Hind okeanı — Vikipediya
Hind okeanı | |
---|---|
Koordinatlar | 20° c. e. 80° ş. u.HGYO |
Etmologiyası | Hindistan |
Hissəsidir | Dünya okeanı |
Səthinin sahəsi |
|
Maksimum dərinliyi | 7.450 m, 3.711 m |
Su həcmi | 282.650.000 km³ |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Hind Okeanı — dünyanın sahəsinə görə üçüncü okeanı. Yer səthinin təqribən 20%-ini tutur. Qərbdən Afrika və Ərəbistan yarımadası, şimaldan Asiya, şərqdən isə Hindçin yarımadası, Zond adaları və Avstraliya ilə əhatə olunur. Sahəsi Qırmızı dəniz və Fars körfəzi ilə birlikdə 70,560,000 km2-dir. Bu okean dünyada sahəsinə görə 3-cü yeri tutur. Ekvatora yaxın ərazilərdə sahəsi kiçikdir. Burada suyun orta temperaturu 17°C-dir. Bunun səbəbi, dalğaların Şimaldan gələn küləklərin qarşısını kəsməsidir. Ən dərin hissəsi Zond çökəkliyidir.
Ümumi təsviri
[redaktə | mənbəni redaktə et]Okeanlar |
---|
Dünya okeanı |
Dənizləri Andaman dənizi, Ərəbistan dənizi, Arafur dənizi, Qırmızı dəniz, Lakkadiv dənizi, Timor dənizi və Fars körfəzidir (dəniz hesab olunur).
Körfəzləri Benqal, İran, Ədən, Oman, Böyük Avstraliya, Karpentariya, Spenser, körfəzidir.
BoğazlarıMozambik boğazı, Səkkizinci Dərəcə boğazı, Doqquzuncu Dərəcə boğazı, Onuncu Dərəcə boğazı, Dunkan boğazı, Polk boğazı, Qubal boğazı, Ekvatorial keçidi (boğaz), Huvadu boğazı, Cohor boğazıdır. Bu okean dünyanın ən böyük 3-cü okeanıdır. Eyni zamanda burada Kergelen adaları və Krakatau vulkanı yerləşir. Buradan Cənubi Passat, Somali, Qərb küləkləri cərəyanları keçir.