Böyük Britaniya Silahlı Qüvvələri — Vikipediya
| ||
British Armed Forces | ||
Silahlı qüvvələr | Britaniya Ordusu | |
Baş komandir | III Çarlz | |
Müdafiə naziri | Sir Michael Fallon | |
Baş Qərargah rəisi | Sir Stuart Peach | |
Əsgərlərin sayı | 153,470 | |
Əsgərlik yaşı | 16 | |
Hərbi büdcə | GBP £46 milyard[1] 2016–17 |
Böyük Britaniya Silahlı Qüvvələri (rəsmi adı ilə Əlahəzrətlərinin Silahlı Qüvvələri, digər adı Kral Silahlı Qüvvələri[2][3][4]). — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını kənardan gələ biləcək təhlükələrdən qorumaqla vəzifəli silahlı qüvvələrdir. Silahlı qüvvələr donanma, Quru Qüvvələri və hava qüvvələrindən ibarətdir. Bu hər üç orqan peşəkar əsgərlərdən təşkil olunub.
Mövcud baş komandan kral ailəsi təmsilçisi kimi kraliça II Yelizavetadır. Bu kral üzvləri tərəfindən də qəbul edilməkdədir. İngilis konstitusiya hüququnda silahlı qüvvələr birbaşa krala tabedir. Silahlı qüvvələrin büdcəsi parlamentin razılığı ilə formalaşdırılır. 1689-cu ildə qəbul edilən qanuna görə, silahlı qüvvələrə müharibə etmək səlahiyyətini ancaq məclis verə bilər.[5] Kral bunu təkbaşına edə bilməz. Uzun müddətdir qüvvədə olan konstitusiya qanununa görə baş nazir faktiki olaraq silahlı qüvvələrin fəaliyyəti ilə bağlı qəti səlahiyyət sahibidir.
Silahlı qüvvələr, Müdafiə Şurası, Müdafiə Nazirliyi və Müdafiədən Cavabdeh Dövlət Naziri tərəfindən müştərək şəkildə idarə edilir. Silahlı qüvvələrin əsas vəzifəsi İngilis ana vətənini qorumaqla birlikdə krallığa bağlı xarici torpaqlarda da təhlükəsizliyi təmin etmək və beynəlxalq sülhü qoruma səylərini dəstəkləməklə də vəzifəlidir.[3] Silahlı qüvvələrə bağlı birliklər, NATO və digər koalisiya əməliyyatlarında fəal və müntəzəm şəkildə çıxış edir.
Silahlı qüvvələr Birinci Dünya müharibəsi, İkinci Dünya müharibəsi, Koreya müharibəsi, Kosovo müharibəsi və Folklend müharibəsində aktiv iştirak etmiş və bu müharibələrin nəticələrində mühüm rol oynamışdır.
Silahlı qüvvələr 2000-ci ildən sonra ABŞ-nin müttəfiqi olaraq Əfqanıstan müharibəsi və İraq müharibəsində iştirak etdi. Həmçinin silahlı qüvvələrin İngiltərə xaricində, Merac adaları, Beliz, Bruney, Kanada, Dieqo Garcia, Folklend adaları, Almaniya, Cəbəli-Tariq, Keniya, Qətər və Kiprdə hərbi bazaları yerləşir.
Böyük Britaniya 1952-ci ildə yerin altında ilk nüvə silahı sınağı olan Qasırğa əməliyyatı ilə ABŞ və SSRİ-dən sonra Dünyada nüvə gücünü əldə edən üçüncü ölkə oldu. Bu gün Birləşmiş Krallıq dünyada nüvə silahına malik 9 ölkədən biri olmaqla cəmi 215 ədəd nüvə döyüş başlığına malikdir. Bunlardan 120-si fəal olaraq müəyyən bölgələrə yerləşdirilmişdir.[6] Bundan başqa, donanmanın əlində nüvə başlıqlı sualtı gəmi raketi var. Bu baxımdan Böyük Britaniya Silahlı Qüvvələri ABŞ Dəniz Qüvvələrindən sonra 2-ci yerdədir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ [1] Arxivləşdirilib 2016-07-28 at the Wayback Machine 2016 Budget (16 mart 2016) – see Chart 1 on page 9
- ↑ Also referred to as the Armed Forces of the United Kingdom.
- ↑ 1 2 The Mission of the Armed Forces Arxivləşdirilib 2007-02-02 at the Wayback Machine, armedforces.co.uk
- ↑ Armed Forces Act 1976, Arrangement of Sections Arxivləşdirilib 2016-04-10 at the Wayback Machine, raf.mod.uk
- ↑ "Bill of Rights 1689". Wikisource. 15 sentyabr 2015 tarixində mənbəyindən arxivləndi. Çıxış tarixi: 5 avqust 2011.
- ↑ "Status of World Nuclear Forces" (2016-cı ilin göstəriciləri əsas götürülüb). 2 yanvar 2017 tarixində mənbəyindən arxivlənib.