Azərbaycan Futbol Akademiyası — Vikipediya

Görməli yer
Azərbaycan Futbol Akademiyası
Ölkə
Əsası qoyulub 2009
Əsas tarixlər
Bina

Azərbaycan Futbol Akademiyası —2009-cu il fevralın 23-də açılış mərasimi keçirilən AFFA-nın «Futbol akademiyası» ən müasir tələblərə cavab verən şəraitə malikdir. Burada eyni vaxtda 48 nəfərdən ibarət komanda məskunlaşa bilər. Akademiyada 12 yataq otağı, müasir texniki avadanlıqlarla təchiz olunmuş konfrans zalı, yüksək sürətli İnternetə qoşulmağa imkan verən kompüterlərlə təchiz olunmuş kompüter otağı, həkim otağı, massaj otağı, fitness zalı, üzgüçülük hovuzu, sauna var. Burada təhsil alacaq uşaqların və təlim-məşq toplanışı keçirəcək yığma komandaların üzvlərinin fiziki hazırlığının yüksəldilməsi üçün fitness zalında ən müasir trenajor alətləri quraşdırılıb.

2009-cu il Fevralın 23-də UEFAAFFA-nın maliyyə vəsaiti hesabına inşa olunmuş "Futbol akademiyası"nın açılış mərasimi keçirilib. Tədbirdə AFFA prezidenti Rövnəq Abdullayev, FİFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın vitse-prezidenti Şenes Erzik, FİFA-nın texniki direktoru Jan Mişel Benezet, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, İcraiyyə Komitəsinin üzvləri, futbol veteranları və digər rəsmi şəxslər iştirak ediblər. Burada eyni zamanda 48 neferdən ibarət komanda məskunlaşa bilər. Azərbaycanda futbolun inkişaf etdirilməsi istiqamətində görülən işlər arasında futbol infrastrukturunun təkmilləşdirilməsi və genişləndirilməsi prioritet məsələlərdən biridir[1].

  1. "Azərbaycan Futbol Fedarasiyaları Assosiyaları". affa.az. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]