Məhəmməd Olcaytu — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qiyasəddünya vəd-Din Məhəmməd Xüdabəndə Olcaytu Sultan | |
---|---|
monq. ᠦᠯᠵᠡᠢᠲᠦ ᠺᠬᠠᠨ | |
19 iyul 1304 – 17 dekabr 1316 | |
Əvvəlki | Qazan xan |
Sonrakı | Əbu Səid Bahadur |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | Sultaniyyə |
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d], hərbi qulluqçu |
Atası | Arqun xan |
Anası | Uruk xatun |
Həyat yoldaşı | məlum olan - Hacı Xatun |
Uşaqları | |
Ailəsi | Elxanlılar sülaləsi |
Dini | Buddizm (1291-ci ilədək), Xristianlıq (1295-ci ilədək), Sünni İslamı (1310-cu ilədək), Şiə İslamı (ölənədək)[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Sultan Məhəmməd Olcaytu xan (24 mart 1280[2][3] – 16 dekabr 1316, Sultaniyə, Zəncan ostanı) — Qazan xanın qardaşı, Arqun xanın ikinci oğlu, elxan.
Həyatı
[redaktə | mənbəni redaktə et]Olcaytu xan 24 mart 1282-ci ildə[4] doğulmuşdur. Arqun xan və xristian Uruk xatunun oğludur. İlk adı Nikolas idi.[5] Əvvəlcə buddist, daha sonra qardaşı Qazan ilə birlikdə sünni olmuşdu. Daha sonralar — 1310-cu ildə, Əllamə Hillinin təsiri ilə şiə olmuşdur. Bundan sonra adını Məhəmmədə çevirmişdir.
Hakimiyyəti
[redaktə | mənbəni redaktə et]1304-cü ildə qardaşı Qazan xanın yerinə xan seçilmişdir. Həmin il Arqun xan dövründən bəri salınmağa başlamış Sultaniyyə şəhərinin tikintisi bitmişdir. Xan, Sultaniyyəni paytaxt, Bağdadı isə qış iqamətgahı kimi istifadə edirdi. 1309-cu ildə Şirazda "Seyyidlər evi"nin əsasını qoymuş, hər il 10000 dinar maaş vermişdi. 1312-ci ildə Məmlüklərə qarşı monqolların son yürüşünü başlatmış və məğlub olmuşdur.
1305-ci ildə Olcaytu Bizans imperatoru II Androniklə ittifaqa girmiş və birlikdə Osman bəyi məğlub etmişdilər.
Ticarət münasibətləri
[redaktə | mənbəni redaktə et]Hakimiyyətinin ilk ilində Genuya respublikası ilk dəfə Təbrizdə konsulluq açmışdır. Bundan əlavə 1306-cı ildə Venesiyalılara da azad ticarət hüququ verilmişdi. Avropa ölkələrindən gətirdiyi mancanaq ustaları sayəsində Herat şəhərini ələ keçirmişdi. Olcaytunun Avropalılarla Məmlüklərə qarşı yeni müharibə planı baş tutmamışdı. Bu isə 1313-cü ildə Kebek xanın Xorasana daxil olmasına bəhanə verdi. Çağatay ordusunda Yasavur xanın elxanilərin tərəfinə keçməsi ilə Kebek xan məğlub oldu. Ölcaytu, Yasavur xana Badğis vilayətini verdi.
Dini
[redaktə | mənbəni redaktə et]Olcaytu həyatı boyu Buddizm, Xristianlıq və İslam dinini qəbul etmişdir. Qardaşının yerinə keçdikdən sonra Olcaytu şiə teoloqları Əllamə Hilli və Meysəm əl- Bəhraninin təsiri altına düşdü.[6][7] Baxmayaraq ki, başqa bir mənbə onun xanımının razılığı ilə İslamı qəbul etdiyini göstərir.[8] Əlammə Hilinin ölümündən sonra Olcaytu müəlliminin qalıqlarını Bağdaddan Soltaniyyədə tikdirdiyi günbəzli türbəyə köçürür. Daha sonra sünnilər arasında yaranan qrup çəkişmələri nəticəsində özgəninkiləşdirilən Olcaytu 1310-cu ildə dinini dəyişərək şiəliyə keçdi.[9] Hətta bəzi məqamlarda o, 1310-cu ilin əvvəllərində tenqriçiliyi qəbul etməyi də düşündü.[10]
Ölümü
[redaktə | mənbəni redaktə et]Məhəmməd Olcaytu 38 yaşında vəfat etmişdir. Yerinə oğlu Əbu Səid Bahadur keçdi.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Oğulları
- Süleymanşah (gənc yaşda öldü)
- Sultan Əbu Səid Bahadur xan (1316–1335)
- Bəstam
- Bəyazid
- Teyfur
- Əbülxeyr
Qızları
- Sultan Satıbəy xatun (1339–1340)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Hope, 2016. səh. 185
- ↑ Uljaytu // British Museum person-institution thesaurus.
- ↑ Oljeitu // Encyclopædia Britannica (ing.).
- ↑ "Fasix əl-Xəvəfi - Mücməl-i Fasixi". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-05.
- ↑ Histoire de l'Empire Mongol, Jean-Paul Roux, səh.408
- ↑ Alizadeh, Saeed; Alireza Pahlavani; Ali Sadrnia. Iran: A Chronological History. səh. 137.
- ↑ Al Oraibi, Ali. Rationalism in the school of Bahrain: a historical perspective // Lynda Clarke (redaktor). Shīʻite Heritage: Essays on Classical and Modern Traditions. Global Academic Publishing. 2001. səh. 336.
- ↑ The preaching of Islam: a history of the propagation of the Muslim faith By Sir Thomas Walker Arnold, p. 197.
- ↑ Ann K.S. Lambton, Continuity and Change in Medieval Persia, ed. Ehsan Yarshater, (Bibliotheca Persica, 1988), p. 255.
- ↑ Kamola, Stefan. Rashīd al-Dīn and the making of history in Mongol Iran (Tezis). 2013-07-25. 204–224. hdl:1773/23424. 2023-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-17.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Fəzlullah Rəşidəddinin "Oğuznamə"dən sonra ən böyük əsəri: Xüdabəndə günbəzi - REPORTAJ" (az.). apa.tv. 2015-10-28. 2016-04-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-02.
SƏLƏF Sultan Mahmud Qazan xan | Sultan Məhəmməd Xudabəndə Olcaytu xan Elxanilər | XƏLƏF Sultan Əbu Səid Bahadur xan |