Azərbaycan milli futbol komandası — Vikipediya
Ləqəbi | Milli | |||
---|---|---|---|---|
Assosiasiya | AFFA | |||
Konfederasiya | UEFA | |||
Baş məşqçi | Fernandu Santuş | |||
Köməkçi məşqçi | Arif Əsədov | |||
Kapitan | Emin Mahmudov | |||
Ən çox oyun keçirən | Rəşad Sadıqov (111) | |||
Ən çox qol vuran | Qurban Qurbanov (14) Emin Mahmudov (14) | |||
Stadion | Tofiq Bəhramov adına Respublika Stadionu Neftçi Arena Bakı Olimpiya Stadionu Liv Bona Dea Arena | |||
FİFA kodu | AZE | |||
FİFA reytinqi | 129 ▼ 8 (1 aprel 2022) | |||
Ən yüksək FİFA reytinqi | 73 (iyul 2014) | |||
Ən aşağı FİFA reytinqi | 170 (iyun 1994) | |||
| ||||
İlk beynəlxalq oyunu | ||||
Gürcüstan 6-3 Azərbaycan (Gürcaani, Gürcüstan; 17 sentyabr 1992)[1] | ||||
Ən böyükhesablı qələbəsi | ||||
Azərbaycan 4-0 Lixtenşteyn (Bakı, Azərbaycan; 5 iyun 1999)[2] Azərbaycan 5-1 San-Marino (Bakı, Azərbaycan; 4 sentyabr 2017)[2] | ||||
Ən böyükhesablı məğlubiyyəti | ||||
Fransa 10-0 Azərbaycan (Oser, Fransa; 6 sentyabr 1995)[3] |
Azərbaycan milli futbol komandası — Azərbaycanı beynəlxalq futbol arenasında təmsil edir və AFFA tərəfindən idarə olunur. Azərbaycan milli futbol komandası əsasən iki peşəkar futbol turnirində iştirak etmək üçün mübarizə aparır: FİFA Dünya Kuboku və UEFA Avropa Çempionatı. Azərbaycan futbol komandasının ev oyunlarının əksəriyyəti Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir.
Azərbaycan heç vaxt FİFA Dünya Kuboku və UEFA Avropa Çempionatında seçmə mərhələni keçməyib.[4] Azərbaycan milli futbol komandasının tarixində ən çox oyun keçirən Rəşad Sadıqovdur. O, 111 oyunda 5 qol vurub.[5] Azərbaycan milli futbol komandasının tarixində ən çox qol vuran oyunçu — Qurban Qurbanovdur. O, 68 oyunda 14 qol vurub.[6]
Tarixi
[redaktə | mənbəni redaktə et]Erkən tarixi
[redaktə | mənbəni redaktə et]Azərbaycanda ilk futbol klubları 1905-ci ildə yaranıb.[7] Bu komandalar əsasən Bakının iri neft sənayesi şirkətlərini təmsil edirdilər.[7] İlk rəsmi çempionat Bakıda 1911-ci ildə keçirilib, qalib isə İngiltərə Neft Şirkətinin "Britaniya Klubu" komandası olub.[7] 1912-ci ildə "Bakı" komandası Tbilisidə "Sokol" komandasına qarşı ilk beynəlxalq oyununu keçirib və 4:2 hesabı ilə qalib gəlib.[7] 1914-cü ildə Azərbaycanda Futbol İttifaqı yaradılmışdır. İttifaq rəsmi şəhər birinciliklərini və digər yarışların təşkili, keçirilməsini öz üzərinə götürmüşdür.
1927-ci ildə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasında Azərbaycan ilk yoldaşlıq oyununu Gürcüstan və Ermənistana qarşı keçirmişdir.[8] Azərbaycanın futbol yığması özünün ilk yoldaşlıq oyunlarını 1929-cu ildə Tehranda İran yığmasına qarşı keçirib və həmin oyunlarda 4:0, 4:1 və 11:0 hesabı ilə üç böyük qələbə qazanıb.[7]
Azərbaycan futbolunun "qızıl dövrü" 1960-cı illər sayılır.[9] Məhz bu dövrdə Azərbaycandan Anatoli Banişevski və Ələkbər Məmmədov kimi futbolçular çıxmış, futbol hakimi Tofiq Bəhramov isə 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatının finalında İngiltərə komandasının lehinə verdiyi obyektiv qərar Uembli stadionuna toplaşmış 98000 tamaşaçının yaddaşına həkk olmuş və dünya futbol tarixinə qızıl hərflərlə yazılmışdı.[10][11] SSRİ milli futbol komandasının tərkibində çıxış edən digər futbolçulardan Kazbek Tuayev, Nikolay Smolnikov, Vitali Şevçenko və İqor Ponomaryovu qeyd etmək olar.
1990-cı illər
[redaktə | mənbəni redaktə et]Azərbaycan SSRİ-nin tərkibindən çıxmasından sonra, 1992-ci ildə ölkədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yaranmışdır.[12] Həmin il Azərbaycan millisinin ilk baş məşqçisi postuna Ələkbər Məmmədov gətirildi.[13] Azərbaycan ilk oyununu 17 sentyabr 1992-ci il tarixində Gürcüstanda yerli komandaya qarşı oynadı.[13] Həmin oyunda Azərbaycan 6–3 hesabı ilə məğlub oldu. Millinin ilk qolunu Nazim Süleymanov vurdu.[13] 1993-cü ildə Azərbaycan millisi 3 oyun keçirdi və hər 3 oyununu qələbə ilə başa vurdu.[13] 25 may tarixində Gəncədə Gürcüstanı 1–0 hesabı ilə məğlub etdi.[13] Daha sonra ECO Kubokunda 6 iyunda Tehranda Tacikistanı Vidadi Rzayev və Samir Ələkbərovun qolları ilə 2–0 məğlub etdi.[13] Kubokun ikinci oyununda Qırğızıstanı Ruslan Lukinin iki və Vidadi Rzayevin qolları ilə 3–2 məğlub etdi və nəticədə ECO Kubokunun 3-cü yerinə sahib oldu.[13] Bu oyun Ələkbər Məmmədovun sonuncu oyunu oldu.[13]
Ələkbər Məmmədovun istefasından sonra Millinin sükanı arxasına Ağasəlim Mircavadov keçdi.[14] Ağasəlim Mircavadovun rəhbərliyi altında, Milli ilk oyununa 19 aprel 1994-cü ildə Ta' Qalidə Malta ilə keçirdi. Azərbaycan Maltaya 5–0 hesabı ilə məğlub oldu.[14] Daha sonra Azərbaycan Moldovaya 2–1 hesabı ilə məğlub oldu. Ardıcıl iki məğlubiyyətdən sonra Ağasəlimə Mircavadov tənqid olunsa da, AFFA Mircavadovu bu postda saxladı.[14] Avropa Çempionatı 1996 seçmə mərhələsində Azərbaycan Rumıniyaya Buxarestdə 3–0, Polşaya isə 1–0 hesabı ilə məğlub oldu.[14] 1994-cü ildə təhlükəsizlik səbəblərindən Azərbaycan ev oyunlarını Azərbaycanda yox, Türkiyədə Trabzonda keçirirdi.[14] Azərbaycan Trabzonda 16 noyabrda İsrailə 2–0, 13 dekabrda isə Fransaya 2–0 məğlub oldu. 29 martda Azərbaycan Slovakiyada yerli komandaya 4–1 məğlub oldu, Millinin yeganə qolunu Nazim Süleymanov vurdu. Daha sonra eyni hesab ilə Trabzonda Rumıniyaya məğlub oldu.[14] 1994-cü il 6 sentyabrda isə Fransada Ağasəlim Mircavadov son oyununa çıxdı. Azərbaycan Fransaya 10–0 hesabı ilə məğlub oldu.[14] Bu oyundan sonra 10 oyun, 10 məğlubiyyət ilə Ağasəlim Mircavadov komandadan ayrıldı.[14] Bu oyun Azərbaycan futbol tarixində ən böyük məğlubiyyət idi və yerli KİV-lər tərəfindən isə "Oser faciəsi" adlandırılıb.[14][15]
Ağasəlim Mircavadovun istefasından sonra Milliyə Kazbek Tuayev gətirildi. 1996-cı ilin avqust ayında, Milli seçmə mərhələlərdə İsveçrəni 1–0 məğlub edərək, tarixinin ilk rəsmi qələbəsini qazanmışdı.[16] Əhməd Ələsgərovun rəhbərliyi altında, 1999-cu ilin iyunun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan Lixtenşteyn yığmasını 4:0 məğlub etmişdi.[17] Bu nəticə, Millinin 1994-cü ildən çıxış etdiyi seçmə mərhələlərdə ilk və hələ ki ən böyük hesablı qələbəsidir.[17]
2000-ci illər
[redaktə | mənbəni redaktə et]2000-ci illərin əvvələrindən başlayaraq Azərbaycan milli futbol komandasına AFFA əcnəbi oyunçular cəlb etməyə başladı.[18] Avro-2004-ün seçmə mərhələsində Serbiya və Çernoqoriya yığmasına uduzmayaraq, 2 oyundan 4 xal götürməsi, bu komandanı UEFA Avropa Kuboku 2004-ə çatmağa qoymadı.[19] Əsgər Abdullayev Azərbaycanın milli futbol komandasına rəhbərlik etdiyi dövrdə səfərdə ilk dəfə xal qazanmışdı.[20]
2004-cü ilin fevral ayında Karlos Alberto Torres Azərbaycan milli futbol komandasının ilk əcnəbi məşqçisi təyin olundu.[21] Karlos Alberto Torresin başçılığı altında, Milli ilk oyununu İsrailə 6–0 uduzmağına baxmayaraq, 2004-cü ilin aprelində Qazaxıstan yığmasını yoldaşlıq oyununda 3:2 hesabı ilə məğlub edib, səfərdə ilk qələbəsini qazanmışdır.[22]
2005-ci ildə Azərbaycan milli futbol komandasının baş məşqçisi Şahin Diniyev oldu.[23] Avropa çempionatı 2008-in final mərhələsinə çıxmaq uğrunda mübarizə aparan yığma son iki oyunda Portuqaliya və Serbiya komandalarına məğlub olduqdan sonra baş məşqçi Şahin Diniyev istefa verdiyini bəyan etmişdi. Lakin AFFA onun istefasının qəbul etməyərək, Diniyevdən yığmanı seçmə mərhələnin son iki oyununa da çıxarmağı xahiş etmişdi.[23] Diniyevdən sonra, AFFA Azərbaycan milli futbol komandasını müvəqqəti olaraq Goko Haciyevski, daha sonra Nazim Süleymanov çalışdırdı.[24]
2008-ci ilin mart ayında AFFA İcraiyyə Komitəsinin qərarı ilə Berti Foqts Azərbaycan millisinin baş məşqçisi təyin olunub.[25] Berti Foqts Azərbaycanda futbolun inkişafına dair iki illik proqramını AFFA-ya təqdim edib.[26] Foqtsun müqaviləsinə görə, o, ayda 95 min avro qazanmalı idi.[27] 7 iyun 2009-cu ildə 0–1 hesabı ilə başa çatan Azərbaycan-Uels qarşılaşmasında azarkeşlər Foqtsu istefaya səsləyiblər. Mətbuat konfransı zamanı isə Foqts fikir bildirməyə başlayanda jurnalistlər zalı tərk ediblər.[28] Bundan 2 gün sonra Foqtsun rəhbərliyi altında İspaniyaya 0–6 hesabı ilə uduzaraq Azərbaycan millisi ev oyunlarında ən böyük hesablı məğlubiyyətlə üzləşib.[29] Berti Foqtsun rəhbərliyi altında Lixtenşteynlə qarşılaşmada Azərbaycan millisi rəsmi oyunlarda ilk səfər qələbəsini qazanıb.[30] 2009-cu ildə müqaviləsi 2011-ci ilə qədər uzadılıb.[31][32] Yeni şərtlərə görə, Foqts ayda 150 min avro qazanacaqdı.[27]
2010-cu illər
[redaktə | mənbəni redaktə et]2010-cu ildə Vaqif Sadıqov "Neftçi"yə baş məşqçi təyin olunduğu üçün millidəki köməkçi məşqçi vəzifəsindən getmiş onun yerinə isə Vəli Qasımov keçmişdi.[33] Berti Foqts Azərbaycanda işlədiyi müddətdə dəfələrlə futbolçulardan razı olmadığını bildirib.[34][35][36][37][38] Həmin il Berti Foqtsun köməkçisi vəzifəsində Vəli Qasımovu Nazim Süleymanov əvəz edib.[39] Berti Foqts Azərbaycan yığmasını ən çox oyuna çıxaran baş məşqçidir.[40]
Dünya çempionatı 2014-ün seçmə mərhələsi çərçivəsində 26 mart 2013-cü ildə Azərbaycan-Portuqaliya oyununun 60-cı dəqiqəsindən oyunun sonlarına kimi azarkeşlər Foqtsu istefaya səsləyiblər.[41] Azərbaycan onun rəhbərliyi altında heç bir uğur qazanmayıb.[23] İyun ayında 0–0 hesabı ilə başa çatan Azərbaycan-Lüksemburq oyunundan sonra da azarkeşlər Foqtsu istefaya səsləyiblər.[42][43] 2014-cü ilin iyul ayında ilk dəfə Azərbaycan milli futbol komandası FİFA reytinqində 73-cü pilləyə yüksəldi və 2014-cü ildə Braziliyada keçiriləcək Dünya Çempionatına seçmə mərhələsində 9 xal topladı.[44] Berti Foqts Millinin oyun quruculuğunda problemləri həll edə bilməməsi, yanlış taktiki seçimi və komandanın zəif rəqiblərə uduzması, yerli KİV-lər və azarkeşlər tərəfindən boykot və kəskin tənqidə tutulurdu.[45][46][47]
2013-cü ildə Berti Foqtsun Azərbaycan millisindən göndəriləcəyi ehtimal olunurdu. Foqtsun özü də müqaviləni yeniləməyəcəyini bildirmişdi.[48][49] Lakin Azərbaycan millisinin seçmə mərhələnin son iki oyunundan dörd xal toplaması Foqtsun öz vəzifəsində qalmağına kömək etdi. 2013-cü ilin sonlarında AFFA növbəti dəfə Foqtsla müqaviləni uzatmağı qərara aldı.[50] Azərbaycan milli komandası Avro 2016-nın seçmə mərhələsində onun başçılığı altında ardıcıl məğlubiyyətlər aldığı üçün Xorvatiyaya 6–0 hesablı məğlubiyyətdən sonra komandadan göndərilib.[51]
AFFA Berti Foqtsun istefasından sonra müvəqqəti olaraq Millini Mahmud Qurbanova həvalə etdi.[52] Qurbanovun ilk və yeganə oyunu 16 noyabrda Norveçə qarşı idi. Həmin oyunda Milli 1–0 məğlub oldu. Daha sonra Azərbaycan millisinə xorvatiyalı mütəxəssis Robert Prosineçki gətirildi.[53] Robert Prosineçki Azərbaycan millisini ilk dəfə meydana 28 mart 2015-ci ildə Malta millisi qarşı oyunda çıxartdı. Həmin oyunda Azərbaycan millisi Cavid Hüseynov və Dimitriy Nazarovun qolları ilə 2–0 rəqibini məğlub etdi.
2015-ci il oktyabrın 10-da Azərbaycan Bakıda yeni istifadəyə verilmiş Bakı Olimpiya Stadionunda İtaliya ilə qarşılaşdı.[54] Həmin oyun Millinin kapitanı Rəşad Sadıqovun 100-cü oyununa çıxması ilə əlamətdar oldu.[54] DÇ-2018-in seçmə mərhələsində Azərbaycan ilk dəfə seçmə mərhələdə 10 xal toplayıb və tarixində görünməmiş nailiyyətə imza atıb.[55]
2017-ci il noyabrın 3-də Qurban Qurbanov futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.[56] 2018-ci ildə Milli UEFA Millətlər Liqasının D diviziyasının qrupunu 2-ci yerdə başa vurub.[57] 2018-ci il dekabrın 8-də Qurban Qurbanov milli komandadan istefa verdi.[58]
2019-cu il fevralın 11-də Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.[59] 2019-cu il dekabrın 13-də yığmanın AVRO-2020-nin seçmə mərhələsindəki çıxışını uğursuz hesab edən AFFA müqavilə müddəti fevrala qədər olan xorvatiyalı mütəxəssisi istefaya göndərib.[60]
2020-ci illər
[redaktə | mənbəni redaktə et]2020-ci il iyulun 30-da AFFA italiyalı Cianni De Byazi ilə bir il yarımlıq müqavilə imzalayıb.[61][62]
Beynəlxalq turnirlərdə iştirakı
[redaktə | mənbəni redaktə et]FİFA Dünya Kuboku
[redaktə | mənbəni redaktə et]Çempionlar 2-ci yer 3-cü yer 4-cü yer
FİFA Dünya Kuboku statistikası | Seçmə mərhələsi statistikası | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
İl | Raund | Yer | O | Q | H* | M | QV | QB | O | Q | H* | M | QV | QB | Yer | |
1930-dan to 1990-a kimi | SSRİ tərkibində | SSRİ tərkibində | ||||||||||||||
1994 | İştirak etməyib | Qatılmayıb | ||||||||||||||
1998 | Seçmə mərhələni keçməyib | 8 | 1 | 0 | 7 | 3 | 22 | 5/5 | ||||||||
2002 | 10 | 1 | 2 | 7 | 4 | 17 | 6/6 | |||||||||
2006 | 10 | 0 | 3 | 7 | 1 | 21 | 6/6 | |||||||||
2010 | 10 | 1 | 2 | 7 | 4 | 14 | 5/6 | |||||||||
2014 | 10 | 1 | 6 | 3 | 7 | 11 | 4/6 | |||||||||
2018 | 10 | 3 | 1 | 6 | 10 | 19 | 5/6 | |||||||||
2022 | 8 | 0 | 1 | 7 | 5 | 18 | 5/5 | |||||||||
2026 | Təyin olunacaq | Təyin olunacaq | ||||||||||||||
Cəmi | 0/22 | 66 | 7 | 15 | 44 | 34 | 122 | — |
UEFA Avropa Çempionatı
[redaktə | mənbəni redaktə et]Çempionlar 2-ci yer 3-cü yer 4-cü yer
UEFA Avropa Çempionatı statistikası | Seçmə mərhələsi statistikası | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
İl | Raund | Yer | O | Q | H* | M | QV | QB | O | Q | H* | M | QV | QB | Yer | |
1960-dan 1988-ə kimi | SSRİ tərkibində | SSRİ tərkibində | ||||||||||||||
MDB tərkibində | MDB tərkibində | |||||||||||||||
1992 | Qrup mərhələsi | 8-ci | 3 | 0 | 2 | 1 | 1 | 4 | 8 | 5 | 3 | 0 | 13 | 2 | 1/5 | |
Azərbaycan kimi | Azərbaycan kimi | |||||||||||||||
1996 | Seçmə mərhələni keçməyib | 10 | 0 | 1 | 9 | 2 | 29 | 6/6 | ||||||||
2000 | 10 | 1 | 1 | 8 | 6 | 26 | 5/6 | |||||||||
2004 | 8 | 1 | 1 | 6 | 5 | 20 | 5/5 | |||||||||
2008 | 12 | 1 | 2 | 9 | 6 | 28 | 8/8 | |||||||||
2012 | 10 | 2 | 1 | 7 | 10 | 26 | 5/6 | |||||||||
2016 | 10 | 1 | 3 | 6 | 7 | 18 | 5/6 | |||||||||
2020 | 8 | 0 | 1 | 7 | 5 | 18 | 5/5 | |||||||||
2024 | Seçmə mərhələni keçməyib | Təyin olunacaq | ||||||||||||||
Cəmi | 0/7 | 61 | 6 | 10 | 52 | 41 | 165 | — |
UEFA Millətlər Liqası
[redaktə | mənbəni redaktə et]UEFA Millətlər Liqası statistikası | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
İl | Diviziya | Qrup | Raund | Y | O | Q | H* | M | QV | QB | Y/D | ÜR |
2018–19 | D | 3 | Qrup mərhələsi | 2/4 | 6 | 2 | 3 | 1 | 7 | 6 | ▲ | 46/55 |
2020–21 | C | 1 | Qrup mərhələsi | 3/4 | 6 | 1 | 3 | 2 | 2 | 4 | ▬ | 43/55 |
2022–23 | C | Təyin olunacaq | ||||||||||
Cəmi | Qrup mərhələsi (C) | 2/2 | 12 | 3 | 6 | 3 | 9 | 10 | 43-cü |
Digər mükafatlar
[redaktə | mənbəni redaktə et]Stadion
[redaktə | mənbəni redaktə et]Bakıda yerləşən Tofiq Bəhramov adına Respublika Stadionu Azərbaycan milli futbol komandasının ənənəvi ev stadionudur. 1951-ci ildən tikilən stadionun 2012-ci ilə qədər 35 000 tamaşaçı tutumuna malik idi.[64] 16 avqust 2012-ci ildə Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmir və yenidənqurmadan sonra açılışı olmuşdur 31.200.[65][66]
2015-ci ilin mart ayının əvvəlində istismara hazır olan Bakı Olimpiya Stadionu 69 870 tamaşaçı tutumuna malikdir.[67] 2015-ci il oktyabrın 10-da stadionda ilk rəsmi futbol oyunu Avro-2016-nın seçmə mərhələsində, Azərbaycan və İtaliya arasında baş tutmuşdur.[68]
Millinin bəzi yoldaşlıq oyunları kiçik meydançalarda keçirilir. Belə stadionlardan Bakcell Arena, Xəzər Lənkəran Mərkəzi Stadionu, İnter Arena, Bayıl stadionu və Dalğa Arenanı qeyd etmək olar. 5 sentyabr 2009-cu ildə Azərbaycan milli futbol komandasının Lənkəran şəhərində Xəzər Lənkəran Mərkəzi Stadionunda 2010 Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Finlandiya yığmasına qarşı keçirdiyi oyun tarixi əhəmiyyət daşıdı. Azərbaycan milli futbol komandası tarixində ilk dəfə olaraq ölkə daxilindəki ev qarşılaşmasını Bakı şəhərində deyil, regionda keçirdi.[69][70][71][72][73]
Yayım
[redaktə | mənbəni redaktə et]Azərbaycan milli futbol komandasının oyunlarını hazırda müxtəlif kanallar yayımlayır. Televiziya hüquqları oyundan oyuna dəyişir: CBC Sport, İctimai TV, AzTV, İdman Azərbaycan TV kanallarında yayımlanır.[74][75] Keçmişdə Azərbaycanın oyunlarını yayımlayan kanallardan Lider TV-ini qeyd etmək olar.[76]
Rəngləri
[redaktə | mənbəni redaktə et]Milli müxtəlif dövrlərdə ev və səfər oyunlarında ağ köynək, mavi şort və ağ corab və ya mavi köynəklə, qırmızı şort və yaşıl corab, tam qırmızı və ya tam mavi formalarından da istifadə etmişdir.[77] 2012-ci ildə əvvəl Azərbaycan milli futbol komandasının üzərində Azərbaycan bayrağı və Azərbaycan gerbidə olmuşdur.[78] 2006-cı ildən 2017-ci ilə kimi Azərbaycan milli futbol komandasının formalarını Umbro şirkəti hazırlayırdı. 2017-ci ildə Nike şirkəti Umbro ilə müqayisədə tələb olunan geyimləri daha tez və 11 faiz ucuz qiymətə təmin etdiyi üçün AFFA ilə Nike arasında razılıq əldə olunub.[79] Beləliklə, Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsində iyunun 10-da Şimali İrlandiya yığmasına qarşı keçirəcəyi oyundan başlayaraq mövsümün sonuna qədər meydana Nike istehsalı formada çıxıb.[79]
2021-ci il mayın 15-də AFFA ilə Türkiyənin kişi geyim brendi "Kiğılı" arasında sponsorluq müqaviləsi imzalanıb.[80] 2022-ci ilin sonunadək imzalanmış müqaviləyə əsasən, Azərbaycan yığmasının üzvləri "Kiğılı" brendinə məxsus kostyumlarla təmin olunacaq.[80]
Sıra | İllər | Şirkət |
---|---|---|
1 | 1992–2006 | Puma |
2 | 2006–2017 | Umbro |
3 | 2017–2021 | Nike |
4 | 2021—h.h. | Kiğılı |
Azarkeşləri
[redaktə | mənbəni redaktə et]Azərbaycan azarkeşləri kollektiv olaraq tanınmasa da, hazırda komandanı əsas olaraq "Milli Dəstə" azarkeş dəstəsi dəstəkləyir.[81] 2013-cü ilə qədər Millini "Sektor11" azarkeş dəstəsi də dəstəkləyir.
Hal hazırda Millini "Göyqurdlar" dəstəkləyir.
Ləqəbi
[redaktə | mənbəni redaktə et]Azərbaycan milli futbol komandasının ləqəbi olmasa da, azarkeşlər və yerli KİV-lər tərəfindən "Milli" çağırılır.[82] DÇ-2018-in seçmə mərhələsində Azərbaycan milli futbol komandası "Niyə də yox?" şüarı altında iştirak edib.[83][84]
Populyar mədəniyyətdə
[redaktə | mənbəni redaktə et]2019-cu il avqustun 21-də "PES" videooyun seriyasının yaradıcısı olan "Konami" şirkəti UEFA Avro 2020 futbol turnirinin Bakı şəhərində keçirilməsini nəzərə alaraq, AFFA ilə müqavilə imzalamışdır. Bu müqaviləyə əsasən, Azərbaycan milli futbol komandası 2019-cu ildə satışa çıxardılan "eFootball PES 2020" videooyununda təmsil edilib.[85]
Oyunçular
[redaktə | mənbəni redaktə et]Komandanın heyəti
[redaktə | mənbəni redaktə et]Aşağıdakı oyunçular 2022-ci il iyunun 3-də Qazaxıstan, 6 və 13-də Belarus və 10-da Slovakiya ilə oyunlara çağırılıblar.
- 10 iyul 2022 tarixində yenilənib
|
Son çağırışlar
[redaktə | mənbəni redaktə et]Son 12 ayda yığmaya çağırılan oyunçular.
|
- Qeydlər
INJ Zədə səbəbindən kənarlaşdırılıb
PRE İlkin heyət
RET Milli komandada karyerasını başa vurub
SUS Cəza səbəbindən kənarlaşdırılıb
Baş məşqçilər
[redaktə | mənbəni redaktə et]- 13 sentyabr 2024 tarixində yenilənib
Baş məşqçi | Azərbaycan karyerası | Oyun | Qələbə | Heç-heçə | Məğlubiyyət | Qələbə % |
---|---|---|---|---|---|---|
Ələkbər Məmmədov | 1992–1993 | 5 | 3 | 1 | 1 | 6.000 |
Kazbek Tuayev (müvəqqəti) Ağasəlim Mircavadov (müvəqqəti) | 1994 | 1 | 0 | 0 | 1 | 000 |
Ağasəlim Mircavadov | 1994–1995 | 9 | 0 | 0 | 9 | 000 |
Kazbek Tuayev | 1995–1996 | 11 | 3 | 3 | 5 | 2.727 |
Vaqif Sadıqov | 1997–1999 | 20 | 6 | 3 | 11 | 3.000 |
Əhməd Ələsgərov | 1999–2000 | 9 | 1 | 2 | 6 | 1.111 |
Əsgər Abdullayev (müvəqqəti) | 2000 | 4 | 0 | 2 | 2 | 000 |
İqor Ponomaryov | 2000–2001 | 13 | 1 | 2 | 10 | 769 |
Kazbek Tuayev (müvəqqəti) | 2002 | 2 | 0 | 0 | 2 | 000 |
Vaqif Sadıqov | 2002 | 9 | 1 | 4 | 4 | 1.111 |
Əsgər Abdullayev | 2002–2004 | 9 | 1 | 2 | 6 | 1.111 |
Karlos Alberto Torres | 2004–2005 | 18 | 2 | 5 | 11 | 1.111 |
Vaqif Sadıqov (müvəqqəti) | 2005 | 5 | 0 | 1 | 4 | 000 |
Şahin Diniyev | 2005–2007 | 20 | 4 | 7 | 9 | 2.000 |
Goko Haciyevski (müvəqqəti) | 2007–2008 | 3 | 0 | 1 | 2 | 000 |
Nazim Süleymanov (müvəqqəti) | 2008 | 1 | 0 | 0 | 1 | 000 |
Berti Foqts | 2008–2014 | 71 | 15 | 22 | 34 | 2.113 |
Mahmud Qurbanov (müvəqqəti) | 2014 | 1 | 0 | 0 | 1 | 000 |
Robert Prosineçki | 2014–2017 | 23 | 6 | 6 | 11 | 2.609 |
Qurban Qurbanov | 2017–2018 | 12 | 4 | 5 | 3 | 3.333 |
Nikola Yurçeviç | 2019–2020 | 10 | 1 | 2 | 7 | 1.000 |
Cianni De Byazi | 2020–2023 | 39 | 10 | 8 | 21 | 2.564 |
Arif Əsədov | 2024 | 4 | 2 | 1 | 1 | 5.000 |
Fernando Santos | 2024–h.h. | 2 | 0 | 0 | 2 | 000 |
Oyun təqvimi və nəticələr
[redaktə | mənbəni redaktə et]Son nəticələr
[redaktə | mənbəni redaktə et]Son 24 ayda qeyd olunan nəticələr və qarşıdan gələn oyunlar.
Oyunçu statistikası
[redaktə | mənbəni redaktə et]Azərbaycan milli futbol komandasının həyətində ən çox qol vuran və ən çox oyun keçirmiş futbolçuların siyahısı (qalın şriftlərlə göstərilən oyunçular hələ seçim üçün mövcuddur):
- 13 iyun 2022 tarixində yenilənib[86]
# | Oyunçu | Dövr | Oyun sayı | Qollar | Mövqe | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Qurban Qurbanov | 1992–2005 | 68 | 14 | FW | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2 | Emin Mahmudov | 2016–h.h. | 45 | 13 | MF | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
3 | Vaqif Cavadov | 2006–2014 | 58 | 9 | FW | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
3 | Ramil Şeydayev | 2016–h.h. | 52 | 9 | FW | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
4 | Dimitri Nəzərov | 2014– | 46 | 8 | FW | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
5 | Rauf Əliyev | 2010–2018 | 47 | 7 | FW | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
5 | Branimir Subaşiç | 2007–2013 | 40 | 7 | FW | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
5 | Elvin Məmmədov | 2008–2017 | 38 | 7 | MF | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
9 | Zaur Tağızadə | 1997–2008 | 40 | 6 | MF | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
10 | Rəşad Sadıqov | 2001–2017 | 111 | 5 | DF | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vyaçeslav Lıçkin | 1995–2001 | 46 | 5 | MF | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əfran İsmayılov | 2010–2018 | 40 | 5 | MF | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vidadi Rzayev | 1992–2001 | 38 | 5 | MF | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mahir Emreli | 2017–h.h. | 36 | 5 | FW | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Fərrux İsmayılov | 1998–2007 | 34 | 5 | FW | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nazim Süleymanov | 1992–1998 | 24 | 5 | FW | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rüfət Dadaşov | 2012–2019 | 24 | 5 | FW | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İstinadlar[redaktə | mənbəni redaktə et]
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
|