Əski İqriq — Vikipediya
Əski İqriq | |
---|---|
41°19′01″ şm. e. 48°30′08″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 695 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 356 (2009) nəfər |
Digər | |
[http:// ] | |
Əski İqriq və ya Əski İqrığ — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Toponimikası
[redaktə | mənbəni redaktə et]Əski İqrığ oyk, mür. Quba r-nunun Quba şəhər i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Oykonim əski (köhnə, qədim) və İqrığ (kənd adı) komponentlərindən düzəlib "köhnə İqrığ kəndi" deməkdir.[1]
Turizmi
[redaktə | mənbəni redaktə et]Kənddə beşulduzlu "Quba Palace Azerbaijan"' oteli fəaliyyət göstərir.[1] Otelin tikintisinə 2011-ci ilin aprelində başlanmış, açılışı 20 dekabr 2013-cü ildə olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.[2] Otel kompleksi yeddimərtəbəli əsas binadan, 16 villadan, üç restoran və bir gecə klubundan, əyləncə parkından, qolf sahəsində və digər müasir xidmət obyektlərindən ibarət olmaqla 210 hektar ərazini əhatə edir.[2] Oteldə tennis kortu, voleybol, basketbol, mini futbol sahələri və ərazisi 68 hektar olan qolf sahəsi də yaradılmışdır. Villalar 7 otaqdan ibarətdir.[2]
Əhalisi
[redaktə | mənbəni redaktə et]- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 356 nəfər əhali yaşayır.[3]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ 1 2 3 İlham Əliyev “Rixos Quba Azerbaijan” otel kompleksinin açılışında iştirak etmişdir Arxivləşdirilib 2021-10-22 at the Wayback Machine president.az (az.)
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Quba rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |