Adi Afrika kəli — Vikipediya

Adi Afrika kəli
Elmi təsnifat
Beynəlxalq elmi adı

Adi Afrika kəli (lat. Syncerus caffer) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin afrika kəli cinsinə aid heyvan növü. Afrikada geniş yayılmışdır. Hazırda Afrika kəli (Syncerus) cinsinin yeganə nümayəndəsidir.

Afika kəli müasir iri heyvanlardandır. Fərdləri daha böyük olan yarımnövlərinin yetkin erkəklərinin kütləsi bəzən 1000 kq-ı aşsa da, kütləsi 900 kq olanlarının sayı da az deyil. Nadir hallarda bədəninin uzunluğu 3-3,4 m, kütləsi 1300 kq-a çatan yaşlı fərdlərə də rast gəlinir.[3] Eyni zamanda adi Afrika kəlinin bəzi yarımnövləri nəzərəçarpacaq dərəcədə kiçik ölçülərə malikdir. Bununla yanaşı, meşə kəlləri Savannanın nisbətən kiçik sakinləridir.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]
  • S. c. caffer
  • S. c. nanus (Boddaert, 1785)
  • S. c. brachyceros (Gray, 1837)
  • S. c. aequinoctialis (Blyth, 1866)
  • S. c. mathewsi (Lydekker, 1904)
  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. "African buffalo" (ingilis). Answers.com. 2012-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2010.