Absurdizm — Vikipediya
Absurdizm — XX əsrin 50-ci illərində ekzistensializm ideyalarının əleyhdarı kimi meydana çıxan və bu ideyalara istehza edən ədəbi cərəyan. "Antiteatr" və "antidram" adları ilə də məlumdur.
Absurdizm ən qabarıq ifadəsini E. İoneskonun "Daz xanəndə qadın" (1953) və S. Bekketin "Qodonun intizarında" (1952) pyeslərində tapmışdır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- "Ədəbiyyatşünaslıq terminləri lüğəti", Bakı, Maarif, 1978, səhifə 5.