Alanya qalası — Vikipediya

Alanya qalası
türk. Alanya kalesi
Xəritə
36°32′00″ şm. e. 31°59′36″ ş. u.HGYO
Ölkə Türkiyə Türkiyə
Şəhər Alanya
Yerləşir Alanya
Aidiyyatı Böyük Səlcuq İmperiyası
Sifarişçi I Əlaəddin Keyqubad
Tikilmə tarixi 1226
Üslubu Səlcuqlu memarlığı
Alanya qalası (Türkiyə)
Alanya qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alanya qalasıAntalyanın ilçəsi Alanyanın simvollarından biri olan qala. Dəniz səviyyəsindən 250 metrə qədər yüksələn yarımada üzərində yerləşir. Qala divarlarının uzunluğu 6.5 km-ə qədərdir.

Kandeleri adı ilə də tanınan Alanya yarımadasındakı yaşayış, Helenistik dövrə qədər birlikdə günümüzə gələn tarixi abidə XIII əsr Səlcuqi əsəridir[1]. Qala 1221-ci ildə şəhəri alıb yenidən inşa etdirən Səlcuqlu Sultanı I Əlaəddin Keyqubad tərəfindən tikdirilmişdir. Qalanın 83 qülləsi və 140 bürcü var. Orta əsrlərdə qala divarların içində yerləşmiş şəhərin su ehtiyacı təmin etmək üçün 1200-ə yaxın sarnıç tikilmişdir. sarnıçların bir hissəsi günümüzdə də istifadə edilir. Qala divarları planlı bir şəkildə Ehmedek, İçqal, Adam atacağı, Cilvarda burnu üstü, Ərəb övliyası bürcü və Əsəd bürcünü enərək Topxanə və Tərsanəni keçib Qızılqüllədə tamamlanacaq şəkildə inşa edilmişdir. Alanya qalası Anadolunu bəzəyən yüzlərlə qaladan bu günə qədər qalan, ən yaxşı qorunmuş orta əsr qalalarından biridir.

Romalı pirat Tryhosun döyüşçüləri tərəfindən e.ə. II əsrdə Korakesion adı ilə yaradılıb. Şərqi Aralıq dənizdəki dəniz quldurlarının fəaliyyətlərindən narahat olan Romalılar, qalanı e.ə. 64–65 illərdə ələ keçirdilər. Qala və ətrafındakı yaşayış, 1217–1218-ci illərdə I Əlaəddin Keyqubad tərəfindən Səlcuqlu sultanlığı ərazisinə daxil edilib. Sonralar Karamanoğulları, Məmlüklər idarəçiliyinə keçmiş, son olaraq da Qanuni Sultan Süleyman tərəfindən fəth edilmşdir.

Yarımadanın zirvəsində açıq sahə muzeyi kimi dəyərləndirilən İçqala yerləşir[2]. Sultan I Əlaəddin Keyqubad sarayını burada tikdirmişdir. Qalada yaşayış bu gün də davam edir.

  1. "Kale, 1221 yılında kenti alıp yeniden inşa ettiren Selçuklu Sultanı Alaaddin Keykubat tarafından yaptırılmıştır". 2015-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-17.
  2. "Doğu surları ile kasabanın kıyısını koruyan kuzey surlarının birleştiği noktada Kızılkule adında bir kule yükselmektedir". 2019-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]