) Seria B keçirlər.
İlk 3 yerin sahibi olan komandalar Çempionlar Liqasına vəsiqə qazanırlar. İlk 2 yeri tutumuş klublar bir başa qrup mərhələsindən iştirak etməyə başlayırlar. Üçüncü yeri tutmuş klub üçüncü təsnifat mərhələsindən başlayır və qrup mərhələsinə düşmək üçün, ona başqa klubla iki oyunluq qarşıdurmada qələbə qazanmaq lazımdır. Dördüncü və beşinci yerləri tutmuş klublar Avropa Liqasında oynamaq haqqını qazanırlar. İtaliya Kubokunu qazanmış komanda İtalyanı Avropa Liqasında təmsil edən üçüncü komanda kimi iştirak edir. Amma əgər kubokun hər iki finalçıları artıq Avropa Lİqasında və ya Çempionlar Liqasında iştirak edirlərsə, onda vəsiqəni çempionatın 6-cı komandası alır.
Tarix
[redaktə | mənbəni redaktə et]Seria A hazırkı formatda öz fəalətini 1929 ildə başlayıb. 1898–1929 illərdə yarış regional prinsip ilə parçalanmış qruplar üzrə keçirilirdir. Torino klubu 1948/1949 illərdə mövsümün sonuna yaxın və klubunun böyük hissəsinin həyatına son qoymuş təyyarə qəzası səbəbi ilə iştirakdan imtina etmişdir.
Bu çempionatı tez-tez skudetto adlandırırlar, çünki qalib olmuş komanda növbəti sezonda öz geyimlərində kiçik nişan formasında İtaliya bayrağını daşıyır. Seria A ən uğurlu komandası 33 dəfə birinci yerə sahib olmuş Yuventus sayılır, onun ardınca Milan (18 dəfə), İnter (17 dəfə) və Cenoa (9 dəfə) gəlirlər. Hər 10 udulan titul saəsində klub emblemi üzərində kiçik qızıl ulduzu daşımaq hüququ qazanır, beləliklə Yuventusun 3 ulduzu, Milan şəhərini təmsil edən 2 klubun bir ulduzu var.
2006 ildə İtaliya çempionatını "alınmış" oyunlar qalmaqalı sarsıtdı. Yuventus, Mİlan, Latsio, Fiorentina və Recina hakim qarşısına çıxarıldılmışdı. İlk məhkəmə iclası "Qoca Sinyoranı" son iki çempionluğdan məhrum etməyi qərarı aldı, Milan Avrokuboklardan diskvalifikasiya olunmuşdur, Fiorentina, Latsio və Yuventus Seria B endirilmişdir. Təkrar baxış zamanı "Latsio" və "Fiorentina" qarşı sanksiyalar xeyli yumşaldılmışdır və onlara elit divizionda qalmaq imkan verildi, halbuki Yuventus aşağı liqaya düşməkdən xilas olunmadı. Bundan başqa, Milanın Çempionlar Liqasında iştirak etməyə imkanı verildi, ancaq o, qrup mərhələsi ilə deyil, üçüncü təsnifat mərhələsindən turnirə başlamalıydı. İlk öncə Recinadan Seria A-da 15 ball silinmişdir, amma komandanın cəzası 11 bala qədər yüngülləşdirildi.
2007 ilin fevral ayında İtaliya çempionatını yeni faciə bürüdü. Palermo-Kataniya oynunda Filippo Rakiti öldürülmüşdür. Futbol federasiyasının qərarı ilə çempionat müvəqqəti dayandırılmışdı.
Qaliblər
[redaktə | mənbəni redaktə et]Klub | Qaliblər | İkinci yer | Çempion olduğu sezonlar |
---|---|---|---|
Yuventus | 1905, 1925–26, 1930–31,1931–32, 1932–33, 1933–34,1934–35, 1949–50, 1951–52, 1957–58, 1959–60, 1960–61, 1966–67, 1971–72, 1972–73, 1974–75, 1976–77, 1977–78, 1980–81, 1981–82, 1983–84, 1985–86, 1994–95,1996–97, 1997–98, 2001–02, 2002–03, 2011–12, 2012–13, 2013–14, 2014–15, 2015–16, 2016–17, 2017–18, 2018–19, 2019–20 | ||
İnter | 1939–40, 1952–53, 1953–54, 1962–63, 1964–65, 1965–66, 1970–71, 1979–80, 1988–89, 2005–06, 2006–07, 2007–08, 2008–09, 2009–10, 2020–21 | ||
Milan | 1901, 1906, 1907, 1950–51, 1954–55, 1956–57, 1958–59, 1961–62, 1967–68, 1978–79, 1987–88, 1991–92, 1992–93, 1993–94, 1995–96, 1998–99, 2003–04, 2010–11 | ||
Cenoa | 1898, 1899, 1900, 1902, 1903, 1904, 1914–15, 1922–23, 1923–24 | ||
Torino | 1927–28, 1942–43, 1945–46, 1946–47, 1947–48, 1948–49, 1975–76 | ||
Bolonya | 1924–25, 1928–29, 1935–36, 1936–37, 1938–39, =1940–41, 1963–64 | ||
Pro Verçelli | 1908, 1909, 1910–11, 1911–12, 1912–13, 1920–21, 1921–22 | ||
Roma | 1941–42, 1982–83, 2000–01 | ||
Latsio | 1973–74, 1999–00 | ||
Fiorentina | 1955–56, 1968–69 | ||
Napoli | 1986–87, 1989–90 | ||
Kalyari | 1969–70 | ||
Kazale | 1913–14 | ||
Noveze | 1921–22 | ||
Hellas Verona | 1984–85 | ||
Sampdoriya | 1990–91 |
Qalın hərflərlə yazılan klublar indidə yüksək divizionda iştirak edirlər.
Rekordlar
[redaktə | mənbəni redaktə et]Oyunçu | Oynadığı illər | Klub(lar) | Oyun sayı | |
---|---|---|---|---|
1 | Paolo Maldini | 1985–2009 | Milan | 647 |
2 | Xavyer Zanetti | 1995–2014 | İnter | 615 |
3 | Canluka Palyuka | 1987–2007 | Sampdoriya, İnter, Bolonya, Askoli | 592 |
4 | Françesko Totti | 1992– | Roma | 585 |
5 | Dino Zoff | 1961–1983 | Udineze, Mantova, Napoli, Yuventus | 570 |
6 | Pietro Verhovod | 1980–2000 | Komo, Fiorentina, Roma, Sampdoria, Yuventus, Milan, Piaçenza | 562 |
7 | Roberto Mançini | 1981–2001 | Bolonya, Sampdoriya, Latsio | 541 |
8 | Silvio Piola | 1929–1954 | Pro Verçelli, Latsio FK, Yuventus, Novara | 537 |
9 | Enriko Albertozi | 1958–1980 | Fiorentina, Kalyari, Milan | 532 |
10 | Canni Rivera | 1958–1979 | Alessandria, Milan | 527 |
Oyunçu | Oynadığı illər | Klub(lar) | Qol sayısı | |
---|---|---|---|---|
1 | Silvio Piola | 1929–1954 | Pro Verçelli, Latsio FK, Yuventus, Novara | 274 |
2 | Françesko Totti | 1992– | Roma | 245 |
3 | Qunnar Nordal | 1948–1958 | Milan, Roma | 225 |
4 | Jose Altafini | 1958–1976 | Milan, Napoli, Yuventus | 216 |
5 | Cuzeppe Meaze | 1929–1947 | Inter, Milan, Yuventus | 216 |
6 | Antonio Di Natale | 2002– | Empoli, Udineze | 206 |
7 | Roberto Bacco | 1986–2004 | Fiorentina, Yuventus, Milan, Bolonya, Internazionale, Breşia | 205 |
8 | Kurt Hamrin | 1956–1971 | Yuventus, Padova, Fiorentina, Milan, Napoli | 190 |
9 | Cuzeppe Sinyori | 1991–2004 | Foggia, Latsio, Sampdoriya, Bolonya | 188 |
10 | Alessandro Del Pyero | 1993–2012 | Yuventus | 188 |
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "UEFA koffisent reytinqi". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-18.
- ↑ "Italy - All-Time Most Matches Played in Serie A". RSSSF.com. 24 August 2012. 21 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2013.
- ↑ "Italy - All-Time Topscorers". RSSSF.com. 24 August 2012. 20 October 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2013.