Vedi nahiyəsi — Vikipediya

Vedibasar mahalı — XIV əsr-XIX əsrlər. İnzibati ərazi. Adı Vedi çayının adındandır. "vedi"-ərəbcə vadi deməkdir.[1]

indiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. Osmanlı dönəmində Vedi nahiyəsi davamı olan Vedibasar mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisində Şərur-Dərələyəz qəzası təşkil olunmuşdur.

İrəvan xanlığının mahalları.

Elxanilər dövlətinin Çuxursəəd tüməninin Vedi nahiyəsi

1590-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Vedi nahiyəsində aşağıdakı kəndlər mövcud idi:

1728-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinin İrəvan livasınə tabe olan Vedi nahiyəsində aşağıdakı kəndlər mövcud idi:

Dağıdılmış kəndlər

[redaktə | mənbəni redaktə et]

1826-1828-ci illər Rusiya-İran1828-1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Dərəçiçək mahalında dağıdılmış kəndlərin siyahısı

1. Reyhanlı, 2. Şirazlı, 3. Qaralar, 4. Saray, 5. Cadqıran, 6. Qarabağlar-Sufla, 7. Qarabağlar-Uliya, 8. Talasavan, 9. Şahablı, 10. Zəncirli, 11. Pünüt, 12. Şorsu, 13. Daşnov, 14. Həsənqala, 15. Cəfərli, 16. Örtük, 17. Vəlican, 18. Keşağlı, 19. Abbasabad, 20. Əli Qızıl, 21.Muradabad, 22. Əliabad, 23. Əliqırıq, 24. Günlük, 25. Baxmacıq, 26. Xamut, 27. Qızılverən, 28. Zimmi, 29. Musacıq, 30. Hand, 31. Qazançı, 32. Xosrov, 33. Haxıs.

Mövcud olan kəndlər

[redaktə | mənbəni redaktə et]

1828-ci ildə Vedi mahalında mövcud olan kəndlərin siyahısı

1. Xorvirab (Şıxlar (Vedibasar)), 2. Vedi-Sufla, 3. Əli-Məhəmədqışlağı, 4. Şüyütlü(Şidli), 5. Xalisa, 6. Dəvəli, 7.Daşlı, 8. Vedi-Uliya, 9. Koravan, 10. Yengicə, 11. Avşar, 12. Sədərək, 13. Əsni, 14. Kərki, 15. Qədili, 16. Qaraağac, 17. Camışbasan, 18. Cığın, 19. Cırmanıs, 20. Küssuz, 21. Ərmik

1833-cu il iyunun 23-də Erməni vilayəti Şərur dairəsinin Vedibasar mahalı olmuşdur.

Rusiya İmperatorunun 9 iyun 1849-cu il fərmanı ilə İrəvan quberniyası yaradılmışdır. 1850-ci il yanvar ayının 1-dən qüvvəyə minən həmin inzibati-ərazi bölgüsünüə görə İrəvan quberniyasının İrəvan qəzası 4 nahiyədən ibarət idi: Zəngibasar, Sürməli, Şərur və Sərdarabad nahiyələri. Vedibasar isə Şərur nahiyəsinin tərkibində mahal idi[3]

1828-ci ildə Vedibasar mahalında 3449 nəfər azərbaycanlı, 15 erməni yaşamışdır.[5][6]

1831-ci ilin kameral təsvirində Vedibasar mahalında 574 müsəlman, cəmi 2 yerli və işğaldan sonra İrandan köçürülmüş 200 erməni ailəsi qeydə alınmışdır. Amma 574 ailə müsəlmanların sayını real əks etdirmir, çünki yuxarıda qeyd etdiyimiz kimi, əhalinin xeyli hissəsi hərbi əməliyyatlar gedən ərazilərdən uzaqlaşmış və yalnız 1834-cü ildən sonra geri qayıtmağa başlamışdılar. 2 yerli erməni ailəsi Böyük Vedi kəndində qeydə alınmışdır, İrandan köçürülən erməni ailələrindən 1 ailə Xorvirab, 101 ailə Dəvəli, 98 ailə isə Böyük Vedi kəndində məskunlaşdırılmışdı. 1831-ci ildə Vedibasar mahalında yaşayış olan 21 kənd qeydə alınmış, 36 kənddə isə yaşayış olmamışdır. Həmin kəndlərin əhalisi 1827-ci ilin yayındakı hərbi əməliyyatlar zamanı ətraf ərazilərə dağılmışdı. 1834-1835-ci illərdə geri qayıdan müsəlman əhali bu kəndlərdən bir çoxunu - Şirazlı, Qaralar, Qarabağlar, Bağçacıq, Zimmi, Xosrov, Haxıs və bir sıra digər kəndlərini artıq məskunlaşdırmışdı. 1879-cu ildə Vedibasar mahalında 70 kənd, Şərur-Dərələyəz qəzasının keçmiş Şərur nahiyəsinə aid olan ərazidə isə 62 kənd qeydə alınmışdır[3][7] 1931 Vedibasar mahalında 16 bəy və Sultan ailəsi qeydə alınmışdır.[3][8] Vedibasarda 5 axund və molla ailəsi, 2 mirzə, 1 seyid, Şərur mahalında isə 22 axund və molla, 9 mirzə, 10 seyid, 4 dərviş ailəsi yaşayırdı [3][9]

Şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Yusif Yusifov — görkəmli Azərbaycan tarixçisi, şərqşünas, türkoloq, dilçi, mixi yazılar üzrə mütəxəssis, toponimikaçı, elamşünas, Azərbaycanda qədim Şərq tarixinin tədqiqinin əsasını qoyan, nadir ixtisaslı alimlərdən biri.
  • Səttar Səfərov - görkəmli dövlət xadimi, iqtisad elmləri doktoru, professor; Azərbaycan Respublikası Milli Məclisinin deputati
  • Firudin Cəlilov- türkoloq, filologioya elmləri doktoru, professor;sabiq Təhsil Naziri
  • Abbasqulu bəy Şadlinski - xalq qəhrəmanı
  • Fərman Kərimzadə - yazıçı
  • Bəylər Eyyubov - general-polkovnik
  • Vaqif Şadlinski - professor
  • Əziz Ələkbərli - filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
  • Elmira Xudaverdiyeva – pedaqoq (1971-1999)
  • Paşa Qəlbinur - tibb elmləri doktoru, oftalmoloq
  • Kərəm Kərimov - tibb elmləri doktoru, oftalmoloq
  • Gülçöhrə Məmmədova - Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru , Azərbaycan Respublikası Milli Məclisinin deputati
  • Ramiz Yediyarov - Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı
  • Mirələkbər İbrahimov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi
  • Nəriman Yusifov — Azərbaycan Respublikası Ədliyyə Naziri.
  • Oruc Məmmədov - Azərbaycan Respublikası Milli Məclisinin deputatı
  • Azər Şadlinski - tibb elmləri namizədi
  • VAQİF ARZUMANLI, NAZİM MUSTAFA, "TARİXİN QARA SƏHİFƏLƏRİ. Deportasiya. Soyqırım. Qaçqınlıq", AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ MİLLİ MÜNASİBƏTLƏR İNSTİTUTU, Bakı, "Qartal, 1998 (ELMİ REDAKTOR : professor TEYMUR ƏHMƏDLİ)
  • Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
  • Əziz Ələkbərli, "Qərbi Azərbaycan, 1-ci cild, Vedibasar mahalı", Bakı, "Ağrıdağ", 2000.
  • Əziz Ələkbərli, "Qərbi Azərbaycan, 1-ci cild, Vedibasar mahalı" (2-ci nəşri), Bakı, "Ağrıdağ", 2003.
  • PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  • Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
  • B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
  • Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995.
  1. Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1997-ci il tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" fərmanı
  2. Azərbaycan Respublikası prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı
  3. Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XYI - начале XIX в., Ленинград, 1949
  4. Байбуртян В.А., Армянская колония Новой Джульфы в XYII веке, Иряван, 1969
  5. Тер-Мкртчян Л.Х., Армения под властью Надир шаха. Москва, 1963
  6. Езов Г.А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898
  7. Мамедов С.А., Азербайджан по источникам XV - первой половины XVIII вв., Бакы, 1993 Шопен И., #Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб 1852
  8. Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989
  9. Enikolopov İ.K., Qriboedov i Vostok, İrəvan 1954
  10. Qлинка Н.С., Описания переселения армян Aзербайджанских в пределы России, M.1831
  11. Kemal Beydilli, 1828-1829. Osmanlı - Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler, X T.T.K. konqresinde sunulan tebliğ, Ankara,1986
  12. Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976
  13. Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836
  14. Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Tiflis, 1885
  15. Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы, С.Петербург, 1904
  16. "Армянский геноцид". Миф и реальность. Справочник фактов и документов, Б.1992
  17. Hüsyin Baykara., Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992
  18. Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992
  19. Заварян С., Экономические условия Карабаха и голод 1906-1907 г., Перевод с армянского, С.Петербург, 1907
  20. Готлиб В.В., Тайная дипломатия во время первой мировой войны, М.1960
  21. Suleyman Kocabas, Tarihte Turk-Rus Mucadelesi, Istanbul, 1989
  22. Шахдин И., Дашнакцутюн на службе русской белогвардейщины и английского командования на Кавказе, Bakı, 1990
  23. Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918-1920-ci illər, Bakı, 1993
  24. Məmməd Sadıq Aran. "Qardaş köməyi" məqaləsi;1951; Bax: "Ədəbiyyət və incəsənət" qəzeti, 2 oktyabr 1990-cı il.
  25. Azərbaycan Respublikası MDSPİHA, f.276, s.8, iş 463, v.23; Bax: Bəxtiyar Nəcəfov, Лицо врага (История Армянского национализма в Закавказье в конце XIX начале XX в.), Bakı, 1993
  26. Грибойедов А., Seçilmiş əsərləri, 2-ci cild, Moskva, 1977.
  1. [1]
  2. 0 İrəvan əyalətinin icmal dəftəri (Araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri Z.Bünyadov, H.Məmmədov (Qaramanlı). Bakı:1996səh.135-136.
  3. 1 2 3 4 5 6 "Arxivlənmiş surət" (PDF). 2020-11-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-22.
  4. İrəvan əyalətinin icmal dəftəri (Araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri Z.Bünyadov, H.Məmmədov (Qaramanlı). Bakı:1996, səh 38-39.
  5. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002.
  6. 386, səh.543-621
  7. 4Сборник сведений о Кавказе. Т.5.Списки населенных месть Кавказского края. Ч.1. Тифлис:1879. Эриванская губерния.
  8. Камеральное описание Ведибасарского магала Эриванской провинции Армянской области. НАА, Ф.90, оп.1, д.92
  9. İ.Şopen “Erməni vilayətinin Rusiya imperiyasına birləşdirildiyi dövrdəki vəziyyətinə dair tarixi abidə” (S.Pb, 1852) kitabında dərviş ailələrinin sayını səhvən 3 göstərmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]