Azərbaycandakı ən yüksək dağ zirvələri — Vikipediya
Böyük Qafqaz dağ sistemi
[redaktə | mənbəni redaktə et]Böyük Qafqaz dağ sistemi Baş Qafqaz (silsilənin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir buna görə o, bəzən də Suayrıcı silsilə adlanır) və Yan silsilələrinin Azərbaycan hissəsinə, Xəzər dənizinə tərəf getdikcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə, Baş Qafqaz silsiləsinin cənub yamacına paralel uzanan Alazan-Əyriçay çökəkliyinə, Yan silsiləyə şimal-qərbdə paralel istiqamətdə Tələbi-Qaynarca tirəsinə, cənub-şərqdə Baş Qafqaz silsiləsindən Lahıc çökəkliyilə ayrılan Niyaldağ silsiləsinə bölünür:[1]
Yüksəkliyi (metr) | Adı | Silsilə | Qeyd |
---|---|---|---|
4466[2] | Bazardüzü | Baş Qafqaz | Suayrıcı silsilə |
4301[3][4] | Zəfər zirvəsi | Baş Qafqaz | Suayrıcı silsilə |
4243 | Şahdağ | Yan silsilə | |
4206 | Tufandağ | Baş Qafqaz | Suayrıcı silsilə |
4126[2] | Bazaryurd | Baş Qafqaz | Suayrıcı silsilə |
4116[2] | Yarıdağ | Yan silsilə | Suayrıcı silsilə |
4079[2] | Çarındağ | Baş Qafqaz | Suayrıcı silsilə |
4062[2] | Çingiz Mustafayev zirvəsi | Yan silsilə | |
4042[2] | İlham zirvəsi | Yan silsilə | |
4020[2] | Raqdan | Baş Qafqaz | Suayrıcı silsilə |
Kiçik Qafqaz dağ sistemi
[redaktə | mənbəni redaktə et]Kiçik Qafqaz dağ sistemi Azərbaycan Respublikasındakı hissəsi Murovdağ, Qarabağ, Mıxtökən silsilələri, Şahdağ, Şərqi-Göyçə, Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsi, vulkanik Qarabağ yaylasının çox hissəsi, Başkənd-Dəstəfur çökəkliyi və s. ibarətdir.[1]
Yüksəkliyi (metr) | Adı | Silsilə | Qeyd |
---|---|---|---|
3906[2] | Qapıcıq dağı | Zəngəzur silsiləsi | |
3865[2] | Alagöz | Zəngəzur silsiləsi | |
3827[2] | Yağlıdərə dağı | Zəngəzur silsiləsi | |
3814[2] | Qazangöldağ | Zəngəzur silsiləsi | |
3754[2] | Sarıdərə dağı | Zəngəzur silsiləsi | |
3724[2] | Gamışdağ | Murovdağ silsiləsi | |
3613[2] | Dəlidağ | Mıxtökən silsiləsi | |
3560[2] | Dəvəboynu dağı | Zəngəzur silsiləsi | |
3549[2] | Qoşabulaq dağı | Şahdağ silsiləsi | |
3437[2] | Kəti dağı | Şərqi Göyçə silsiləsi | |
3367[2] | Hinaldağ | Şahdağ silsiləsi | |
3364[2] | Əlincə dağı | Zəngəzur silsiləsi |
Talış dağ sistemi
[redaktə | mənbəni redaktə et]Talış dağ sistemi Aşağı Araz çökəkliyindən cənub-şərqdə yerləşir (bəzi tədqiqatçılar Talış dağlarını Əlburz dağ sisteminin şimal-qərb davamı hesab edirlər). Əsasən, şimal-qərbdən cənub-şərqə təqribən paralel uzanan Talış, Peştəsər və Burovar silsilələrindən ibarətdir. Bunlardan ən uzunu (təqr. 100 km) və hündürü (2500 m-dək) İranla dövlət sərhədi boyu uzanan Talış silsiləsidir. Talış dağ sisteminin ən hündür nöqtələri Gömürgöy (2493 m) və Qızyurdu (2433 m) zirvələridir. Talış dağları ilə Xəzər dənizi arasından Lənkəran ovalığı uzanır.[1]
Yüksəkliyi (metr) | Adı | Silsilə | Qeyd |
---|---|---|---|
2493[2] | Gömürgöy | Talış silsiləsi | |
2433[2] | Qızyurdu | Talış silsiləsi |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Azərbaycan – Relyef Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine Azerbaijan.az
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 Azərbaycan Dağ Zirvələri Arxivləşdirilib 2016-02-15 at the Wayback Machine Tourism.az
- ↑ "Bazardüzü zirvəsinin şərqindəki adsız yüksəkliyə "Zəfər zirvəsi" adı verilib" (az.). Archived from the original on 2022-01-08. İstifadə tarixi: 8.01.2022.
- ↑ "Исрафил Ашурлы о восхождении на «Zəfər zirvəsi»: Снежный склон под моими ногами поехал вниз, увлекая меня за собой" (az.). Archived from the original on 2022-01-08. İstifadə tarixi: 8.01.2022.