Əbuyəla Məhəmməd Azərbaycani — Vikipediya

Əbuyəla Məhəmməd Azərbaycani
Doğum tarixi 1020
Doğum yeri
Vəfat tarixi iyul 1115

Əbuyəla ibn Məhəmməd ibn Saleh ibn Haruyə Azərbaycani (1020, Azərbaycaniyul 1115) — Azərbaycan islam alimi.

Əbuyəla ibn Məhəmməd ibn Saleh ibn Haruyə Azərbaycani mühəddis, siqa, hədis ravisi idi. 1020-ci və ya 1021-ci ildə Azərbaycanda anadan olmuş, lakin gənclik illəri Bağdadda keçmiş və bu şəhərdə təhsil almışdı. Əbucəfər ibn Məsləmə, Malik Banyasi kimi mühəddislərdən hədis dinləmiş və nəql etmişdi. Hafiz Məhəmməd ibn Əbdülvahid Dəqqaq, Əbu Qalib Daməğani, şair Əbubəkr Ərcani ondan hədis dinləmiş və nəql etmişdilər. Əbu Yə’la Muhəmməd əl-Azərbaycani həmçinin tanınmış ədib və tənqidçi idi. O, nəzm və nəsr tərzində çox gözəl ədəbi əsərlər qələmə almışdı. Bunlardan "Nətayicül-Fitnə fi Nəzmi-Kəlilə" və Dimnə", "əs-Sadih" adlı əsərlərinin adlarını çəkmək olar. Əbuyəla Məhəmməd Azərbaycani Ərəb İraqıƏcəm İraqının bir sıra şəhərlərinə səyahət etmişdi. Ömrünün sonlarına doğru Kirmana getmiş və burada 1115-ci ilin iyulunda, 95 yaşında ikən vəfat etmişdir.[1][2][3]

  1. "Əbu Yə'la Muhəmməd ibn Muhəmməd ibn Saleh ibnü'l-Haruyə əl-Azərbaycani". islamevi.az. 2024-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-20.
  2. "ORTA ƏSRLƏRDƏ YAŞAMIŞ AZƏRBAYCANLI ALİMLƏR". Azkurs.org. 2024-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-20.
  3. Əhməd ibn Əli İBN HƏCƏR əl-Əsqəlani, Lisanü’l-Mizan, C. V, s. 283-284, Beyrut 1986