Ərməniyyə — Vikipediya
Ərməniyyə (ərəb. إمارة أرمينيا, translit. imārat Arminiya) — Əməvilər sülaləsi dövründəki inzibati bölgü üzrə Xilafət sistemindəki IV əmirlik (canişinlik).
"Azərbaycan tarixi: ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər" kitabında qeyd olunur:
Yeni ərəb inzibati-bölgü sisteminə görə Cənubi Qafqazda ərəb işğal dairəsinə daxil edilmiş bütün torpaqları özündə birləşdirən “Ərminiyə” ərazisi vaxtilə Bizans imperatoru Yustinianın (527-565) “Qərbi Ermənistan”da həyata keçirdiyi inzibati islahata uyğun olaraq ənənəvi şəkildə I-IV Ərminiyə adı ilə dörd hissəyə bölünmüşdü. I və II Ərminiyə şimalda Tiflis və Dərbənddən cənubda Araz çayınadək, qərbdə Kiçik Qafqaz dağlarından şərqdə Xəzər dənizinədək olan sahəni əhatə edir və əsasən ərəblərin Aran adlandırdığı qədim Albaniya torpaqlarını özündə birləşdirirdi. Ərəb Arran vilayətinin tərkibinə Albaniyanın özündən başqa 644-cü ildən müsəlmanların tabeliyində olan Tiflis və onun civarları, eləcə də dağlıların yaşadıqları ərazi də daxil edilmişdi. Ermənistan özü isə III-IV Ərminiyə bölgüsünə aid idi.[1]
Bu ərazi Cənubi Qafqaz ölkələrini də əhatə edirdi. Mərkəzi Dəbil (Dvin) şəhəri idi; bu şəhərin xarabalıqları indiki Ermənistan ərazisindədir. Abbasilər sülaləsi dövründə III əmirlik olub və 789-cu ildən paytaxtı Bərdə idi. Ərəb müəllifləri (əl-İstəxri, ibn Havqəl, əl-Müqəddəsi və s.) çox vaxt Azərbaycan (indiki Cənubi Azərbaycan), Arran (indiki Azərbaycan Respublikası) və Ermənistanı (indiki Şərqi Türkiyə) bir inzibati vahiddə birləşdirərək Ərməniyyə və ya Azərbaycan adlandırırlar.
Əmirlər
[redaktə | mənbəni redaktə et]- Məhəmməd ibn Mərvan (693 – 701, faktiki olaraq 699-cu ildən)
- Məsləmə ibn Əbd əl-Malik (709 – 715)
- Cərrah ibn Abdullah əl-Həkəmi (722 – 724)
- Məsləmə ibn Əbd əl-Malik (725-729)
- Cərrah ibn Abdullah əl-Həkəmi (729 – 730)
- Məsləmə ibn Əbd əl-Malik (731 – 732)
- Mərvan ibn Məhəmməd (Kar ləqəbli) (732 – 744)
- Musafir ibn Kusayr (745 – 750)
- Əbu Cəfər (750-754)
- Həsən ibn Kəhtəbə ət-Tayi (754 – 759)
- Mehdi (760-775)
- Həsən ibn Kəhtəbə ət-Tayi (771 – 775)
- Yəzid ibn Usayd əs-Sulami (752 – 754) (759 – 769) (775 – 780)
- Harun (780-786)
- Huzayma ibn Hazim ət-Təmimi (786 – 787)
- Yusuf ibn Rəşid əs-Sulami (787)
- Yəzid ibn Məzyəd əş-Şeybani (787 – 788)
- Ubəydullah ibn Mehdi (788-791)
- Fəzl ibn Yəhya ibn Xalid əl-Bərmaki (792-795)
- Məhəmməd əl-Əmin (795-809)
- Əhməd ibn Yəzid əs-Sulami (796 – 797) (811)
- Səyid ibn Səlm əl-Bahili (798 – 799) (799)
- Nəsr ibn Həbib əl-Mühəlləbi (799)
- Yəzid ibn Məzyəd əş-Şeybani (799 – 801)
- Əsəd ibn Yəzid əş-Şeybani (801 – 802)
- Məhəmməd ibn Yəzid əş-Şeybani (802 – 803)
- Huzayma ibn Hazim ət-Təmimi (803 – 806)
- Süleyman ibn Yəzid əl-Əmiri (806 – 807)
- Əyyub ibn Süleyman (807)
- Yəhya ibn Zufər (808)
- Əbdallah ibn Məhəmməd (809)
- Məhəmməd ibn Zühəyr əd-Dəbbi (809)
- Əsəd ibn Yəzid ibn Məzyəd (809 – 811)
- İshaq ibn Süleyman əl Həşimi (811 – 813)
- Əbu Əbdallah (814)
- Hatim ibn Hərsəmə ibn Əyun (815 – 818)
- Yəhya ibn Muad (818 – 819)
- Əhməd ibn Yəhya (819 – 820)
- İsa ibn Məhəmməd əl Məmuni (820 – 823)
- Məhəmməd ibn Əbdallah əl Kəlbi (823)
- Zurayk ibn Əli (824 – 825)
- Əhməd ibn Əbd əl-Əla (825 – 826)
- Əbd əl-Əla ibn İbrahim (826 – 827)
- Məhəmməd ibn Humayd ət-Tusi (827 – 828)
- Xalid ibn Yəzid əş-Şeybəni (829 – 832)
- Əl-Abbas ibn əl-Məmun (832-834)
- Əl-Əfşin Həydər ibn Kavus (835-840)
- Xalid ibn Yəzid əş-Şeybəni (841)
- Xalid ibn Yəzid ibn Məzyəd əş-Şeybəni (842-845)
- Məhəmməd ibn Xalid (845 – 849)
- Əbu Əbdallah əl-Mutazz Billah (849-862)
- Əl-Abbas ibn əl-Müstain (863 – 865)
- Əbdallah ibn əl-Mutazz (866 – 867)
- İsa ibn əş-Seyx əz-Zuhri əş-Seybani (870)
- Cəfər əl-Mufavvid (875 – 883)[2][3]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Ermənistan (tarixi ərazi)
- Çuxursəəd bəylərbəyliyi
- Sünik
- İrəvan xanlığı
- Erməni vilayəti
- İrəvan quberniyası
- Azərbaycan (tarixi ərazi)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan tarixi, Ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər, Bakı; Elm, 1993 (284s), səh. 126
- ↑ Тер-Гевондян Арам. Армения и арабский халифат. Ереван, «АН Армянской ССР», 1977, s.271-285.
- ↑ Z.M.Bünyadov - Azərbaycan VII-IX əsrlərdə, Bakı, 2007