İpnari — Vikipediya
İpnari kəndi gürc. სოფელი იფნარი (sopeli ipnari) | |
---|---|
იფნარი | |
41°24′47″ şm. e. 44°09′59″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Rayon | [[Başkeçid]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.260 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 (360) |
Poçt indeksi | 1710[2] |
İpnari — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə İpnari kənd inzibati-ərazi dairəsinin mərkəzidir.[3]
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 14 km şimal-qərbdə, Qomaret yaylasında yerləşir.[4]
Tarixi
[redaktə | mənbəni redaktə et]Kənd 1906-cı ildə alman əsilli köçkünlər tərəfindən salınmış, Valdheym koloniyası adlandırılmışdır.[5][6] 15-30 oktyabr 1941-ci ildə burada məskunlaşmış alman əsilli əhali məcburi şəkildə Qazaxıstana deportasiya olundu.[7] Almanların sürgün edilməsindən bir müddət sonra 5 avqust 1943-cü ildə Valdheym kəndinin adı dəyişdirilərək Kirovisi kəndi adlandırıldı.[4] Gürcüstan prezidentinin 16 noyabr 2010-cu il tarixli 925 nömrəli fərmanına əsasən adı dəyişdirilərək İpnari adlandırılmışdır.[8]
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1926-cı ildə 65 təsərrüfatda 310 nəfər əhali yaşayırdı.[9]
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 481 nəfər (225 nəfəri kişilər, 256 nəfəri qadınlar) əhalinin 96 %-i etnik azərbaycanlılardan ibarətdir.[10][11] 2011-ci ildə təqdim olunmuş digər məlumata əsasən kənd əhalisi hazırda yalnız etnik azərbaycanlılardan ibarətdir.[12]
1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 515 nəfər əhali yaşayır.[3]
Təhsil
[redaktə | mənbəni redaktə et]Hazırda kənddə bir orta məktəb fəaliyyət göstərir.[4][13]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://census.ge/en/home.
- ↑ http://www.gpost.ge.
- ↑ 1 2 დმანისის მუნიციპალიტეტის თვითმმართველობის ვებ გვერდი: დმანისის მუნიციპალიტეტის ინფრასტრუქტურის განვითარების პროგრამა 2010 წელი Arxivləşdirilib 2014-06-22 at the Wayback Machine
- ↑ 1 2 3 Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədlinin müəllifi olduğu və 1997-ci ildə yayınlanmış "Alın yazımız" kitabı əsasında hazırlanmış "Borçalı tarixi" elektron kitabı. səh. 33 Arxivləşdirilib 2012-09-02 at the Wayback Machine
- ↑ Jakob Hummel: Das Heimatbüchlein der Deutschen in Transkaukasien/Pokrowsk: Nemgosizdat, 1928, s 49
- ↑ Т. Чернова-Деке (Берлин). Немецкие колонии в Грузии: специфика становления, управления и экономической жизни (1817-1917). стр. 133[ölü keçid]
- ↑ Зейналова С.М. Немцы на Кавказе. Arxivləşdirilib 2012-12-09 at the Wayback Machine – Издательско-полиграфический центр «Мутарджим» Баку, ул. Р.Рзы, 125. 2008 год, стр. 318
- ↑ სსიპ "საქართველოს საკანონმდებლო მაცნე": საქართველოს პრეზიდენტის ბრძანებულება №925 2010 წლის 16 ნოემბერი ქ. თბილისი Arxivləşdirilib 2020-08-04 at the Wayback Machine
- ↑ Зейналова С.М. Немцы на Кавказе. Arxivləşdirilib 2012-12-09 at the Wayback Machine – Издательско-полиграфический центр «Мутарджим» Баку, ул. Р.Рзы, 125. 2008 год, стр. 221
- ↑ National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები Arxivləşdirilib 2018-09-28 at the Wayback Machine
- ↑ The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia Arxivləşdirilib 2013-11-12 at the Wayback Machine. ECMI Working Paper #23. February, 2005
- ↑ Региональный Информационный портал Квемо-Картли: Статьи: Дманисские истории[ölü keçid], дата публикации: 22 Jul. '11
Расположенная над Карабулахи деревня Ипнари находится в ущелье Чатахи. Там еще сохранились старые немецкие дома в готическом стиле, на асфальтированной дороге еще остался след насыпного гравия. На сегодняшний день 100% населения Ипнари – этнические азербайджанцы.
- ↑ Региональный Информационный портал Квемо-Картли: Справочник по региону: Образование: Школы:[ölü keçid] 3.Публичные школы муниципалитета Дманиси