Nərgiz Umudova — Vikipediya
Nərgiz Umudova | |
---|---|
Ölkə | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ |
Titulu | qadınlar arasında qrosmeyster (2015) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.301 (iyun 2019) |
FİDE nömrəsi | 13402137 |
Vikianbarda əlaqəli mediafayllar |
Nərgiz Məmmədağa qızı Umudova (doğ. 20 iyun 1989, Bakı, Əmircan, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qadınlar arasında qrosmeyster (2015).
Həyatı
[redaktə | mənbəni redaktə et]Nərgiz 1989-cu il iyunun 20-də Bakı şəhərinin Əmircan kəndində anadan olmuşdur. Orta təhsilini 1995-2006-cı illərdə əvvəlcə 87 nömrəli, sonra isə 226 nömrəli məktəblərdə almışdır. 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuşdur. Daha sonra həmin akademiyanın Bədən tərbiyəsi və nəzəriyyəsi fakultəsinin magistr pilləsində təhsil almışdır.
Şahmat karyerası
[redaktə | mənbəni redaktə et]Nərgiz şahmata təsadüfən gəlib. Qonşuluqdakı bir uşaq əvvəlcə ona gedişləri öyrədib. İki aydan sonra isə balaca Nərgiz "ilk müəllimi"nə qalib gəlib. İllərdir şahmata gedən dostuna qısa müddətdə qalib gələn qızının bu bacarığını görən atası onu şahmata yazdırır.[2]
Nərgiz 1996-cı ildən Suraxanı rayonunda yerləşən "Neftçi" İSM-də idmanın şahmat növü ilə məşğul olmağa başlamışdır. 2002, 2003, 2005-ci illərdə yeniyetmələr, 2005, 2009-cu illərdə isə gənclər arasına Azərbaycan çempionu olmuşdur.
2001-ci ildən beynəlxalq yarışlarda iştirak edir. 2001-ci ildə Yunanıstanın Halkidiki şəhərində keçirilən 12 yaşlılar arasında Avropa çempionatında 3-cü yeri,[2] 2006-cı ildə Gürcüstanın Batumi şəhərində keçirilən 18 yaşlı qızlar arasında dünya çempionatında isə 2-ci yeri tutmuşdur.[3][4] 2013-cü Avstriyanın paytaxtı Vyanada keçirilən "Çaturanqa" açıq turnirinin qalibidir.
2006-cı ildə Azərbaycanın qadınlardan ibarət milli komandasının üzvü olmuşdur. 2006-cı ildə milli komandanın tərkibində İtaliyanın Turin, 2008-ci ildə Almaniyanın Drezden, 2010-cu ildə Rusiyanın Xantı-Mansi, 2012-ci ildə Türkiyənin İstanbul şəhərlərində keçirilən Ümumdünya Şahmat Olimpiadalarında,[5] 2007-ci ildə Yunanıstanın İraklion, 2011-ci ildə Yunanıstanın Porto Karras, 2013-cü ildə Polşanın Varşava şəhərlərində keçirilən komandalar arasında Avropa çempionatlarında,[6] 2013-cü ildə Rusiyanın Kazan şəhərində keçirilən Yay Universiadasında çıxış etmişdir.[7] 2016-cı ildə Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində dördüncü lövhədə mübarizə apamışdır.[8][9]
Nərgiz Umudova, 2006-cı ildə qadınlar arasında FİDE ustası adına, 2007-ci ildə qadınlar arasında beynəlxalq usta adına, 2015-ci ildə isə qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülmüşdür.
Reytinqi
[redaktə | mənbəni redaktə et]FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin fevral ayına olan məlumata görə Nərgiz 2237 xalla Azərbaycan qadın şahmatçıları arasında 9-cu,[10] "Top 100 Women February 2017" reytinq cədvəlində isə 334-cü yerdə qərarlaşıb.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Nərgizin atası Azərbaycanın tanınmış musiqiçisi, əməkdar incəsənət xadimi Məmmədağa Umudovdur.[2] Nərgizin bacısı Ülkər Umudova Azərbaycan qadın şahmatında ilk beynəlxalq hakim statusunu alan şəxsdir, digər bacısı Günay Umudova isə hazırda 1 nömrəli Şahmat Məktəbində müəllimədir.[2]
Nərgiz Umudova 2016-cı ilin sentyabr ayında niderlandlı beynəlxalq qrosmeyster Tvan Börx ilə ailə həyatı qurub.[11]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ FİDE FIDE Standard Ratings as of 30 April 2023. 2023.
- ↑ 1 2 3 4 ""Ağ atı" ilə zirvəyə tələsən istedad". Kaspi.az.[ölü keçid]
- ↑ "14 yaşlı azərbaycanlı şahmat üzrə dünya çempionu oldu". Azadliq.org. 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
- ↑ "The World Youth Championships 2003-2009". Youngchess.ro. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
- ↑ "Umudova, Nargiz WOMEN'S CHESS OLYMPIADS". Olimpbase.org. 2022-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
- ↑ "Umudova, Nargiz EUROPEAN WOMEN'S TEAM CHESS CHAMPIONSHIP". Olimpbase.org. 2022-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
- ↑ "Kazan Universiadasında iştirak edən şahmatçılarımızın rəqibləri müəyyənləşmişdir". Azertag.az. 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
- ↑ "İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimdə iştirak edib". President.az. 2018-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
- ↑ "Nərgiz Umudova: "Bu gün komandalarımızdan 4:0 hesablı qələbə gözləmək olar"". Sportfm.az.[ölü keçid]
- ↑ "Federations Ranking Women Azerbaijan". Fide.com. 16 Fevral 2017 tarixində arxivləşdirilib.
- ↑ "OLYMPIAD WEDDING OF NARGIZ UMUDOVA & TWAN BURG". 2018-03-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-28.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- FIDE Chess profili
- Nargiz Umudova . Chess-DB.com Arxivləşdirilib 2016-08-01 at the Wayback Machine (ing.)
- Nargiz Umudova . Chessgames.com (ing.)
- Nargiz Umudova . 365Chess.com (ing.)