2004 Avroviziya Mahnı Müsabiqəsi — Vikipediya
2004 Avroviziya Mahnı Müsabiqəsi "Under the Same Sky" "Eyni səma altında" | |
---|---|
I yarımfinal | 12 may 2004 |
Final | 15 may 2004 |
Aparıcı(lar) | Korhan Abay Məltəm Cumbul |
Direktor | Svante Stokselius |
Kanal | TRT |
Keçirilən yer | Abdi İpekçi Arena İstanbul, Türkiyə |
Qalib mahnı | Ukrayna "Wild Dances" |
Seçki sistemi | Hər bir ölkə ən çox səs toplayan on iştirakçıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 36 |
İlk dəfə iştirak edən ölkələr | Albaniya Andorra Belarus Serbiya və Monteneqro |
Yenidən iştirak edən ölkələr | Danimarka Finlandiya İsveçrə Litva Makedoniya Monako |
İştirakdan imtina edən ölkələr | Olmayıb |
İştirakçı xəritəsi Finalda iştirak etmiş ölkələr İştirakdan imtina etmiş ölkələr Finala keçə bilməmiş ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2003 2005 ► |
2004 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2004; fr. Concours Eurovision de la chanson 2004) — sayca 49-cu Avroviziya Mahnı Müsabiqəsidir. Sərtab Ərənərin ifa etdiyi "Everyway That I Can" adlı mahnı ilə 2003 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2004-cü ildə Türkiyə ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Türkiyənin İstanbul şəhərində Abdi İpekçi Arenasında keçirilmişdir. İştirak etmək istəyən ölkələrin çoxluğu səbəbindən bu ildən etibarən Avroviziyada yarımfinal mərhələsi təşkil olunmuşdur. Müsabiqənin yarımfinalı 2004-cü ilin 12 may, final isə 15 may tarixində baş tutmuşdur.
2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin təşkil olunması ilə birlikdə bir çox ölkələr müsabiqəyə qoşulmuşdur. Bu Albaniya, Andorra, Belarus və Serbiya və Monteneqronun Avroviziyada ilk iştirakları idi. Eyni zamanda Danimarka, Finlandiya, İsveçrə, Litva və Makedoniya bir illik, Monako isə iyirmi beş illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Müsabiqədə ümumilikdə 36 ölkə iştirak etmişdir və bu Avroviziya tarixindəki ən yüksək göstərici idi.
Avroviziya 2004-ün qalibi "Wild Dances" mahnısı ilə Ukrayna təmsilçisi Ruslana seçilmişdir. Ukrayna müsabiqənin yarımfinal mərhələsində ikinci yerdə qərarlaşsa da, finalda ölkə ən çox səs toplayaraq, müsabiqənin qalibi elan edilmişdir. Bu Ukraynanın Avroviziyada ilk qalibiyyəti idi.
Kipr-Türkiyə münasibətləri
[redaktə | mənbəni redaktə et]2004-cü ilə kimi Kipr və Türkiyə Avroviziyada heç vaxt bir-birlərinə səs verməmişdirlər. Müsabiqə tarixində ilk dəfə İstanbulda keçirilən Avroviziya 2004-də iki ölkə səsvermədə bir-birinə xal vermişdir: Kipr Türkiyəyə 4 xal, Türkiyə isə Kiprə 1 xal vermişdir. Lakin bir neçə ölkənin etirazına səbəb olan məqam səsvermənin gedişatında bütün səsverən ölkələr öz səslərini açıqlamazdan əvvəl ölkə xəritələri ekranda nümayiş etdirildiyi halda Kipr nümayəndəsi səsləri açıqlayarkən Kiprin xəritəsinin göstərilməməsi idi. Buna səbəb Türkiyənin Kiprin şimal hissəsini müstəqil ölkə kimi tanıması idi. Xəritənin nümayiş etdirilməsi Kiprin ərazisinin bütöv şəkildə göstərilməsi demək idi və bu türk izləyicilərin etirazına səbəb ola bilərdi.
İştirakçı ölkələr
[redaktə | mənbəni redaktə et]36 ölkənin iştirak etdiyi Avroviziya 2004 iyirmi iki ölkənin final uğrunda mübarizə apardığı yarımfinal mərhələsindən və iyirmi dörd ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunmuşdur. 2003-cü ildə müsabiqədə ilk onluğa daxil olan ölkələr və eyni zamanda "Böyük dördlük" ölkələri (Türkiyə, Belçika, Rusiya, Norveç, İsveç, Avstriya, Polşa, İspaniya, İslandiya, Rumıniya, İrlandiya, Almaniya, Böyük Britaniya və Fransa) müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdılar.
Yarımfinal
[redaktə | mənbəni redaktə et]12 may tarixində baş tutan yarımfinal mərhələsində 22 ölkə iştirak etmişdir. Fransa, Polşa və Rusiyadan başqa bütün müsabiqədə iştirak edən ölkələrin yarımfinalda mübarizə aparan ölkələrə səs vermək hüququ var idi. Yarımfinal mərhələsi Fransa, Polşa və Rusiya telekanallarında yayımlanmamışdı.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Finlandiya | İngiliscə | Yari Sillanpəə | "Takes 2 to Tango" | Tanqo üçün iki nəfər lazımdır | 14 | 51 |
02 | Belarus | İngiliscə | Aleksandra və Konstantin | "My Galileo" | Mənim Qalileom | 19 | 10 |
03 | İsveçrə | İngiliscə | Piero Esteriore və The MusicStars | "Celebrate" | Qeyd et | 22 | 0 |
04 | Latviya | Latışca | Fomins & Kleins | "Dziesma par laimi" | Xoşbəxtlik haqqında mahnı | 17 | 23 |
05 | İsrail | İvritcə, İngiliscə | David D'Or | "Leha'amin" (להאמין) | İnanmaq | 11 | 57 |
06 | Andorra | Katalanca | Marta Roure | "Jugarem a estimar-nos" | Sevgi oyunu oynayaq | 18 | 12 |
07 | Portuqaliya | Portuqalca | Sofiya Vitoriya | "Foi magia" | Bu sehr idi | 15 | 38 |
08 | Malta | İngiliscə | Culi və Ludviq | "On Again... Off Again" | Yenidən birlikdəyik... Yenidən ayrıldıq | 8 | 74 |
09 | Monako | Fransızca | Maryon | "Notre planète" | Bizim planet | 19 | 10 |
10 | Yunanıstan | İngiliscə | Sakis Ruvas | "Shake It" | Silkələ | 3 | 238 |
11 | Ukrayna | İngiliscə, Ukraynca | Ruslana | "Wild Dances" | Vəhşi rəqslər | 2 | 256 |
12 | Litva | İngiliscə | Linas və Simona | "What's Happened to Your Love?" | Sənin sevginə nə oldu? | 16 | 26 |
13 | Albaniya | İngiliscə | Anyeza Şahini | "The Image of You" | Sənin xəyalın | 4 | 167 |
14 | Kipr | İngiliscə | Liza Andreas | "Stronger Every Minute" | Hər dəqiqə ilə daha güclü | 5 | 149 |
15 | Makedoniya | İngiliscə | Toşe Proeski | "Life" | Həyat | 10 | 71 |
16 | Sloveniya | İngiliscə | Platin | "Stay Forever" | Əbədi qal | 21 | 5 |
17 | Estoniya | Vıroca | Neiokõsõ | "Tii" | Yol | 11 | 57 |
18 | Xorvatiya | İngiliscə | İvan Mikuliç | "You Are the Only One" | Sadəcə sən | 9 | 72 |
19 | Danimarka | İngiliscə | Tomas Tordarson | "Shame on You" | Ayıb olsun sənə | 13 | 56 |
20 | Serbiya və Monteneqro | Serbcə | Jelko Yoksimoviç və Ad-Hoc Orchestra | "Lane moje" (Лане моје) | Mənim sevgilim | 1 | 263 |
21 | Bosniya və Herseqovina | İngiliscə | Deen | "In the Disco" | Diskotekada | 7 | 133 |
22 | Niderland | İngiliscə | Re-Union | "Without You" | Sənsiz | 6 | 146 |
Final
[redaktə | mənbəni redaktə et]Finalçılar:
- "Böyük dördlük" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa və İspaniya);
- Avroviziya 2003-də ilk onluğa daxil olan ölkələr;
- Avroviziya 2004-ün yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr.
15 may tarixində baş tutan yarımfinal mərhələsində 24 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və Ukrayna təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdir.
Qalın hərflərlə yazılmış ölkələr 2005 Avroviziya Mahnı Müsabiqəsinin finalına birbaşa vəsiqə qazanmışdır.
№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | İspaniya | İspanca | Ramon | "Para llenarme de ti" | Səninlə dolu olsun | 10 | 87 |
02 | Avstriya | Almanca | Tie Break | "Du bist" | Sən | 21 | 9 |
03 | Norveç | İngiliscə | Knut Anders Sörum | "High" | Yüksək | 24 | 3 |
04 | Fransa | Fransızca, İspanca | Conatan Serrada | "À chaque pas" | Hər addımla | 15 | 40 |
05 | Serbiya və Monteneqro | Serbcə | Jelko Yoksimoviç və Ad-Hoc Orchestra | "Lane moje" (Лане моје) | Mənim sevgilim | 2 | 263 |
06 | Malta | İngiliscə | Culi və Ludviq | "On Again... Off Again" | Yenidən birlikdəyik... Yenidən ayrıldıq | 12 | 50 |
07 | Niderland | İngiliscə | Re-Union | "Without You" | Sənsiz | 20 | 11 |
08 | Almaniya | İngiliscə, Türkcə | Maks | "Can't Wait Until Tonight" | Axşama kimi gözləyə bilmərəm | 8 | 93 |
09 | Albaniya | İngiliscə | Anyeza Şahini | "The Image of You" | Sənin xəyalın | 7 | 106 |
10 | Ukrayna | İngiliscə, Ukraynca | Ruslana | "Wild Dances" | Vəhşi rəqslər | 1 | 280 |
11 | Xorvatiya | İngiliscə | İvan Mikuliç | "You Are the Only One" | Sadəcə sən | 12 | 50 |
12 | Bosniya və Herseqovina | İngiliscə | Deen | "In the Disco" | Diskotekada | 9 | 91 |
13 | Belçika | İngiliscə | Xandee | "1 Life" | Bir həyat | 22 | 7 |
14 | Rusiya | İngiliscə | Yuliya Saviçeva | "Believe Me" | İnan mənə | 11 | 67 |
15 | Makedoniya | İngiliscə | Toşe Proeski | "Life" | Həyat | 14 | 47 |
16 | Yunanıstan | İngiliscə | Sakis Ruvas | "Shake It" | Silkələ | 3 | 252 |
17 | İslandiya | İngiliscə | Younsi | "Heaven" | Cənnət | 19 | 16 |
18 | İrlandiya | İngiliscə | Kris Doran | "If My World Stopped Turning" | Əgər dünyam dönməzsə | 22 | 7 |
19 | Polşa | İngiliscə, İspanca | Blue Café | "Love Song" | Sevgi nəğməsi | 17 | 27 |
20 | Böyük Britaniya | İngiliscə | Ceyms Foks | "Hold On to Our Love" | Sevgimizə tutun | 16 | 29 |
21 | Kipr | İngiliscə | Liza Andreas | "Stronger Every Minute" | Hər dəqiqə ilə daha güclü | 5 | 170 |
22 | Türkiyə | İngiliscə | Athena | "For Real" | Həqiqətən | 4 | 195 |
23 | Rumıniya | İngiliscə | Sanda | "I Admit" | Mən etiraf edirəm | 18 | 18 |
24 | İsveç | İngiliscə | Lena Filipsson | "It Hurts" | İncidir | 5 | 170 |