Əhlət ağacı (film) — Vikipediya
Əhlət ağacı | |
---|---|
türk. Ahlat Ağacı | |
Janr | dram |
Rejissor | Nuri Bilgə Ceylan |
Ssenari müəllifi | |
Baş rollarda |
|
Montajçı | Nuri Bilgə Ceylan |
İstehsalçılar | Zeynofilm Memento Films Production Arte France Cinéma |
İlk baxış tarixi | 1 iyun 2018, 30 noyabr 2018, 18 iyun 2020 |
Filmin növü | Bədii film |
Müddət | 188 dəqiqə |
Gəlir | 3.258 milyon Türk lirəsi (Türkiyə) 1.124 milyon $ (Türkiyə xaricində) |
Ölkələr | Türkiyə Fransa Almaniya Bolqarıstan Şimali Makedoniya Bosniya və Herseqovina İsveç |
Dil | Türkcə |
İl | 2018 |
IMDb | ID6628102 |
Əhlət ağacı — Nuri Bilgə Ceylanın 2018-ci ildə çəkdiyi türk dram filmidir.[1] Nuri Bilgə Ceylan filmin ssenarisini yoldaşı Ebru Ceylan və Akın Aksu ilə birlikdə yazdı. Film ilk dəfə 71-ci Kann Film Festivalında göstərildi.[2]
Məzmun
[redaktə | mənbəni redaktə et]Film doğulduğu qəsəbəyə dönüb yazdığı kitabı çap etdirmək üçün lazım olan pulu toplamağa çalışan və atasının borclarıyla qarşılaşan bir gəncin həyat hekayəsindən bəhs edir.
Filmin adı ilk dəfə 2016-cı il sentyabrın axırlarında elan edildi. Filmin rejissoru Nuri Ceylan yeni filmi haqqında "Arte France Cinema"ya müsahibəsində demişdi:
"İstəsək də, istəməsək də atamızdan müəyyən xüsusiyyətlər miras alırıq. Məsələn, onların zəifliklərini, vərdişlərini, davranışlarını və daha çoxunu. Hekayə bir oğulun istəməsə də, atasının taleyinə bənzər bir yola girməsini bir sürü acı təcrübə ilə anladır."[3]
Arte France Cinema filmə maddi dəstək verdi.[4]
Əhlət ağacı filmi Mədəniyyət və Turizm Nazirliyindən 2 milyon lirəlik yardım almasıyla nazirlik tərəfindən ən çox dəstək verilən film oldu.[5]
Filmin çəkilişlərinə 2016-cı ilin sentyabrında Çanaqqalanın Çan ilçəsində başlanmış, Çandakı çəkilişlər tamamlandıqdan sonra Torhəsən kəndi, Asmalı kəndi və Çanaqqalanın mərkəzində davam edilmişdir. Çəkilişlər 3.5 ay davam etdi.[6]
Rollarda
[redaktə | mənbəni redaktə et]- Aydın Doğu Dəmirqol (Sinan Karasu rolunda)
- Bennu Yıldırımlar (Asiman Karasu (Sinanın anası))
- Murad Cemcir (İdris Karasu (Sinanın atası))
- Xəzər Ərgüclü (Xədicə)
- Ahmet Rıfat Şungar (Ali Rza)
- Ərcümənt Balakoğlu (Ramazan (Asimanın atası, Sinanın babası)
- Özay Feçt Hayriye (Sinanın nənəsi)
- Serkan Keskin (Süleyman Akbaş (Yazar))
- Tamer Levent (Recep (İdrisin atası, Sinanın babası)
- Kadir Çermik (Bələdiyyə sədri Adnan)
- Kubilay Tunçer (İlhami)
- Akın Aksu (İmam Veysəl rolunda)
- Öner Erkan (İmam Nəzmi rolunda)
- Sencar Sağdıç (Nevzat rolunda)
- Asena Kəskinci (Yasəmən rolunda)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-14.
- ↑ "Əhlət ağacı Kann festivalında". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-14.
- ↑ "Əhlət ağacı yolda". 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-14.
- ↑ "Əhlət ağacı". 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-14.
- ↑ "Nuri Bilgə Ceylana 2 milyon liralıq dəstək". 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-14.
- ↑ "Arxivlənmiş surət". 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-16.