Azərbaycan milli parkları — Vikipediya
Azərbaycan milli parkları — Azərbaycan Respublikasının ərazisində yerləşən milli parklar.
Tarixi
[redaktə | mənbəni redaktə et]Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmazdan əvvəl Azərbaycanda milli parklar mövcud deyildi. Azərbaycanda milli parklar 2003-cü ildən etibarən yaradılmağa başlayıb. 2003-cü ildə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Akademik Həsən Əliyev adı verilən Zəngəzur Milli Parkı, Şirvan Milli Parkı, Ağgöl Milli Parkı, 2004-cü ildə Hirkan Milli Parkı, Altıağac Milli Parkı, 2005-ci ildə Abşeron Milli Parkı, 2006-cı ildə Şahdağ Milli Parkı, 2008-ci ildə Göygöl Milli Parkı, 2012-ci ildə isə Samur-Yalama Milli Parkı yaradılıb.
2008-ci ildə Hirkan Milli Parkının ərazisi 13.037 hektar genişləndirilərək 29.760 hektardan 42.797 hektara, 2010-cu ildə Şahdağ Milli Parkının ərazisi 14.613,1 hektar genişləndirilərək 115.900 hektardan 130.508,1 hektara çatdırılıb.
Hazırda milli parklar 310.136,5 hektarlıq ərazi ilə Azərbaycan ərazisinin 3,58%-ni təşkil edir.
Bununla yanaşı, yeni milli parkların, dövlət təbiət qoruqlarının yaradılması istiqamətində müvafiq işlər davam etdirilərək, Qızılağac dövlət təbiət qoruğunun ərazisinin genişləndirilərək dənizkənarı milli parkın yaradılması nəzərdə tutulmuşdur. Eyni zamanda Almaniya Federal Hökumətinin dəstəyi ilə "Qafqaz təşəbbüsü" proqramı çərçivəsində Samur-Yalama Milli Parkının layihəsi işlənilmiş və icrasına başlanılmış, 2012-ci ildə milli parkın yaradılmasıyla tamamlanmışdır.
Adı | Quruluş tarixi | Ərazisi (km²) | Rayonlar | Xəritədə | |
---|---|---|---|---|---|
1. | Zəngəzur Milli Parkı | 16 iyun 2003 | 427,97 km² | Ordubad | |
2. | Ağgöl Milli Parkı | 5 iyul 2003 | 179,24 km² | Ağcabədi Beyləqan | |
3. | Şirvan Milli Parkı | 5 iyul 2003 | 543,73 km² | Salyan Neftçala | |
4. | Hirkan Milli Parkı | 9 fevral 2004 | 427,97 km² | Lənkəran Astara | |
5. | Altıağac Milli Parkı | 31 avqust 2004 | 110,35 km² | Xızı Siyəzən | |
6. | Abşeron Milli Parkı | 8 fevral 2005 | 7,83 km² | Bakı | |
7. | Şahdağ Milli Parkı | 8 dekabr 2006 | 1305,08 km² | Quba Qusar İsmayıllı Qəbələ Oğuz Şamaxı | |
8. | Göygöl Milli Parkı | 1 aprel 2008 | 127,55 km² | Göygöl | |
9. | Samur-Yalama Milli Parkı | 5 noyabr 2012 | 117,72 km² | Xaçmaz | |
10. | Qızılağac Milli Parkı | 26 sentyabr 2018 | 990 km² | Lənkəran |
Coğrafi mövqeyi
[redaktə | mənbəni redaktə et]Şəkillər
[redaktə | mənbəni redaktə et]- Hirkan Milli Parkı
- Zəngəzur Milli Parkı
- Şahdağ Milli Parkı
- Ağgöl Milli Parkı
- Altıağac Milli Parkı
- Şirvan Milli Parkı
- Göygöl Milli Parkı
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ekologiya və Təbii Sərvətlər Nazirliyi - Azərbaycan Respublikasında Milli parklar Arxivləşdirilib 2011-09-25 at the Wayback Machine
- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi - Azərbaycan Respublikasında Milli parklar