Angela Hitler — Vikipediya

Angela Hitler
Angela Franziska Johanna Hammitzsch
Şəxsi məlumatlar
Doğum adı Angela Franziska Johanna Hammitzsch[1]
Doğum tarixi
Doğum yeri Avstriya-Macarıstan İmperiyası
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri
Vəfat səbəbi insult
Fəaliyyəti rəssam
Atası Alois Hitler
Anası Franziska Matzelsberger
Həyat yoldaşları Leo Raubal (1903-1910)
Martin Hammitzsch (1936-1945)
Uşaqları Leo Rudolf Raubal
Geli Raubal
Fried Raubal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Angela Franziska Johanna Hammitzsch (qızlıq soyadı: Hitler; 28 iyul 1883[2], Braunau-am-İnn[d], Yuxarı Avstriya[d][1]30 oktyabr 1949[2], Hannover) — alman siyasətçisi və NSAFP-nin lideri Adolf Hitlerin ögey bacısıdır.

Uşaqlıq illəri

[redaktə | mənbəni redaktə et]

Angela Alois Hitlerin və Franziska Matzelsberger'in ikinci uşağı idi və Avstriya-Macarıstanın Braunau bölgəsində dünyaya gəlmişdir. Bir il sonra anası vəfat etmiş və qardaşı Jr. Alois ilə birlikdə ögey anası Klara Pölzl ilə yaşamağa başladılar.[3] Adolf Hitler ondan 6 yaş balaca olsa da, ən yaxın qardaşı idi. Hətta Adolf Hitlerin Mein Kampfda adını çəkdiyi yeganə bacısı idi. Angelanın atası 1903-cü ildə, ögey anası isə 1907-ci ildə vəfat etmişdir.

14 sentyabr 1903-cü ildə xırda vergi müfəttişi olan Leo Raubal ilə evləndi və 12 oktyabr 1906 tarixində Leo adlı bir oğlan uşağı dünyaya gətirdi.[4][5] 4 iyun 1908-ci ildə Geli adlı bir qız uşağı, 1910-cu ildə isə Fried adlı ikinci bir qız uşağı dünyaya gətirdi. 1910-cu ildə isə əri Leo Raubal vəfat etdi.

I Dünya Müharibəsindən sonra Vyanaya köçən Angela bu illərdə olduqca müsbət profil yaradır. Hətta sahibi olduğu yəhudi tələbə yataqxanasında yəhudi tələbələri qorumuşdur.[6]

Angela 10 il boyunca qardaşı Adolfdan heç bir xəbər almadı. Nəhayət 1919-cu ildə Adolf müharibədən qayıtmış və bacısını axtarıb tapmışdır. 1924-cü ildə Adolf Bavariyada həbs olundu və Angela tez-tez qardaşını burada ziyarət etdi. 1928-ci ildə o və qızı Geli qardaşının Alp dağı ətəyindəki villasına köçdülər. Sonralar Adolf Hitler buranı tərk etsə də, bacısıGeli burada yaşamağa davam etdi. 1931-ci ildə Geli əmisinin otağında intihar etdi. Buna baxmayaraq Angela qızının ölümünün ardından qardaşı ilə olan münasibətini heç pozmadı. Ancaq qardaşının Eva Braun ilə olan münasibətinə hər zaman qarşı çıxmışdır.[7] Nəhayət Angela burdan köçdü və Drezdendə yaşamağa başladı.

20 yanvar 1936 tarixində məşhur memar Martin Hammitzsch ilə evləndi. Cütlük 26 iyun 1936 tarixində Aşağı Bavariyaya qısa müddət səyahət etdi.[8] Burada Angelanın uşaqlıq illərini keçirdiyi evi ziyarət etdilər. Qardaşı Adolf Hitler isə bu evliliyə icazə verməsə də, II Dünya Müharibəsi əsnasında bacısıyla yenidən əlaqə yaratdı.[7] 1941-ci ildə Angela qardaşı Adolf ilə olan xatirələrini nasist bir qəzetə 20.000 mark qarşılığında satdı.

Adolf Hitler 1945-ci ilin yazında — 13–14 fevral tarixində baş tutan böyük bombardmanın ardından bacısı Angelanın xilas olmasını və SSRİ qüvvələri tərəfindən ələ keçirilməsinə qarşı çıxmışdır. Bundan başqa Angela və digər bacısı Paulaya 1.000 mark pul göndərmişdir. Hitlerin son istəyi də Angela üçün aylıq 1.000 mark təqüd ayrılması olmuşdur. Ancaq bu illərdə ona hər hansı bir ödəniş olduğu məlum deyil. II Dünya Müharibəsini nəticəsində baş verən ağır məğlubiyyətin ardından əri intihar etdi.[9]

Müharibədən sonrakı illər

[redaktə | mənbəni redaktə et]

Müharibədən sonra ələ keçrilən Angela Hitler sorğu-sual edilsə də, heç bir siyasi hadisəyə qarışmadığını və heç bir aktiv fəaliyyətlə məşğul olmadığını bildirdi.[7] Sonradan azad edilsə də, ömrünün sonuna qədər nəzarət altında yaşadı. 30 oktyabr 1949 tarixində Almaniyanın Hannover şəhərində iflic keçirərək vəfat etdi.[9]

Böyük oğlu Leonun sonralar Linzdə yaşayan və vəkil olan Peter (d. 1931) adlı bir oğlu var. Qızı Fried isə 27 iyun 1937-ci ildə Düsseldorfda yaşayan bir vəkillə evləndi və 1945-ci ilin yanvar ayında bir oğlan uşağı dünyaya gətirdi.[10][11][12][13]

  1. 1 2 Deutsche Nationalbibliothek Record #1107194571 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 Bibliothèque nationale de France Angela Hammitzsch // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3.  "The Mind of Adolf Hitler", Walter C. Langer, New York 1972 p.116
  4. Hitler: a chronology of his life and time. London: Macmillan. ISBN 0-333-30983-9.
  5. Die Hitlers. Campus Verlag GmbH. p. 104. ISBN 3-593-37457-9.
  6. Walter C. Langer, The Mind of Adolf Hitler:The Secret Wartime Report, Basic Books, New York, 1972, p.121.
  7. 1 2 3 Fritz Redlich, Hitler:Diagnosis of a Destructive Prophet, Oxford University Press, New York, 1999, p.10
  8. Anna Rosmus Hitlers Nibelungen, Samples Grafenau 2015, pp. 122ff
  9. 1 2 Mitchell, Arthur, Hitler's Mountain: The Führer, Obersalzberg and the American Occupation of Berchtesgaden, McFarland, 2007 p.154.
  10. Schaub, Julius; Olaf Rose (2005). Julius Schaub, in Hitlers Schatten: Erinnerungen und Aufzeichnungen des Chefadjutanten 1925–1945. Druffel & Vowinckel-Verlag. p. 421. ISBN 3-8061-1164-2.
  11. Die Hitlers. Campus Verlag GmbH. p. 237. ISBN 3-593-37457-9.
  12. Läpple, Alfred (2003). Paula Hitler: die unbekannte Schwester Zeitgeschichte (Druffel Verlag). Druffel. p. 174.
  13. Hitlers Liste: Ein Dokument Personlicher Beziehungen. Herbig. p. 271. ISBN 3-7766-2328-4.