Baltacı Araz — Vikipediya

Baltacı Araz
Doğum adı Məhəmməd Məhəmmədəli oğlu
Təxəllüsü Baltacı Araz
Doğum tarixi 23 oktyabr 1953(1953-10-23)
Doğum yeri
Vəfat tarixi 25 iyun 2012(2012-06-25) (59 yaşında)
Vəfat yeri
Vəfat səbəbi infarkt
Milliyyəti Azərbaycan türkü
Uşağı iki oğlu var
Atası Məhəmmədəli Həmzəoğlu
Anası Səfiyə Abdullaqızı
Təhsili Memar Sinan Gözəl Sənətlər Universiteti
Fəaliyyəti şair
Əsərlərinin dili Azərbaycan türkcəsi
otay-butay-vetendir.com

Baltacı Araz və ya Məhəmməd Məhəmmədəli oğlu (23 oktyabr 1953, Mərənd, Şərqi Azərbaycan ostanı25 iyun 2012, Almaniya Federativ Respublikası) — azərbaycanlı şair.

Baltacı Araz adı ilə tanınan Məhəmməd Məhəmmədəli oğlu 1953-cü il oktyabr ayının 23-də Cənubi Azərbaycanın, Mərənd bülgəsində yerləşən Yuxarı Dizə kəndində dünyaya gəlmişdir. Orta təhsilini doğma Mərənd şəhərində başa çatdırdıqdan sonra 1975–1979-cu illərdə İstanbulun Memar Sinan Gözəl Sənətlər Universitetində ali təhsil almışdır.

1979-cu ildə ana yurduna döndükdən sonra solçu təşkilatın üzvü kimi əvvəlcə şah rejiminə, sonralar isə islam hakimiyyətinə qarşı mubarizə apardığı illərdə eyni zamanda ədəbi çalışmaları ilə də məşğul olmuşdur. Həmin illərdə ilk şeirləri Tehranda yayılan "Yoldaş" dərgisində işıq üzü görmüşdür.

1990-cı ildə ölüm təhlükəsi qarşısında ana yurdu Mərəndi tərk etmək məcburiyyətində qalmış, Almaniyaya sığınaraq siyasi fəaliyyətini burada davam etdirmişdir.

Baltaçı Araz öz məqalə və şeirlərində Pəhləvi sülaləsi zamanı, eləcə də həmin təfəkkürün davamı olan bugünkü Iran İslam Respublikasında fars şovinizminin hegemonluğu və basqısı altında milli və dini zülmə məruz qalmış Azərbaycanın və Azərbaycan Türklərinin problemlərini, tapdalanmış doğal haqlarını dilə gətirmiş, yazdığı əsərlərində Azərbaycanın özgürlük məfkurəsinin bilimsəl, fəlsəfi, siyasi, hüquqi, iqtisadi, … əsaslarının nəzəri təhlilini vermişdir.

Şair yaradıcılığında parçalanmış bir xalqın ana yurdundan danışır. Güney ilə Quzey Azərbaycanın bütövləşməsi haqqında düçüncəsini ortaya qoyur.

Şair yazır: "Otay ilə butay vahid bir candır, Adı odlar yurdu AZƏRBAYCANdır!"

Şair "O tay, bu tay Vətəndir" adlı əsərində oxucuya bütöv Azərbaycan ideyasını aşılayır, millətimizin siyasi və milli baxımdan şüurlanması işinə öz payını verir. O, bu əsərini xalqımızın bütöv Azərbaycan arzusunu, istəyini yansıdan və yurdsevər ürəklərdə bütöv Azərbaycan bayrağını dalğalandıran Gülüstan poemasının yaradıcısı olan unudulmaz xalq şairimiz Bəxtiyar Vahabzadəyə ithaf etmişdir.

Şair Baltaçı Arazın digər önəmli əsəri "Uyqarlaş" adlı kitabıdır. Şair bu əsərində insanları uyqar, mədəni və çağdaş olmağa, öz haqlarını tanıyıb qorumağa çağırır. O, Azərbaycan Türk xalqını İslamın gerici ehkamlarına, irqçi Firdovsisayağı baxışlara uymamağa səsləyir. O, qadın haqqında dargörüşlü baxışları, Türk kültürünə və ictimaiyyətinə aşılanmış irticaçı və geridəgalmış düşüncəni tanıdır, çağdaş insana yaraşan baxışlarını ortaya qoyur. Onun fikrincə, qadın azadlığı hər ülkədə onun mədəniyyəti və insan haqlarını tanımaq ölçüsüdür. Şair deyirdi, azad ana azad övlad yetişdirər, insansevərliyi və özgürlüyü onun ruhuna aşılıyar. Azad ruhlu insan kölə olmaz, kölə etməz və hər zaman öz haqqını arayıb alar.

Baltaçı Araz ömrünün sonunadək Güney Azərbaycanın özgürlüyü, eləcə də erməni daşnakları tərəfindən işqal olunmuş Qarabağın azadlığı uğrunda qələmi ilə mubarizə aparmışdır. Bu məsələlər haqqında hazırladığı "Təbriz ilə Qarabağımızı kim qurtaracaq?" adlı kitabında o taylı-bu taylı soydaşlarımızın ortaq dərdi – işğalda olan torpaqlarımızı düşünmək və birgə çıxış yolu ilə bağlı düşüncə və fikirlərini yazmışdır.

Ürəyi xalqla döyünən şairimiz ömrünün son dəqiqələrində Azərbaycana həsr etdiyi növbəti şeirini yazarkən 2012-ci il iyunun 25-də, səhər saat 5:00-da ürək infaktı geçirərək dünyasını dəyişmişdir. Şair 2012-ci il iyunun 28-də Almanıyanın Münster şəhərindəki Lauheide məzarlığında torpağa tapışırılıb. Yurdsevər Güney Azərbaycanın istiqlal şairi Baltacı Arazdan aşağıdakı əsərlər yadigar qalmışdır: Şair öz səmərəli yaşamını sevdiyi vətəninin və xalqının azadlığı yolunda ərmağan qoymuşdur. Onun əsərləri 2004-cü ildən etibarən Azadtribun və Solgunaz internet sitələrində yayımlanmaqdadır.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
  • 1 — Uyqarlaş!
  • 2 — Otay, Butay Vətəndir
  • 3 — Təbriz ilə Qarabağı kim qurtaracaq?
  • !اویقارلاش
  • اوتای، بوتای وطندیر
  • آذربايجانی ايستيقلال قورتارار
  • آذربایجان حاملهً انقلاب است