Afrika eşşəyi — Vikipediya

Afrika eşşəyi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Afrika eşşəyi və ya Afrika ulağı (lat. Equus asinus, bəzən Equus africanus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid heyvan növü.

Afrika eşşəyinin vətəni Afrika qitəsidir və bu heyvanların əhliləşdirilməsi insanların təsərrüfat və mədəni həyatında mühüm tarixi əhəmiyyət kəsb etmişdir.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Atdan fərqli olaraq eşşək dırnaqlarının üstünün kələkötür olması və möhkəmliyi ilə fərqlənir. Baxmayaraq ki, sürətli qaçmaq üçün o qədər də əlverişli deyil, onlar daha təhlükəsiz hərəkətə köməklik edir. Bəzən eşşəklərin sürəti 70 km/saat-a çatır. Eşşəklər quru iqlimi olan yerlərdə yaşamağa uyğunlaşıblar. Onların dırnaqları rütübətli Avropa iqliminə pis uyğunlaşır. Ona görə də belə yerlərdə eşşəklərin dırnaqlarına xüsusi qayğı tələb olunur.

Eşşəklərin tüklərinin rəngi boz, qəhvəyi və ya qara olur. Nadir hallarda ağ cinslərinə də rast gəlinir. Qarın hissəsi adətən aşıq rəngdə olur. Üzün qabaq hissəsi və gözlərin ətrafı da bu rəngdə olur. Eşşəyin sərt yalı və qotazla sonuclanan quyruğu olur. Atlara nisbətən qulaqları bir qədər uzun olur.

Eşşəklərin hündürlüyü 90—160 sm olur və cinsi yetişkənliyə 2-2,5 yaşlarında çatırlar. Cütləşmə adətən yaz aylarına təsadüf edir. 12-14 ay çəkən hamiləlik dövründən sonra 1-2 bala doğurlar.

  1. Integrated Taxonomic Information System (ing.). 1996.