Avqustin ordeni — Vikipediya
Avqustin ordeni və ya avqustinlilər (lat. augustiniani) — katolik kilsəsinin "Müqəddəs Avqustin nizamnaməsi" ilə rəhbər tutulan bir neçə monastır ordenləri və yığıncaqlarına verilən qeyri-rəsmi ad.
Tarixi
[redaktə | mənbəni redaktə et]1243-cü ildə Mərkəzi İtaliyada bir neçə zahid rahib icmasını birləşdirərək və onları "Müqəddəs Avqustin nizamnaməsi"nə tabe etməklə yaranmışdır. Bu nizamnamə IX əsrdə Fransada, Avqustinin yazılarının qismən həqiqi və qismən də saxta əlyazmaları əsasında tərtib edilmişdir. Orden zirvəsində 42 vilayətə bölünmüş, 2,000ə qədər monastır və 30,000 rahibdən ibarət idi. Orden də qadın rahiblər də var idi. XV əsrdə Almaniyada icmalar daxilində mübarizə və təbəqələşmə baş vermiş, islahatçı bir qrup ortaya çıxmışdır. Bu dairələrdən rahiblik həyatı zamanı reformizm hərəkatının lideri Lüterin yaxın dostu olan Ştaupits də çıxmışdır. Rahiblərin çoxu islahat tərəfdarlarına çevrilmiş, ordenin gücü getdikcə zəifləmişdir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Августинский орден // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //
- «Августинцы» // Католическая энциклопедия. Т.1. М.:2002