Şakir Abbasov — Vikipediya

Şakir Abbasov
bayraq
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
20 iyul 1992 – 23 dekabr 1992
ƏvvəlkiAslan Mehdiyev
SonrakıNofəl Qasımov
Şəxsi məlumatlar
Partiya
Fəaliyyəti siyasətçi

Şakir Gülşad oğlu Abbasov — rəsmi dövlət qeydiyyatında olmayan Milli Qeyrət Partiyasının sədri, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin sabiq müşaviri, Füzuli Rayon İcra Hakimiyyətinin sabiq başçısı.

Şakir Abbasov 20 oktyabr 2012-ci ildə həbs edilmiş, 27 oktyabr 2012-ci ildə sərbəst buraxılmışdır.[1]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Şakir Abbasov 20 iyul 1992-ci ildə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 62 nömrəli fərmanı ilə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.[2] O, 23 dekabe 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 374 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.[3]

Partiya fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Şakir Abbasov Azərbaycan Xalq Cəbhəsi üzvü olmuşdur. O, daha sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü və partiya sədrinin müşaviri olmuşdur. Şakir Abbasov 19 oktyabr 2014-cü ildə partiyadan istefa vermişdir.[4]

Şakir Abbasov 27 noyabr 2014-cü ildə Müsavat Partiyasına üzv olmuşdur.[5] O, Müsavat Partiyası Məclisinin üzvü, 4 iyul 2015-ci ildə isə Məclisin Qarabağ Komissiyasının sədri seçilmişdir.[6]

Şakir Abbasov 2021-ci ildə sabiq prezidentliyə namizəd Əşrəf Mehdiyevin sədrlik etdiyi, 2010-cu ildə fəaliyyətini dayandırmış və rəsmi dövlət qeydiyyatı olmamış Qeyrət Partiyasını Milli Qeyrət Partiyası adı ilə bərpa etdiyini elan etmişdir. O, pandemiya ilə əlaqədər biri Klassik Xalq Cəbhəsi Partiyasının qərargahı olmaqla 3 fərqli yerdə qurultay keçirdiklərini açıqlamışdır. Milli Qeyrət Partiyası dövlət qeydiyyatına alınmamışdır.[7]

  1. "20 oktyabrda həbs olunanlardan bəziləri azadlıqda". 2023-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-24.
  2. "Ş. G. Abbasovun Füzuli rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və A. O. Mehdiyevin həmin vəzifədən azad edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2023-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-24.
  3. "N. R. Qasımovun Füzuli rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və Ş. K. Abbasovun həmin vəzifədən azad edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2017-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-24.
  4. "AXCP sədrinin müşaviri istefa verdi". 2023-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-24.
  5. "Əli Kərimlinin keçmiş müşaviri Müsavata üzv oldu". 2023-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-24.
  6. "Müsavat Məclisinin komissiyaları formalaşdırılıb və sədrləri seçilib". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-24.
  7. ""Milli Qeyrət Partiyası iqtidarın, yaxud da müxalifətin yox, millətin yanında olacaq" – Şakir Abbasov". 2023-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-24.