Bacoğlu — Vikipediya

Tarixi Azərbaycan əraziləri
Bacoğlu
Ümumi məlumatlar
Bölgə Şörəyel mahalı
İndiki adı Haykavan
Adının dəyişdirilmə tarixi 1945
Əhalisi 1,286 (2008)
Saat qurşağı
Xəritədə yeri
Bacoğlu xəritədə
Bacoğlu
Bacoğlu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bacoğlu — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd[1].[2].

Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. Toponim nəsil adı əsasında formalaşmışdır. Patronomik toponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək Haykavan qoyulmuşdur.

1918-ci ildə qazaxların Qarapapaq tayfasından ibarət əhalisi qovulmuş və 1915-1918-ci illərdə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Sonra əhalinin bir hissəsi geri qayıtmışdır. 1930-cu ildə əhali başqa azərbaycanlı kəndlərinə köçmüşdür[3] [4]. Bundan sonra orada ermənilər yerləşmişlər. 1935-ci ildə kənd ermənicə Haykavan adlandırılmışdır. XIX əsrdə Qars əyalətinin Kaqızman dairəsində Becuuklui kəndi, Qars əyalətinin Oltin dairəsində Becukli kəndi və Quba qəzasında Bıjqulu dağ adları [5] ilə eynidir. Əhalinin hərəkəti ilə əlaqədar olaraq gətirilmə addır. Mə'nası mə'lum deyil. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Баҹоғлу // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 150.

Kənddə 1886-cı ildə 391, 1897-ci ildə 543 nəfər, 1904-cü ildə 600 nəfər, 1914-cü ildə 698 nəfər azərbaycanlı yaşamışdır[6]. Z.Qorqodyanın əsərində azərbaycanlılar qarapapaq adı ilə verilir. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunur. Türkiyədən ermənilər köçürülərək burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz evlərinə dönə bilmişdir. Burada ermənilərdən başqa, 1922-ci ildə 23 nəfər, 1926-cı ildə 28 nəfər azərbaycanlı yaşamışdır[7]. 1928-29-cu illərdə azərbaycanlılar tamamilə başqa kəndə köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır.

  1. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. Bayramov A.Ə. Qədim Oğuz ellərinin-Ağbaba, Şərəyəl və Pəmbək bölgələrinin yer-yurd adları Bakı, 1996.
  4. Шавров И.И. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам. Спб., 1911.
  5. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  6. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.40, 123 (erm.)
  7. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.40-41, 122-123 (erm.)