Azərbaycanın dövlət bayramları və xüsusi günləri — Vikipediya


Azərbaycanın dövlət bayramları və xüsusi günləriAzərbaycanda qanunla tənzimlənən günlər.

Azərbaycanda Yeni il bayramı (1 və 2 yanvar), Beynəlxalq Qadınlar Günü (8 mart), Qələbə Günü (9 may), Müstəqillik Günü (28 may), Azərbaycan xalqının milli qurtuluş günü (15 iyun), Azərbaycan Respublikası Silahlı Qüvvələri günü (26 iyun), Müstəqilliyin Bərpası Günü (18 oktyabr), Zəfər Günü (8 noyabr), Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü (9 noyabr), Konstitusiya Günü (12 noyabr), Milli Dirçəliş Günü (17 noyabr), Dünya azərbaycanlılarının həmrəyliyi günü (31 dekabr), Novruz bayramı (beş gün), Qurban bayramıRamazan bayramı (iki gün) qeyd edilir. Müstəqillik günü, Milli Dirçəliş Günü və Konstitusiya Günü istisna olmaqla bayram günləri iş günü hesab edilmir. 2006-cı ildən bəri bayram günləri həftəsonuna düşəndə növbəti gün iş günü hesab edilmir.[1]

Azərbaycanda dövlət səviyyəsində qeyd edilən dini bayramlar Qurban bayramı və otuz günlük orucdan sonra qeyd edilən Ramazan bayramıdır. Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd edilir.[1]

20 yanvar tarixi Azərbaycanda "Ümumxalq hüzn günü" kimi qeyd edilir. Bu gündə insanlar 1990-cı il, 19 yanvardan 20-ə keçən gecədə baş vermiş Qara Yanvar faciəsində Azərbaycan Azadlıq mübarizəsini yatırtmaq üçün sovet ordusu hissələri tərəfindən öldürülən insanların xatirəsini qeyd edirlər. Azərbaycan Milli Məclisi 26 fevral tarixini Azərbaycanda Xocalı soyqırımı günü olaraq elan edib. Hər 26 fevral, saat 17.00-da bir dəqiqəlik sükutla Azərbaycanda bu soyqırımın qurbanlarının xatirəsi qeyd edilir.[2] 1998-ci ildən başlayaraq Azərbaycanda 31 mart tarixi dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü olaraq qeyd edilir. 1918-ci ilin bu tarixində Bakı və Bakı quberniyasında baş verən qanlı hadisələr nəticəsində bir çox azərbaycanlı həyatını itirmişdir.

Anım Günü — 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsi anılır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsindən çıxarış

[redaktə | vikimətni redaktə et]

Bayram günləri

[redaktə | vikimətni redaktə et]

Azərbaycan Respublikasının Əmək Məcəlləsin 105-ci maddəsində deyilir:

"

1. Azərbaycan Respublikasının bayramları aşağıdakılardır:

Yeni il bayramı (yanvarın 1və 2-si);

Qadınlar günü (martın 8-i);

Faşizm üzərində qələbə günü (mayın 9-u);

Müstəqillik Günü (mayın 28-i);

Azərbaycan xalqının milli qurtuluş günü (iyunun 15-i);

Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı);

Müstəqilliyin Bərpası Günü (oktyabrın 18-i);

Konstitusiya günü (noyabrın 12-si);

Milli Dirçəliş günü (noyabrın 17-si);

Dünya azərbaycanlılarının həmrəyliyi günü (dekabrın 31-i);

Novruz bayramı - beş gün;

Qurban bayramı - iki gün;

Ramazan bayramı - iki gün.

2. Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Müstəqillik Günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı və Ramazan bayramı günləri iş günü hesab edilmir.

3. İş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.

4. Novruz bayramı, Qurban bayramı və Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur

5. Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

6. Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.

7. Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.[3]

"

Ümumxalq hüzn günü

[redaktə | vikimətni redaktə et]

Azərbaycan Respublikasının Əmək Məcəlləsin 106-cı maddəsində deyilir:

" Hər il yanvarın 20-si — Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü — ümumxalq hüzn günüdür. Bu gün iş günü hesab edilmir.[4] "

Dövlət bayramları və xüsusi günləri

[redaktə | vikimətni redaktə et]
  — qeyri-iş günləri
  — iş günləri

Rəsmi bayramlar və xatirə günləri

[redaktə | vikimətni redaktə et]
Bayramlar
Tarix Adı Qeydlər
  1 yanvar — 2 yanvar Yeni il bayramı 1918-ci ildə Sovet Rusiyası hökumətinin başçısı V.İ.Leninin imzaladığı dekretlə Qriqori təqvimi qəbul edilmişdir. Beləliklə, Qriqori və Yuli təqvimləri arasında 13 günə bərabər olan fərq aradan qaldırılmışdır. Azərbaycan Respublikasında illərin hesablanması üçün əvvəlki kimi, yenə Qriqori təqvimindən istifadə olunur. Buna müvafiq olaraq, yanvarın 1-i və 2-i istirahət günü kimi qeyd edilir.
  8 mart Beynəlxalq Qadınlar günü Beynəlxalq qadınlar gününün bayram edilməsi haqqında qərar sosialist qadınların 1910-cu ildə Kopenhagendə keçirilmiş 2-ci beynəlxalq konfransında Klara Setkinin təklifi ilə qəbul edilmişdir. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada qeyd olunmuşdur. Azərbaycanda həmin gün ilk dəfə 1917-ci ildə bayram edilmişdir. 1965-ci ildə Azərbaycan SSRİ-də martın 8-i iş günü hesab olunmayan bayram günü elan edilmişdir. Azərbaycan müstəqillik əldə edəndən sonra martın 8-i öz bayram statusunu saxlamışdır.
  20–24 mart Novruz bayramı Novruz bayramı baharın gəlişi şərəfinə qeyd edilir və yeni ilin qarşılanmasını bildirir. Baharın ilk günü təqvimdə Günəşin illik dövr etməsinin başa çatdığını göstərir. Əmək Məcəlləsinə edilən 08.12.2006-cı il tarixli dəyişikliklərlə beş gün qeyri-iş günü hesab hesab olunur.
  9 may Faşizm üzərində qələbə günü 1945-ci ilin bu günü keçmiş SSRİ-də mərkəzi radionun diktoru Yuri Levitan faşist Almaniyasının tam təslim olması barədə aktı oxuyub və bununla da Böyük Vətən Müharibəsi başa çatıb.
  28 may Müstəqillik Günü 1918-ci il mayın 28-də Məmməd Əmin Rəsulzadə tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi elan edilmişdir. Bu respublika millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilirdi. Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi "Müstəqillik Günü haqqında" qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.
  15 iyun Milli qurtuluş günü 1993-cü il iyunun 15-də Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1997-ci ilin iyun ayında Milli Məclis ictimaiyyətin rəyi ilə razılaşaraq, həmin günü bayram elan etdi.
  26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə — əlahiddə korpus yaranıb. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına[5] əsasən, iyunun 26-sı Silahlı Qüvvələr günü elan edilmişdir. Bundan əvvəl 18 sentyabr 1992-ci il tarixli 217 nömrəli fərman[6] ilə Silahlı Qüvvələri günü 9 oktyabrda qeyd edilirdi.
  18 oktyabr Müstəqilliyin Bərpası Günü Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş tarixi sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktı yekdilliklə qəbul edilmişdir. Bu tarix hər il "Milli müstəqillik günü" kimi qeyd edilirdi. Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi "Müstəqillik Günü haqqında" qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.
  8 noyabr Zəfər Günü 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində qələbəsi şərəfinə qeyd edilən qələbə günü.
  9 noyabr Dövlət Bayrağı Günü Azərbaycanın Dövlət bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayraq kimi qəbul edilmiş və 1920-ci ilin aprelinə qədər dövlət rəmzi kimi istifadə olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə 17 noyabr 2009-cu il tarixli Sərəncamına[7] əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.
  12 noyabr Konstitusiya Günü 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib. Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur. Əmək Məcəlləsinə edilən 08.12.2006-cı il tarixli dəyişikliklərlə iş günü hesab olunur.
  17 noyabr Milli Dirçəliş günü Ermənistan rəhbərliyinin və Kremlin əməllərinə etiraz əlaməti olaraq, 1988-ci il noyabrın 17-də Bakının baş meydanında – Azadlıq meydanında Azərbaycan ictimaiyyətinin müddətsiz mitinqi başlandı. 1992-ci ildən bəri noyabrın 17-si Milli Dirçəliş günü kimi qeyd edilir. Əmək Məcəlləsinə edilən 08.12.2006-cı il tarixli dəyişikliklərlə iş günü hesab olunur.
  31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının 25 dekabr 1991-ci il tarixli 38 saylı qərarı[8] ilə 31 dekabr Azərbaycanlıların milli həmrəyliyi günü elan edilmişdir.
Dini bayramlar
  Ay təqviminə görə dəyişir Ramazan Bayramı 1993-cü ildən Orucluq bayramı dövlət səviyyəsində 2 gün ərzində qeyd edilir.
  Ay təqviminə görə dəyişir Qurban Bayramı Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur. Qurban bayramı 2 gün qeyd edilir.
Xatirə günləri
  20 yanvar Ümumxalq hüzn günü 1990-cı ilin 20 yanvarında SSRİ rəhbərliyinin siyasətinə etiraz edərək Bakının küçələrinə və meydanlarına çıxan geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi nəticəsində şəhid olanların xatirəsi yad edilir.
  26 fevral Xocalı soyqırımı günü 1992-ci il fevral ayının 26-da Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoalayının bilavasitə iştirakı ilə Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımının xatirəsi yad edilir.[2]
  31 mart Azərbaycanlıların Soyqırımı Günü 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. 26 mart 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti "31 Mart Azərbaycanlıların soyqırımı Günü" kimi qeyd olunması üçün xüsusi fərman vermişdir.
1-5 Aprel Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq AzərbaycanErmənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə.
  27 sentyabr Anım Günü 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində başlanması gününün anılması.

Peşə bayramları və xüsusi günlər

[redaktə | vikimətni redaktə et]
  Tarix Bayram Qeydlər
  30 yanvar Gömrük İşçiləri Günü Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997 tarixli, 464 nömrəli Sərəncamı ilə 30 yanvar Azərbaycan Respublikası gömrük əməkdaşlarının peşə bayramı günü elan edilib. 30 yanvar 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Gömrük Komitəsi yaranmışdır.
  2 fevral Azərbaycan gəncləri günü 1997-ci il fevralın 1-də "2 fevral" — Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalanmışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
  11 fevral Vergi xidməti işçilərinin peşə bayramı Baş Dövlət Vergi Müfəttişliyinin bazasında Vergilər Nazirliyinin yaradılması haqqında 2000-ci il 11 fevral tarixli 281 nömrəli Fərman imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il fevralın 1-də imzaladığı "Azərbaycan Respublikası vergi xidməti işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında" Sərəncamı[9] ilə qeyd edilir.
  14 fevral Hərbi Hava Qüvvələri günü Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 203 saylı fərmanı[10] ilə bayram günü elan edilib.
  22 fevral Avtomobil yol işçilərinin peşə bayramı günü Azərbaycan Respublikası Prezidentinin 2008-ci il fevralın 20-də imzaladığı "Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında" Sərəncamı[11] ilə qeyd edilir.
  5 mart Bədən tərbiyəsi və idman günü Bu tarix Azərbaycan Respublikası Prezidentininn "Bədən tərbiyəsi və idman günü"nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına[12] əsasən qeyd edilir.
  10 mart Azərbaycan Milli Teatr Günü 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası tamaşaya qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1 mart 2013-cü il tarixli 2755 saylı fərmanı[13] ilə bu tarix bayram günü elan edilib.
  10 mart Qızıl Aypara Günü Azərbaycan Respublikasının Prezidentinin 7 aprel 2008-ci il tarixli 2749 saylı Sərəncamı[14] ilə bayram günü qeyd edilib.
  12 mart Daxili Qoşunlar Günü 1992-ci il mart ayının 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinin yaradılmasına başlandı.

Azərbaycan Respublikasının Prezidentinin 1995-ci il 9 mart tarixli fərmanı[15] ilə martın 12-si Daxili Qoşunlar Günü elan edilmişdir.

  16 mart Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 sentyabr tarixli 306 nömrəli Sərəncamı ilə hər il martın 16-sı Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü kimi qeyd edil[16]
  19 mart Miqrasiya orqanları işçilərinin peşə bayramı günü Azərbaycan Respublikasının Prezidentinin 17 mart 2010-cu il tarixli 812 saylı Sərəncamı[17] ilə bayram günü elan edilib.
  27 mart Azərbaycan Respublikasında "Elm günü" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsis edilmişdir[18].
  28 mart Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı 1919-cu il martın 28-də AXC-nin müdafiə naziri Səməd bəy Mehmandarovun 157 №-li əmrinə əsasən kəşfiyyat və əks-kəşfiyyat xidməti təşkil olunub. Prezidentin 1997-ci il 23 mart tarixli fərmanı ilə məhz 28 mart Azərbaycanda Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunur.
  10 aprel İnşaatçılar Günü  Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2009-cu il tarixli, 629 saylı Sərəncamı[19] ilə hər il aprelin 10-u Azərbaycan Respublikasında "İnşaatçılar Günü" peşə bayramı kimi qeyd olunur.
  23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı Azərbaycan Respublikası Prezidentin 23 may 2001-ci il tarixli sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 16 may 2007-ci il tarixli Sərəncamı[20] ilə 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı təsis olunub.
  2 iyun Mülki aviasiya işçilərinin peşə bayramı günü Azərbaycan Respublikası Prezidentinin 18 may 2006-cı ildə Mülki Aviasiya işçilərinin peşə bayramının təsis edilməsi haqqında Sərəncam[21] imzalayıb. Sənədə əsasən hər il iyun ayının 2-si (1938-ci ildə Azərbaycanda ilk aviasiya qrupunun yaradıldığı gün) mülki aviasiya işçilərinin peşə bayramı günü elan edilib.
  5 iyun Su təsərrüfatı və meliorasiya işçiləri günü Azərbaycan Respublikası Prezidentinin 14 may 2014 tarixli Sərəncamı[22] ilə 5 iyun Azərbaycan Respublikasında "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramı elan edilib.
  17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olunub. Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2001-ci il tarixli Sərəncamına[23] əsasən 17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
  18 iyun İnsan hüquqları günü
  20 iyun Qaz təsərrüfatı işçilərinin peşə bayramı günü Azərbaycan Respublikası Prezidentinin ölkədə qaz təsərrüfatının yaradılmasının 70 illiyi ilə əlaqədar olaraq 12 iyun 2006-cı il tarixində imzaladığı Sərəncama əsasən, hər il iyunun 20-si respublikada qaz təsərrüfatı işçilərinin peşə bayramı günü kimi qeyd olunur.[24]
  23 iyun Dövlət qulluqçularının peşə bayramı günü Dövlət Qulluqçularının peşə bayramı Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli Sərəncamı[25] ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb. 
  24 iyun Maşınqayırma sənayesi işçiləri günü[26]
  25 iyun Dənizçi günü[27]
  2 iyul Azərbaycan Polisi Günü Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 24 may tarixli, 710 saylı fərmanı[28] ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur.
  9 iyul Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü 9 iyul tarixi Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2007-ci il tarixli, 2356 saylı Sərəncamı[29] ilə diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Peşə bayramı üçün məhz bu tarixin seçilməsində 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edilməsi əsas götürülüb.
  22 iyul Milli Mətbuat və Jurnalistika Günü Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük çətinliklərdən sonra 1875-ci il iyulun 22-də Bakıda ana dilində "Əkinçi" qəzetinin ilk sayını nəşr etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı[30] ilə milli mətbuat günü (Azərbaycan jurnalistikası günü) 1991-ci ildən "Əkinçi" qəzetinin nəşrə başlandığı gün kimi qeyd olunmağa başladı.
  1 avqust Azərbaycan Əlifbası və Azərbaycan dili Günü Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli Sərəncamı[31] ilə avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilmişdir.
  2 avqust Azərbaycan Kinosu Günü Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2000 tarixli, 588 nömrəli Sərəncamı[32] ilə 2 avqust Azərbaycan Kinosu Günü təsis olunub. Azərbaycanda ilk açıq film göstərilməsi məhz 2 avqust olmuşdur.
  5 avqust Hərbi Donanma Günü Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1919-cu ildə Azərbaycanın hərbi-dəniz donanması yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən hər il avqustun 5-i Azərbaycan Respublikası Hərbi Donanma Günü kimi qeyd olunur.
  18 avqust Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü 18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 16 avqust tarixli Sərəncamı[33] ilə avqustun 18-nin Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması qərara alınıb.
  23 avqust Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 sentyabr tarixli 306 nömrəli Sərəncamı ilə Hər il avqustun 23-ü Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd edil[16]
  15 sentyabr Bilik Günü Azərbaycanda məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidentinin 21 avqust 2004-cü il tarixli 114 saylı fərmanı[34] ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.
  18 sentyabr Milli Musiqi Günü (Üzeyir musiqi günü) Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, Azərbaycan musiqi mədəniyyətinin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 1995-ci il tarixli 385 saylı fərmanı[35] ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır.
  20 sentyabr Neftçilər günü 20 sentyabr 1994-cü ildə "Azəri-Çıraq-Günəşli" dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə "Əsrin müqaviləsi" imzalanıb. Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli 558 saylı fərmanı[36] ilə 20 sentyabr hər il Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib.
  26 sentyabr Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı günü Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 sentyabr tarixli 306 nömrəli Sərəncamı ilə hər il sentyabrın 26-sı Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd edil[16]
  29 sentyabr Turizm işçiləri günü Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2016-cı il tarixli Sərəncamı[37] ilə 27 sentyabr hər il Azərbaycan Respublikasında "Turizm işçiləri günü" peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib. 19 sentyabr 2022-ci il tarixli Sərəncam ilə peşə bayram 29 sentyabr tarixinə keçirilib.[38]
  1 oktyabr Prokurorluq işçiləri günü Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutularaq hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə Azərbaycan Respublikası Prezidenti 17 iyul 1998-ci il tarixli Sərəncam imzalamışdır.
  10 oktyabr Yanğınsöndürənlərin peşə bayramı günü Azərbaycanda Yanğından Mühafizə Xidməti 1918-ci ildə yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2002-ci il tarixli Sərəncamı[39] ilə 10 oktyabr yanğınsöndürənlərin peşə bayramı kimi təsis edilib.
  13 oktyabr Dəmir yolu işçilərinin peşə bayramı günü Azərbaycan Prezidentinin 2005-ci il oktyabrın 7-də "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" Sərəncamı[40] ilə 13 oktyabr Azərbaycanda dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olunur.
  20 oktyabr Energetiklər günü Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 13 oktyabr tarixli Sərəncamına[41] əsasən hər il oktyabrın 20-si Azərbaycanda Energetiklər Günü kimi qeyd edilir.
  1 noyabr Kənd təsərrüfatı işçiləri günü
  6 noyabr Azərbaycan televiziyası və radiosu günü Azərbaycanda radionun tarixi XX əsrin 20-ci illərindən başlayır. Bakıda ilk radio qurğusu 1924-cü ildə quraşdırılmışdır. 1926-cı ildə isə ilk radiostansiya fəaliyyətə başlamışdır. Məhz həmin il noyabrın 6-da ilk radio verilişi efirə çıxmışdır.[42]
  6 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günü Azərbaycan Respublikası Prezidentinin 2006-cı il oktyabrın 28-də imzaladığı Sərəncamla hər ilin 8 noyabr günü Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd edilirdi.[43] Bakı Metropoliteni 1967-ci ilin noyabrın 6-da işə salınıb. 19 sentyabr 2022-ci il tarixli Sərəncam ilə peşə bayramı 6 noyabr tarixinə keçirilib.[44]
  22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü 22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edilib. Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2000-ci il tarixli Sərəncamı[45] ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilib.
  6 dekabr Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2006 tarixli, 1804 nömrəli Sərəncamı[46] ilə, Azərbaycanda telefon xətlərinin yaranmasının 125 illiyi ilə əlaqədar olaraq hər il dekabrın 6-sı Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü qeyd olunur.
  10 dekabr Ümumdünya insan hüquqları günü
  16 dekabr Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü Azərbaycan Respublikası Prezidentinin  2006-cı il dekabrın 8-də imzaladığı Sərəncama[47] əsasən bu tarix ölkədə Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
  17 dekabr Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2010-cu ildə imzaladığı Sərəncama[48] əsasən, hər il dekabrın 17-si Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
  28 dekabr "Vəkil günü" peşə bayramı Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixdə imzaladığı Sərəncama[49] əsasən, hər il dekabrın 28-i "Vəkil günü" peşə bayramı kimi qeyd olunur.
29 dekabr "ASAN xidmət" işçilərinin peşə bayramı günü Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2017-ci il tarixində imzaladığı Sərəncama[50] əsasən, hər il dekabrın 29-u Azərbaycan Respublikasında "ASAN xidmət" işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
  1. 1 2 "Статья 105. Праздничные дни. Трудовой Кодекс Азербайджанской Республики". 2011-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-06.
  2. 1 2 "Azərbaycan Respublikasının Milli Məclisinin 24 fevral 1994-cü il tarixli, 791 saylı qərarı". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  3. "08.12.2006 "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə" dəyişiklik edilməsi barədə". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  4. "20 Yanvar Faciəsi". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  5. "Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanı". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  6. "Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 1992-ci il tarixli 217 nömrəli fərmanı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  7. "Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2009-cu il tarixli Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  8. "Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının 25 dekabr 1991-ci il tarixli 38 saylı qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  9. "Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005 tarixli, 607 nömrəli Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  10. "Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 203 saylı fərmanı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  11. "Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2008-ci il tarixli Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  12. "Azərbaycan Respublikası Prezidentinin 4 mart 2005 tarixli, 464 nömrəli Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  13. "Azərbaycan Respublikası Prezidentinin 1 mart 2013-ci il tarixli 2755 saylı fərmanı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  14. "Azərbaycan Respublikasının Prezidentinin 7 aprel 2008-ci il tarixli 2749 saylı Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  15. "Azərbaycan Respublikasının Prezidentinin 1995-ci il 9 mart tarixli fərmanı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  16. 1 2 3 "Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 sentyabr tarixli 306 nömrəli Sərəncamı". Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 2024-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.09.2024.
  17. "Azərbaycan Respublikasının Prezidentinin 17 mart 2010-cu il tarixli 812 saylı Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  18. Azərbaycan Respublikasında "Elm günü"nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2021-10-22 at the Wayback Machine. president.az, 09.04.2018 (az.)
  19. "Azərbaycan Respublikası Prezidentinin 16 may 2009-ci il tarixli, 629 saylı Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  20. "Azərbaycan Respublikası Prezidentinin 16 may 2007-ci il tarixli Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  21. "Azərbaycan Respublikası Prezidentinin 18 may 2006-cı il tarixli Sərəncam". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  22. ""Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  23. "Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2001-ci il tarixli Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  24. "Azərbaycan Respublikası Prezidentinin 12 iyun 2006-cı il tarixli Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  25. "Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-14.
  26. "Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2012-ci il tarixli, 2551 saylı Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  27. ""Dənizçi günü" peşə bayramının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  28. "Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 24 may tarixli, 710 saylı fərmanı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  29. "Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2007-ci il tarixli, 2356 saylı Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  30. "Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli, 281 saylı Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  31. "Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  32. "Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2000 tarixli, 588 nömrəli Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  33. "Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 16 avqust tarixli Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  34. "Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2004-cü il 114 saylı fərmanı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-14.
  35. "Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 1995-ci il tarixli 385 saylı fərmanı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-14.
  36. "Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2001-ci il tarixli 558 saylı fərmanı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-14.
  37. "Azərbaycan Respublikasında "Turizm işçiləri günü" peşə bayramının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-01.
  38. ""Azərbaycan Respublikasında "Turizm işçiləri günü" peşə bayramının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2297 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-19.
  39. "Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2002-ci il tarixli Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-14.
  40. "Azərbaycan Prezidentinin 2005-ci il 7 oktyabr tarixli Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-14.
  41. "Azərbaycan Prezidentinin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-14.
  42. "Azərbaycan Prezidentinin 5 may 1992-ci il tarixli saylı 723 Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-14.
  43. "Azərbaycan Respublikası Prezidentinin 28 oktyabr 2006-cı il tarixli Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-14.
  44. ""Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 oktyabr tarixli 1758 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-19.
  45. "Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2000-ci il tarixli Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-14.
  46. "Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2006 tarixli, 1804 nömrəli Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-14.
  47. "Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2006-cı il tarixli Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-14.
  48. "Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2010-cu il tarixli Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-14.
  49. "Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
  50. https://president.az. ""ASAN xidmət" işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). Azərbaycan Respublikası Prezidentinin rəsmi veb-saytı. 2022-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2017.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]