Milli Təhlükəsizlik Nazirliyi (Azərbaycan) — Vikipediya

Milli Təhlükəsizlik Nazirliyi
  • Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 1 noyabr 1991
Əvvəlki qurum Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi
Ləğv edilib 14 dekabr 2015
Sonrakı
Tabelik Azərbaycan Respublikası Prezidenti
Baş qərargah Bakı Bakı
Ünvan Parlament Prospekti 2, AZ1006
Rəsmi saytı mns.gov.az

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və ya qısaca MTN — 1991–2015-ci illər ərzində kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı.[1]

Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirliyin əsasnaməsini və normativ-hüquqi aktlarını rəhbər tutmuşdur. Nazirlikdə işləmək üçün Milli Təhlükəsizlik Nazirliyi Heydər Əliyev adına Akademiyasına daxil olub burada təhsil ala bilərdilər.

Milli Təhlükəsizlik Nazirliyinin rəsmi internet saytı Nazirliyin başlıca fəaliyyət istiqamətləri barədə məlumatların ölkə və dünya ictimaiyyətinə ilk mənbədən çatdırılmasına xidmət etmişdir.[2]

Milli təhlükəsizlik nazirləri

[redaktə | mənbəni redaktə et]

Vəzifəni icra edənlər

[redaktə | mənbəni redaktə et]
  1. "MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ LƏĞV OLUNDU, 2 YENİ QURUM YARADILDI. azpolitika.info". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-06.
  2. "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi. azerbaijans.com". 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-06.