Aşağı Şurtan — Vikipediya
Aşağı Şurtan | |
---|---|
39°59′31″ şm. e. 46°00′08″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Aşağı Şurtan — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şurtan kənd inzibati ərazi dairəsində kənd.[1]
Etimologiyası
[redaktə | mənbəni redaktə et]Yaşayış məntəqəsi ərazidəki Şurtançayın Aşağı axarında yerləşdiyi üçün belə adlandırılmışdır.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Aşağı Şurtan kəndi mahalın bir hissəsi olmuşdur.[3] Kürdüstan qəzası ləğv edildikdən sonra Aşağı Şurtan Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.[4]
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[5] Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[6]
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Tərtər çayının sahilində, Dəlidağın ətəyindədir.[2]
Əhalisi
[redaktə | mənbəni redaktə et]1950-ci illərdə kənddə aparılan tədqiqat zamanı kəndin sakinlərini özlərini kürd kimi identifikasiya etmişdilər.[7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ 1 2 "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı: "Şərq-Qərb", 2007.
- ↑ Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об.
- ↑ Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1977 года (4-е изд.). Баку: Азербайджанское гос. изд-во. 1979. 7.
- ↑ "Nagorno Karabakh". Human Rights Watch. 1994. 22 April 2003 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2020.
The towns' capture came at staggering human costs, creating 250,000 new Azerbaijani refugees. Civilians fled Kelbajar in April through high mountains still covered with snow. Refugees claimed that hundreds of people froze to death attempting to flee.
- ↑ "Azerbaijani Forces Reclaim Second District From Armenians Under Nagorno-Karabakh Truce". RFERL.org (ingilis). Radio Free Europe/Radio Liberty. 25 noyabr 2020. 25 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2020.
- ↑ Татьяна Аристова, (1962) Из истории возникновения современных курдских селений в Закавказье // Советская этнография. С. 22
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Kəlbəcər rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |