Əzəli Əssumani — Vikipediya
Əzəli Əssumani | |
---|---|
Komor Adaları İttifaqının Prezidenti | |
26 may 2016 – h.h | |
Əvvəlki | İkililu Duanin |
26 may 2002 – 26 may 2006 | |
Əvvəlki | Hamada Madi (müvəqqəti) |
Sonrakı | Əhməd Abdulla Məhəmməd Səmbi |
30 aprel 1999 – 21 yanvar 2002 | |
Əvvəlki | Tacəldin bin Səid Məsundi |
Sonrakı | Hamada Madi (müvəqqəti) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Mitsudje, Komor adaları |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Həyat yoldaşı | Ambari Daruyeş |
Dini | islam |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Əzəli Əssumani (ərəb. غزالي عثماني; fr. Azali Assoumani; 1 yanvar 1959[1], Mitsudje[d], Qrand Komor) — 2016-cı ildən etibarən vəzifədə olan Komorların hazırkı Prezidenti.
15 may 2016-cı ildə Konstitusiya Məhkəməsi tərəfindən 2016-cı il prezident seçkilərində Prezident İkililu Duaninin xələfi olaraq qalib elan edildi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Əzəli 1959-cu ildə Qrand Komorun cənub-qərbində Mitsudje şəhərində anadan olub. 1999-cu ildə hökuməti devirərək iyirmi illik hərbi karyerasında ən böyük nailiyyətini qazandı. 1977–1980-ci illərdə Mərakeşdə Kral Hərbi Akademiyasında təhsil almış və paraşütçü ixtisasına yiyələnmişdir. Komorlara qayıtdıqdan sonra Komor adaları Silahlı Qüvvələrinə qatıldı. Abdullanın vəfatı və muzdlu döyüşçülərin 1989–1990-cı illərdə ölkədən getməsindən sonra mayor Əzəli Komor adaları Silahlı Qüvvələrində baş zabit oldu. 1996-cı ildə fransız hərbi akademiyalarının birində təhsil aldı, Milli İnkişaf Ordusunun polkovniki və Baş qərargah rəisi vəzifəsinə yüksəldi.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]2018-ci ilədək prezident postu hər beş ildən bir ölkənin üç adası: Qrand Komor, Anjuan və Mohelidən olan şəxslər arasında ötürülür. 2018 konstitusiya referendumu bu sistemi sona çatdırdı və Əzəlinin səsverməni 60.7% səslə ilk turunda qazandığı 2019 Komor adaları prezident seçkilərində iştirak etməsinə icazə verdi. 2019-cu ilin aprelində postuna yenidən təyin olundu.[2]
2022-ci ilin may ayında Azali Assoumani Mərakeşin Komor adalarındakı səfirliyindən Afrika kubokunun Kontinental fərqlənmə mükafatını aldı.[3]
7 avqust 2024-cü ildə Azali Assoumani oğluna və ehtimal edilən varisi Nur El Fəthə geniş səlahiyyətlər verdi və ona hökumətin qərar vermə prosesinin bir neçə mərhələsində müdaxilə etməyə imkan verdi.[4]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azali Assoumani // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ https://oefresearch.org/news/international-elections-and-leaders-april-2019-update[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
- ↑ https://www.reuters.com/world/africa/comoros-president-grants-sweeping-new-powers-his-son-2024-08-07/%7Cdate=07 August 2024 |bot=InternetArchiveBot }}