1936 Yay Olimpiya Oyunları — Vikipediya
XI Yay Olimpiya Oyunları | |
---|---|
Şəhər | Berlin, Almaniya |
İştirakçı dövlətlər | 49 |
İdmançıların sayı | 3,963 (3,632 kişi, 331 qadın) |
Açılış mərasimi | 1 avqust |
Bağlanış mərasimi | 16 avqust |
Rəsmən açılışı edib | Kansler və Fürer Adolf Hitler |
Olimpiya andı | Rudolf İsmayr |
Olimpiya məşəli | Frits Şilgen |
Stadion | Berlin Olimpiya Stadionu |
Vikianbarda əlaqəli mediafayllar |
1936 Yay Olimpiya Oyunları— 1936-cı ildə Almaniyanın Berlin şəhərində baş tutmuş beynəlxalq çoxnövlü idman yarışıdır. Berlin Barselonada Beynəlxalq Olimpiya Komitəsinin 29-cu sessiyasında-26 aprel 1931-ci ildə oyunlara ev sahibliyi etmək hüququnu əldə edib.
1932-ci il Los Anceles Yay Olimpiya Oyunları geridə qaldıqdan sonra, Almaniya yeni 100000 yerlik yüngül atletika stadionu, altı gimnaziya və bir çox digər kiçik arenalar inşa etdirdi. Almaniya həmçinin bahalı yüksəktexnoloji elektron avadanlığın bir çox digər formaları ilə 41 ölkəni əhatə edən radio şəbəkəsi və video müşahidə sistemini qurdu.[1] Kinorejissor Leni Rifenştal 7 mln. $ qarşılığında oyunları ekranlaşdırmaq üçün Almaniya Olimpiya Komitəsi tərəfindən tapşırıq alıb.[1] Olimpiya adlanan filmdə idman çəkilişlərində ümumi texnikaların çoxu ilk dəfə idi istifadə olunurdu.
Reyx Kansler Adolf Hitler oyunları irqi üstünlük idelları və öz dövlətinin irəli çəkilməsi kimi görürdü. Nasist partiyasının rəsmi qəzeti olan Völkischer Beobachter kəskin həddə yazmışdı ki, yəhudilərin və qara dərililərin Olimpiya Oyunlarında iştirakına icazə verilməməlidir.[2][3] Lakin digər millətlərin oyunları boykot edəcəyi məsələsi ortaya çıxan zaman, bütün etnik qrupların iştirakına icazə verildi.