Üzeyir Hacıbəyov — Vikipediya

Üzeyir Hacıbəyov
1939 – 23 noyabr 1948
SonrakıQara Qarayev
1936 – 23 noyabr 1948
SonrakıSəid Rüstəmov
Şəxsi məlumatlar
Doğum tarixi 18 sentyabr 1885(1885-09-18)[1]
Doğum yeri
Vəfat tarixi 23 noyabr 1948(1948-11-23)[2][3][…] (63 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti dirijor, bəstəkar, musiqi pedaqoqu, yazıçı, jurnalist, musiqi etnoqrafı[d], dramaturq
Atası Mirzə Əbdülhüseyn bəy Hacıbəyov[d]
Dini islam
Elmi fəaliyyəti
Elm sahəsi musiqi[5], xalq mahnısı[5], folklorşünaslıq[5], musiqişünaslıq[5]

Təltifləri "Lenin" ordeni — 1938 "Qırmızı əmək bayrağı" ordeni — 1945 "Qafqazın müdafiəsinə görə" medalı — 1944 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1945
"SSRİ xalq artisti" fəxri adı — 1938 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1937 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1936 2-ci dərəcəli "Stalin" mükafatı — 1946 2-ci dərəcəli "Stalin" mükafatı — 1941
İmzanın şəkli
hajibeyov.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Üzeyir bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov (azərb. عزير حاجبايوف‎; 18 sentyabr 1885[1], Ağcabədi, Şuşa qəzası23 noyabr 1948[2][3][…], Bakı[4]) — Azərbaycan[6][7][8][9][10] bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim. SSRİ xalq artisti (1938). II dərəcəli iki "Stalin" mükafatı laureatı (1941, 1946). "Lenin" ordeni kavaleri (1938).

Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940), Azərbaycan Konservatoriyasının rektoru (1928–1929, 1939–1948), Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1938–1948) , 1-ci və 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı (1937, 1941). 1938-ci ildən Sov.İKP-nin üzvü. Azərbaycan SSR himnininAzərbaycan himninin müəllifidir. Bütöv İslam dünyasında ilk operanın müəllifidir.[11][12]

Bəstəkar eyni zamanda Azərbaycanda və xaricdə bir çox tanınmış bəstəkar və musiqiçilərin pedaqoqu və müəllimi kimi də tanınır. Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Şəfiqə Axundova və s. maestronun tələbələrindən idilər.[13]

Üzeyir Hacıbəyov atası ilə, Şuşa, 1890-cı il

Üzeyir Hacıbəyov 5 (18) sentyabr 1885 tarixində (BSE-yə əsasən, 17 sentyabrda)[14] Ağcabədidə anadan olmuşdur.[15][16][17][18][19][20] Bir neçə il sonra (Azərbaycan mətninə görə 1896-cı ildə; rus mətninə görə isə 1897-ci ildə) şiə məzhəbinin Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi şəhadətnamə buraxdı ki, "Şuşa şəhərinin sakini" Üzeyir Hacıbəyov müsəlman təqvimi ilə 1302-ci il zilhiccə ayının 7-ci günündə (5 sentyabr 1885-ci il) anadan olub, lakin Ü. Hacıbəyov bu sənədi yalnız 1914-cü ildə Bakıda aldı.[21]

Atası Əbdülhüseyin Hacıbəyov kənd mirzəsi idi, anası Şirinbəyim xanım Əliverdibəyovlar nəslindən gəlirdi.[22] Üzeyirin qardaşı Ceyhun Hacıbəyli karyerasının ilk dövründə[23] Dağıstanlı əcdadlarının şərəfinə "Dj. Dağıstani"[23] təxəllüsü ilə imza atırdı.[24] Ümumilikdə ailədə üç qardaş və iki bacı var idi.

Doğulduqdan qısa müddət sonra Hacıbəyovlar ailəsi Azərbaycan mədəniyyətinin ən böyük mərkəzlərindən biri olan[25] Şuşa şəhərinə köçdü və Üzeyir məhz burada böyümüşdür. Gələcək bəstəkarın atası uzun müddət məşhur Azərbaycan şairəsi, ictimai xadim və Qarabağ xanının qızı Xurşidbanu Natəvanın şəxsi katibi idi, hansı ki bəstəkarın tərbiyəsinə böyük təsiri olmuşdur. Üzeyirin anası Şirin Əliverdibəyova şairənin evində böyümüşdür, bəstəkarın babası və Natəvan isə süd bacı-qardaşı idilər.[26]

Natəvanla tanışlıq gənc Üzeyir üçün ən yaxşı musiqi icmaları, Şuşanın məclislərinə yol açdı.[27] Gənc yaşlarında muğam ifaçılığı dərsləri almış və Azərbaycan xalq musiqi alətlərində çalmağı öyrənmişdir. Əbdürrəhim bəy HaqverdiyevCabbar Qaryağdıoğlunun 1897-ci ilə aid "Leylinin qəbri üzərində Məcnun" ("Leyli və Məcnun" sevgi dastanından bir epizod) adlı teatr əsərində 13 yaşlı Üzeyir qoşma xorda oxuyurdu.

Mədrəsə təhsilini və ikiillik rus-tatar məktəbini bitirdikdən sonra, 1899–1904-cü illərdə Qori şəhərindəki müəllimlər seminariyasında oxudu.[28] Məhz orada o, skripka, violonçel və nəfəs alətlərində ifa etmək bacarıqlarına yiyələndi. bundan başqa gələcək bəstəkar Müslüm Maqomayevlə (müğənni Müslüm Maqomayevin babası) tanış oldu.[29] Növbəti dörd il ərzində HadrutBakı məktəblərində müəllimlik fəaliyyəti ilə məşğul oldu.[28] Mətbuatda ilk məqaləsi 1904-cü ildə Kaspi qəzetində çap olunub[30]. 1905-ci ildə Bakıda ilk öncə Bibi-Heybət məktəbində, daha sonra "Səadət" məktəbində dərs demişdir və orada Azərbaycan dili, riyaziyyat, coğrafiya, tarix və eyni zamanda rus dilini öyrədirdi.[31] Elə o vaxtı Həyat qəzetində tərcüməçi olaraq işə başladı, sonra İrşad qəzeti ilə əməkdaşlıq etdi. 1911-ci ildə sistematik musiqi təhsili almaq məqsədilə Moskvaya yola düşdü. Bir il ərzində Moskva Filarmoniya Cəmiyyəti yanında musiqi kurslarında Aleksey İlyinskidən dərs alırdı (solfecionu Nikolay Laduxin, harmoniyanı Nikolay Sokolovski keçirdi),[32] ondan sonra Sankt-Peterburqa köçdü və orada konservatoriyada bir il oxudu (müəllimi Vasili Kalafati olmuşdur). Dostu Müslüm Maqomayev Hacıbəyovun maddi dəstəyini tamamilə öz üzərinə götürmüşdür.[33] 1912-ci ildə Jeleznovodskda olarkən Hacıbəyov M. Maqomayevə yazırdı:

ƏZİZ MÜSLÜM

Biz artıq 21 iyundan Jeleznovodskdayıq. Malikə müalicə olunmağa başlayır, mən isə fortepiano öyrənməyə başladım. Mən burada həftədə 3 dərs deyən və hər gün pianodan istifadə etməyə icazə verən müəllim tapdım, ayda cəmi 15 rubla.

Hələ Bakıda olarkən Malikə və mən Şuşaya getmək və orada tamaşalar vermək qərarına gəldik; Notların bir hissəsinin Sizin mənzilinizdə olduğunu bildiyimizdən, Məlikə ilə Sizin mənzilinizə getdik və notları götürdük; lakin Şuşa işi baş tutmadı, notlar Camaldadır. Bizimkilər Maştağı bağlarına köçdülər. Bakıya gedəndə yaz. Mən də Moskvaya yola düşməmişdən əvvəl yazacam. Makkinin səhhəti barədə xəbər ver, orada yaşayışınız necədir? Burada çox da darıxmırıq, bəzən qrup halında gəzirik. Məlikə və məndən Badyuşa, anaya, Camul, Makka və bütün dostlarınıza salamlarımı göndər.

Sənin Üzeyirin.
3 iyul 1912-ci il.
Jeleznovodsk.

İnjenernı döngəsi, daça № 9.[34]

1914–1918-ci illərdə "Yeni iqbal" qəzetinin redaktoru, sonra sahibi oldu, daha sonra "Azərbaycan" qəzetinin redaktoru olmuşdur.[35] 1918-ci ilin iyunundan sentyabr ayınadək Azərbaycan opera sənətçilərinin İranın ƏnzəliRəşt şəhərlərinə qastrol səfərini idarə edirdi.[35] 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti quruldu. Elə həmin il bəstəkar Azərbaycan SSR Xalq Maarifləndirmə Komissarlığına musiqi akademiyası və milli konservatoriya açmağın zəruriliyi, habelə keçmiş musiqi məktəblərinin binalarının onlara verilməsi barədə hesabat təqdim etdi.[35] Sonrakı illərdə (1922–1926 və 1939–1941) onun təşəbbüsü ilə yaradılan Azərbaycan Türk Musiqi Məktəbinə (indiki Asəf Zeynallı adına Bakı Musiqi Kolleci) rəhbərlik etmişdir. 1925-ci ildə Bakı İşçi Xalq Deputatları Sovetinin deputatı seçildi, növbəti ildə isə ​​Azərbaycan Konservatoriyasının prorektoru oldu.[35]

1931-ci ildə xalq çalğı alətləri orkestrini, 1936-cı ildə isə dövlət xorunu təşkil etdi. 7 may 1938-ci ildə Üzeyir bəy partiyaya qəbul üçün müraciət etdi və Sov. İKP MK onun xidmətlərini və Azərbaycan SSR KP MK-nın vəsatətini nəzərə alaraq, istisna hal kimi namizədlik təcrübəsi keçmədən onu partiya sıralarına qəbul etdi.[36] 1938-ci ildə Hacıbəyov "Lenin" ordeni ilə təltif edildi və SSRİ xalq artisti adına layiq görüldü. Bir il sonra bəstəkar Azərbaycan Konservatoriyasının rektoru təyin edildi və həmin 1939-cu ildə SSRİ Bəstəkarlar İttifaqının 1-ci qurultayının təşkilat komitəsinin üzvü seçildi.[35] Ömrünün son 10 ilində Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik etmişdir. 1943-cü ildə tank kolonunun inşası üçün öz cibindən 25.000 rubl bağışladı.

1945-ci ilin sentyabrında Hacıbəyov Azərbaycan SSR EA İncəsənət İnstitutunun direktoru təyin edildi.[35]

1945-ci ildə qurulduğu gündən Azərbaycan SSR Elmlər Akademiyasının daimi üzvü və iki çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur (1937, 1941).

1904-cü ildən 1920-ci ilə qədər mətbuatda 600-ə qədər müxtəlif məzmunlu məqalələr yazsa da sovet işğalından sonra vəfat edənə qədər cəmi 30 məqalə yazıb. Bu məqalələrin də əksəriyyəti musiqi ilə bağlı olub[30].

1947-ci ildə şəkərli diabetdən əziyyət çəkən Üzeyir Hacıbəyovun vəziyyəti ağırlaşdı və səhv təyin olunmuş müalicə səbəbindən daha da mürəkkəbləşdi. Moskva şəhərinin Kremlin xəstəxanasında müalicə almağa başladı, daha sonra Mərdəkandakı dövlət sanatoriyasına köçürüldü.[37] 1948-ci il noyabrın 23-də, gecə saat 2 radələrində bəstəkar Bakıda, "Monolit" binasının dördüncü mərtəbəsindəki mənzilində ürək çatışmazlığından vəfat etdi.[37] Bakıda Birinci Fəxri Xiyabanda dəfn olundu.

Şirinbəyim xanım Hacıbəyova-Əliverdibəyova
Üzeyir bəy və Məleykə xanım Hacıbəyovlar
  • Anası Şirinbəyim xanım Hacıbəyova-Əliverdibəyova — 1853-cü ildə mülkədar ailəsində doğulmuşdur. Ailədə 12 uşaq var idi: dörd qardaş, səkkiz bacı. Oğlanların hamısı mükəmməl təhsil, qızlar isə ev təhsili almışdılar. Şirinbəyim xanım ədəbiyyatı çox sevir, şerlər oxuyur, Füzulinin əsərlərini əzbər bilirdi. 1870-ci ildə Əbdülhüseynə ərə getmiş, beş uşağı olmuşdur: Sayad, Əbuhəyat, Zülfüqar, Üzeyir, Ceyhun. Ömrünün son illərini Bakıda, oğlu Üzeyirin evində keçirmişdir. 1939-cu ildə vəfat etmişdir.
  • Atası Mirzə Əbdülhüseyn bəy Hacıbəyov 1840-cı ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Mirzə Əbdülhüseyn bəy Hacıbəyov 1901-ci ildə vəfat edib.
  • Dayısı Qara bəy ƏliverdilərAzərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.
  • Xanımı Məleykə Terequlova-HacıbəyliHənəfi Terequlovun bacısı Məleykə Hacıbəyli Tiflisdə Qızlar Gimnaziyasında oxumuş, pedaqoji fəaliyyət göstərmişdir. Üzeyir bəylə Məleykə xanım 1909-cu il dekabrın 20-də ailə həyatı qurnuşdur, amma cütlük övlad sahibi ola bilmir. Üzeyir Hacıbəyov həyat yoldaşı Məleykə xanıma konservatoriyaya daxil olmaqda da yardımçı olub. Məleykə xanım yoldaşına başqa qadınla evlənib övlad sahibi olmağı da təklif edib, lakin təklif bəstəkar tərəfindən qəbul edilməyib. Üzeyir bəy Hacıbəyovla ailə qurduqdan sonra Bakıya köçmüşdür. O, Bakda da pedaqoji fəaliyyətini davam etdirmiş, Azərbaycanda konservatoriya təşkil olunandan sonra Üzeyir bəyin məsləhəti ilə həmin ali məktəbə daxil olmuşdur. 6 il Bakıda kirayə yaşayan cütlük sonradan 1915-ci ildə hazırda ev muzey kimi fəaliyyət göstərən mənzilə köçürlər. Məleykə xanım Terequlova milliyətcə tatar idi. Məleykə xanım Üzeyir Hacıbəyovun ölümündən sonra (1948) "Arşın mal alan" musiqili komediyasının klavirinin Bakıda, "Koroğlu" operasının klavirinin isə Moskvada nəşr olunub işıq üzü görməsində böyük əməyi və xidməti olmuşdur. Məleykə Hacıbəyli 1966-cı ildə vəfat etmişdir. Üzeyir bəyin məzarının sol tərəfində həyat yoldaşı Məleykə xanımın məzarı yerləşir.[37] Ali təhsil aldıqdan sonra Hacıbəyov Bakıda həyat yoldaşı və anası ilə birlikdə yaşadı, eyni zamanda bacısının beş uşağına baxırdı;[38] onun öz övladları yox idi.[39]
  • Baldızı Badigülcamal TerequlovaMüslüm Maqomayevin həyat yoldaşı idi.
  • Qardaşı Ceyhun Hacıbəyli Fransaya mühacirət etmişdir. Qardaşlar bir-biri ilə əlaqəni bacıları və digər qohumları vasitəsilə saxlayırdılar.[38] "Koroğlu" operasının səhnələşdirməzdən öncə bəstəkarın həbs olunması və mümkün repressiyalar altına düşmək kimi davamlı təhlükələr qalırdı,[38] lakin "Koroğlu" 1938-ci ildə SSRİ-nin paytaxtında təntənəli şəkildə səhnələşdirildikdən sonra müəllif SSRİ Xalq artisti adına və "Lenin" ordeninə layiq görüldü və SSRİ Ali Sovetinin deputatı seçildi.

Bakıda ünvanları

[redaktə | mənbəni redaktə et]
  • 1908 — "İslamiyə" hotelinin 31-ci otağı (hazırda Azərbaycan prospektindəki 9 nömrəli ev)[40][41]
  • 1915–1942 — Verxnyaya Priyutskaya küçəsindəki ev (ev muzeyinin yerləşdiyi indiki Ş. Əzizbəyov 67 küçəsi)[42]
  • 1942–1948 — Nizami meydanında "Monolit" evi

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Üzeyir Hacıbəyovun yaradıcılığında Qərb və Şərq musiqi üslubları birləşdirilib; onun tərəfindən Azərbaycan xalq musiqisinin elementləri klassik Avropa ənənələrinə uyğunlaşdırılmışdır. Bu metoddan istifadə edərək Hacıbəyov 1908-ci ildə Azərbaycan şairi Füzulinin eyniadlı poeması əsasında ilk Azərbaycan operası "Leyli və Məcnun"u yaratdı. 1909-cu ildə yaratdığı "Şeyx Sənan" adlı ikinci operası üslubuna görə sələf xeyli dərəcədə fərqlənirdi və əsasən müəllifin musiqisindən ibarət idi.[45] 1910–1915-ci illər arasında yazılmış növbəti dörd opera ənənəvi Azərbaycan muğamı əsasında qurulmuşdur ("Rüstəm və Zöhrab" (1910), "Şah Abbas və Xurşud Banu" (1911), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915)). Bəstəkarın ən yaxşı əsəri 1936-cı ildə yazılmış "Koroğlu" operası hesab olunur. Bu əsərinə görə Üzeyir Hacıbəyova 1941-ci ildə "Stalin" mükafatı verildi. Ümumilikdə, o, 7 opera və 3 operetta yazmışdır: "Ər və arvad" (1909), "O, olmasın bu olsun" (1910) və "Arşın mal alan" (1913). Hacıbəyov "Koroğlu" operası xaricində bütün əsərlərinin librettosunun müəllifi idi. Onun həmçinin yarımçıq qalmış "Firuzə" operası var idi. Bu əsəri bəstəkar İsmayıl Hacıbəyov tamamladı.[46]

Üzeyir Hacıbəyli Nizami Gəncəvinin sözlərinə "Sənsiz" (1941) və "Sevgili canan" (1943) kimi əsərlər yaradaraq "romans-qəzəl" adlı kamera vokal musiqisinin yeni janrını kəşf etdi.[47][48] Bundan əlavə, Hacıbəyov həm də Azərbaycan opera məktəbinin qurucusu hesab olunur. Viktor Vinoqradov "Üzeyir Hacıbəyov və Azərbaycan musiqisi" kitabında yazır:

"…Onun xidmətləri həqiqətən böyükdür. Təsadüf deyil ki, Azərbaycanda opera kütləvi musiqi janrıdır.…"[49]

(Viktor Vinoqradovun "Üzeyir Hacıbəyov və Azərbaycan musiqisi" kitabından)

1918-ci ildə bəstəkar Azərbaycan himnini bəstələdi. 1920–1991-ci illərdə Azərbaycanın SSRİ ittifaq respublikalarının tərkibinə daxil olması səbəbindən bu himn səsləndirilmirdi, lakin 1930-cu ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 10-cu ildönümü münasibətilə Üzeyir bəy Azərbaycan SSR-in yeni himn sözlərini və musiqisini yazdı. Yeni himn ilk dəfə 28 aprel 1930-cu ildə Hacıbəyovun rəhbərliyi altında səsləndirildi.[50] 1930-cu ilə aid Azərbaycan SSR-in himni kantata janrına oxşar olduğundan ona bəzən kantata da deyilir.[50] Artıq 1944-cü ildə o, ittifaq respublikasının yeni himnini tərtib etdi, hansı ki Azərbaycan SSRİ-in tərkibindən çıxanadək səsləndirilirdi. 1991-ci ildə 1918-ci ilə aid köhnə himn yenidən "dövlət" statusunu aldı.

1920-ci illərin sonu və 30-cu illərin əvvəllərində o, xalq çalğı alətləri orkestri üçün ilk Azərbaycan kütləvi mahnılarını, kamera instrumental əsərlərini yaratdı ("Pambıq tarlalarında" süitası, "Çahargah" və "Şur" ladaları) və skripka, violonçel və fortepiano üçün kantatlar (o cümlədən "Füzulinin xatirəsinə "(1934)), orkestr (uverturalar) və xor əsərlərini bəstələmişdir.

1941–1945 müharibə illərində bir sıra vətənpərvərlik mahnılar ("Yaxşı yol", "Şəfqət bacısı" və s.), "Vətən və cəbhə" kantatası və "Döyüşçülər marşı" (1942) uvertürasını yazmışdır.

Üzeyir Hacıbəyov, 1913-cü il

Leyli və Məcnun operası

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Leyli və Məcnun (opera)
"Leyli və Məcnun" operasının afişası, 1908-ci il

Üzeyir Hacıbəyov ilk Azərbaycan operasını (muğam operası) 1907-ci ildə yazmağa başladı. O, 1908-ci ilə qədər tamamlandı və daha sonra ilk dəfə Bakıda, neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə məxsus teatrda tamaşaya qoyuldu. Operanın tamaşaya ilk dəfə qoyulmasında həm Azərbaycan SSR-in, həm də sonradan müstəqil Azərbaycanın populyar musiqi və ictimai xadimləri olacaq Azərbaycan mədəniyyət xadimləri iştirak etmişdir.

Tar çalan sonradan məşhurlaşan Qurban Pirimov olmuşdur, Hüseynqulu Sarabski Məcnun rolunu oynamışdır, bəstəkarın özün isə orkestrdə skripka partiyasını ifa etmişdir. Leyli rolunu kişi canlandırmışdır. Sarabski, 1930-cu ildə nəşr olunan xatirələrində yazır:

"…Bu tamaşadan sonra bir çoxları məni Məcnun çağırmağa başladılar. Mən bu adın dəyərini bilirdim, mən onunla fəxr edirdim. Əvvələr küçədə məni istehza ilə qarşılayan insanlar indi məni hörmət və məhəbbətlə qəbul edirdi. "[51]

(H. Sarabski, Xatirələr)

Bəstəkarın "Leyli və Məcnun" əsəri muğam operası və ümumilikdə Azərbaycan operası janrının təməlini qoydu. Sonralar o, xatıralyırdı:

" O vaxtı mən, operanın müəllifi ancaq solfecionun əsaslarını bilirdim və harmoniya, kontrapunkt musiqi formaları haqqında heç bir fikrim yox idi.. Bununla belə "Leyli və Məcnunu" müvəffəqiyyəti böyük idi. Bu, mənim fikrimcə, onunla izah olunurdu ki, Azərbaycan xalqı artıq səhnədə öz Azərbaycan operasını görmək istəyirdi, "Leyli və Məcnun"da isə həqiqi xalq musiqisi populyar klassik mövzu ilə birləşdirilmişdir. "

Üzeyir Hacıbəyov seçimini Füzulinin "Leyli və Məcnun" (poemanın özü Leyli və Məcnun ərəb əfsanəsi üzərində qurulmuşdur) və xalq musiqisinin janrlarında saxladı ki, bu da əsərin müsəlman cəmiyyətində qəbul edilməsinə müsbət təsir göstərdi. Azərbaycandan kənarda opera ilk dəfə Tiflisdə tamaşaya qoyuldu.[52]

Muğamdan savayı "Ləyli və Məcnun" operasında çalınan bütün musiqi parçaları müəllifin özü tərəfindən yazılmışdır.[53] Tamaşa boyunca yalnız bir Azərbaycan xalq mahnısı səslənir. Səciyyəvi ahəng strukturu və ritm tamaşanın bütün müəyyən obrazları ilə uyğunlaşır.

"Arşın mal alan" operettası

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Arşın mal alan

"Arşın mal alan" bəstəkarın sonuncu və ən populyar operettalarındandır. O, 1913-cü ildə Sankt-Peterburqda yazılmışdır. Operettada hadisələr Şuşa şəhərində baş verir. Rəşid Behbudovun qızı Rəşidə "Arşın Mal Alan"ın yaranma hekayəsini belə təsvir edir:

… Mənim babam Məcid bəy Behbudalı, keçmişdə Behbudovlar nəsili belə adlanırmış, qeyri-adi səsə malik imiş, xalq mahnılarını mükəmməl ifa edirmiş və 30 yaşında artıq peşəkar bir müğənni olmuşdur. Bundan əvvəl isə atasına kömək edirmiş: bir qutu ipək yığaraq o vaxt yaşadıqları Şuşa küçələrini gəzir və yerli modapərəstləri mallara baxmağa dəvət edirdi: "Arşin mal alan, arşin mal alan…". Xırdavatçının ifadəli siması gələcək bəstəkar Üzeyir Hacıbəyovun uşaqlıq xatirəsinə o qədər həkk olundu ki, sonradan o, bu süjeti "Arşın mal alan" operettasında istifadə etdi.[54]…"

(Rəşidənin "Arqumentı i faktı" qəzetinə intervyusu)

Janr və forma baxımından Əsgərin açılış ariyası və operettanın digər bir sıra vokal nömrələri sırf Avropa tərzində ifa olunmuşdur. Eyni zamanda, onların melodiyaları şübhəsiz milli koloritə sahibdirlər. Xüsusilə, bəhs olunan Əsgərin açılış ariyası[55] segah məqamında, Cahanın kupletləri və rəqsi[56] şur məqamında, Vəli və Tellinin dueti[57] də şur məqamında ifa olunmuşdur. "Arşın mal alan"ın premyerası 1918-ci ildə Zeynalabdin Tağıyevin teatrında baş tutdu. Sonralarda "Arşın mal alan" 75-dən çox dilə tərcümə edildi və 76 ölkədə 187 teatrda səhnəyə qoyuldu: Gürcüstanın 16 şəhərində, Bolqarıstanın 17 şəhərində, ABŞ-nin 13 ştatında, Polşanın 17 şəhərində (1500 dəfə), Rusiyanın 28 şəhərində, Çinin 8 şəhərində və s.[58][59][60][61][62] 1919-cu ildə Hacıbəyov qardaşlarının truppası Türkiyənin İstanbul şəhərinə qastrola gəlmişdir. Bu qastrollar o qədər uğurlu alındı ​​ki, Azərbaycan artistləri İstanbulda yerləşən "Şərq" teatrını bir neçə ay icarəyə götürməli oldular. 4 iyul 1925-ci ildə Parisin "Femina" teatrında premyerası baş tutan "Arşın mal alan" operettasının tamaşa edilməsi xüsusilə vurğulamağa dəyər. Müəllifin qardaşı Ceyhun bəy əsəri fransız dilinə tərcümə etmişdir. Rolları Fransa artistləri Derval (Sultan bəy), Monte (Əsgər), Passani (Gülçöhrə), Maqali (Asya) və başqaları ifa etdilər.[63][64] Məşhur Polşa dramaturqu S. Povolotski xatırlayır:

…Mən Əsgrəin ariyasını ilk dəfə möhtəşəm müğənni Rəşid Behbudovun ifasında dinlədim. Sonra mən əsas rolda Rəşid Behbudovun olduğu "Arşin mal alan" filmini izlədim. Film mənə çox təsir etdi və mən onu sevdim. Bir müddət sonra sevilən müğənni bir daha Polşaya qastrol səfərinə gəlir. Hər konsertdə ifa etdiyi "Arşin mal alan"dan Əsgər ariyasını Polşa dilində mən bir daha dinlədim. Növbəti konsertdən sonra Rəşid Behbutova yaxınlaşdım və "Arşın mal alan"ı polyak dilinə tərcümə etmək arzumu onunla bölüşdüm. Müğənni təklifimi bəyəndi…

(Povolotskinin xatirələrindən)
Üzeyir Hacıbəyovun qəbirüstü abidəsi

1954-cü ildə A. Vegersk adına Belostok dövlət teatrında "Arşın mal alan" polyak dilində səhnələşdirildi. Baş rolları E. Poreda və S. Voloşin oynadılar. 2004-cü ildə Vaxtanqov adına Teatr İnstitutu yanında Şukin adına Dövlət Teatrının səhnəsində "Arşin mal alan" adlı yeni tamaşanın premyerası baş tutdu, tamaşada Şukin Teatr Məktəbinin məşhur rus aktyor-məzunlarının iştirak etdilər. 2007-ci ildə operetta Vyanada səhnəyə qoyuldu.[65]

"Arşın mal alan" operettasının ekranlaşdırılması

[redaktə | mənbəni redaktə et]

"Arşın mal alan" operettası 4 dəfə ekranlaşdırılmışdır. İlk ekranlaşdırılması 1916-cı ildə Rusiyada həyata keçirildi. Rejissor Boris Svetlov bu ekranlaşdırılmanı Hüseynqulu Sarabski, Əhməd AğdamskiMirzəağa Əliyevin iştirakı ilə Piron qardaşlarının "Film" studiyasında təşkil etdi.[66] Növbəti film ekranlaşdırılma 1917-ci ildə Sankt-Peterburqda edildi, lakin müəllifin təkidi ilə film prokatdan çıxarıldı.[64] Elə həmin il "Arşın mal alan" ABŞ-də çəkildi. 16 fevral 1917-ci il tarixli "Molla Nəsrəddin" jurnalında yazılmışdır: "…Nyu-York qəzetlərindən birində xəbər verilir ki, Amerikada "Arşın mal alan" səhnələşdirilib. Həmyerlimiz Üzeyir bəy Hacıbəyovun bu ecazkar operettası Amerika tamaşaçılarının da rəğbətini qazandı…".

15 sentyabr 1918-ci ildə "Millət" qəzetində Yusif Vəzir da bu faktı təsdiqlədi. O, yazırdı: "…Arşin mal alan Amerika səhnələrində belə uğur qazanmışdır… Bütün İslam dünyasında ilk opera və operettanın müəllifləri olduğumuzu qürurla elan edə bilərik…". 1937-ci ildə erməni əsilli Amerika rejissoru Setraq Vartyan[67] müəllifin adını qeyd etmədən üçüncü dəfə "Arşin mal alan"ı erməni dilində ekranlaşdırdı.[68] Üzeyir Hacıbəyov öz etirazını şəxsən Stalinə ünvanladı. Sonuncunun göstərişi ilə 1945-ci ildə Azərbaycanda Hacıbəyovun əsərinin ekranlaşdırılması təşkil edildi.[69] Filmin ssenarisini Sabit Rəhman yazmışdır, Rza TəhmasibNikolay Leşenko rejissor olaraq təyin edildilər. Musiqi redaktoru vəzifəsi Üzeyir bəyin qardaşı oğlu Niyaziyə həvalə edildi. Filmin aktyor heyəti həqiqətən də ulduzlu idi. Rəşid BehbudovLeyla Bədirbəyli dəvət olunmuşdular. Gənc Tamaşaçılar Teatrının gənc aktrisası Rəhilə Mustafayeva Asya roluna təyin olunmuşdur. Tanınmış sovet rejissoru, aktyor və ssenarist Qriqori Aleksandrov layihənin konsultantı vəzifəsini aldı.[70]

İlk əvvəl film Sovet senzurası tərəfindən bəyənilmədi və onun prokatı qadağan edildi, lakin xudsovetin fikri ilə razılaşmayan və filmin "dünyanı fəth edəcəyinə" inanan Sergey Eyzenşteyn Stalinin filmi izləməsinə nail oldu və o, onun xoşuna gəldi. Stalinin bəyənməsindən sonra "Arşın mal alan" filmi SSRİ-də prokata çıxdı və "Stalin" mükafatını qazandı.

"O, olmasın, bu olsun"

[redaktə | mənbəni redaktə et]

1910-cu ildə yazılmış "O, olmasın, bu olsun" operettası bəstəkarın ikinci musiqili komediyasıdır ("Ər və arvad"dan sonra). Onun premyerası 25 aprel (8 may) 1911-ci ildə Bakıda Mayılov qardaşlarının teatrında (indiki M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı) baş tutdu. Teatr tamaşasının aktyor heyəti bunlardan ibarət idi: Məşədi İbadMirzəağa Əli oğlu Əliyev, SərvərHüseynqulu Məlik oğlu Sarabski, Rüstəm bəyin qızı GülnazƏhməd Bəşir oğlu Ağdamski, Həsən bəyMəmməd Hənəfi Həsən oğlu Terequlov. Teatr tamaşasının dirijoru komediyanın müəllifi özü olmuşdur. Bu komediyanın bir neçə səhnə redaksiyası var idi, o, bir çox dillərə tərcümə edilmiş və Cənubi Qafqaz, Türkiyə, Bolqarıstan, Yəmən və s. ölkələrin şəhərlərində uğurla səhnəyə qoyulmuşdur. Komediyanın librettosu ilk dəfə 1912-ci ildə Bakı şəhərində, Orucov Qardaşları Mətbəə Nəşriyyatında çap olunmuşdur. Əvvəlcə o, üç pərdəli idi, 1915-ci ildə hamam səhnəsi yazıldıqdan sonra isə dörd pərdəli musiqili komediyasına çevrildi. Musiqi üçün Üzeyir Hacıbəyov Azərbaycan xalq musiqisindənmuğamdan, mətn üçün isə Füzulinin qəzəllərindən istifadə etmişdir.

Komediyanın baş qəhramanı əlli yaşlı Məşədi İbad adlı tacirdir, hansına ki kasıblamış Rüstəm bəy Gülnaz adlı öz on beş yaşlı qızını ərə verir. Ancaq komediyanın sonlarına yaxın Gülnazın aşiq olduğu Sərvər adlı tələbə Məşədi İbadı aldatmağı bacarır və nəticədə o, "o olmasın, bu olsun" deyərək Gülnazla deyil, qulluqçu Sənəmlə evlənir. "O olmasın, bu olsun" komediyası inqilabdan əvvəlki Azərbaycan teatr sənətində ən cəsarətli və prinsipial əsərlərdən biri hesab olunur, hansındaki Hacıbəyov XIX sonu — XX əsrin əvvəli Azərbaycan həqiqətlərindəki ictimai və məişət ziddiyyətlərini göstərməyi bacardı.[71] Ancaq Metyu O'Braynın qeyd etdiyi kimi, Üzeyir Hacıbəyovun bu komediyasının mərkəzində qadın hüquqlarının dəstəyi dayanır.[72]

Bu komediya 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyası tərəfindən ekranlaşdırılmışdır. "O olmasın, bu olsun" filmi də tamaşaçıların rəğbətini qazanmışdır.

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]
Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş qızıl sikkə. Portretin ətrafinda xatirə sikkəsinin buraxıldığı il "2008-ci il", və "Azərbaycan Respublikası" sözləri, bəstəkarın adı və xatirə sikkəsinin nominalı göstərilmişdir. Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir.

Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər.

Üzeyir Hacıbəyov
Üzeyir Hacıbəyovun yaşadığı ev

Üzeyir Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixində yeni istiqamət və milli bəstəkarlıq məktəbinin özülünü qoymuşdur. Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi tanınmış dahi bəstəkar ilk azərbaycanlı folklorçu-bəstəkar və Azərbaycan musiqisinin dərinliklərini və istiqamətlərini araşdırıb üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı musiqişünas-alimdir. Üzeyir Hacıbəyov həm də ədəbi-bədii dəyərini itirməmiş yazıları ilə tanınan publisist, felyetonçu və librettoçu-dramaturqdur. Üzeyir Hacıbəyov görkəmli yenilikçi, müəllim-ustad və Azərbaycanda böyük musiqiçi-ictimaiyyətçı kimi, Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı kimi Azərbaycan xalqının tarixində və mədəniyyətində dərin iz qoymuşdur.[73]

Üzeyir Hacıbəyov Azərbaycan musiqisini dərindən araşdırmış və onun, zəngin və çoxşaxəli olduğunu elmi məqalələrində göstərmişdir. Digər tərəfdən Azərbaycan musiqisinə mənfi təsir edə biləcək istiqamətlərdən və bacarıqsız harmonizasiya üsullarından istifadə etməməyi məsləhət görürdü.[74].

Üzeyir Hacıbəyovun 110 illik yubileyinə həs edilmiş marka

Hacıbəyov 1921-ci ildə Bakıda Azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini — Azərbaycan Dövlət Türk Musiqi Məktəbini (sonralar texnikum) təşkil etmişdir. 1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərən Hacıbəyov burada nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs demiş, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivi yaratmışdır.

O, 1927-ci ildə Müslüm Maqomayevlə birgə ilk "Azərbaycan türk el nəğmələri" məcmuəsini nəşr etdirmişdir. Hacıbəyov 1931-ci ildə Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq çalğı alətləri orkestri təşkil etmişdir.

Üzeyir bəy Hacıbəyovun anadan olmasının 100 illik yubileyi böyük təntənə ilə keçirilmişdir. YUNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən Hacıbəyovun yubileyi beynəlxalq miqyasda da qeyd edilmişdir.

1 sentyabr 1995-ci ildə Üzeyir Hacıbəyovun anadan olmasının 110 illiyi ilə əlaqədar qərar qəbul edilmişdir.[75]

2010-cu ildə Azərbaycanda və dünyada Üzeyir Hacıbəyovun anadan olmasının 125 illik yubileyi təntənə ilə qeyd edildi. Bakıda 18–28 sentyabr ərəfəsində "Üzeyir Hacıbəyli — 125" Beynəlxalq Musiqi festivalı keçirildi.[76]

Üzeyir Hacıbəyovun adını daşıyan quru yük gəmisi 1977-ci ildə Rusiyanın Rıbinsk şəhərindəki Volodarski adına gəmiqayırma zavodunda inşa edilib.[77]

Musiqi festivalı

[redaktə | mənbəni redaktə et]

2009-cu ildən bəri Azərbaycanda Üzeyir Hacıbəyovun xatirəsinə Beynəlxalq Musiqi Festivalı keçirilir. Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı yaxın və uzaq ölkələrdən olan əcnəbi musiqiçilər də iştirak edirlər.[78][79]

  • Üzeyir Hacıbəyovun ad günü, 18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.
  • 1977-ci ildə Volodarsk verfində inşa edilmiş teploxoda Üzeyir Hacıbəyovun adı verildi.[80]
  • Azərbaycan SSR Dövlət Mükafatına Üzeyir Hacıbəyovun adı verilmişdir.
  • Bakıda bir küçə, Bakı Musiqi Akademiyası (1991-ci ilə qədər Azərbaycan Dövlət Konservatoriyası),[80] Azərbaycan Dövlət Simfonik Orkestri və habələ Azərbaycanda yaradılan mədəniyyət sahəsində xidmətlərinə görə dövlət mükafatı.onun adını daşıyırlar.
  • 1956 və 1960-cı illərdə Bakıda Hacıbəyova abidələr qoyuldu: 1956-cı ildə bəstəkarın məzarında (müəllif: Ö. Eldarov), 1960-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının qarşısında (müəllif: T. Məmmədov).[80]
  • 1959-cu ildə Şuşada, 1975-ci ildə isə Bakıda Üzeyir Hacıbəyovun ev-muzeyi açıldı.[81]
  • 1959-cu ildə Şuşada abidəsi və büstü qoyuldu. Daha sonra, BBC jurnalisti Tomas de Vaalın sözlərinə əsasən, "gülləbaran edilmiş, ikiyanlı pencəkdə və qırılmış eynəkdə" olan büst söküldü və 1992-ci ildə Şuşanı zəbt edən ermənilər onu metal qırıntılarına satdılar.[82] 2021-ci ilə qədər büst Azərbaycan İncəsənət Muzeyinin açıq havasında nümayiş olunurdu. 14 yanvar 2021-ci ildə büstü Şuşada yenidən quraşdırıldı.[83]
  • 1976-cı ildə Xamiz Muradov tərəfindən "Azərbaycanfilm" Kinostudiyası istehsalı Üzeyir Hacıbəyov adlı qısametrajlı sənədli film həsr olunmuşdur.
  • 1981-ci ildə məşhur Azərbaycan yazıçı-dramaturqu Anarın rejissorluğu ilə Üzeyir Hacıbəyovun həyatından bəhs edən "Üzeyir ömrü" adlı bədii film çəkilmişdir.[84] Hacıbəyov rolunu Hüseynağa Atakişiyev canlandırmışdır.[85]
  • 1986-cı ildə Zaur Məhərrəmov tərəfindən "Azərbaycanfilm" Kinostudiyası istehsalı Üzeyir Hacıbəyov adlı qısametrajlı sənədli film həsr olunmuşdur. Filmdə ev muzeyində qorunub saxlanılan və nümayiş etdirilən eksponatlar, bəstəkara məxsus şəxsi əşyalar və qiymətli sənədlər öz əksini tapmışdır.
  • 2006-cı ildə Vyanada bəstəkarın büstü açıldı.[86]
  • 2008-ci ildə YUNESKO-nun himayəsi ilə Üzeyir Hacıbəyovun "Ləyli və Məcnun" operasının 100 illiyi qeyd olundu.[87]
  • 2011-ci ildə Serbiyanın Novi Sad şəhərində bəstəkarın büstü açıldı.[88]
  • 9 dekabr 2020-ci ildə Sankt-Peterburqdaki şəhər bağçalarından birinə onun adı verildi.[89]

Bəstəkarın əlyazmaları

[redaktə | mənbəni redaktə et]
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Hacıbəy
Hacıbəyov
 
 
 
 
 
 
 
 
 
 
 
Əbdülhüseyn bəy
Hacıbəyov
(1842–1901)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İsmayıl bəy
Hacıbəyov
(1879–1921)
 
 
 
Sayad
Hacıbəyova
(1872–1954)
 
Abuhəyat
Hacıbəyova
(1880–1951)
 
Zülfüqar
Hacıbəyov

(1884–1950)
 
Üzeyir
Hacıbəyov

(1885–1948)
 
 
Ceyhun
Hacıbəyov

(1891–1962)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Soltan
Hacıbəyov

(1919–1974)
 
 
Osman
Hacıbəyov

(1924–1979)
 
Camal
Paşayev

(1895–1953)
 
Niyazi
Tağızadə-
Hacıbəyov

(1912–1984)
 
Çingiz
Hacıbəyov

(1913–1971)
 
Ceyhun
Hacıbəyov
(1919–1941)
 
Timuçin
Hacıbəyov
(1921–1993)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İsmayıl
Hacıbəyov

(1949–2006)
 
 
 
 
 
 
Cəmil
Paşayev
(1926–1978)


  1. 1 2 Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы, 1976. C. 10. S. 147.
  2. 1 2 Bibliothèque nationale de France Hadjibeyov, Uzeir // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Uzeyir Hajibeyov // Musicalics (fr.).
  4. 1 2 Deutsche Nationalbibliothek Record #11895850X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. 1 2 3 4 Çex Milli Hakimiyyət Məlumat bazası.
  6. Гаджибеков Узеир Абдул Гусейн оглы (1885-1948) // Большой Энциклопедический Словарь. 1997. ISBN 5-7711-0004-8. (rus.)
  7. American Film Institute. Within our Gates: Ethnicity in American Feature Films, 1911-1960. Berkeley: University of California Press. Alan Gevinson. 1997. səh. 54. ISBN 0-520-20964-8. (ing.)
  8. Nəzər Paşayev. Победа культурной революции в Советском Азербайджане. Moskva: Elm (nəşriyyat, SSRİ). 1976. səh. 64.

    Полемизируя с М. Кулиевым, Узеир Гаджибеков в статье "Музыкальное образование в Азербайджане" писал, что "кроме европейской музыки есть и восточная музыка. Мы, азербайджанцы, принадлежим к восточным народам, и поэтому мы не можем относиться безразлично к культуре Востока, ибо без неё мы не сможем достаточно выполнить свой долг в деле создания музыкальной культуры. (rus.)

  9. Semyon Ginzburg. Н. А. Римский-Корсаков и подготовка деятелей национальных музыкальных культур народов СССР // Из истории музыкальных связей народов СССР. Избранные статьи и выступления. Leninqrad: Советский композитор. 1972. səh. 113.

    Среди последних получили профессиональное образование в лучших традициях русской композиторской школы украинцы Виктор Косенко и Михаил Скорульский, литовцы Стаси с Шимкус и Юозас Таллат-Келпша, эстонцы Кириллус Креэк и Хейно Эллер, латыши Алфред Калнынь и Янис Залит, армяне Романос Меликян и Сергей Бархударян, азербайджанец Узеир Гаджибеков и другие.

     (rus.)
  10. Christoph Werner. Drama and operetta at the Red Lion and Sun: Theatre in Tabriz 1927-41 // Culture and Cultural Politics Under Reza Shah. Edited by Bianca Devos and Christoph Werner. 215.

    The third category of plays consists of musicals and operettas, almost exclusively works by the famous Azerbaijani composer and playwright Uzeyir Hajibeyov (in Persian transliteration Ozeyr Hajji Beygof, 1885–1948).

     (ing.)
  11. Matthew O'Brien. Uzeir Hajibeyov and his role in the development of musical life in Azerbaijan. Routledge. 2004. 211. ISBN 0-415-30219-6, 9780415302197.
  12. William O. McCagg, Brian D. Silver. Soviet Asian ethnic frontiers. Pergamon Press. 1979. ISBN ISBN 0-08-024637-0, 9780080246376.
  13. "Üzeyir Hacıbəyov — Tələbələri". Сайт, посвящённый Узеиру Гаджибекову. 2020-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-05.
  14. "Гаджибеков Узеир Абдул Гусейн оглы" (rus). Большая Советская Энциклопедия. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  15. Губад. Үзейр Һаҹыбәйов. Баки: Азәрбайҹан Дөвләт Китаб Палатасы. 1941. 6.
  16. "Гаджибеков Узеир Абдулгусейн оглы". Электронная библиотека Узеира Гаджибекова. 2013-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  17. "Узеир Абдул Гусейн оглы Гаджибеков". Официальный сайт Бакинской музыкальной академии. 2014-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  18. Сафарова З. Узеир Гаджибеков. Б.: Язычы. 1985. 4.

    И не случайно, день рождения Узеира Гаджибекова — 18 сентября — общественность республики отмечает как праздник искусств — День музыки.

  19. Керимов С. Ниязи. Жизнь и творчество. Б.: Язычы. 1982. 73.

    Уже много лет, 18 сентября, в день рождения Узеира Гаджибекова перед Азербайджанской государственной консерваторией, носящей его имя, собирается многотысячная аудитория.

  20. "Узеир Гаджибеков родился 18 сентября 1885 — Узеир Гаджибеков умер 23 ноября 1948". 2013-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-07.
  21. Мәммәдли, 1984. səh. 6—7
  22. "Земфира Сафарова. Узеир Гаджибеков. Выдающиеся люди Азербайджана. — И:Язычы, 1985 — стр. 15". 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-13.
  23. 1 2 "Ceyhun Hacıbəyli - istiqlal aşiqi və istedadlı qələm sahibi". modern.az. 2020-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-05.
  24. Сеидзаде Д.Б. Азербайджанские депутаты в Государственной Думе России (PDF). Азербайджанское государственное издательство, г. Баку. 1991. 79, 80. ISBN 5—552-00980—0. "Arxivlənmiş surət" (PDF). 2014-08-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-03-07..
  25. Matthew O'Brien. Uzeir Hajibeyov and his role in the developement of musical life in Azerbaijan. Routledge. 2004. 209. ISBN 0415302196, 9780415302197.
  26. Абасова Э. Узеир Гаджибеков // Композиторы Азербайджана . I. Б.: Ишыг. 1986. 20.
  27. Inna Naroditskaya. Azerbaijanian Female Musicians: Women's Voices Defying and Defining the Culture. Vol. 44, No. 2 (Spring - Summer, 2000). University of Illinois Press on behalf of Society for Ethnomusicology. 2000. 234–256.
  28. 1 2 "Гаджибеков Узеир Абдул Гусейн-оглы" (rus). Биография.ру. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-15.
  29. "Магомаев Муслим Магомаевич" (rus). Биография.ру. 2007-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  30. 1 2 Nəsiman Yaqublu. Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası. Bakı: Qanun Nəşriyyatı. 2018. səh. 44. ISBN 978-9952-36-521-4.
  31. Ч. Каджар. Старая Шуша. 2007, Изд-во Шарг-Гарб., стр 326
  32. Ч. Каджар. Старая Шуша. 2007, Изд-во Шарг-Гарб., стр 327
  33. "Телекомпания МИР" (rus). Культура. İstifadə tarixi: 2010-06-18.[ölü keçid]
  34. "ПИСЬМО 1". Сайт, посвящённый Узеиру Гаджибекову. 2013-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  35. 1 2 3 4 5 6 "ЛЕТОПИСЬ ЖИЗНИ И ТВОРЧЕСТВА УЗЕИРА ГАДЖИБЕКОВА". Электронная библиотека Узеира Гаджибекова. 2011-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  36. Яков Агарунов. "Окрыленный доверием". Электронная библиотека музыканта. 2011-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  37. 1 2 3 Üzeyir Hacıbəyovun həyat və yaradıcıllığı // xanim.az.
  38. 1 2 3 "Свою миссию Узеир Гаджибеков выполнил до самого конца" (rus). заслуженный деятель искусств, директор дома-музея Узеира Гаджибекова Сардар Фараджев, приложение "Тренд Life" информационного агентства Тренд. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-24.
  39. "Musiqili ömrün şərəfli salnaməsi — Üzeyir Hacıbəyov". 2017-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-06.
  40. Сарабский, 1968
  41. Анар. Аккорды долгой жизни: Киноповесть об Уз. Гаджибекове (Литературный Азербайджан). Б. 1985. 17.
  42. Dağılmış evin maketi, yarımçıq poema və Xurşidbanu Natəvandan Üzeyir bəyə qalan güzgü // apa.tv. — 2015. — 4 dekabr. 2017-09-25 tarixində arxivləşdirilib.
  43. "Удостоверение (А № 000071) Узеира Гаджибекова о награждении медалью. «За оборону Кавказа»". Официальная Facebook-страница дома-музея Узеира Гаджибекова. 2020-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-14.
  44. "Удостоверение. №0027485 «За доблестный и самоотверженный труд в период Великой Отечественной войны» Гаджибеков Узеир Абдул Гусейн оглы награжден медалью «За доблестный труд в Великой Отечественной войне»". Официальная Facebook-страница дома-музея Узеира Гаджибекова. İstifadə tarixi: 2020-05-14.
  45. "От „Лейли и Меджнун" до „Кёроглы"" (rus). Статья опубликована в газ. „Бакинский рабочий" от 16 марта 1938 года № 61, а также в сб. „Искусство азербайджанского народа", М.—Л., 1938 г.(Цитата: В 1909 году появляется вторая моя опера „Шейх Санан", в том же году я пишу музыкальную комедию „Эр-арват". В 1911 году я работаю над двумя музыкально-драматическими вещами—„Асли и Керем" и „Шах Аббас". Обе эти вещи уже отличаются по своей музыкальной фактуре от „Лейли и Меджнун". В них уже много моей музыки, а самое главное—они солиднее, грамотнее сделаны в смысле оркестровой разработки.). 2013-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18. (#apostrophe_markup)
  46. "Портал "Культура Азербайджана"" (rus). Профессора Фарадж Караев, Чингиз Гусейнов,Рахман Бадалов, Ниязи Мехти; Марианна Высоцкая, Марк Верховский, Гурам Адишария, Изабелла Мигаль. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  47. Н. Алекперова. "УЗЕИР (Абдул Гусейн оглы) ГАДЖИБЕКОВ" (rus). В мире оперы. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  48. "Романс-газелла". Электронная библиотека Узеира Гаджибекова. 2014-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  49. В. Виноградов, "Узеир Гаджибеков и азербайджанская музыка", 1938, Москва, Музгиз
  50. 1 2 "«Гимн»". Электронная библиотека Узеира Гаджибекова. 2014-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  51. Sarabski. Xatirələr, AzGiz, 1930
  52. Чингиз Каджар. Ред.: Ф.Мамедова; В.Кулиев; Предисловие: М. Алиева. Старая Шуша. Баку, Шерг-Герб. 2007. 331. ISBN 9789952340969.
  53. ""Лейли и Меджнун" (клавир, партитура, либретто, видео, аудио)". 2014-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-18.
  54. "Культура. Аршин мал алан" (rus). АиФ, Газета. 2012-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  55. "Аршин мал алан (клавир) — Ария Аскера". 2014-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
  56. "Аршин мал алан (клавир) — Куплеты и танец Джахан". 2014-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
  57. "Аршин мал алан (клавир) — Дуэт Вели и Телли". 2014-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
  58. "Искусство сценографии: история и современность" (rus). Академия искусств Узбекистана. 2011-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  59. "Магомед Ахмедов: «В последние годы театр оперы и балета достиг своей художественной зрелости»" (rus). РИА Дагестан. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  60. "К 100-летию Владимира Канделаки" (rus). Российский государственный музыкальный телерадиоцентр. 2014-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  61. "Arshin Mal-alan (1945)" (ingilis). New York Times. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  62. "Music of Azerbaijan" (rus). Посольство Азербайджана в Египте. 2007-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  63. "Азербайджанцы во Франции" (rus). Azeri.ru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  64. 1 2 Чингиз Каджар. Ред.: Ф.Мамедова; В.Кулиев; Предисловие: М. Алиева. Старая Шуша. Баку, Шерг-Герб. 2007. 333. ISBN 9789952340969.
  65. "Всемирное признание "Аршин мал алан". ЮНЕСКО отпразднует 100-летие знаменитой азербайджанской оперетты" (rus). Газета «Зеркало». 2012-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-02.
  66. "Вечная любовь не стареет. Музыкальная комедия "Аршин мал алан"" (rus). Azeri.ru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  67. "Arshin mal-alan(1937)" (ingilis). The Internet Movie Database. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  68. Alan Gevinson. American Film Institute catalog, AMERICAN FILM INSTITUTE CATALOG OF MOTION PICTURES PRODUCED IN THE UNITED STATES, AFI Catalog Series, The AFI Catalog of Motion Pictures Produced in the United States. University of California Press. 1997. 54 (Цитата: Source: Based on the operetta Arshin Mal-Alan by Uzeir Hajibeyov (production undetermined)). ISBN 0520209648, 9780520209640.
  69. "Аршин Мал Алан (Фильм)" (rus). Видео.ру. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  70. Michael G. Smith. Cinema for the "Soviet East": National Fact and Revolutionary Fiction in Early Azerbaijani Film, Slavic Review, Vol. 56, No. 4 (Winter, 1997), pp. 645-678. The American Association for the Advancement of Slavic Studies. 1997. 674.

    Как и в других продуктах Сталинского фольклоризма, заметен безошибочный штамп Г. В. Александрова, мастера музыкальных комедий, лектора азербайджанских кинематографистов Азеркино.

  71. Эльмира Абасова. Узеир Гаджибеков. Баку: Азербайджанское государственное издательство. 1975. 53–60.
  72. Matthew O'Brien. Uzeir Hajibeyov and his role in the developement of musical life in Azerbaijan. Routledge. Edited by Neil Edmunds. 2004. 214. ISBN 0-415-30219-6, 9780415302197. (ing.)
  73. "Bakı Musiqi Akademiyası, Üzeyir Hacıbəyov XX yüziliyin I yarısında dünya musiqi mədəniyyətində…". 2014-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-03.
  74. Marina Frolova-Walker., National in Form, Socialist in Content": Musical Nation-Building in the Soviet Republics, Journal of the American Musicological Society, Vol. 51, No. 2 (Summer, 1998), University of California Press on behalf of the American Musicological Society, 1998, pp. 331 −371:
  75. Üzeyir Hacıbəyovun anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 1995-ci il tarixli Qərarı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machineanl.az saytı
  76. "Üzeyir Hacıbəylinin 125 illik yubileyi və Üzeyir Musiqi Günü qeyd olundu". 2010-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-18.
  77. "Ü.Hacıbəyova ithaf". 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-09.
  78. "В Баку пройдет III Международный музыкальный фестиваль Узеира Гаджибейли". 2011-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-21.
  79. "Международный музыкальный фестиваль".[ölü keçid]
  80. 1 2 3 "Xatirə". Üzeyir Hacıbəyov elektron ensiklopediyası. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  81. "Узеир (Абдул Гусейн оглы) Гаджибеков" (rus). Belcanto. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  82. Том Де Ваал. Черный Сад, Глава 12 - Шуша. Последняя цитадель. (2000 nüs.). Текст. 2005. ISBN 5-7516-0528-4.
  83. "Güllələnmiş heykəllər" yurduna döndü Arxivləşdirilib 2022-09-26 at the Wayback Machine" Azerbaijan-news.az
  84. "Аккорды долгой жизни (Узеир омру)" (rus). RusKino. 2011-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  85. Atakişiyev Hüseynağa Ağaһüseyn oğlu // Электронная энциклопедия Узеира Гаджибекова.
  86. "Vyanada Üzeyir Hacıbəyovun abidəsinin açılış mərasimi olmuşdur". Azertag.az. 2021-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-15.
  87. "100th anniversary of the first opera in the East: "Leyli and Majnun" (1908)" (ingilis). UNESCO. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  88. "Serbiyanın Novi Sad şəhərində Üzeyir Hacıbəylinin büstü açılmışdır Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç mərasimdə iştirak etmişlər" (az.). Azertag.az. 2021-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-15.
  89. "Постановление Правительства Санкт-Петербурга от 09.12.2020 № 1044" (PDF). 2021-02-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-03-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]