Antonin Dvorjak — Vikipediya
Antonin Dvorjak | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Antonín Leopold Dvořák |
Doğum tarixi | 8 sentyabr 1841[1][2][…] |
Vəfat tarixi | 1 may 1904[1][2][…] (63 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Dəfn yeri | |
Uşaqları | 9 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, musiqiçi, virtuoz |
Janrlar | klassik musiqi, opera |
Musiqi alətləri | orqan[d], piano, skripka, alt |
Üzvlüyü |
|
Elmi dərəcəsi | |
Mükafatları | |
antonin-dvorak.cz | |
Vikianbarda əlaqəli mediafayllar |
Antonin Dvorjak (çex. ⓘ; 8 sentyabr 1841[1][2][…] – 1 may 1904[1][2][…], Praqa, Avstriya-Macarıstan[3][4][…]) — çex bəstəkar, musiqidə romantizm cərəyanının təmsilçisi. Onun əsərlərində Moraviya və Bohemiyanın xalq musiqisi motivlərindən, elementlərindən geniş istifadə olunur. O, Bedrjix Smetana ilə birlikdə çex milli musiqi məktəbinin banisi sayılır. Əsas musiqi əsərlərinə "Yeni dünyadan" Simfoniya № 9 (ABŞ-də yazılıb), "Su pərisi" operası, Orkestrli violençel üçün konsert, "Amerika" simli kvarteti, Rekviyem, Stabat Mater və "Slavyan rəqsləri" aid edilir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Antonin Dvorjak 8 sentyabr 1841-ci ildə Çexiyada - Praqa yaxınlığında anadan olub. Bedřich Smetenanın musiqisini eşidib bəstəkar olmağa qərar verən Dvorjak elə Smetananın dirijoru olduğu Praqa Teatrında violençel ifaçısı kimi musiqi fəaliyyətinə başlayıb. Musiqi bəstələmək üçün 1873-cü ildə orkestrdən uzaqlaşıb və 1 il içində Avstriya milli mükafatını alan 3-cü simfoniyasını yazıb. Praqa, Kembric, Nyu York-da çalışan Dvorjak 1895-ci ildə Vətəninə geri dönüb.
Dvorjaka vətənpərvərlik mövzusunda yazdığı "Himn" kantatası, eləcə də "Slavyan rəqsləri" dünya şöhrəti gətirib. Dahi bəstəkarın qələmə aldığı "İnadkarlar", "Hiyləgər kəndli", "Su pərisi", "Yakobinçi" operaları çex milli opera repertuarının əsasını təşkil edib. 9 simfoniya, 10 opera, 5 simfonik poema, 5 uvertüra, skripka ilə orkestr üçün konsert, "Müqəddəs Lyudmila" oratoriyasının müəllifi Antonin Dvorjak 1 may 1904-cü ildə vəfat edib.[7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Lloyd-Jones D. M. Antonin Dvorak // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Бэлза И. Ф. Дворжак Антонин // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1972. Т. 7 : Гоголь — Дебит. С. 594.
- ↑ 1 2 Archivio Storico Ricordi. 1808.
- ↑ BillionGraves (ing.). 2011.
- ↑ Риман Г. Доктор музыки (rus.). // Музыкальный словарь: Перевод с 5-го немецкого издания / под ред. Ю. Д. Энгель, пер. Б. П. Юргенсон Москва: Музыкальное издательство П. И. Юргенсона, 1901. Т. 1. С. 476–477.
- ↑ "Arxivlənmiş surət". 2020-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-02.