Anar Allahverdiyev — Vikipediya

Anar Allahverdiyev
Ölkə SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Doğum tarixi 10 mart 1975(1975-03-10)[1] (49 yaş)
Titulu beynəlxalq usta (1997)
Son reytinqi
  • 2.413 (oktyabr 2022)[3]
Maksimal reytinqi 2.460 (iyul 1997)[2]
FİDE nömrəsi 13400347
Mükafatları Azərbaycan Respublikasının əməkdar məşqçisi Azərbaycan Respublikasının əməkdar idman ustası

Anar Xanlar oğlu Allahverdiyev[4] (10 mart 1975[1]) — azərbaycanlı şahmatçı, beynəlxalq usta (1997). Məşqçi. Azərbaycan Respublikasının Əməkdar məşqçisi. Azərbaycan Respublikasının əməkdar idman ustası.[5]

Şahmat karyerası

[redaktə | mənbəni redaktə et]

Anar Allahverdiyev 10 mart 1975-ci ildə şahmatçı Xanlar Allahverdiyevin ailəsində anadan olub.[6][5] 1980-ci ildə — 5 yaşında ikən atası onu şahmatla tanış edib. 9 yaşında olarkən 1-ci şahmat dərəcəsini, 11 yaşında olarkən isə idman ustası namizədi adını almışdır.[5] Uşaqlıqda həm şahmatçı, həm də şəxsiyyət kimi kumiri altıncı dünya çempionu Mixail Botvinnik olub.[5]

Anar, müxtəlif yaş kateqoriyalarında dəfələrlə Respublika çempionu olmuş, həmçinin bir sıra açıq turnirlərin qalibi və mükafatçısı olmuşdur.[6]

1994-1998-ci illərdə kişilərdən ibarət şahmat üzrə Azərbaycan yığmasının üzvü olub. O, yığmanın heyətində Şahmat Olimpiadalarının (1994, 1998) və Avropa çempionatının (1997) iştirakçısı olub.[7]

Məşqçi kimi Azərbaycanda yeni şahmat nəslinin inkişafında yaxından iştirak edib. Onun tələbələri sırasında Vüqar Həşimov, Vasif Durarbəyli, Nərgiz Umudova, Nərmin XələfovaFərhad Tahirov kimi şahmatçılar var.[5]

Yığma komandada statistikası

[redaktə | mənbəni redaktə et]
İl Turnir Şəhər Yığma Lövhə Reytinqi + = Nəticə Yer (komanda) Yer (şəxsi)
1994 Şahmat olimpiadası[8] Moskva Azərbaycan 2-ci eht. ? 4 2 1 7-dən 5 36 4
1997 Avropa çempionatı[9] Pula Azərbaycan 3 2380 2 3 4 9-dan 3½ 15 28
1998 Şahmat olimpiadası[10] Elista Azərbaycan 4 2455 4 4 2 10-dan 6 43 21
  1. 1 2 Felice G. D., Felice G. D. Chess International Titleholders, 1950–2016 (ing.). McFarland & Company, 2017. 369 p. ISBN 978-1-4766-7132-1
  2. "Allahverdiev, Anar". Olimpbase.org. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-20.
  3. FİDE FIDE Standard Ratings as of 31 October 2022. 2022.
  4. "İDMAN MÜTƏXƏSSİSLƏRİ TƏLTİF OLUNUBLAR". Mys.gov.az. 2024-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-24.
  5. 1 2 3 4 5 "Анар Аллахвердиев: «У Вугара Гашимова был мягкий нрав, но за шахматной доской он был безжалостным противником» - ЭКСКЛЮЗИВ". Vzglyad.az. 2024-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-24.
  6. 1 2 "Шахматисты - Официальный сайт Шахматной федерации Азербайджана". Azerichess.az. 18 Yanvar 2016 tarixində arxivləşdirilib.
  7. "Allakhverdiev, Anar". Olimpbase.org. İstifadə tarixi: 2024-07-28.
  8. "31st Chess Olympiad: Moscow 1994". Olimpbase.org. 2023-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-28.
  9. "11th European Team Chess Championship: Pula 1997". Olimpbase.org. 2023-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-28.
  10. "33rd Chess Olympiad: Elista 1998". Olimpbase.org. 2023-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]