Neftçi PFK — Vikipediya
Neftçi PFK | ||||
---|---|---|---|---|
Klubun tam adı | Neftçi Peşəkar Futbol Klubu | |||
Ölkə | Azərbaycan | |||
Ləqəb(lər) | "Flaqman" "Ağ-Qaralar" | |||
Rəng(lər) | ağ-qara | |||
Yaranma tarixi | 18 mart 1937[1] ) | |||
Stadionu | Neftçi Arena | |||
Tutumu | 11.000 | |||
Baş məşqçisi | Samir Abbasov | |||
Kapitanı | Ramil Şeydayev | |||
Liqa | Azərbaycan Premyer Liqası | |||
2024-25 | 9. | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Neftçi PFK — Bakı şəhərini təmsil edən Azərbaycan futbol klubu. Azərbaycan Premyer Liqasında çıxış edir. Klubun müşahidə şurasının sədri Hafiz Zeynalovdur.
"Neftçi" klubu "Qarabağ" klubu ilə yanaşı bütün Azərbaycan çempionatlarında iştirak edən iki komandadan biridir. "Neftçi" 9 dəfə Azərbaycan Premyer Liqasına, 6 dəfə Azərbaycan Kubokuna və 2 dəfə Azərbaycan Superkubokuna sahib olmuşdur. Həmçinin, komanda beynəlxalq miqyasda 1 dəfə Birlik Kubokuna sahib olmuşdur; bu Azərbaycan futbol klublarının beynəlxalq səviyyədə qazandığı ilk kubok olmuşdur.
2012-ci ildə, "Neftçi" UEFA Avropa Liqasının "play-off" mərhələsində Kiprin "APOEL" klubunu iki oyunun nəticəsinə görə 4–2 hesabıyla məğlub edərək yarışın qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandası olmuşdur.[2][3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Yaranması
[redaktə | mənbəni redaktə et]1936-cı ilin mayında SSRİ Xalq Komissarları Soveti idman komandalarının və yarışlarının təşkili ilə bağlı yeni qərar verir. Həmin qərara əsasən, xalq komitələrinin əsasında yaradılmış idman cəmiyyətləri ləğv edilir, istehsalatın ayrı-ayrı sahələrində və Həmkarlar İttifaqlarının nəzdində yeni könüllü idman cəmiyyətləri yaradılır. Ardınca isə, SSRİ-də idman yarışları yığmaların arasında yox, məhz yeni yaradılan cəmiyyətlər arasında keçirilməyə başlayır. Bu isə yeni mərhələnin başlanğıcı idi. Təşkilatçılar bu sistemin daha uğurlu alınacağına ümid bəsləyirdilər.
Həmin prosesin təzahürü olaraq, əvvəllər “Balaxanı Futbolçular Dərnəyi” və “Tərəqqi” (“Proqres”) adı altında çıxış etmiş “Leninneft” Neftçıxarma İdarəsinin komandası “Neftyanik”in bazasına çevrilir. İdman Cəmiyyətinin ilk sədri isə həmin dövrlərdə fəal təşkilatçı kimi ad çıxaran M.Səadətxan olur. 21 mart 1937-ci ildə işıq üzü görən “Azərbaycan Bədən Tərbiyəçisi” qəzetində komandanın heyəti belə təqdim edilir: Cəfərov, İsmayılov, Rıjov, Vıboronov, Nexoroşev, Nifontov, Abramov, Kuznetsov, Luşnikov, Mironov, Ştırlin, Makaqonov, Krasilnikov, Sidorenko. İlk rəsmi oyununda İrəvan təmsilçisi “Dinamo”nu məğlub edən “Neftyannik” SSRİ kuboku uğrunda yarışda 1/16 final mərhələsinə qədər irəliləyə bilir. Azərbaycan təmsilçisinin kubokun finalına gedən yolunu Tbilisi “Dinamo”çuları kəsir.[4]
Sovet dövrü
[redaktə | mənbəni redaktə et]Sovet dövründə Azərbaycan futbolunun tarixi demək olar ki, “Neftçi" ilə bağlı olub. Bu komanda bir növ indiki Azərbaycan yığma komandası statusunu daşıyıb. Lakin “Neftçi" SSRİ çempionatında ciddi uğur əldə edə bilməyib. Yalnız 1966-cı ildə qazanılan bürünc medal istisnadır. SSRİ dövründə paytaxt klubu bir çox uğursuz dönəmlər yaşayıb. Hətta komanda 1-ci dəstəyə də düşüb.[5]
1930-cu illər
[redaktə | mənbəni redaktə et]1922-ci ildən SSRİ birincilikləri şəhərlərin yığma komandalarının iştirakıyla keçirilirdi. 1937-ci ildən isə qərara alındı ki, çempionat klub komandalarının iştirakıyla təşkil edilsin. Həmin vaxt Azərbaycan SSR-də bir neçə sahənin təmsilçisi olsa da, neft sahəsi sanki unudulmuşdu, halbuki həmin dövrdə Bakı artıq neft şəhəri kimi şöhrət qazanmışdı. Buna görə də "qara qızıl" sahəsində çalışanlar tezliklə 18 mart 1937-ci ildə futbol komandası yaratdılar. Ad üzərində də çox fikirləşmək lazım gəlmədi. Elə öz adlarını da komandaya verdilər, amma həmin dövrdə rus dili daha işlək olduğundan komanda əvvəlcə "Neftyannik" adlandırıldı. Komandanın geyimində və emblemində də onun neftçilərə məxsus olduğunu bildirən nişanələr əks olundu. Emblemdə neft buruğunun fonunda kiril əlifbasının "H" hərfi — "Neftyannik" sözünün birinci hərfi idi. Təbii ki, "qara qızıl"ın da rəngi formanın əsasını təşkil etdi. Həmin dövrdə neftlə bərabər "ağ qızıl" adlandırılan pambıq da Azərbaycan SSR-in şöhrətlənməsində neftdən az rol oynamadığından qərara alındı ki, pambığın rəngi də formada əks olunsun. O vaxtdan Azərbaycan futbolunun tarixinə çevrilən "Neftçi" ağ-qara rənglərə sadiq qaldı.[6]
"Neftçi" ilk rəsmi matçını 24 may 1937-ci ildə keçirib. Bu həmçinin, komandanın debüt oyunu idi. SSRİ Kubokunun 1/64 finalında o zaman "Neftyannik" adlanan komanda Bakının "Dinamo" stadionunda 5 min azarkeşin izlədiyi matçda İrəvan "Dinamo"sunu 1:0 hesabı ilə məğlub etmişdir. Pavel Ştirlinin 87-ci dəqiqə vurduğu qol "Neftçi"nin tarixində ilk qol idi. Həmin oyunun hakimi Tbilisidən olan Nikolay Larionov olmuşdur[7]. Komandanın baş məşqçisi Aleksandr Qnezdov, kapitanı isə heyətdəki yeganə azərbaycanlı Məmməd-Əli İsmayılov idi[8][9].
1940–1960-cı illər
[redaktə | mənbəni redaktə et]Müharibənin başlaması ilə əlaqədar olaraq, futbolçular da Böyük Vətən müharibəsinə yollandılar. Müharibədə həlak olanlar arasında müharibəyəqədərki dövrdə komandanın şərəfini qorumuş Mirmehdi Ağayev də vardı. Müharibə sona yaxınlaşdıqca artıq komanda da fəaliyyətini bərpa edirdi.
"Neftyanik" sözünün "Neftçi"yə çevrilməsi Mərkəzi Komitədə ideoloji şöbənin katibi Cəfər Cəfərovun təşəbbüsü ilə olmuşdur.[11]
1960-cı illərin əvvəlləri komanda üçün heç də uğurlu keçməyib. Bu isə rəhbərliyi narahat etməyə bilməzdi. “Neftçi"nin 1964-cü il mövsümündə 12-ci, bir il sonra isə 11-ci pilləylə kifayətlənməsi futbolçuların arxayınlıqlarıyla izah edilirdi. Rəhbərlik 1965-ci il mövsümünün birinci dövrəsindən sonra məşqçi dəyişikliyinə əl atsa da, (Ələkbər Məmmədovu Vasili Sokolov əvəz etdi) irəliləyiş olmadı.[5] "Neftçi" SSRİ çempionatlarında ən böyük uğurlarından birini 1966-cı ildə qazandı. Klub vaxtilə "kiçik Avropa çempionatı" adlanan SSRİ çempionatının güclülər dəstəsində fəxri kürsüyə yüksələn ilk və yeganə Azərbaycan klubudur. Əhməd Ələsgərovun başçılıq etdiyi "Neftçi" həmin il SSRİ çempionatının bürünc medalına sahib çıxdı.[12] Azarkeşlər “bürünc il"indən sonra “Neftçi”dən daha yüksək əyarlı medallar umurdular. Təəssüf ki, 1967-ci il çempionatında “Neftçi"nin işləri o qədər də uğurlu alınmadı. Xüsusilə də, köhnə “xəstəlik" inkişaf etməyə başlamışdı: rəqib meydanında zəif oyun və bunun nəticəsində alınan məğlubiyyətlər. Çempionatın sonlarına yaxın “Neftçi"nin ilk onluğa düşəcəyi belə inandırıcı görünmürdü. Amma finişdə Neftçi inanılmaz dönüş göstərdi. Son 5 turda qazanılan 5 qələbə “Neftçi"ni çempionatı 5-ci pillədə başa vurmağa imkan verdi. Növbəti mövsümdə də “Neftçi" eniş dövrünü davam etdirdi. 1968-də Azərbaycan SSRİ çempionatında ilk (və sonuncu) dəfə 2 komandayla təmsil olunmuşdu. Amma nə Gəncə “Dinamo"su (indiki Kəpəz), nə də “Neftçi" tam potensialını aça bilmədi. Əgər gəncəlilərin qarşısına güclülər dəstəsində yerini möhkəmlətmək məqsədi qoyulmuşdusa, Neftçi medallar uğrunda mübarizə aparmalı idi. Amma “Dinamo" elitanı tərk etdi, “Neftçi" isə yalnız 9-cu oldu.[5]
1970–1980-ci illər
[redaktə | mənbəni redaktə et]1969-da 7-ci olan komandada 1970-ci ildə eniş başladı. Anatoli Banişevski artıq əvvəlki kimi deyildi və böyük futbolu tərk etmişdi, Tuayev Orconikidze (indiki Vladiqafqaz) “Spartak"ına, Markarov isə “Ararat"a keçmişdi. Oqtay Atayevin “Ot “Proqress"a do “Neftçi" kitabında yazdığı kimi, rəhbərlik də artıq məsuliyyət hissini itirmişdi və futbolçularda həddən artıq arxayınlıq yaranmışdı. Komanda mövsümü çox pis başa vuraraq, əvvəlki illə müqayisədə 4 pillə gerilədi. SSRİ Kubokunun yarımfinalınadək irəliləməyi bacaran “Neftçi" burada Tbilisi “Dinamo"suna 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırdı. Respublika rəhbərliyi baş məşqçi Əhməd Ələsgərov, məşqçi Valentin Xlıstov və rəis Rauf Adıgözəlovu tutduqları vəzifədən azad etdi. Ələkbər Məmmədov baş məşqçi təyin edildi, Tuayevlə Banişevski komandaya qayıtdılar.
Lakin 1971-ci il uğursuzluqla başa çatdı. Bunda daha çox SSRİ Futbol Federasiyasının qərəzli mövqeyi də rol oynadı. Çempionata uğurla başlayan Neftçinin heyətindəki əsas oyunçular olan Anatoli Banişevski ilə Vitali Şevçenko SSRİ yığmasına cəlb olundular. İkinci dövrədə isə iki oyunda “Neftçi" hakimlərin qeyri-obyektivliyi ilə üzləşdi. Daşkənddə “Paxtakor"la və Rostovda OİK-lə oyunlarda hakimlər “Neftçi"nin qapısına oyundankənar vəziyyətdən vurulan qolları qeydə aldılar. Hakimlərin qeyri-obyektivliyindən əsəbiləşən Sergey Kramarenko, Rafiq Quliyev, Vyaçeslav Semiqlazov və Vladimir Bruxti cəza alaraq bir neçə oyunluq diskvalifikasiya olundular. SSRİ Futbol Federasiyası və İdman Komitəsi hətta “Neftçi"nin çempionatdan xaric edilməsi məsələsini qaldırdı. Lakin bu barədə müvafiq qərar qəbul edilsə də, sonda məmurlar fikirlərini dəyişdilər. 1972-ci il mövsümü isə məşqçi dəyişiklikləri və böyük uğursuzluqla yadda qaldı. Belə ki, Ələkbər Məmmədov işdən azad edildikdən sonra komandaya qısa müddət ərzində Anatoli Qryazev, sonra Georgi Jarkov başçılıq etdi. Amma onlar da “Neftçi"ni 1-ci liqaya düşməkdən xilas edə bilmədilər. 1973-cü ildə komandaya Valentin Xlıstov baş məşqçi təyin olundu. O vaxt heyət demək olar ki, azəbaycanlı futbolçulardan qurulmuşdu. Yeni kollektivlə yenidən güclülər dəstəsinə qayıtmaq üçün 4 il gözləmək lazım oldu. Nəhayət, 1976-cı ildə “Neftçi" yüksək liqaya qayda bidi. Həmin dövr ağdamlı Elbrus Abbasov əsl tapıntı idi. 1-ci dəstənin bombardiri olan Abbasov güclülər dəstəsində də komandasının əsas qol silahı olmalı idi.
“Neftçi" 80-ci illərdə də ciddi uğur qazana bilmədi. Daim turnir cədvəlinin aşağısında olan komanda 1982-ci il mövsümündə az qala yenidən 1-ci dəstəyə düşəcəkdi. Krasnodarın “Kuban" komandası ilə eyni xal toplayan “Neftçi" 14-cü yeri tutaraq yalnız bəxt sayəsində yüksək dəstədə qala bilmiş, “Kuban" isə 1-ci dəstəyə düşmüşdü. 1984 və 1985-ci illərdə isə “Neftçi"ni təhlükəli zonadan cəmi 1 xal ayırmışdı. Komandanın 80-ci illərdəki ən böyük uğuru isə 1987-ci ildə tutduğu 9-cu yer idi. O da 16 komanda arasında, yenə də “ekvator"dan aşağıda. Belə çıxışla “Neftçi" gec-tez yüksək dəstəni tərk etməli idi. Bu arzuolunmaz hadisə də 1988-ci ildə keçirilən çempionatda baş verdi. SSRİ dağılana kimi növbəti 3 mövsümü 1-ci dəstədə çıxış edən “Neftçi" oranın ortabablarından birinə çevrildi. Hətta sonuncu mövsümdə 22 komanda arasında ancaq 15-ci yeri tuta bildi.[5]
Müstəqillik dövrü
[redaktə | mənbəni redaktə et]1990-cı illər
[redaktə | mənbəni redaktə et]Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da futbol həvəskarları "Neftçi"nin timsalında parlaq oyununun şahidi oldular. Təsadüfi deyil ki, 1992-ci ildə futbol üzrə ilk milli Azərbaycan çempionatında qızıl medallar məhz "Neftçi"yə qismət oldu. Paytaxt komandasına çempion titulunu Əhməd Ələsgərov qazandırdı. Növbəti nailiyyət bundan 3 il sonra əldə edildi. "Neftçi" 1995-ci ildə Vaqif Sadıqovun rəhbərliyi altında ölkə kuboku uğrunda yarışda bütün rəqiblərini üstələdi. 1995/1996 mövsümünü isə "Neftçi" üçün unudulmaz çempionatlardan biri kimi xarakterizə etmək mümkündür. Çünki klub həmin mövsümü həm ölkə çempionu, həm də ölkə kubokunun qalibi kimi "qızıl dubl"la başa vurdular. Çempionluqla yanaşı, ölkə kubokunun qazanılmasında 3 məşqçi — Vaqif Sadıqov, Asif Əliyev və Kazbek Tuayevin əməyi keçdi.[mənbə göstərin]
Vaqif Sadıqov həmçinin "Neftçi" klubuna 1993 və 1995-ci illərdə Azərbaycan Superkubokunu da qazandırmışdır.[13]
"Neftçi" 3-cü dəfə 1997-ci ildə çempion adına layiq görüldü, lakin AFFA yekunda əsas və yeniyetmə komandaların topladığı xalların cəmini əsas götürərək, qızıl medalları "Qarabağ"a verdi. Hər halda, ədalət öz yerini tapdı. UEFA çempion qismində "Neftçi"ni tanıdı və Çempionlar Liqasında iştirak hüququna da flaqman yiyələndi.[mənbə göstərin]
1999-cu ildə növbəti dəfə "Neftçi" klubu ölkə kubokunu Kazbek Tuayevin sayəsində qazandı.[mənbə göstərin]
2000-ci illər
[redaktə | mənbəni redaktə et]2004-cü ildə ağ-qaralar ikinci dəfə "qızıl dubl"a imza atdılar. Kazbek Tuayevin yetirmələri 2004-cü ildə həm milli çempionatda, həm də ölkə kubokunda hamıdan güclü oldular.[mənbə göstərin]
2005-ci ildə Ağasəlim Mircavadovlu "Neftçi" çempionatın sonunda "Xəzər Lənkəran" klubu ilə eyni xal yığdığı üçün çempionu müəyyənləşdirmək üçün "Qızıl oyun" keçirildi. Gəncə şəhər stadionunda keçirilən oyunda ağ-qaralar "Xəzər-Lənkəran"ı 2:1 hesabı ilə üstələyərək, ardıcıl ikinci dəfə çempionluğu bayram etdi.[14]
Bundan başqa, flaqman beynəlxalq turnirlərdə də ölkəmizi layiqincə təmsil edib. "Neftçi" avrokuboklarda ilk dəfə qələbə qazanıb (1996-cı ildə Bakıda Bolqarıstan "Lokomotiv"i üzərində 2:1 hesablı qələbə), Çempionlar Liqasında 2 il ardıcıl mərhələ adlayıb (2004/05 və 2005/06 mövsümlərində), avrokuboklarda ilk səfər qələbəsinə nail olub (2005-ci ildə İslandiyada "Hafnarfyordur" üzərində 2:1 hesablı qələbə), avrokuboklarda iki mərhələ adlayan ilk komanda olub (2008-ci ildə İntertoto Kubokunda).[mənbə göstərin]
Flaqman, həmçinin "MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku" uğrunda yarışda ilk dəfə finala yüksələn (2005-ci il) və ilk dəfə baş mükafata sahib çıxan (2006-cı il) Azərbaycan klubudur.[15]
2010-cu illər
[redaktə | mənbəni redaktə et]APOEL 1–3 Neftçi (UEFA Avropa Liqası Pley-of mərhələsi 30–08–2012). |
2011-ci ildə flaqman Arif Əsədovun rəhbərliyi altında 6 ildən sonra sona 3 tur qalmış 6-cı dəfə Azərbaycan çempionu oldu.[16][17][18] 2012-ci ildə ardıcıl ikinci mövsüm çempion olan "Neftçi" bu dəfə bunu Böyükağa Hacıyevin başçılığı ilə əldə etdi.[19][20]
2011–12-ci il mövsümünün qalibi kimi Çempionlar Liqasına vəsiqə qazanmış "Neftçi" mübarizəyə ikinci mərhələdən başladı. Flaqman bu mərhələdə Gürcüstan çempionu "Zestafoni"ni iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırdı. Bakıda keçirilmiş ilk matçda rəqibini 3–0 hesabı ilə məğlub etmiş komandamız səfərdə rəqibi ilə heç-heçə etdi. 2–2. Növbəti mərhələdə Flaqman İsrailin "Kiryat Şmona" klubuna uduzsa da, Avropa Liqasının pley-off mərhələsində çıxış etmək imkanı əldə etdi. Pley-off mərhələsində Kiprin "APOEL" klubunu iki oyunun nəticəsinə görə 4–2 (1–1,3–1) məğlub etmiş Flaqman Azərbaycan futbolu tarixində avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmış ilk klub oldu.[21][22]
"Neftçi" Avropa Liqasının qrup mərhələsində, qitənin ən güclü 10 klubundan biri hesab edilən İtaliya "İnter"i, eləcə də Rusiyanın "Rubin" və Serbiyanın "Partizan" klubları ilə qarşılaşdı. "Partizan"la hər iki oyunda heç-heçə etmiş "Neftçi", "İnter"lə "Cüzeppe Meazza" stadionunda sülh bağladı. 2–2[23][24]
2012/2013 mövsümündə Böyükağa Hacıyevin ardıcıl 2-ci çempionluğu, komandanın isə ardıcıl 3 mövsüm çempion olması, bununla yanaşı, həm də ölkə kubokunu qazanması "Neftçi"nin Azərbaycan futbol tarixi ərzində 3-cü dəfə "Qızıl dubl" edən ilk komanda olmasına səbəb olmuşdur.[25][26]
UEFA Çempionlar Liqasının 2013–2014 mövsümündə 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayan "Neftçi" Albaniyanın "Skenderbeu" komandasına iki oyunun nəticəsinə görə ümumi hesabda 0–1 hesabıyla məğlub olaraq yarışı erkən tərk etməli oldu. Məhz bu uğursuzluqdan sonra Böyükağa Hacıyev istefa verdi və komanda müvəqqəti olaraq Tərlan Əhmədovun başçılıq etdiyi məşqçilər korpusuna həvalə edildi.[27][28][29]
2013-cü ildə Azərbaycan Superkubokunda əzəli rəqibi "Xəzər Lənkəran"-a minimal hesabla məğlub olan "Neftçi" Tərlan Əhmədovu istefaya göndərdi.[30] 2013-cü il oktyabrın 26-da "Neftçi" klubu Nazim Süleymanovu klubun baş məşqçisi təyin etdi.[31] 2014-cü ilin yanvarın 8-də Nazim Süleymanov istefa verdi.[32]
2014-cü il yanvarın 11-də yarım illik fasilədən sonra Böyükağa Hacıyev yenidən baş məşqçi təyin olundu.[33] 2014-cü il mayın 22-də "Neftçi" klubu 6-cı dəfə Azərbaycan Kubokununa sahib oldu. Beləki, Böyükağa Hacıyevin yetirmələri ardıcıl olaraq 2-ci dəfə kuboku başı üzərinə qaldırdı.[34]
2013–2014-cü il mövsümündə Kubokun qalibi olan komanda UEFA Avropa Liqasının II təsnifat mərhələsindən yarışa başladı. Neftçi ilk öncə Sloveniyanın Koper komandasını iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırdı. Bakıdakı ilk matçda rəqibinə 1–2 hesabıyla məğlub olan komandamız səfərdə bunun əvəzini çıxdı. 2–0. Növbəti mərhələdə komandamız Gürcüstanın Çikura komandası ilə mübarizəyə davam etdi. Bakıdakı ilk oyunda qolsuz bərabərlik olsa da, komandamız səfərdə 3–2 hesabıyla layiqli qələbə qazandı və tarixində ikinci dəfə UEFA Avropa Liqasının Pley-Of mərhələsinə adladı. Bu dəfə komandamızın bəxtinə 2 il öncə qrup mərhələsindən bizə tanış olan Serbiyanın Partizan klubu düşdü. İlk oyun səfərdə keçirildi. Səfərdəki oyunda komandamız 2 erkən qol vursa da sonrada 3 qol buraxdı və qələbəni əldən verdi. Cavab qarşılaşması da uğurlu alınmadı və komandamız 1–2 hesabı ilə məğlub olub Avropa macərasını Pley-Of mərhələsində başa vurdu. İkinci dəfə qrupa vəsiqə qazana bilməyən Böyükağa Hacıyev bundan sonra istefa verdi.[35]
2014-cü il sentyabrın 4-də 3 illik fasilədən sonra Arif Əsədov yenidən baş məşqçi təyin edildi.[36] Qeyri-stabil nəticələr artıq növbəti mövsümlər üçün həyəcan siqnalı demək idi. Klubun idarəetmə sistemində dəyişikliklərə gedildi və Müşahidə Şurası yaradıldı. Şuranın rəhbəri dünya şöhrətli azərbaycanlı yazıçı Çingiz Abdullayev seçildi. Yeni sistem, ümumiyyətlə şura rəhbəri və digər şura üzvlərinin təyinatı azarkeşlər arasında heç də birmənalı qarşılanmadı.
Həmin mövsüm Neftçi ölkə çempionatında 4-cü yeri tutdu. Kubokun finalına vəsiqə qazandığı üçün klub artıq Avropa Liqasına vəsiqəni təmin etmişdi. 3 iyun 2015-ci ildə ölkə kubokunun finalı Qəbələ Şəhər Stadionunda keçirildi. Finalda Qarabağla üz-üzə gələn Neftçi 1:3 hesabı ilə rəqibinə məğlub oldu.
2015/2016 mövsümünün əvvəlində komandada bir çox dəyişikliklər həyata keçdi. Yeni rəhbərliyinin verdiyi vədlər, edilən bəzi dəyişiklilər azarkeşlərə az-çox nələrinsə düzələcəyinə ümid verirdi. Mövsümün əvvəlində bəzi oyunçular ilə yollar ayrıldı. Saşa Stamenkoviç, Flavinyo, Julius Vobay, Nikolas Kanales, Ernest Nfor, Elvin Yunuszadə, Denis Silva Kruz, Mirhüseyn Seyidov kimi aparıcı oyunçular komandanı tərk etdilər. Bu oyunçuların klubdan getməsi azarkeş və ictimaiyyət arasında dilemma yaradırdı. Bəziləri oyunçuların qalmasının tərəfdarı idi və bu oyunçular getsə belə onların yerinə daha yaxşı legionerlərin gəlməsinin vacib olduğunu bildirirdi. Neftçi kimi köklü klubda gəncləşdirmənin xeyirli olmayacağını fikrini müdafiə edirdilər. Bir qism də artıq bu oyunçuların uğurlardan doyduğunu, gənclərə yer vermənin faydalı olduğunu söyləyərək komandanı tərk etmiş futbolçuların getməsinin daha faydalı olacağını düşünürdü. Komandanın heyəti demək olar ki, gəncləşdirilmişdi. Mövsümlərarası fasilədə Peskoviç, Jairo, Melli, Ailton, Anete kimi legionerlər komandaya qoşuldu. Xüsusən də Anetenin gəlişi böyük səs-küy doğurdu. Çünki Anete əvvəlki mövsümdə Levski Sofiyanın heyətində Bolqarıstan çempionatının bombardiri olmuşdu. Yerli oyunçulardan Cavid İmamverdiyev Elağızspordan, Ruslan Qurbanov isə Hajdukdan icarədən qayıtdı. Məhəmməd Qurbanov isə Sumqayıtdan transfer edildi. Komandanın baş məşqçi postu isə komandanın keçmiş hücumçusu olmuş Samir Əliyevə həvalə edildi.
Neftçi yeni mövsümdə mübarizəsinə Avropa Liqasında başladı . Püşk Neftçiyə Çernoqoriyanın Mladost komandasını rəqib gətirdi. Neftçinin asanlıqla mərhələ keçəcəyini hamı təxmin edirdi. İlk oyun Bakıda , Bakcell Arenada baş tutdu. Oyun 2:2 hesabı ilə bitsə də, cavab oyununda səfərdə Neftçinin rəqibini üstələyəcinə hər kəs inanırdı, amma əksi baş verdi. Rəqibi ilə 1:1 hesablı heç-heçə edən Neftçi səfər qolu qaydasına görə mübarizəni erkən dayandırdı. Komandanın ilk mərhələdəcə mübarizəni dayandırması ictiamiyyət və azarkeşlər arasında haqlı narazılığa səbəb oldu. Bəziləri hətta Samir Əliyevin indidən istefasını tələb edirdilər.
Azərbaycan Çempionatının yeni mövsümü başlamamış Neftçi artıq əvvəlki illərdə olduğu qədər favorit göstərilmirdi. Mübarizənin əsasən Avropa Liqasının qrupuna vəsiqə qazanan 2 klub — Qarabağ və Qəbələ arasında gedəcəyi gözlənilirdi. İlk turda uzun illərdən sonra tarixi derbi baş tutdu. Neftçi öz meydanında Gəncənin Kəpəz komandasını qəbul etdi. Bu oyunda 0:0 hesabı qeydə alındı. 2-ci turda İnterə səfərdə 1–0 hesalı məğlubiyyət azarkeşləri özündən çıxardı. Hətta bir azarkeş meydana düşərək oyunçulara öz etirazını bildirmişdi. Neftçi daha sonra ardıcıl olaraq Sumqayıt, Rəvan üzərində qələbələr qazandı. Xəzər Lənkəranla isə 1–1 hesablı heç-heçə razılaşdı.
2015/2016 mövsümünün ən maraqlı və qalmaqallı oyunlarından biri 26 sentyabrda Suraxanıda baş tutdu. Qarabağın yeni stadionu — Azersun Arenanın açılış matçında Qarabağ Neftçini qəbul edirdi. Çoxları bu oyunda güclü Qarabağın rahat qələbəsini proqnoz etsə də, Samir Əliyev bəlkə də Neftçidə məşqçi olduğu müddətdə ən yaxşı oyununu keçirdi. Oyunda hesabı Neftçi açdı . 61-ci dəqiqədə Erik Ramos uzaqdan zərbə ilə rəqibin torunu silkələdi. Bu qol Azersun Arenada vurulan ilk qol kimi tarixə düşdü. Qoldan sonra da Neftçi üstünlüyünü davam etdirirdi. Bir neçə epizodda hesabı 0–2 etməyə yaxın olsalar da, bu baş vermədi. Əvəzində oyunun sonlarına yaxın bəlkə də mövsümün ən skandal hadisəsi baş verdi. 90-cı dəqiqədə Qarabağın oyunçusu Coşğun Diniyev adi oyun mübarizəsində Neftçinin cərimə meydançasında yerdə qaldı. Hakim Fariz Yusifov isə bu epizodu penalti kimi dəyərləndirdi. Topa yaxınlaşan Riçard Almeyda hesabı bərabərləşdirdi — 1:1 . Oyuna artırılan 4-cü dəqiqədə Neftçinin hücumçusu Anete qapıçı ilə təkbətəkə gedərkən Bədavi Hüseynov onun qarşısını kobudluqla alsa da, hakim davam dedi. Beləliklə, qərəzli hakim qərarları ilə keçən oyun 1:1 hesabı ilə başa çatdı.
Bu oyundan sonra azarkeşlərin komandaya olan ümidləri artsa da, Neftçi heç cür özünə gələ bilmirdi. Ardıcıl olaraq Zirə, Azal və İnterlə oyundakı uğursuzluqların fonunda Sumqayıt üzərində 1–2 hesablı qələbə qeydə alındı. Öz meydanında Rəvana 2–3 hesablı məğlubiyyət isə artıq azarkeşlərin səbirini bitirdi. Bu oyundan sonra Samir Əliyev istefa verdi. Samir Əliyevin istefasından sonra baş məşqçi postu Əsgər Abdullayevə həvalə olundu.
Abdullayevin gəlişindən sonra Neftçi 8 ildən sonra ilk dəfə Lənkəranda Xəzər Lənkəranı məğlub etdi — 2:0 . Ardınca isə Qarabağ və Qəbələ üzərində 1–0 hesablı qələbələr qazanıldı. Kubokda isə Qaradağ Lökbatan 8–0 hesabı ilə məğlub edildi, amma bu uğurlu qrafik çox da uzun sürmədi. Mart ayına qədər Neftçi qeyri-stabil çıxışını davam etdirirdi. Evdə Qəbələyə 1–2 hesablı məğlubiyyət Əsgər Abdullayevin son oyunu oldu. Onun əvəzinə isə komandanın idman direktoru olan, veteran futbolçu Vəli Qasımov gətirildi.
Qasımovun gəlişindən sonra ilk oyunu kubokun cavab matçı idi. Neftçi ilk oyunda Lənkəran 2–3 uduzduğu Xəzəri , Bakıdakı revanşda 2–0 məğlub edərək yarımfinala yüksəldi. Liqada qeyri-stabil çıxış davam etsə də, kubokda işlər yaxşı gedirdi. Qəbələ ilə hər ikisi 1–1 bitən yarımfinal oyununda qalib penaltilər seriyasında məlum oldu. Daha dəqiq olan Neftçi finala yüksəldi. Burada isə rəqib keçən il olduğu kimi yenə Qarabağ olacaqdı.
Neftçi çempionatı 6-cı yerdə başa vurdu. 2-ci yeri tutan Zirə hələ öz fəaliyyətinin 3 ilini başa vurmadığına görə, 4-cü yeri tutan İnter isə UEFA tərəfindən qoyulan qadağaya görə avrokuboklara buraxılmadı. Əvəzində isə 5-ci yeri tutan Kəpəz və 6-cı yeri tutan Neftçi Avropa Liqasına vəsiqəni təmin elədilər.
Mövsümün son oyunu, Azərbaycan Kubokunun finalı isə 25 may 2016-cı ildə Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutdu. Qarabağ-Neftçi finalında 90 dəqiqə ərzində qol olmadı. 120-ci dəqiqədə Qarabağın yarımmüdafiəçisi Miçel dəqiq baş zərbəsi ilə hesabı açdı. Oyunun sonunda Neftçidən Erik Ramos, Qarabağdan isə Reynaldo qırmızı alaraq meydandan qovuldular. Qarabağ isə ölkə kubokunun qalibi oldu.
2016/2017 mövsümü üçün Avropa Liqasına vəsiqə qazanan Neftçidən azarkeşlər daha yaxşı transfer gözləyirdi. Bu mövsüm Neftçi tarixinin 80-ci sezonu olacaqdı. 80-ci ildə Neftçidən azarkeşlər ən yaxşı nəticələri gözləyirdilər. Bu səbəbdən azarkeşlərin rəhbərlikdən tələbi o idi ki, Vəli Qasımov öz postundan ayrılmalı və daha iddialı baş məşqçi ilə yola davam edilməlidir. Daha səviyyəli yerli və legionerlər alınmalı, komandaya qatqı verməyən bütün oyunçular isə göndərilməlidir.
Qarabağla kubok finalından sonra legionerlərdən Juan Alberto Melli, Ailton, Erik Ramos, Nikolas Kanales, Anete komandanı tərk etdi. Yerli oyunçulardan isə Aqil Məmmədov Azala, Məhəmməd Qurbanov Sumqayıta, Elşən Rzazadə Mil-Muğana keçdilər. Dauqavplisdən icarədən qayıdan Mirabdulla Abbasov isə Sumqayıta icarəyə verildi. Gedən oyunçuların yerinə bir sıra transferlər edildi. Qapıçı mövqeyinə xorvat Krsevan Santini, müdafiə üçün Dario Melnyak, Vançe Şikov transfer edildi. Sonuncunun transferi daha çox səs-küy doğurdu. Çünki Şikov 2013/2014 mövsümündə Austria Vyananın heyətində ÇL qruplarında oynamış, Makedoniya millisinin əsas üzvü olan təcrübəli bir ad idi. Bundan başqa avrokuboklar başlamamış Venesuelalı Edson Kastilyo , Sumqayıtdan isə yarımmüdafiəçi Murad Ağayev komandaya cəlb olundu.
Avropa Lİqasının 1-ci təsnifat mərhələsinin püşkü Neftçi üçün uğurlu sayıla bilərdi. Rəqib Maltanın Balzan klubu idi. İlk oyunda Neftçi səfərdə Rəhman Hacıyev və Ruslan Qurbanovun qolları ilə 2:0 hesablı qələbə qazandı. Cavab oyununda isə Neftçi azarkeşlərinə şok yaşatdı. Hesabı Jairo açdı. İkinci hissədə Balzan 2 qol vurdu, hətta 1 penaltini boşa verdi. Neftçi çox çətinliklə mərhələni keçdi. İkinci mərhələdə Neftçinin rəqibi Makedoniyanın Şkendiya klubu oldu. İlk oyun Bakıda oldu və 0:0 hesabı ilə başa çatdı . Cavab oyununda isə Şkendiya 1:0 hesabı ilə qalib gəldi. Neftçinin avrokuboklara erkən vida etməsi azarkeşlərin səbir kasasını daşdırdı. Oyundan bir gün sonra axşam Neftçi azarkeşləri hava limanında komandanı qarşılayaraq onlardan hesabat tələb etdilər. Bir çox Neftçi azarkeşi aeroportda klub rəhbərliyi və məşqçilər heyətini istefaya çağırdı.
Çempionat başlamamış Neftçi daha bir neçə transfer etdi. Orxan Qurbanlı Daugavplisdən icarədən qayıtdı. Eltun Yaqublu Qarabağdan icarə alındı. Hücumçu mövqeyinə isə Rapid Buxarestdən Katalin Tira transfer edildi. Bu transfer heç də birmənalı qarşılanmadı. Professional karyerası ərzində qolu olmayan bir oyunçunu transfer edərək ona 9 nömrəni vermək azarkeş tərəfindən normal qarşılana bilməzdi.
2016/2017-ci illər mövsümü üzrə Azərbaycan Çempionatı 8 komanda ilə keçiriləcəkdi. Ötən mövsüm sonuncu olub diviziona düşən "Xəzər Lənkəran" fəaliyyətini dondurmuş, I Divizionun çempionu olmuş "Neftçala" isə yüksək liqaya buraxılmadığına görə klub dağıdılmışdı. Ötən mövsüm 9-cu yeri tutan "Rəvan" isə maliyyə problemlərini əsas gətirərək iştirakını I Divizionda davam etdirəcəyini bildirdi. AFFA Lisenziyalaşdırma Komitəsi isə I Diviziondan yüksək liqaya vəsiqə üçün heç bir kluba lisenziya vermədikdən sonra , növbəti çempionatın 8 klubla keçiriləcəyi dəqiqləşdi. Neftçi mövsümün ilk oyununda AZAL komandası ilə səfərdə qarşılaşdı və 2:0 hesabı ilə qalib gəldi. Azarkeşlər isə hələ liqa başlamamış ilk 3 turu boykot edəcəyini bildirərək , oyunlara gəlmədilər.
Neftçi 2-ci turda Zirəyə 0:1 , 3-cü turda isə Qarabağa 0:3 hesabı ilə məğlub oldu. Azarkeşlərin səbir kasası daşmışdı. Onlar dərhal rəhbərliyin və baş məşqçi Vəli Qasımovun istefasını tələb edirdilər. 3-cü turdan sonra milli fasilə yarandı və bu fasilə zamanı Neftçidə ötən mövsüm bütün turnirlər daxil 18 qol vuran (Liqada 13 + Kubokda 5) , komandanın əsas qol silahı sayılan və azarkeşlərin sevimlisinə çevrilən Ruslan Qurbanov klubu tərk etdi. Klub onu Qəbələyə satmışdı. Bu gediş əsl şok effekti yaşatdı. Rəhbərliyə olan etirazlar daha da genişləndi.
Çempionatın 4-cü turunda Neftçi Masazırdakı Əlincə Arenada Qəbələni qəbul edəcəkdi. Oyundan bir gün əvvəl azarkeşlər oyuna qayıdacaqlarını, 90 dəqiqə baş məşqçi və rəhbərliyi istefaya göndərəcəklərini bildirdilər. Oyun günü baş məşqçi Vəli Qasımovun vəziyyətinin pisləşərək xəstəxanaya yerləşdirildiyi bildirildi. Oyuna gəldikdə isə, bu matç Neftçi tarixinin ən böyük hesablı ev məğlubiyyəti oldu — 0:8 .
Uğurları
[redaktə | mənbəni redaktə et]Ölkədaxili turnirlərdə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan çempionatı
- Azərbaycan Kuboku
- Azərbaycan Superkuboku
- SSRİ çempionatı:
- SSRİ Kuboku:
- 1/2 finalçı (4): 1967, 1968, 1970, 1971
- SSRİ Futbol Federasiyasının Kuboku:
Beynəlxalq arenada
[redaktə | mənbəni redaktə et]- UEFA Avropa Liqası
- Qrup (1): 2012/2013
- UEFA İntertoto Kuboku
- Finalçı (1): 2008
- Birlik Kuboku
Azərbaycan Çempionatında və Kubokunda
[redaktə | mənbəni redaktə et]Klubun rəngləri və loqosu
[redaktə | mənbəni redaktə et]1949-cu il "Neftçi"nin tarixində yaranış ili qədər böyük yer tutur. O zaman "Neftyanik" adı altında çıxış edən komanda məhz bu il ilk dəfə olaraq SSRİ-nin güclüləri ilə bir qrupa daxil oldu. Azərbaycanın futbol tarixində düz 11 il əvvəl 1-ci qrupda cəmi bir il çıxış etmiş "Temp"dən sonra komanda respublikasının bu səviyyədə ikinci təmsilçisi oldu. SSRİ Futbol Federasiyasının apardığı islahat nəticəsində hər respublikadan ən azı bir komandanın 1-ci qrupa buraxılmasına qərar verildi. Azərbaycan SSR-in iqtisadiyyatında həmin dövrdə neft aparıcı yer tutduğundan məhz Neftçilərin Həmkarlar İttifaqının komandasının bu şərəfə layiq görülməsi qərara alındı. Qərarın verilməsində bilavasitə Respublika rəhbərliyi əsas rol oynadı. "Neftçi"nin futbol elitasında zəif təsir bağışlamaması üçün heyətdə köklü dəyişikliklər edildi. Üstəlik, komandanın loqosu tərtib edildi. İlk loqoda üzərində kiril əlifbası ilə yazılmış "H" hərfinin arxa planında neft buruğu əks olunub. Bundan sonra "Neftçi"nin loqosu üç dəfə – 1977, 1997 və 2004-cü ildə dəyişdirilib. 2005-ci ildə klubun loqosuna ulduz əlavə edilib. Buna səbəb Neftçinin 5-ci çempionluğu qazanması idi.[37]
Neftçi klubun doğma rəngləri ağ-qara hesab olunur. Klub yarandığı 1937-ci ildən etibarən əsas forma rəngi kimi qara rəngdən istifadə edirdi, amma 50-ci illərdə klubun formasına ağ rəng də əlavə edildi. Bu da səbəbsiz deyildi. Azərbaycan bütün ittifaqda neft qədər pambıq bitkisi ilə də tanınırdı. Bu səbəbdən həm "qara qızıl", həm də "ağ qızıl"ın rəngləri klubun formasında əks olunurdu.
Forma sponsorları və istehsalçıları
[redaktə | mənbəni redaktə et]"Neftçi"nin ənənəvi forması qara köynək, ağ şort və eyni rəngli corabdan ibarət idi, lakin illər ərzində qara köynək ağ və qara zolaqlarla əvəz olunmuşdur. Klubun forması müxtəlif illərdə müxtəlif idman firmaları tərəfindən hazırlanıb. Hal-hazırda klubun formaları Nike tərəfindən istehsal olunur.2004–2006-cı illərdə klubun titul sponsoru Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (Klub formasında BNEZ olaraq qeyd edilmişdi), 2006–2015-ci illərdə SOCAR, 2015–2017-ci illərdə Asan Xidmət olmuşdur. 2017–2019-cu illərdə klubun forması üzərində heç bir sponsorun adı olmamışdır. 2019/2020-ci illər mövsümündən etibarən isə Türk Hava Yolları şirkəti klubun forma sponsoruna çevrilmişdir.
Ləqəbləri
[redaktə | mənbəni redaktə et]Klub əsas "neftçilər" ləqəbindən başqa, "flaqman" və "xalq komandası" kimi də tanınır.[38][39]
Stadionu
[redaktə | mənbəni redaktə et]"Neftçi" Premyer Liqanın ev oyunlarını Neftçi Arenada keçirir.[40] Son illər klub bəzi seçmə və hazırlıq matçlarını İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, Bayıl stadionu və Tofiq Bəhramov adına Respublika Stadionunda keçirir.[41]
Azarkeşləri
[redaktə | mənbəni redaktə et]"Neftçi" Azərbaycanda ən çox dəstəklənən klublardan biridir. Ölkənin ən çılğın azarkeşləri Neftçi azarkeşləri hesab olunur. Neftçi azarkeşləri Azərbaycana ilk dəfə Ultras Mədəniyyətini gətirmiş azarkeşlərdir. Müxtəlif illərdə Neftçinin bir sıra azarkeş qrupları olmuşdur. Onlar arasında "Flaqman" , "Ultra Neftçi" , "Neftçimania" və Forza Neftçini qeyd edə bilərik. Hal-hazırda klubun ən böyük azarkeş qrupu Forza Neftçidir. Forza Neftçi 2009-cu ildə yaranmışdır və Azərbaycanda ən güclü və ən çılğın azad azarkeş qruplarından biri hesab olunur. Forza Neftçi Bakcell Arenada kluba dəstəyini 1A sektorundan verir. Neftçini dəstəkləyən digər azarkeş qrupu isə "Neftçimania" adlanır. Neftçimania 2011-ci ildə yaranmışdır və ilk fəaliyyəti 2015-ə qədər olmuşdur. Sonradan bir müddət tribunalardan uzaqlaşdığını bildirən qrup "Köhnə 13" adı ilə 2017-də tribunaya qayıtsa da, 2019-cu ildə yenidən köhnə adı ilə tribunaya qayıtmışdır. Hal-hazırda Bakcell Arenada 4A sektorundan Neftçiyə dəstək olurlar. Klubun azarkeşləri ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya, Almaniya, Hollandiya və digər böyük azərbaycanlı icması olan ölkərdə var, lakin 2010-cu illərdə Neftçi öz mövqeyini təkmilləşdirməsinə baxmayaraq, klubun orta tamaşaçı sayı aşağı səviyyəyə düşmüşdür.[42]
Klubun ən məşhur tərəfdarlarına aktyorlar Bəhram Bağırzadə, Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov və Niyazi, cüdoçu İlham Zəkiyev, repçi Anar Nağılbaz və alim Mirəli Qaşqay daxildir.[43][44][45][46]
Rəqabətləri
[redaktə | mənbəni redaktə et]Neftçi — Kəpəz rəqabəti
[redaktə | mənbəni redaktə et]Azərbaycan futbol tarixinin ən köklü və ən rəqabətli derbisi olaraq bilinən bu derbi Bakı və Gəncə kimi Azərbaycanın ən böyük iki şəhərindən çıxan və ölkənin ən müvəffəqiyyətli və təsirli iki futbol klubu arasında oynanılmaqdadır. Həmçinin bu iki komandanın qarşılaşmaları ölkənin ilk paytaxtı ilə hazırkı paytaxtı olan Bakı və Gəncə şəhərləri arasındakı tarixi rəqabət xüsusiyyətini də özlüyündə əks etdirməktədir. Neftçi'nin tərəfdarları ümumiliktə paytaxt Bakı və Abşeron yarımadasından olan insanlardan ibarətdirsə, Kəpəz'in tərəfdar kütləsi daha böyük bir xəritəyə sahibdir. Klub Gəncə şəhərini təmsil etsə də , Azərbaycanın bütün Qərb bölgəsi , Aran bölgəsi və bir çox rayon və əyalət şəhərlərindəki insanlarda Neftçi — Kəpəz qarşılaşmalarında Kəpəz'ə tərəfdarlıq edir. Hələ Sovet dövründəykən də Kəpəz'in tərəfdar kütləsi böyük əksəriyyətlə xalqın işçi təbəqəsindən ibarət idi. Buna görə də Qərblilər hər zaman Azərbaycanda və Qafqazda ən çox tərəfdara sahib futbol klubu olmuşdur. Rəqabətin kökü SSSR zamanlarına dayanır. Beləki Kəpəz azarkeşləri hər zaman bildirirlər ki, Kəpəzin SSSR dönəmində Neftçi qədər uğurlu olmamasının ən böyük səbəbi məhz Neftçinin paytaxt təmsilçisi olduğu üçün, ölkənin əsas komandası hesab edilərək, Azərbaycanın ən istedadlı futbolçularını ənəlxüsus Gəncə futbolunun yetirmələrini hər zaman Kəpəz'dən "qopararaq" Neftçi'yə aparılmaları olubki buda Kəpəzin uğurlarına əngəl olub. Azərbaycan futbol ictimaiyyəti tərəfindən "Tarixi Derbi" olaraq adlandırılan bu rəqabət 20-ci əsrin 90-cı illərində MDB ölkələri arasında ən rəqabətli derbilər sırasında belə adı çəkilmişdir. İlk qarşılaşma 1962-ci il 26 iyunda SSSR kubokunun 1/8 mərhələsinə təsadüf edir. Klubların o zaman ki adları ilə "Dinamo Kirovabad"-"Neftyanik Baku" qarşılaşması 1–0 hesabı ilə gəncəlilərin qələbəsi ilə nəticələnib. Ümumilikdə isə o zamandan indiyədək bu komandalar 45 dəfə üz-üzə gəliblərki bu görüşlərdə paytaxt təmsilçisinin üstünlüyü nəzərə çarpır. Belə ki, bakılıların aktivində 20, gəncəlilərin aktivində isə 18 qələbə vardır.
Yarış | Oyun | Neftçi Bakı | Heç-heçə | Kəpəz Gəncə | Top fərqi |
---|---|---|---|---|---|
Azərbaycan Premyer Liqası | 44 | 21 | 7 | 16 | 69–41 |
Azərbaycan Kuboku | 14 | 8 | 2 | 4 | 18–11 |
SSRİ Çempionatı | 2 | 1 | 0 | 1 | 2–3 |
SSRİ Kuboku | 1 | 0 | 0 | 1 | 0–1 |
Cəmi | 61 | 30 | 9 | 22 | 89–56 |
Neftçi — Xəzər Lənkəran rəqabəti
[redaktə | mənbəni redaktə et]Azərbaycan futbolunun ən maraqlı oyunlarından biri olan "Neftçi — Xəzər Lənkəran" rəqabəti ilk dəfə 8 dekabr 2004-cü ildə Lənkəran şəhər stadionunda başladı. Bu oyundan tərəflər 1–1 hesablı bərabərliklə ayrıldı.[47] Bu matçlarda ilk qələbəni 11 may 2005-ci ildə Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda "Neftçi" komandası 2–1 hesablı qələbəylə əldə etdi. "Xəzər Lənkəran" isə əzəli rəqibi üzərində ilk qələbəsini 11 avqust 2006-cı ildə rəqibini 2–1 hesabıyla məğlub etməklə qazandı. Azərbaycan futbolunda ən böyük azarkeş marağına səbəb olan bu rəqabət "Böyük Oyun" adlanır. Böyük oyunlarda ən böyük hesablı qələbə "Neftçi" komandasına məxsusdur. Beləki, 6 noyabr 2011-ci ildə "İsmət Qayıbov" adına stadionda keçirilən çempionat oyununda "Neftçi" rəqibini 5–0 hesabıyla darmadağın etmişdir.[48] "Neftçi — Xəzər Lənkəran" oyunlarında ən çox rəqib qapısına qol vurmuş oyunçu, "Neftçi" klubunun futbolçusu Flavinyodur. O rəqib komandanın qapısından 7 qol keçirtmişdir.
Qarabağ — Neftçi rəqabəti
[redaktə | mənbəni redaktə et]Əsas məqalə Qarabağ — Neftçi rəqabəti
Azərbaycan futbolunda digər vacib oyunlardan biri də "Neftçi — Qarabağ" rəqabətidir. Bu matçları prinspial edən səbəblərdən ən başlıcası hər iki komandanın 1992-ci ildən indiyədək təşkil olunan bütün çempionatlarda iştirak etməsidir. "Neftçi — Qarabağ" rəqabəti ilk dəfə 26 sentyabr 1992-ci ildə Tofiq Bəhramov adına Respublika Stadionunda başladı. Bu oyundan tərəflər 1–1 hesablı bərabərliklə ayrıldı. Bu oyunlarda ilk qələbəni 20 oktyabr 1992-ci ildə Ağdamın "İmarət" stadionunda keçirilən oyunda "Qarabağ" komandası 2–1 hesablı qələbəylə əldə etdi. Bu tərəflərin çempionatda "İmarət" stadionunda baş tutdan yeganə oyunu oldu. "Neftçi" komandası isə əzəli rəqibi üzərində ilk qələbəsini 1994/1995 mövsümündə evdə 3:2-lik qələbəylə əldə etdi. Azərbaycan futbolunda böyük marağa səbəb olan bu rəqabət "Azərbaycan derbisi" olaraq tanınır. Bu derbilərdə ən böyük hesablı qalibiyyət "Qarabağ" komandasına məxsusdur. Beləki, 8 noyabr 2020-ci ildə "Bakcell Arena''da baş tutan oyunda "Qarabağ" rəqibini 0:6 hesabıyla məğlub etmişdir. Neftçinin ən böyükhesablı qələbəsi isə 4 noyabr 2000-ci ildə qeydə alınıb - 7-1 [49]
Şəxsi oyunların statistikası
[redaktə | mənbəni redaktə et]20.09.2024 ilə olan məlumat.
Azərbaycan Premyer Liqası | |||||||
---|---|---|---|---|---|---|---|
Klub | O | Q | Н | M | QV | QB | ± |
«Qarabağ» | 96 | 42 | 31 | 23 | 133 | 84 | +49 |
«Neftçi» | 96 | 23 | 31 | 42 | 84 | 133 | −49 |
Azərbaycan Kuboku | |||||||
O | Q | Н | M | QV | QB | ± | |
«Qarabağ» | 23 | 12 | 5 | 6 | 23 | 22 | +1 |
«Neftçi» | 23 | 6 | 5 | 12 | 22 | 23 | -1 |
Bütün turnirlərdə | |||||||
O | Q | Н | M | QV | QB | ± | |
«Qarabağ» | 119 | 54 | 36 | 29 | 156 | 106 | +50 |
«Neftçi" | 119 | 29 | 36 | 54 | 106 | 156 | -50 |
Jurnalı
[redaktə | mənbəni redaktə et]2009-cu ilin aprelindən etibarən "Neftçi"nin klub jurnalı nəşr olunur. Jurnalın ilk sayında "Tamaşaçısız teatr olmaz", "Əvəzedilməz simalar", "Bir ömrün nəğməsi" və s. başlıqlı yazıları dərc olunub.[50]
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- neftchi.az — Rəsmi saytı
- Neftçi PFK — Instagram səhifəsi
- Neftçi PFK — Facebook səhifəsi
- Neftçi PFK — X səhifəsi
- Neftçi PFK kanalı — YouTube platformasında
- Neftçi PFK — Telegram səhifəsi
- "Neftçi" national-football-teams.com saytında (ing.)
Komandanın heyəti
[redaktə | mənbəni redaktə et]Mənbə: Neftçi PFK-nın heyəti
- 13 oktyabr 2024 tarixində yenilənib
|
|
İcarəyə verilənlər
[redaktə | mənbəni redaktə et]
|
UEFA turnirlərində
[redaktə | mənbəni redaktə et]Birlik Kubokunda
[redaktə | mənbəni redaktə et]Neftçi klubu Birlik Kubokunda 5 dəfə iştirak etmişdir. Ardıcıl olaraq iki il "Birlik Kuboku"nun finalına yüksələn komanda 2006-cı ildə bu kuboku başı üzərinə qaldırmışdır. Bununla da "Neftçi" Beynəlxalq arenada ilk çempionluq qazanan Azərbaycan futbol klubu kimi tarixə düşmüşdür.
Birlik Kubokundakı nəticəsi
[redaktə | mənbəni redaktə et]İl | Yer | O | Q | H | M | T/F | B |
---|---|---|---|---|---|---|---|
1993 | - | 2 | 0 | 0 | 2 | 0–9 | -9 |
1995 | - | 3 | 1 | 0 | 2 | 1–6 | -5 |
1997 | - | 3 | 0 | 0 | 3 | 6–11 | -5 |
2005 | Finalçı | 5 | 4 | 0 | 1 | 10–4 | +6 |
2006 | Qalib | 6 | 4 | 2 | 0 | 13–6 | +7 |
5 turnir | Cəmi | 19 | 9 | 2 | 8 | 30–34 | −4 |
Birlik Kubokundakı bütün oyunları
[redaktə | mənbəni redaktə et]№ | Tarix | Mərhələ | Rəqib | Hesab | |
---|---|---|---|---|---|
1-ci Birlik Kuboku – Moskva 1993 | |||||
1 | 25.01.1993 | Qrup | Skonto (Latviya) | 0:1 | |
2 | 27.01.1993 | Qrup | Spartak Moskva (Rusiya) | 0:8 | |
3-cü Birlik Kuboku – Moskva 1995 | |||||
3 | 29.01.1995 | Qrup | Jalgiris Vilnus (Litva) | 0:1 | |
4 | 30.01.1995 | Qrup | Spartak Moskva (Rusiya) | 0:5 | |
5 | 31.01.1995 | Qrup | Sitora (Tacikistan) | 1:0 | |
5-ci Birlik Kuboku – Moskva 1997 | |||||
6 | 25.01.1997 | Qrup | Spartak Moskva (Rusiya) | 2:4 | |
7 | 26.01.1997 | Qrup | Zimbru Kişinyov (Moldova) | 1:2 | |
8 | 28.01.1997 | Qrup | Novbahor (Özbəkistan) | 3:5 | |
13-cü Birlik Kuboku – Moskva 2005 | |||||
9 | 15.01.2005 | Qrup | Şerif Tiraspol (Moldova) | 1:0 | |
10 | 16.01.2005 | Qrup | Nebitçi (Türkmənistan) | 4:1 | |
11 | 19.01.2005 | 1/4 | Pünik (Ermənistan) | 2:0 | |
12 | 21.01.2005 | 1/2 | Dinamo Kiyev (Ukrayna) | 2:1 | |
13 | 23.01.2005 | Final | Lokomotiv Moskva (Rusiya) | 1:2 | |
14-cü Birlik Kuboku – Moskva 2006 | |||||
14 | 14.01.2006 | Qrup | Vaxş (Tacikistan) | 3:0 | |
15 | 15.01.2006 | Qrup | Metallurq (Latviya) | 2:1 | |
16 | 17.01.2006 | Qrup | Aktobe (Qazaxıstan) | 1:1 | |
17 | 18.01.2006 | 1/4 | Paxtakor Daşkənd (Özbəkistan) | p. 4:2 | |
18 | 20.01.2006 | 1/2 | Pünik (Ermənistan) | +:-(3:0) | |
19 | 22.01.2006 | Final | Kaunas (Litva) | 4:2 |
Reytinqi
[redaktə | mənbəni redaktə et]UEFA reytinqində
[redaktə | mənbəni redaktə et]Mənbə: kassiesa.home
Son yenilənmə: 24 iyul 2014
Sıra | Komanda | Xal |
---|---|---|
178 | Zorya Luqansk | 8.233 |
179 | Arsenal Kiyev | 8.233 |
180 | Den Haaq | 8.129 |
181 | Neftçi Bakı | 8.075 |
182 | Slask Vroçlav | 8.050 |
183 | Videotan | 7.875 |
184 | Anortosis | 7.860 |
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının reytinq cədvəlində
[redaktə | mənbəni redaktə et]2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 380,5 xal ilə Azərbaycan klubları arasında 1-ci, dünyada isə 314-cü pillədə başa vurmuşdur.[51]
2012-ci il sentyabrın 3-də açıqlanan klubların yeni reytinq cədvəlində 73 xalla Azərbaycan klubları arasında 1-ci, dünyada isə 305-ci pillədə başa vurmuşdur.[52]
2013-cü il martın 4 açıqlanan reytinqdə 92,5 xalla Azərbaycan klubları arasında 1-ci olan "Neftçi" komandası, dünya klubları arasında isə 180-ci pillə qərarlaşmışdır.[53]
Fərdi nəticələr
[redaktə | mənbəni redaktə et]Oyunçular | Dövrlər | Oyun sayı | Qollar | |
---|---|---|---|---|
1 | Samir Ələkbərov | 1987–94; 1995–98 | 251 | 138 |
2 | Anatoli Banişevski | 1964–1978 | 288 | 136 |
3 | Yunis Hüseynov | 1984–92; 1993–98 | 295 | 101 |
4 | Eduard Markarov | 1961–70 | 251 | 96 |
5 | Vladimir Mikuçadze | 1951–60 | 174 | 88 |
6 | Nikolay Smolnikov | 1967–79 | 338 | 86 |
7 | İqor Ponomaryov | 1978–81; 1983–88 | 226 | 70 |
8 | Qurban Qurbanov | 1996–98; 2001; 2004–05 | 80 | 69 |
9 | Maşallah Əhmədov | 1977–89 | 260 | 64 |
10 | Əli Əbilzadə | 1950–60 | ???? | 62 |
Oyunçular | Dövrlər | Oyun sayı | Qollar | |
---|---|---|---|---|
1 | Sergey Kramarenko | 1964–1975; 1977–81 | 372 | 0 |
2 | Nikolay Smolnikov | 1967–79 | 338 | 86 |
3 | Əsgər Abdullayev | 1979–91 | 319 | 1 |
4 | Yunis Hüseynov | 1984–92; 1993–98 | 295 | 101 |
5 | Anatoli Banişevski | 1964–78 | 288 | 136 |
6 | İsgəndər Cavadov | 1977–82; 1983–88 | 277 | 53 |
7 | Kazbek Tuayev | 1961–70; 1971–72 | 277 | 58 |
8 | Maşalla Əhmədov | 1977–89 | 260 | 64 |
9 | Arif Əsədov | 1985–93; 1995–97; 2000–2002 | 258 | 5 |
10 | Samir Ələkbərov | 1987–94; 1995–98 | 251 | 138 |
Prezidentləri
[redaktə | mənbəni redaktə et]Əvvəllər klubda belə Prezident vəzifəsi yox idi və komanda birbaşa olaraq, Mərkəzi Komitədən idarə olunurdu. 1988-ci ildə SSRİ-də yenidənqurmanın təsiri ilə "Neftçi" də digər klublar kimi peşəkar futbol klubu statusu aldı və kluba ilk prezident seçildi.[54]
|
Uğurlu məşqçiləri
[redaktə | mənbəni redaktə et]Baş məşqçilər | Dövrlər | Kuboklar |
---|---|---|
Əhməd Ələsgərov | 1992 | Azərbaycan Premyer Liqası |
Vaqif Sadıqov | 1993–95 | 2 Azərbaycan Kuboku, 2 Azərbaycan Superkuboku |
Kazbek Tuayev | 1996–97, 1998–99, 2003–04 | 3 Azərbaycan Premyer Liqası, 2 Azərbaycan Kuboku |
Ağasəlim Mircavadov | 2004–06 | Azərbaycan Premyer Liqası, Birlik Kuboku |
Böyükağa Hacıyev | 2011–13, 2014 | 2 Azərbaycan Premyer Liqası, 2 Azərbaycan Kuboku |
Arif Əsədov | 2010–11, 2014–2015 | Azərbaycan Premyer Liqası |
Rəhbərlik və məşqçilər
[redaktə | mənbəni redaktə et]Rəhbərlik
[redaktə | mənbəni redaktə et]- Sonuncu dəfə 1 oktyabr 2024 tarixində yeniləndi
Vəzifə | Adı[56] |
---|---|
Baş icraçı direktor | Cenk Sümər |
İdman üzrə müşavir | Kamil Məmmədov |
Futbol komandaları və əməliyyatları üzrə direktor | Zaur Əzizov |
Əməliyyatlar üzrə direktor | Namiq Əlizadə |
Media üzrə koordinator | Rüstəm Əfsərli |
Mətbuat katibi | Asəf Zeynallı |
Maliyyə direktoru | Məmməd Hacıyev |
İnsan resursları, kargüzarlıq və və lisenziyalaşdırma şöbəsinin rəisi | Gülnarə Adıgözəlova |
"A" komandanın meneceri | Qədir Həsənov |
Satınalma üzrə koordinator | Elgün Məmmədov |
Müşahidə Şurası
[redaktə | mənbəni redaktə et]Məşqçilər heyəti
[redaktə | mənbəni redaktə et]Vəzifə | Adı |
---|---|
Baş məşqçi | Samir Abbasov |
Populyar mədəniyyətdə
[redaktə | mənbəni redaktə et]Rusiyanın dövlət Bədən tərbiyəsi və İdman Komitəsi, "Rusiya peşəkarları" işçi jurnalının "Sovet futbolununu tarixi" layihəsi çərçivəsində "Peşəkar" nəşriyyatı tərəfindən nəşr olunmuş kitabda "Neftçi PFK" SSRİ çempionatlarının ən güclü komandaları siyahısında yer alıb. Kitabın "Neftçi" PFK-ya aid hissəsində, Azərbaycanda idmana eləcə də futbola dövlət səviyyəsində diqqət və qayğının göstərildiyi vurğulanıb. Məqalədə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında 2005–2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın uğurla icra edilməsi qeyd olunub.
"Neftçi"nin tarixi uğurlarından bəhs olunan hissədə, klubun son illərdə qazandığı nailiyyətlər öz əksini tapıb. Sadıq Sadıqovun kluba prezident təyin edilməsindən sonra ardıcıl 3 dəfə ölkə çempionluğunu qazanmış "Neftçi PFK"-nın, Avrokuboklarda tarixi ilki gerçəkləşdirməsi haqqında geniş məlumat verilib. Bununla yanaşı kitabda komandamızın Avropa Liqasında "İnter", "Rubin" və "Partizan" kimi rəqiblərlə oyunlarından fotolar öz əksini tapıb.[57]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Bürünc "Neftçi" (film, 1966)
- "Neftçi"-87 (film, 1987)
- Qafqaz derbisi (Neftçi-Ararat)
- Neftçi - Kəpəz rəqabəti
- Neftçi - Xəzər Lənkəran rəqabəti
- Neftçi - Qarabağ rəqabəti
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2021-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.
- ↑ "«Нефтчи» стал первым азербайджанским футбольным клубом, вышедшим в групповой этап еврокубков - ФОТО". 1news.az.
- ↑ "Neftçi" tarixi uğuru yenə təkrarlayacaq. sport.sia.az". 2014-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-05.
- ↑ ""Neftçi" 80 ildə nə qazandı, nə itirdi?". sportline.az. 19 yanvar 2017. 2017-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-27.
- ↑ 1 2 3 4 ""Neftçi"nin tarixindən: yüksəlişdən enişə - Ən son idman xəbərləri". sportline.az. 28 may 2016.
- ↑ "Neftçi"nin tarixi. neftchimedia.az Arxivləşdirilib 2013-12-28 at the Wayback Machine (az.)
- ↑ ""Neftçi" – 75 il əvvəl və indi. apasport.az". 2014-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-24.
- ↑ Кубок СССР 1937. 1/64 финала. 24 мая 1937. Нефтяник (Баку) — Динамо (Ереван) 1:0 Arxivləşdirilib 2012-11-13 at the Wayback Machine. fc-dynamo.ru (rus.)
- ↑ Кубок СССР 1936–1939 (Травкин Н., Добронравов И.) & Ткачук И.А. (rus.)
- ↑ Кубок СССР 1949. 1–4. 25 октября 1949. Торпедо (Москва) — Нефтяник (Баку) Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine. fc-dynamo.ru (rus.)
- ↑ "Supersport.az". supersport.az. 2015-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
- ↑ ""Neftçi" – SSRİ. apasport.az". 2014-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-05.
- ↑ "Superkubok xatirələri. apasport.az". 2014-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-06.
- ↑ "Sportal.az xəbər protalı". www.sportal.az. 2013-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-06.
- ↑ "Neftçi" "Birlik Kuboku"nu qazandı. azadliqradiosu.az Arxivləşdirilib 2014-01-10 at the Wayback Machine (az.)
- ↑ "Arif Əsədov tarixə düşdü. apasport.az". 2011-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-05.
- ↑ "Neftçi take title honours in Azerbaijan. uefa.com". 2016-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-06.
- ↑ "Neftchi are Azerbaijani champions. news.az". 2011-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-06.
- ↑ "Neftçi take honours in Azerbaijan. uefa.com". 2014-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-07.
- ↑ "Нефтчи — чемпион второй год подряд. azerifootball.com". 2017-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-07.
- ↑ "TARİX YAZILDI!!!! NEFTÇİ QRUP MƏRHƏLƏSİNDƏ!!! korner.az". 2014-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-05.
- ↑ "History: APOEL-Neftçi | UEFA Europa League 2012/13". UEFA.com. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
- ↑ "«Neftçi» Avroliqada özünü necə göstərdi?". 7 dek 2012. 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05 – www.azadliq.org vasitəsilə.
- ↑ "Neftçi"nin Avropa macərası bitdi. zaman.az Arxivləşdirilib 2014-01-10 at the Wayback Machine (az.)
- ↑ Böyükağa Hacıyev Mehman Allahverdiyevə çatdı. apasport.az Arxivləşdirilib 2014-01-10 at the Wayback Machine (az.)
- ↑ Neftçi qızıl dubl etdi. azefutbol.com Arxivləşdirilib 2015-02-15 at the Wayback Machine (az.)
- ↑ "Skënderbeu strike late to end Neftçi resistance | UEFA Champions League". UEFA.com. 23 iyul 2013. 2023-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
- ↑ "Ayna.az". Ayna.az. 2024-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
- ↑ "Neftçi Tərlan Əhmədova 5 turluq şans verdi". www.azerisport.com. 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-01.
- ↑ "Tərlan Əhmədov istefaya göndərildi. futbolmedia.az". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-07.
- ↑ Nazim Süleymanov "Neftçi"də! avrofutbol.com Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (az.)
- ↑ "Nazim Süleymanov istefa verdi. qol.az". 2016-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-08. (az.)
- ↑ Bu gün klubdaxili iclas keçirilib. neftchipfk.com Arxivləşdirilib 2015-10-04 at the Wayback Machine (az.)
- ↑ "Neftçi Kubokun altıqat qalibidir". www.azerisport.com. 2022-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-01.
- ↑ "Böyükağa Hacıyev rəsmən istefa verdi. rekord.az". 2014-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-13.
- ↑ ""Neftçi"nin yeni baş məşqçisinin adı məlum oldu. rekord.az". 2014-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-13.
- ↑ "Neftçi"nin loqosu. neftchipfk.az Arxivləşdirilib 2014-01-13 at the Wayback Machine (az.)
- ↑ "Azərbaycan futbolunun flaqmanı "Neftçi" "Qalatasaray"la qarşılaşa bilər". 2016-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-19.
- ↑ ""Neftçi"nin vitse-prezidenti "Qarabağ"ın "xalq komandası" adlandırılmasına münasibət bildirib". 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-19.
- ↑ Neftçi "8 km stadionu"nu 8 qolla açdı. azefutbol.com [ölü keçid] (az.)
- ↑ ""Neftçi" "İsmət Qayıbov"a nə vaxt köçəcək?". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-19.
- ↑ "Кому нужен азербайджанский футбол?". 2014-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-19.
- ↑ "Cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev də "Neftçi"yə dəstək oldu". www.olimpiya.az (Azerbaijani). 8 November 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 November 2014.
- ↑ "Keçmişə Salam 08.04.2013". ANS TV (Azerbaijani). 8 April 2013. 28 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 April 2013.
- ↑ "Дело — за первой сборной". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-19.
- ↑ "Anar Nağılbaz Azərbaycanda hansı kluba azarkeşlik edir?". 2015-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-23.
- ↑ ""Xəzər Lənkəran" — "Neftçi" rəqabəti — STATİSTİKA. rekord.az". 2013-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-30.
- ↑ "Modern.az İnformasiya Agentliyi". modern.az. 2023-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-01.
- ↑ "Neftçi" — "Qarabağ": Derbinin tarixi və tarixlərdə derbi. avrofutbol.com Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (az.)
- ↑ "Fanat.az". fanat.az. 2024-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
- ↑ "Reytinqə sözardı, yaxud "Neftçi" "Qarabağ"ı necə keçdi? apasport.az". 2022-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-06.
- ↑ "Neftçi" iri addımlarla irəliləyir. apasport.az". 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-03.
- ↑ "Neftçi" dünya klublarının reytinq siyahısında irəliləyib. az.apa.az Arxivləşdirilib 2013-03-07 at the Wayback Machine (az.)
- ↑ Ağ-qara film Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine. topsport.az, 31.03.2015 (az.)
- ↑ ""Neftçi" son 10 ildə — ARAŞDIRMA. apasport.az". 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-10.
- ↑ "Neftçi" PFK-nın Rəhbərliyi. Arxivləşdirilib 2022-08-14 at the Wayback Machine neftchi.az (az.)
- ↑ "Neftçi SSRİ çempionatının ən güclü komandaları siyahısında (FOTO)" (az.). azerisport.com. 2013-09-30. 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-29.