Taytan — Vikipediya
Kənd | |
Taytan | |
---|---|
39°54′00″ şm. e. 44°41′00″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Vedibasar mahalı |
Rayon | Vedi rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1873 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 870 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Taytan — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 4 km cənub-şərqdə, Vedibasar çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[3].
Toponim türk dilində "kiçik dağ", "təpə" mənasında işlənən tay (tey) sözü ilə[4] türk dilində "dərə, dar dərin dərə", "təpə" mənasında işlənən tan (q) < //ton) (q) sözünün[5][6] birləşməsindən əmələ gəlmişdir. "Tay" coğrafi termin kimi "tərəf, sahil" mənasında da işlənir[7].
Orotoponimdir. Mürəkkəb quruluşlu toponimdir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1873-cü ildə 166 nəfər, 1886-cı ildə 177 nəfər, 1897-ci ildə 316 nəfər, 1904-cü ildə 262 nəfər, 1914-cü ildə 288 nəfər, 1916-cı ildə 366 nəfər azərbaycanlı yaşamışdır[8].
1918-1919-cu illərdə azərbaycanlıları ermənilər öz doğma ocaqlırından qovmuşlar. Xaricdən (İran və Türkiyədən) gələn ermənilər bu kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə burada 183 nəfər azərbaycanlı, 81 erməni, 1926-cı ildə 175 nəfər azərbaycanlı, 114 erməni, 1931-ci ildə 217 nəfər azərbaycanlı, 224 erməni yaşamışdır[8].
1988-ci ilin noyabr ayına kimi burada azərbaycanlılar yaşamışdır. Həmin ilin dekabr ayında azərbaycanlılar Ermənistan dövləti tarixi torpaqlarından qovmuşdur. İndi burada yalnız ermənilər yaşayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.236
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.539, 548
- ↑ 367, 279-280
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.543, 557
- ↑ Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, "Elm", 1966. s.130
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.86-87, 154-155