Aşıq Ələsgərin heykəli (Bakı) — Vikipediya

Aşıq Ələsgərin heykəli
Ölkə Azərbaycan
Yerləşir Bakı
Memarlıq üslubu klassik
Heykəltaraş Natiq Əliyev
Memar Malik Babayev
Sifarişçi Mədəniyyət Nazirliyi
Tikilib 2024
Vəziyyəti əla
Hündürlüyü 4 metr
Material Tunc qranit
Saxlanıldığı yer

Aşıq Ələsgərin heykəli — XIX- XX əsrlərdə yaşayıb-yaratmış, aşıq, şair Aşıq Ələsgərə Bakı şəhərində ucaldılmış abidə. Heykəlin açılışı 30 sentyabr 2024-cü ildə olub.[1] Heykəl Rəşid Behbudov küçəsi ilə Abbasqulu ağa Bakıxanov küçəsinin kəsişməsində ucaldılıb.

Aşıq Ələsgərin heykəlinin Bakı şəhərində açılışı 30 sentyabr 2024-cü ildə olub. Heykəlin aşılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, dövlət rəsmiləri və ictimaiyət nümayəndələri iştirak edib.[2]

Abidə Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsindəki parkda ucaldılıb. Heykəlin müəllifi xalq Rəssamı Natiq Əliyev, memarı isə Azərbaycan Rəssamlıq Akademiyasının baş müəllimi Malik Babayevdir.[2]

Abidə Bakı şəhərində aşıq sənəti nümayəndəsinin şərəfinə ucaldılmış ilk monumentdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]