Bazarcıq (Ermənistan) — Vikipediya

kənd
Bazarcıq
40°27′26″ şm. e. 44°22′27″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Abaran mahalı
Rayon Abaran rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.850 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 617 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Bazarcıq xəritədə
Bazarcıq
Bazarcıq

Bazarcıqİrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.[2][3]

Rayon mərkəzindən 15 km cənub-qərbdə, İrəvan-Abaran yolunun sol tərəfində, Abaran çayının sağ sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəfətəri"ndə[4], Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir. 1590-cı ildən mə'lumdur[6]

Toponim kiçiltmə mənası bildirən -cıq şəkilçisinin bazar (basar) türk etnoniminə[7] qoşulması yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15. VI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Arayi (Arik) qoyulmuşdur. Gətirilmə addır. Qars əyalətinin Kaqızman dairəsində Bazarcik kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.[8]

Ermənilər buraya 1829–30-cu illərdə Türkiyənin Muş, Alaşkert və Bulanixdən köçürülmüşdür[9], lakin 1878-ci ildə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid mə'lumata görə kəndin əhalisi erməni idi. 1590-cı ildən məlumdur. 1878-ci ildə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi erməni idi. 1946-cı ildə kənd ermənicə Arik adlandırılmışdır. Gətirilmə addır. Qars əyalətinin Kaqızman dairəsində Bazarcik kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис,. 1913.
  4. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.113
  5. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.28
  6. Iravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633. .
  7. Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, "Элм", 1986. s.61
  8. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Базарҹыг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  9. Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.389