Ənuşirvan xan — Vikipediya
Ənuşirvan xan | |
---|---|
Elxanilər dövlətinin XV elxanı (Çobanilərin iddiaçısı) | |
1345 – 1357 | |
Əvvəlki | Süleyman xan |
Sonrakı | II Qazan xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XIV əsr |
Vəfat tarixi | |
Ailəsi | Çingizlilər |
Vikianbarda əlaqəli mediafayllar |
Ənuşirvan xan — 1344-cü ildən 1357-ci ilə qədər Elxani taxtında oturmuş şəxs. O, dövləti əslində idarə edən və Çobani ailəsinə mənsub şəxs olan Məlik Əşrəfin kukla hökmdarı idi. Dövlətin bütün məsələləri Ənuşirvanın adından Məlik Əşrəf tərəfindən yerinə yetirilirdi. O, Elxani sülaləsindən öz adına sikkə zərb edən sonuncu şəxs olması ilə diqqət çəkir.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Çobanilərin qarşıdurması və taxta çıxarılması
[redaktə | mənbəni redaktə et]Kiçik Həsənin ölümündən sonra Çobani ailəsi daxilində qohumlar arasında mübarizə başladı. Həsənin qardaşı Məlik Əşrəf ilə əmiləri Yağı Basdı və Sorqan arasında mübarizədən təngə gələn nominal hökmdar Süleyman xan Cəlairilərdən Böyük Həsənə yardım üçün müraciət etdi. Çobanilər ilk başlarda Kiçik Həsəndən qalan mülk 3 yerə bölüb idarə etməyə çalışsalar da, bu uzun müddət davam etmədi. Məlik Əşrəf Sorqanı məğlub etdi və o, Süleyman xan ilə Satıbəyə qatıldı. Lakin Böyük Həsən onlara verdiyi dəstəyi müdrik davranaraq geri çəkməsindən sonra hamısı Diyarbəkirə çəkildilər. 1345-ci ildə yenə də Məlik Əşrəfə məğlub olduqdan sonra Sorqan Bağdada Böyük Həsənin yanına qaçdı. Bir müddət sonra elə onun tərəfindən də edam edildi. Nə Süleyman xanın, nə də onun arvadı Satıbəyin sonrakı taleyi barədə məlumat yoxdur. Bu əsnada Məlik Əşrəf digər əmisi Yağı Bastını də gizli şəkildə öldürdü və yayı keçirtmək üçün Qarabağa yollandı. Beləliklə, əmilərini qətlə yetirdikdən sonra Məlik Əşrəf Çobani irsinə iddia edə biləcək yeganə şəxs halına gəldi. O, bu zaman Ənuşirvanı Elxani taxtına əyləşdirdi.[2]
Kimliyi
[redaktə | mənbəni redaktə et]Ənuşirvanın əsl adının nə olması bəlli deyil. Bir qaynaq onun hansısa Nuşirvan adlı Məlik Əşrəfin qabcaçısı olduğunu yazır. Bu qaynağa görə Nuşirvan Məlik Əşrəf tərəfindən taxta çıxarılmış və ona əfsanəvi Sasani hökmdarlarından biri hesab edilən I Xosrov Ənuşirvanın adı verilmişdir. Çobanilər 1357-ci ilə qədər onun adına sikkə zərb etdirmişdirlər.[2][3]
Elxanlığının sonu
[redaktə | mənbəni redaktə et]Ənuşirvanın nominal elxanlığı Məlik Əşrəfin taleyindən və qərarlarından asılı idi. Lakin Məlik Əşrəf sonlara yaxınlaşdıqca Nadir şah Əfşar kimi psixoloji problemlər yaşamağa başlamış və bütün ətrafındakılardan şübhələnməyə başlamışdı. Bu da onun sərt qərarlar verməsinə və daha da qəddarlaşmasına yol açdı. Eyni zamanda dövlətin şimalında yoluxucu xəstəlik də yayılmağa başladı. Bu zaman Azərbaycandan böyük köç başladı və onların bir çoxu Kürün şimalına keçdilər. Burada isə Qızıl Ordalı Canı bəy hökmdar idi. Vəziyyətdən xəbərdar olan Canı bəy Təbrizi ələ keçirmək qərarına gəldi. Asanlıqla Təbriz ələ keçirildi və Məlik Əşrəf öldürüldü. Bütün bunlar baş verərkən isə Ənuşirvanın başına gələnlər barədə qaynaqlarda məlumat yoxdur. Onnu adı bir daha heç bir yerdə çəkilmir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Jackson və Lockhart, 1986. səh. 3
- ↑ 1 2 Melville və Zaryāb, 1991
- ↑ Diler, 2006. səh. 539-540
Mənbə
[redaktə | mənbəni redaktə et]- Charles Melville and ʿAbbās Zaryāb. CHOBANIDS. www.iranicaonline.org. 1991.
- JACKSON, PETER; LOCKHART, LAURENCE. The Cambridge history of Iran. Vol. 6: The Timurid and Safavid periods. Cambridge, UK: Cambridge University Press. 1986. ISBN 0-521-20094-6..
- Ömer Diler. Ilkhans: Coinage of the Persian Mongols. Istanbul: Turkuaz Kitapçılık,. 2006.
- Akopyan, Alexander V.; Mosanef, Farbod. Between Jujids and Jalayirids: the coinage of the Chopanids, Akhijuq and their contemporaries, 754–759/1353–1358. Der Islam. 92. De Gruyter. 2015. 197–246.
- Hope, Michael. The Political Configuration of Late Ilkhanid Iran: A Case Study of the Chubanid Amirate (738–758/1337–1357). Iran: Journal of the British Institute of Persian Studies. 2021.
- Wing, Patrick. The Jalayirids: Dynastic State Formation in the Mongol Middle East. Edinburgh University Press. 2016. ISBN 9781474402262.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]SƏLƏF Süleyman xan | Ənuşirvan xan ? (Çobanilərin iddiaçısı) | XƏLƏF II Qazan xan |