Armin Laşet — Vikipediya
Armin Laşet | |
---|---|
alm. Armin Laschet | |
| |
Almaniya Bundestaqının üzvü[d] | |
10 noyabr 1994 – 26 oktyabr 1998 | |
Avropa Parlamentinin deputatı[d] | |
20 iyul 2004 – 29 iyun 2005 | |
Avropa Parlamentinin deputatı[d] | |
20 iyul 1999 – 19 iyul 2004 | |
Fransa-Almaniya əməkdaşlığı üzrə komissar[d] | |
1 yanvar 2019 – 2021 | |
Xristian Demokrat İttifaqının lideri[d] | |
Vəzifədədir | |
22 yanvar 2021-ci ildən | |
Əvvəlki | Annegret Kramp-Karrenbauer[d] |
1989 – 2004 | |
Almaniya Bundestaqının üzvü[d] | |
Vəzifədədir | |
26 oktyabr 2021-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Partiya | Almaniya Xristian Demokrat İttifaqı |
Təhsili | Münhen Universiteti Bonn Universiteti |
Fəaliyyəti | siyasətçi |
Uşağı | 3[1][2][…] |
Dini | Roma-Katolik kilsəsi[1][4] |
| |
armin-laschet.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Armin Laşet (alm. Armin Laschet; 18 fevral 1961[5][1][…], Aaxen[3][4]) — Almaniya siyasətçisi, 16 yanvar 2021-ci il tarixindən Almaniya Xristian Demokrat İttifaqının sədri[6][7][8][9][10], Şimali Reyn-Vestfaliya torpağının baş naziri (2017-ci ildən).
Həyatı
[redaktə | mənbəni redaktə et]18 yaşında Armin Laşet Almaniya Xristian Demokrat İttifaqına üzv olur. 1981-ci ildə doğma şəhəri Axendə orta məktəbi bitirərək Münhen və Bonn universitetlərində hüquq elmini öyrənir. 1986-cı ildə mətbuatda fəaliyyətə başlayır. Bavariya televiziyası Bayerisches Fernsehen xəbərlər redaksiyasının Bonn müxbiri olur. 1987-ci ildə Laşet ilk dövlət hüquq imtahanını verir. Dörd ildən sonra o KirchenZeitung Aachen qəzetinin baş redaktoru olur, 1995-ci ildən 1999-cu ilədək Einhard-Verlag nəşriyyatına rəhbərlik edir[11].
Siyasi mövqeyi
[redaktə | mənbəni redaktə et]Armin Laşet Rusiyadan Almaniyaya gələn təhdidlərin aydın şəkildə ifadə olunmasının geniş əməkdaşlıq perspektivlərini istisna etmədiyini bildirmişdir. "Deutsche Welle" (DW) nəşrinə verdiyi müsahibədə o, Almaniyanın Rusiya siyasətinin ümumi Avropanın Rusiya siyasətinin bir tərkib hissəsi olduğunu açıq şəkildə ifadə etmişdir. "Şimal axını 2" qaz boru kəməri layihəsi ilə əlaqədar olaraq, Laşet bu layihənin Rusiya ilə ikitərəfli əməkdaşlığın gələcək perspektivlərinə töhfə verəcəyinə inandığını qeyd etmişdir. Həmçinin, Laşet bu layihənin Ukrayna üçün geosiyasi problemlərə səbəb olmayacağını da açıq şəkildə vurğulamışdır. Ümumiyyətlə, Laşet sələfi kansler Angela Merkelin hazırladığı "Təzyiq üstəgəl Dialoq" ikili strategiyasına sadiqdir.[12]
Laşet əlavə olaraq, Rusiya və Çinlə dialoq və qarşılıqlı faydalı əməkdaşlıq siyasətinə sadiq qalmağa, Aİ və NATO-nun digər üzvlərini yeni bir "Soyuq müharibə" məntiqindən əl çəkməyə çağırmışdır. Bundan əlavə, o, təcavüzkar ritorikadan istifadə edərək insan hüquqları ilə bağlı məsələləri ictimaiyyət qarşısında həll etməyi deyil, dövlət rəhbərlərini təkbətək müzakirə masasına daşımağı təklif etmişdir.[12]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Armin Laschet (alm.). 1996.
- ↑ Armin Laschet neuer Ministerpräsident (alm.). Staatskanzlei des Landes Nordrhein-Westfalen, 2017.
- ↑ 1 2 LASCHET, Armin. 1957.
- ↑ 1 2 3 https://www.bundesrat.de/SharedDocs/personen/DE/laender-ausgeschieden-mediathek/nw/laschet-armin.html.
- ↑ European Commission Armin LASCHET (ing.). 1995.
- ↑ "Новым председателем правящего в Германии ХДС стал Армин Лашет". РИА Новости (rus). 20210116T1330. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-16.
- ↑ "Главой правящего в Германии ХДС стал Армин Лашет". Новая газета - Novayagazeta.ru (rus). 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-16.
- ↑ "Лашет избран новым председателем ХДС Германии". RT на русском (rus). 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-16.
- ↑ Deutsche Welle (www.dw.com). "Партию Меркель возглавит Армин Лашет | DW | 16.01.2021". DW.COM. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-16.
- ↑ "Армин Лашет избран новым лидером правящей в Германии партии ХДС". Российская газета (rus). 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-16.
- ↑ "Armin Laschet". Themen & personen (alman). RTL. 2018-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-31.
- ↑ 1 2 İbadov, Rafael. "Rusiya və Çin faktoru Almaniya 2021 seçki platformasında önəmli yer tutur". Topçubaşov Mərkəzi (az.). 31 avqust 2021. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2021.
Mənbə
[redaktə | mənbəni redaktə et]- "Armin Laschet" (ingilis). Европейский парламент. İstifadə tarixi: 2018-10-31.
- "Armin Laschet" (alman). Бундесрат. 2021-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-31.