Erməni vilayəti — Vikipediya
Erməni vilayəti | |||||
---|---|---|---|---|---|
| |||||
Ölkə | Rusiya imperiyası | ||||
İnzibati mərkəz | İrəvan | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 21 mart 1828 | ||||
Ləğv edilib | 9 aprel 1840 | ||||
Sahəsi | 20.720 [1] km² | ||||
Əhalisi | |||||
Rəsmi dili | Erməni Azərbaycan, rus, fars, kürd | ||||
| |||||
Vikianbarda əlaqəli mediafayllar |
Erməni vilayəti (1828-1840) — İrəvan və Naxçıvan xanlıqlarının Rusiya imperiyası tərəfindən işğalından sonra onların ərazisində yaradılmış inzibati-ərazi vahidi.
Tarixi
[redaktə | mənbəni redaktə et]1 oktyabr 1827-ci il tarixində general Paskeviçin komandanlığı altında olan Rusiya imperiya ordusu İrəvan şəhərinə hücuma başladı.[2] 6 günlük ağır döyüşlərdən sonra 6 oktyabr 1827-ci ildə İrəvan şəhəri Rusiya imperiyası tərəfindən işğal edildi.[2]
Gerbi
[redaktə | mənbəni redaktə et]Ermənilərin təkidi ilə vilayətin yeni statusunun möhkəmləndirilməsi naminə onun gerbi də qəbul olundu. Ermənilərin təkidi ilə qəbul olunmuş bu gerbdə həmin ərazilərin türklərlə bağlılığını xatırladan bir əlamət yox idi. Gerbin aşağı hissəsində Ağrı dağının şəkli çəkilmişdi. Onun fonunda tac və Eçmiədzin (Üçmüəzzin) monastırı, gerbin yuxarı hissəsində isə Rusiya taxt-tacının emblemi olan ikibaşlı qartal təsvir edilmişdi. Gerb Rusiya çarı tərəfindən 1833-cü il fevral ayının 27-də təsdiq olundu.[3]
İnzibati quruluşu
[redaktə | mənbəni redaktə et]Çar hökuməti «Erməni vilayəti» yaradıldıqdan beş il sonra, 1833-cu il iyunun 23-də «Erməni vilayəti»nin idarəsinin quruluşu haqqında Əsasnamə qəbul etdi. İrəvan əyalətinin inzibati-ərazi bölgüsündə dəyişiklik edildi. Əyalət dörd dairəyə –
- İrəvan dairəsi Göyçə mahalı, Dərəçiçək mahalı, Qırxbulaq mahalı
- Şərur dairəsi Vedibasar mahalı, Zəngibasar mahalı, Gərnibasar mahalı
- Sürməli dairəsi Sürməli mahalı, Dərəkənd - Parçenis mahalı, Parçenis mahalı
- Sərdarabad dairəsi. Sərdarabad mahalı, Saatlı mahalı, Talin mahalı, Seyidli – Axsaxlı mahalı, Abaran mahalı, Karpi mahalı
Dairələr də mahallardan ibarət idi.
- İrəvan dairəsi Göyçə, Dərəçiçək və Qırxbulaq;
- Şərur isə Şərur, Vedibasar, Qarnibasar və Zəngibasar;
- Sürməli dairəsi Sürməli, Dərəkənd - Parçenis;
- Sərdarabad Saatlı, Talin, Seyidli – Axsaxlı, Abaran, Karpi və Sərdarabad mahallarından ibarət idi.
«Erməni vilayəti»nin idarəsi haqqında 1833-cu il əsasnaməsinə görə Naxçıvan əyalətini altı mahala (Xok, Naxçıvan, Əlincəçay, Yaycı, Dərələyəz, Məvazixatun) ayrılmışdı. Ordubad dairəsinin əvvəlki inzibati-ərazi bölgüsü qalmışdı. 1840-cı ildə «Erməni vilayəti» ləğv olunduqdan sonra İrəvan və Naxçıvan əyalətləri qəzaya çevrilmişdi. [4]
Əhalisi
[redaktə | mənbəni redaktə et]İ.Şopenə görə Erməni vilayətində 752 kənd olmuşdur. Onlardan 521 - i İrəvan əyalətində, 179-u Naxçıvan əyalətində, 52-si Ordubad dairəsində olmuşdur. Müharibə nəticəsində vilayətin ərazisində 359 kənd, o cümlədən 310 kənd İrəvan əyalətində, 42 kənd Naxçıvan əyalətində, 6 kənd Ordubad dairəsində xaraba qalmış, əhalisi didərgin düşmüşdü (69, 172).Deməli, dağıdılmış, xaraba qoyulmuş kəndlərlə birlikdə Erməni vilayətində cəmisi 3111 kənd olmuşdur. İ.Şopenin hesablamasına görə, xanlıqların işğal edilməsinədək Erməni vilayətinin ərazisində təxminən 23.730 ailə (İrəvan əyalətində 17000 ailə, Naxçıvan əyalətində 4600 ailə, Ordubad dairəsində 2130 ailə) yaşamışdır ki, orta hesabla, hər ailədə 5 nəfər götürdükdə, bu 118650 nəfər təşkil edir. Siyahıyaalmanm nəticələrinə görə, vilayətdə 81749 müsəlman və 25131 yerli errnəni qeydə alınmışdır. Bu siyahıyaalınmanın üstün cəhəti ondadır ki, ayrı-ayrı yaşayış məntəqələri üzrə Irəvandan və Türkiyədən köçürülən erməni ailələrinin sayı və onlann hansı yaşayış məntəqəsində məskunlaşdırıldıqları göstərilmişdir.[5]
Rusiya - İran (1826-28) və Rusiya - Türkiyə (1828-29) müharibələri dövründə və müharibədən sonra İran və Türkiyədən ermənilərin kütləvi surətdə bu yerlərə köçürülüb gətirilməsinə baxmayaraq, çar hakimiyyət orqanları "erməni vilayəti" ərazisində demoqrafik vəziyyəti birdən-birə dəyişdirə bilmədi. İrəvan və Naxçıvan xanlıqlarının işğalını həyata keçirmiş rus generalı Paskeviç, hətta ermənilərin köçürülüb gətirilməsindən sonra belə, İrəvan bölgəsi əhalisinin dörddə üç hissəsinin Azərbaycan türkləri olduğunu etiraf edirdi. Fransız mənşəli rus tədqiqatçısı U.Şopen Paskeviçin tapşırığı ilə 1829-32-ci illərdə "erməni vilayəti"ndə kameral siyahıyaalma keçirmişdir. Burada kəndlərin və əhalinin sayı göstərilmişdir. "Erməni vilayəti"ndə olan 1125 kəndin 1111-də ancaq Azərbaycan türkləri yaşayırdı. Müharibə nəticəsində vilayətin ərazisində 359 kənd, o cümlədən 310 kənd İrəvan əyalətində, 42 kənd Naxçıvan əyalətində, 6 kənd Ordubad dairəsində xaraba qalmış, əhalisi didərgin düşmüşdü.
U.Şopenin kameral təsvirinin nəticəsinə görə, burada 164450 nəfər əhali qeydə alınmışdı. Onlardan 81749 nəfər azərbaycanlılar, 25151 nəfər köçürülməyədək burada yaşayan ermənilərdir. Müharibədən sonra buraya İrandan 35560 nəfər, Türkiyədən isə 21666 nəfər erməni köçürülmüşdü.
Tanınmış rus tədqiqatçısı N.Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini və köçürülüb gətirilmiş ermənilərin sayını araşdırdıqdan sonra 1911-ci ildə yazırdı: "Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz köçürüb gətirmişik".
"Erməni vilayəti"nin əyalət və dairələrində gəlmə ermənilərin artımı və yerli azərbaycanlıların çar təzyiqinə davam gətirməyərək İran və Türkiyə ərazilərinə köçməsi nəticəsində əhalinin etnik tərkibindəki fərq ermənilərin xeyrinə dəyişirdi. Məsələn, "erməni vilayəti"ndə Türkmənçay müqaviləsinə qədər 22,5 min erməni yaşayırdısa, sonrakı iki il ərzində onların sayı az qala üç dəfə artdı və 64, 5 min nəfərə çatdırıldı. Naxçıvan əyalətində ermənilərin sayı 2,1 min nəfərdən 1,7 min nəfərə, Ordubad dairəsində isə 1,8 min nəfərdən 3,3 min nəfərə çatdırıldı. İrəvan əyalətinin 119 kəndinə, Naxçıvan əyalətinin 61 kəndinə, Ordubad dairəsinin 11 kəndinə ermənilər köçürüldü. Nə qədər erməni köçürülsə də azərbaycanlılar əhalinin böyük əksəriyyətini təşkil edirdi.[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Armenia: un homenaje cultural a la ciudad en sus 75 años de vida, P.10
The Armenian oblast was only 8,000 square miles in area, but it included the fertile Araxes Valley and much of the Ararat Plain
- ↑ 1 2 Шопен Иван Иванович "Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine" Санкт-Петербург, Издательство: Типография Императорской Академии Наук, 1852 г. Оглавление: Часть III, Отделение III. Народонаселение, Глава первая. Города, 1. Город Ериван, стр. 464
- ↑ "Arxivlənmiş surət". 2023-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-26.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2018-11-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.
- ↑ [1][ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2023-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-26.