Benqal körfəzi — Vikipediya

Benqal körfəzi
benq. বঙ্গোপসাগর
Ümumi məlumatlar
Sahəsi 2 172 000 km²
Uzunluğu 2 090 km
Eni 1 610 km
Dərin yeri 4 694 m
Orta dərinliyi 2 600 m
Yerləşməsi
14°56′16″ şm. e. 87°27′33″ ş. u.HGYO
Ölkələr
Yerləşməsi Hind okeanı
Benqal körfəzi (Hindistan)
Benqal
körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Benqal körfəziHind okeanının şimal-şərqində yerləşən körfəz. Sahillərində Hindistan, Banqladeş, MyanmaŞri-Lanka yerləşir. Qərbdən Hindustan yarımadasıyla, şərqdə Myanma sahilləri və Andaman və Nikobar adalarının ada qövsələri ilə məhdudlaşdırılıb. Körfəzin şimal qurtaracağında tarixi Benqaliya vilayəti yerləşir, elə körfəzin adı da bu vilayətə görə adlanıb. Dünyanın ən böyük körfəzidir.

Benqal körfəzinə Krişna, Qodaveri, Qanq, Brahmaputra, Çauveri, Mahandi , İravadiMenqxna çayları tökülür.[1]

Körfəzin şimal-şərqində isə "Cox's Bazar" adlı dünyanın ən uzun çimərliyi yerləşir (120 km),[2] bu istirahət zonası eyni adlı şəhərdədir.

Hidroloji, hidrokimyəvi və başqa parameterlərə görə Benqal körfəzi dənizlərə aid olunur

Qədim hind mətnlərinə əsasən, körfəz Mahodbahi adlanırdı. Antik xəritələrdə körfəz ya Sinus Qanqetikus yada Qanqetikus Sinus (tərcüməsi — Qanqın körfəzi) yazılırdı. Çola dövləti körfəz ətrafı əraziləri zəbt edəndə isə bura Çola gölü kimi tanınırdı. Sonralar isə Benqaliya vilayətinin şərəfinə körfəz indiki adla adlandı.

"Cox's Bazar" -ın səhər tezdən görüntüsü

Körfəzə Hind sub-qitəyə aid çoxlu çaylar axır. Onlardan ən şimalda Qanq yerləşir (onun əsas qolu Padma adlanır). Brahmaputra çayı Assamı keçərək, Banqladeşin ərazisinə daxil olur, və orada onu Camuna adlandırılar. Camuna körfəzinə axmaqdan qabaq o, Padma və Meqxna çayları ilə birləşir. Qanq, Brahmaputra və Meqhnanın ortaq deltasında iri Sundarban manqrov meşəsi formalaşıb. Bu meşə Banqladeşin və Qərbi Benqaliyanın ərazisinə dahildi. Brahmaputra 2 948 m ölçüsü ilə dünyanın ən uzun 28-ci çayıdı, çay başlanğıcını Tibetdə götürür və burada Tsanqpo adı ilə tanınır. Qanqın başqa qolu olan və sahilində Kəlkətə şəhəri yerləşən Huqli çayı isə Benqal körfəzinə bilavasitə Hindistanın ərazisində tökülür.

Qanq və Brahmaputra hər il körfəzə təxminən 1000 million ton bərk hissəciklər gətirilər. Bu iki çayın yığıntıları ümumi delta və 16,5 km-ə qədər qalınlığla Banqladeşdən ekvatora istiqamətində uzanan və tərkibində son 17 milyon il ərzində toplaşan ən azı 1 130 trilyon ton sedimenti olan sualtı çöküntüləri formalaşdırıblar. Əgər bu sayda sedimentlər hər il daxil olmasaydı, Benqal körfəzi indikindən daha dərin ola bilərdi. Dünya okeanın çatan orqanikanın 8%-ını bu iki çay təşkil edir. Körfəzə yüksək miqdarda karbon tökülür, bu da zəngin nefttəbii qaz ehtiyatlarının yaranmasına səbəb olub.

Benqaliyadan cənubda körfəzə Mahanadı, Qodovari, KrişnaKaveri çayları tökülür. Həm də buraya çoxlu kiçik çaylar da tökülür. İravadi çayı şimaldan cənuba axır və Benqal körfəzinin Andaman dənizinə tökülür. Həmçinin onun deltasında böyük manqrov meşəsi yerləşir.

Dəniz limanları

[redaktə | mənbəni redaktə et]

Dünyanın ən iri limanlarından bəziləri Körfəzin sahillərində yerləşir: Çittaqonq (Banqladeş), VisakhapatnamÇennai (ikisi də Hindistana məxsusdu). Həmçinin böyük limanlardan Monqla, KəlkətəYanqon adlarını çəkmək olar.

Visakhapatnam limanı

Körfəzin sahilində çoxlu adalar yerləşir, onlardan ən böyükləri Andaman, NikobarMyey adalarıdı. Myanma sahilləri yaxınlığında yerləşən Çeduba ada qrupunda fəaliyyət göstərən çoxlu palçıq vulkanları yerləşir. Böyük Andaman Andaman adalarının əsas arxipelaqıdır.

572 sayında olan Andaman və Nikobar adalarının yalnız 37-sində (6,5%) insanlar toplum şəklində məskunlaşıb.[3]

Benqal körfəzi Hind okeanın kənar dənizi sayılır.

Benqal körfəzi böyük Hind-Avstraliya plitəsinin hissəsi olan və yavaş-yavaş şimal istiqamətində hərəkət edən Hind plitəsində yerləşir. Plitə Yava çökəkliyində Birman plitəsi ilə toqquşur. AndamanNikobar adaları Birma plitəsinin bir hissəsidir. Toqquşma zonasında iki plitənin sürtünməsi təzyiqi və temperaturu yüksəldir, bu isə vulkanların yaranması ilə nəticələnir. Subduksiya zonasında yığılmış gərginliyin artması 2004-cü ildə Hind okeanında baş verən zəlzələ və sunaminin səbəbi olmuşdur.[4]

Körfəzin coğrafi vəziyyəti
  Hind plitəsi qırmızı rənglə boyanıb
  Hind-Avstraliya plitəsi narıncı rənglə boyanıb

Dəniz bioloqiyası

[redaktə | mənbəni redaktə et]

Benqal körfəzi dünyanın ən böyük 64 dəniz eksosistemlərin biri sayılır. Bioloji müxtəlifliyi mərcan rifləri, manqrov meşələri və çayların dəhnələrindən ibarətdir

Zeytun tısbağası

Dəniz sakinlərindən burada barrakudalar, zolaqlı tuneslər, sarıüzgəc tuneslər, balinaların və s. adlarını çəkmək olar. Hindistanın "Qahirmatxa" adlı dəniz qoruğunda zeytun dəniz tısbağaların yumurta qoyduğu yerlərin qorunması təmin olunur

Böyük Nikobar biosfer qoruğunda dəniz faunasının bir çox təmsilçiləri qorunur, məsələn: yallı timsah, dəri kürəkli tısbağa və s.

Sundarban milli qoruğunda Qanqın deltasında olan manqrov meşələlərin qorunması üçün tədbirlər görülür.[5][6]

Fiziki okeanoqrafiya, Benqal körfəzinin klimatı

[redaktə | mənbəni redaktə et]

Yanvardan oktyabra qədər hava kütlələrinin şimal tərəfə və saat əqrəbinin fırlanma istiqamətində hərəkəti müşahidə olunur, və bu təbiət hadisəsi Şərq-Hind cari hərəkatı adlanır. Bunun nəticəsində şimal-qərb istiqamətində hərəkət edən mussonlar əmələ gəlir. Bu külək may ayından AndamanNikobar adalarının üzərinə əsir, iyunun sonunda isə Hindistanın şimal-şərq sahillərinə.

Qalan başqa vaxtlarda isə hava kütlələrinin istiqaməti saat əqrəbinə əks istiqamətdə hərəkət edir, bu sirkulyasiyanın adı Şərq-Hind şırnaqlı qış hərəkəti adlanır. Sentyabrdan dekabra qədər davam edən mussonlar Hindistanın şərginə əhəmiyyətli təsir göstərir.[7]

  1. "tökülən çaylar". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-29.
  2. "Dünyanın ən uzun çimərliyi". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-29.
  3. The long stretch of sand glistening like silver dust Arxivləşdirilib
  4. Tsunami Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine URL access 21 January 2007
  5. 17 Bay of Bengal Arxivləşdirilib 14 iyun 2007-ci il. URL accessed 21 January 2007
  6. Zipcode Zoo Bodianus neilli (Bay of Bengal Hogfish) Arxivləşdirilib 30 may 2008-ci il. URL accessed 21 January 2007
  7. Glossary of Physical Oceanography Ba-Bm Arxivləşdirilib 18 oktyabr 2007-ci il. URL accessed 21 January 2007