Ştern (jurnal) — Vikipediya
"Ştern" (alm. Stern) — Almaniyada nəşr olunan jurnal.
Tarixi
[redaktə | mənbəni redaktə et]1948-ci ildə jurnalist Henri Nannen tərəfindən təsis olunmuşdur.[1]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Hər həftənin 4-cü günü satışa çıxarılır.[1] 300 min abunəçisi olan 800 min tirajlı “Ştern” 3.70 avroya satılır.[1]
Jurnalın 200 işçisi, 50 redaktoru var.[1]
Jurnal Fransa, İspaniya və İstanbulda yayımlanır; eyni zamanda London, Roma, Paris, Moskva, Vaşinqton, Sinqapur və başqa ölkələrin paytaxtlarında müxbir postları fəaliyyətdədir.[1]
Hitlerin gündəlikləri
[redaktə | mənbəni redaktə et]"Hitlerin gündəlikləri" adlı hadisə jurnalın tarixindəki ən maraqlı hadisələrdən biridir.[1] XX əsrin 80-ci illərində Konrat Kulyamadlı şəxs jurnalın əməkdaşlarından birinə özündə nasional-sosialistlərin lideri Adolf Hitlerin gündəliklərinin olduğunu söyləmişdi.[1] O, jurnalın əməkdaşını inandırmışdı ki, gündəlikləri Hitlerin təyyarəçisindən götürüb.[1] Bunu İsveçrədə olan bir nəfər də təsdiqləmişdi.[1] Jurnalist bu xəbəri redaksiyaya sevinclə çatdırandan sonra gündəliklər çap olunmağa başladı.[1]
Bir müddət sonra isə mütəxəssis və oxucuların müdaxiləsi ilə aparılan araşdırma nəticəsində məlum olur ki, gündəliklər saxtadır.[1] Hadisə alman jurnalistikasına böyük zərbə olur; o mənada ki, oxucuların inamını sarsıdır.[1]
Bu hadisədən sonra "Ştern"in redaksiyasında ciddi dəyişikliklər və ixtisarlar olur.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- stern.de — Rəsmi saytı
Jurnal ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |