Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi — Vikipediya

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi
BMT-nin Nizamnaməsi
BMT-nin Nizamnaməsi
Hazırlanma tarixi 14 avqust 1941
İmzalanma tarixi 26 iyun 1945
İmzalanma yeri San-Fransisko, Kaliforniya, ABŞ ABŞ
Qüvvəyə minməsi 24 oktyabr 1945
 • şərtləri Çin, Fransa, Sovet İttifaqı, Böyük Britaniya, ABŞ və digər imzalayan dövlətlərin əksəriyyəti tərəfindən ratifikasiya.
Tərəflər 193
Dilləri yapon dili, ingilis dili, isveç dili, Çin dili, rus dili, fransız dili
Veb-saytı treaties.un.org/doc/Publ…

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və ya BMT-nin Nizamnaməsibeynəlxalq hökumətlərarası təşkilat olan BMT-nin 1945-ci ildə imzalanmış təsis sənədi.[1] BMT Nizamnaməsi vətəndaşların əsas insan hüquqlarının qorunmasına dair öhdəliyi ifadə edərək, "daha yüksək yaşayış standartlarının olmasına yardım göstərmək", "iqtisadi, sosial, sağlamlıq və əlaqədar problemləri həll etmək" və "irqindən, cinsindən, dilindəndinindən asılı olmayaraq hər kəsin hüquqlarına və fundamental azadlıqlarına universal hörmət və rifahı təmin etmək" kimi ali prinsipləri nəzərdə tutur.[2] Təsis sənədi olduğundan Nizamnamə bütün üzv dövlətlər üçün məcburidir. Həmçinin, Nizamnamənin 103-cü maddəsinə görə, onun hüquqi qüvvəsi bütün digər beynəlxalq müqavilələrin hüquqi qüvvəsindən üstündür.[1][3]

Nizamnamə 26 iyun 1945-ci ildə imzalanmaq üçün açıq elan edilmişdir və elə həmin gün 51 həqiqi üzv dövlətin 50-si tərəfindən San-Fransiskoda, ABŞ-də imzalanmışdır (həqiqi üzv olan Polşa konfransda təmsil olunmamış və iki ay sonra sənədi imzalamışdır). Nizamnamə 24 oktyabr 1945-ci ildə müvafiq dövlətlər tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minmişdir. Həmin dövlətlərə BMT-nin Təhlükəsizlik Şurasının həqiqi beş daimi üzvüÇin Respublikası (1949-cu ildən Çin Xalq Respublikası), Fransa Respublikasının Müvəqqəti Hökuməti (daha sonra onu DördüncüBeşinci Fransa Respublikası əvəz etmişdir), Sovet Sosialist Respublikaları İttifaqı (daha sonra Rusiya Federasiyası onu əvəz etmişdir), Böyük Britaniya, ABŞ və digər imzalayan dövlətlərin əksəriyyəti daxildir. Bu vaxt, Hiroşima və Naqasakinin atom bombardmanı müvafiq olaraq 6 və 9 avqustda reallaşdı; bu yeni silah müharibəsinin tətbiqi BMT Nizamnaməsinin elan edildiyi təhlükəsizlik mühitini tamamilə dəyişdi. Hazırda dünyanın əksər dövlətləri Nizamanməni ratifikasiya etmişdir.

Sonralar 24 oktyabr Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Birləşmiş Millətlər Təşkilatı Günü elan olunmuşdur.[4]

Nizamnamənin üz qabığında görünən Birləşmiş Millətlər Təşkilatının mövcud loqosunun prototipi.

Nizamnamə preambuladan və maddələrin əks olunduğu fəsillərdən ibarətdir.[1]

Preambula iki əsas hissədən ibarətdir. Birinci hissədə sülhün və beynəlxalq təhlükəsizliyin qorunması və insan hüquqlarına hörmət edilməsi üçün ümumi çağırış əks olunub. Preambulanın ikinci hissəsi isə bəyan edir ki, BMT dövlətlərinin hökumətləri Nizamanməni qəbul etmişdir və bu, insan hüquqları ilə əlaqədar ilk beynəlxalq sənəddir.

  • I Fəsil Birləşmiş Millətlər Təşkilatının məqsədlərini, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasının vacib şərtlərini əks etdirir.
  • II Fəsil Təşkilata üzvlük meyarlarını müəyyən edir.
  • III–XV Fəsillər sənədin əsas hissəsi olub BMT-nin orqanları və qurumlarını və onların səlahiyyətlərini təsvir edir.
  • XVI və XVII fəsillər BMT-nin mövcud beynəlxalq hüquqla inteqrasiyası üçün tədbirləri nəzərdə tutur.
  • XVIII və XIX fəsillər Nizamnaməyə düzəliş edilməsi və ratifikasiyası qaydalarını tənzimləyir.

Aşağıdakı fəsillər BMT qurumlarının səlahiyyətlərini müəyyən edir:

  • VI Fəsil Təhlükəsizlik Şurasının araşdırmaq və mübahisələrə vasitəçilik etmək səlahiyyətini əks etdirir;
  • VII Fəsil Təhlükəsizlik Şurasının iqtisadi, diplomatik və hərbi sanksiyalara, eləcə də hərbi qüvvələrin istifadəsinə icazə vermək və mübahisələri həll etmək səlahiyyətini əks etdirir;
  • VIII Fəsil regional sazişlərin müvafiq regionda sülhün və təhlükəsizliyin qorunmasını təmin etməsinə zəmin yaradır;
  • IX və X Fəsillərdə BMT-nin iqtisadi və sosial əməkdaşlıq üzrə səlahiyyətləri və bu səlahiyyətlərə nəzarət edən İqtisadi və Sosial Şura təsvir edilmişdir;
  • XII və XIII Fəsillər dekolonizasiyaya nəzarət edən Qəyyumluq Şurasını əks etdirir;
  • XIV və XV Fəsillər müvafiq olaraq Beynəlxalq Ədalət MəhkəməsiBirləşmiş Millətlər Təşkilatının Katibliyinin səlahiyyətlərini təsbit edir.
  • XVI Fəsil: Müxtəlif müddəalar, XVII Fəsil: İkinci Dünya müharibəsi ilə əlaqədar Keçid dövründə təhlükəsizlik üzrə tədbirlər, XVIII Fəsil: Nizamnaməyə düzəliş prosesi və XIX Fəsil: Nizamnamənin ratifikasiyası ilə bağlı müddaəları tənzimləyir.
ABŞ-nin İkinci Dünya Müharibəsinə aid afişasında BMT Nizamanməsinin Preambulası əks olunub.

Preambulanın mətni aşağıdakı kimidir:[5][6] (Tərcümə Lətif Hüseynova məxsusdur)[7]

BİZ, BİRLƏŞMİŞ MİLLƏTLƏRİN XALQLARI,
  • gələcək nəsilləri, həyatımızda iki dəfə bəşəriyyətə sözlə deyilə bilməyən bəlalar gətirmiş müharibənin müsibətlərindən xilas etmək və
  • əsas insan hüquqlarına, insan şəxsiyyətinin ləyaqət və dəyərinə, kişi və qadınların, böyük və kiçik millətlərin hüquq bərabərliyinə inamı yenidən təsdiq etmək və
  • ədalətin və müqavilələrdən və beynəlxalq hüququn digər mənbələrindən irəli gələn öhdəliklərə hörmətin bərqərar ola bildiyi şərait yaratmaq və
  • sosial tərəqqiyə və daha artıq azadlıq şəraitində daha yüksək yaşayış standartlarının olmasına yardım göstərmək,
VƏ BU MƏQSƏDLƏRİ DƏ
  • mehriban qonşular kimi səbirlilik nümayiş etdirmək və birlikdə, bir-biri ilə dinc yaşamaq və
  • beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq üçün öz gücümüzü birləşdirmək və
  • prinsiplər qəbul etmək və metodlar müəyyənləşdirməklə, silahlı qüvvələrin ümumi mənafedən başqa ayrı bir halda tətbiq olunmamasını təmin etmək və
  • bütün xalqların iqtisadi və sosial tərəqqisinə yardım göstərmək üçün beynəlxalq mexanizmdən istifadə etmək
ƏZMİNDƏ OLARAQ, BU MƏQSƏDLƏRƏ NAİL OLMAQ ÜÇÜN ÖZ SƏYLƏRİMİZİ BİRLƏŞDİRMƏK QƏRARINA GƏLDİK.

Buna uyğun olaraq, bizim müvafiq hökumətlərimiz. San-Fransisko şəhərində toplaşmış və özlərinin, yaxşı və lazımi formada olduğu müəyyən edilmiş səlahiyyətlərini təqdim etmiş nümayəndələr vasitəsilə. Birləşmiş Millətlərin hazırkı Nizamnaməsinə razılıq verdik və bununla Birləşmiş Millətlər adlanmalı olan beynəlxalq təşkilat yaradırıq.

"BİZ, BİRLƏŞMİŞ MİLLƏTLƏRİN XALQLARI"

Baxmayaraq ki, Preambula Nizamnamənin ayrılmaz tərkib hissəsidir, o, üzv dövlətlər üçün heç bir hüquq və vəzifə müəyyən etmir. Preambula Təşkilatın təsisçilərinin bəzi əsas məqsədlərini vurğulayaraq Nizamnamənin müddəaları üçün təsviri xarakter daşıyan bir təlimat rolunu oynayır.[8]

I Fəsil: Məqsəd və Prinsiplər

[redaktə | mənbəni redaktə et]

Birləşmiş Millətlər Təşkilatının aşağıdakı məqsədləri vardır:[1]

  1. Beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq və bu məqsədlə: sülhə təhlükənin qarşısını almaq və aradan qaldırmaq üçün və təcavüz aktlarım və digər sülhün pozulması hallarını yatırtmaq üçün səmərəli kollektiv tədbirlər görmək və sülhün pozulmasına gətirib çıxara bilən beynəlxalq mübahisə və situasiyaların dinc vasitələrlə, ədalət və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq nizamlanmasına və ya həll olunmasına müvəffəq olmaq;
  2. Millətlər arasında, xalqların hüquq bərabərliyiöz müqəddəratını təyin etməsi prinsipinə hörmət əsasında dostluq münasibətləri inkişaf etdirmək, universal sülhün möhkəmləndirilməsi üçün digər müvafiq tədbirlər görmək;
  3. İqtisadi, sosial, mədəni və ya humanitar xarakterli beynəlxalq problemlərin həll edilməsində və irqinə, cinsinə, dilinə və ya dini mənsubiyyətinə fərq qoyulmadan bütün insanların əsas hüquq və azadlıqlarına hörmətin dəstəklənməsində və həvəsləndirilməsində beynəlxalq əməkdaşlığa nail olmaq və
  4. Bu ümumi məqsədlərə çatmaq üçün millətlərin hərəkətlərini uzlaşdırmaq üçün mərkəz rolunu oynamaq.

1-ci maddədə bəyan edilmiş məqsədlərə nail olmaq üçün Təşkilat və onun Üzvləri aşağıdakı prinsiplərə uyğun olaraq hərəkət edirlər:[1]

  1. Təşkilat onun bütün Üzvlərinin suveren bərabərliyi prinsipinə əsaslanır.
  2. Bütün Üzvlər, Təşkilata üzvlükdən irəli gələn hüquq və üstünlükləri özlərinə təmin etmək üçün, bu Nizamnaməyə uyğun olaraq üzərlərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirirlər.
  3. Bütün Üzvlər öz beynəlxalq mübahisələrini dinc vasitələrlə o qaydada həll edirlər ki, beynəlxalq sülh və təhlükəsizlik və ədalət təhlükəyə məruz qalmasın.
  4. Bütün Üzvlər öz beynəlxalq münasibətlərində, hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı və ya Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinirlər.
  5. Bütün Üzvlər Təşkilata, onun bu Nizamnaməyə uyğun olaraq gördüyü istənilən tədbirdə hər cür yardım göstərirlər və əleyhinə Birləşmiş Millətlər tərəfindən preventiv və ya məcburiyyət tədbiri görülən istənilən dövlətə yardım göstərməkdən çəkinirlər.
  6. Təşkilat təmin edir ki, onun üzvü olmayan dövlətlər, bunun beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri ola bildiyi dərəcədə, bu prinsiplərə uyğun hərəkət etsinlər.
  7. Bu Nizamnamənin heç bir müddəası Birləşmiş Millətlərə səlahiyyət vermir ki, hər hansı bir dövlətin əsas etibarilə daxili yurisdiksiyasında olan məsələlərə müdaxilə elsin və ya Üzvlərdən tələb elmir ki, belə məsələləri bu Nizamnamədə müəyyən olunmuş qaydada həll olunmaq üçün təqdim etsinlər; lakin bu prinsip VII fəslə müvafiq olaraq məcburiyyət tədbirlərinin tətbiqinə xələl gətirmir.[1]

II Fəsil: Təşkilata üzvlük

[redaktə | mənbəni redaktə et]

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin II Fəsli Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə aid məsələləri tənzim edir.

III Fəsil: Orqanlar

[redaktə | mənbəni redaktə et]
  1. Birləşmiş Millətlər Təşkilatının əsas orqanları kimi qurulmuşdur: Baş Məclis, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Qəyyumluq Şurası, Beynəlxalq Ədalət Məhkəməsi və Katiblik.
  2. Zəruri hesab edilə bilən köməkçi orqanlar bu Nizamnaməyə uyğun olaraq yaradıla bilər.

IV Fəsil: Baş Məclis

[redaktə | mənbəni redaktə et]

V Fəsil: Təhlükəsizlik Şurası

[redaktə | mənbəni redaktə et]

TƏRKİBİ

Maddə 23

  1. Təhlükəsizlik Şurası on beş Təşkilat Üzvündən ibarətdir. Çin Respublikası, Fransa, Sovet Sosialist Respublikaları İttifaqı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı və Amerika Birləşmiş Ştatları Təhlükəsizlik Şurasının daimi üzvləridir. Baş Məclis Təşkilatın digər on Üzvünü Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi seçir; bu zaman ilk növbədə Təşkilatın Üzvlərinin beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına və Təşkilatın digər məqsədlərinə nail olunmasına verdiyi töhfəyə və habelə ədalətli coğrafi bölgüyə lazımi diqqət yetirilir.
  2. Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri iki il müddətinə seçilir. Qeyri-daimi üzvlərin. Təhlükəsizlik Şurasının üzvlərinin sayı on birdən on beşə artdıqdan sonra keçirilən ilk seçkisində dörd əlavə üzvdən ikisi bir il müddətinə seçilir. Şuranın üzvlüyündən çıxan dövlətin dərhal yenidən seçilmək hüququ yoxdur.
  3. Təhlükəsizlik Şurasının hər bir üzvünün bir nümayəndəsi olur.

FUNKSİYALARI VƏ SƏALHİYYƏTLƏRİ

Maddə 24

  1. Birləşmiş Millətlərin cəld və səmərəli hərəkətlərini təmin etmək üçün onun Üzvləri beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına görə başlıca məsuliyyəti Təhlükəsizlik Şurasının üzərinə qoyurlar və razılaşırlar ki, bu məsuliyyətdən irəli gələn vəzifələrini yerinə yetirərkən Təhlükəsizlik Şurası onlann adından çıxış edir.
  2. Öz vəzifələrini icra edərkən Təhlükəsizlik Şurası Birləşmiş Millətlərin məqsəd və prinsiplərinə uyğun olaraq hərəkət edir. Bu vəzifələri icra etmək üçün Təhlükəsizlik Şurasına verilmiş konkret səlahiyyətlər VI, VII, VIII və XII fəsillərdə öz əksini tapmışdır.
  3. Təhlükəsizlik Şurası Baş Məclis tərəfindən baxılmaq üçün ona illik və lazım olduqda, xüsusi məruzələr təqdim edir.

Maddə 25

Birləşmiş Millətlərin Üzvləri razılaşırlar ki, bu Nizamnaməyə uyğun olaraq Təhlükəsizlik Şurasının qərarlarına tabe olsunlar və onlan yerinə yetirsinlər.

Maddə 26

Dünyanın insan və iqtisadi resurslarını silah işi üçün on az miqdarda ayırmaqla, beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına və qorunub saxlanmasına dəstək vermək məqsədilə Təhlükəsizlik Şurası, 47-ci maddədə nəzərdə tutulmuş Hərbi Qərargah Komitəsinin köməyi ilə Birləşmiş Millətlərin Üzvlərinə təqdim olunmaq üçün silahlann nizama salınması sisteminin yaradılması üzrə planların tərtib edilməsinə görə məsuliyyət daşıyır.

SƏSVERMƏ

Maddə 27

  1. Təhlükəsizlik Şurasının hər bir üzvü bir səsə malikdir.
  2. Təhlükəsizlik Şurasının prosedur məsələlər üzrə qərarlan doqquz üzvün lehinə səs verməsi ilə qəbul olunur.
  3. Təhlükəsizlik Şurasının bütün digər məsələlər üzrə qərarları, daimi üzvlərin uyğun gələn səsləri də daxil olmaqla, doqquz üzvün lehinə səs verməsi ilə qəbul olunur; nəzərə alınmalıdır ki, VI fəslin əsasında və 52-ci maddənin 3-cü bəndinin əsasında qərarlar qəbul olunan zaman mübahisənin tərəfi olan dövlət səsvermədə iştirak etməməlidir.

PROSEDUR

Maddə 28

  1. Təhlükəsizlik Şurası elə təşkil olunur ki, fasiləsiz fəaliyyət göstərə bilsin. Təhlükəsizlik Şurasının hər bir üzvü bu məqsədlə Təşkilatın olduğu yerdə hər an təmsil olunmalıdır.
  2. Təhlükəsizlik Şurası mütəmadi iclaslar keçirir və bu iclaslarda onun üzvlərindən hər biri öz arzusu ilə hökumətin üzvü və ya hər hansı digər xüsusi təyin olunmuş nümayəndə vasitəsilə təmsil oluna bilər.
  3. Təhlükosizlik Şurası öz iclaslarını nəinki Təşkilatın olduğu yerdə, habelə onun fikrincə, işinə daha yaxşı kömək edən istənilən yerdə keçirə bilər.

Maddə 29

Təhlükəsizlik Şurası öz funksiyalarını yerinə yetirmək üçün zəruri hesab etdiyi köməkçi orqanlar yarada bilər.

Maddə 30

Təhlükəsizlik Şurası, öz Sədrini seçmək qaydası da daxil olmaqla, özünün prosedur qaydalarını müəyyən edir.

Maddə 31

Təhlükəsizlik Şurasının üzvü olmayan hər hansı Təşkilat Üzvü Təhlükəsizlik Şurasına təqdim olunmuş istənilən məsələnin müzakirəsində səsvermə hüququ olmadan iştirak edə bilər; belə bir iştirak Təhlükəsizlik Şurasının, həmin Üzv dövlətin maraqlarına xüsusilə toxunulduğunu hesab etdiyi istənilən halda mümkündür.

Maddə 32

Təhlükəsizlik Şurasının üzvü olmayan hər hansı Təşkilat Üzvü və ya Təşkilatın Üzvü olmayan hər hansı dövlət. Təhlükəsizlik Şurasında baxılan mübahisənin tərəfi olduqda, bu mübahisəyə aid olan müzakirədə, səsvermə hüququ olmadan, iştirak etmək üçün dəvət olunur. Təhlükəsizlik Şurası, Təşkilatın Üzvü olmayan dövlətin iştirakı üçün ədalətli hesab etdiyi şərtlər müəyyən edir.

VI Fəsil: Mübahisələrin Dinc Yolla Həll Olunması

[redaktə | mənbəni redaktə et]

VII Fəsil: Sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər

[redaktə | mənbəni redaktə et]

VIII Fəsil: Regional sazişlər

[redaktə | mənbəni redaktə et]

IX Fəsil: Beynəlxalq iqtisadi və sosial əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

X Fəsil: İqtisadi və Sosial Şura

[redaktə | mənbəni redaktə et]

XI Fəsil: Özü-özünü idarə etməyən ərazilərə dair bəyannamə

[redaktə | mənbəni redaktə et]

XII Fəsil: Beynəlxalq qəyyumluq sistemi

[redaktə | mənbəni redaktə et]

XIII Fəsil: Qəyyumluq Şurası

[redaktə | mənbəni redaktə et]

XIV Fəsil: Beynəlxalq Ədalət Məhkəməsi

[redaktə | mənbəni redaktə et]

XV Fəsil: Katiblik

[redaktə | mənbəni redaktə et]
  • Katiblik Baş Katibdən və Təşkilat üçün tələb olunan ştatdan ibarətdir.
  • Baş Katib Baş Məclisin, Təhlükəsizlik Şurasının, İqtisadi və Sosial Şuranın və Qəyyumluq Şurasının bütün iclaslarında fəaliyyət göstərir və bu orqanlar tərəfindən ona həvalə olunan digər funksiyaları icra edir.
  • Baş Katib Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında Baş Məclis tərəfindən təyin olunur.
  • Katibliyin heyəti Baş Katib tərəfindən Baş Məclisin müəyyən etdiyi qaydalara əsasən təyin olunur.
  • Katiblik BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşir.
  • Katibliyin tərkibinə, həmçinin, Bağdad, Banqkok, CenevrəSantyaqoda yerləşən regional komissiya katiblikləri də daxildir.

Katibliyin funksiyaları

[redaktə | mənbəni redaktə et]
  1. digər orqanlar tərəfindən müzakirə edilməsi və qərarlar qəbul edilməsini asanlaşdırmaq məqsədilə hesabatların və müxtəlif məlumatları, təhlilləri, tarixi tədqiqatları, siyasətə dair təklifləri və s. özündə əks etdirən digər sənədlərin hazırlanması.
  2. qanunvericilik orqanlarına və onların köməkçi orqanlarına yardım etmək.
  3. Baş Məclis və digər orqanlar üçün görüş xidmətlərinin təmin edilməsi.
  4. müxtəlif dildə BMT sənədlərinin verilməsi üçün redaksiya, tərcümə və sənəd bərpası xidmətlərinin təmin edilməsi.
  5. müxtəlif sahələrdə problemlərin həllində üzv dövlətlərə tədqiqatların aparılması və məlumatların verilməsinin təmin edilməsi.
  6. Baş Məclisin qəbul etdiyi statistik nəşrlərin, məlumat bülleteninin və analitik işin hazırlanması.
  7. beynəlxalq ictimaiyyət üçün narahatlıq doğuran mövzularda konfransların, ekspert qruplarının görüşlərinin və seminarın təşkil edilməsi.
  8. ölkələri inkişaf etdirmək üçün texniki yardımın göstərilməsi.
  9. Baş Məclis və ya Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilmiş ölkələrə, ərazilərə və ya bölgələrə xidmət missiyasının aydınlaşdırılması.

XVI Fəsil: Müxtəlif müddəalar

[redaktə | mənbəni redaktə et]

XVII Fəsil: Keçid dövründə təhlükəsizlik üzrə tədbirlər

[redaktə | mənbəni redaktə et]

XVIII Fəsil: Düzəlişlər

[redaktə | mənbəni redaktə et]

XIX Fəsil: Ratifikasiya və imzalama

[redaktə | mənbəni redaktə et]

Bu Nizamnamə Çin Respublikası, Fransa, Sovet Sosialist Respublikaları İttifaqı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı və Amerika Birləşmiş Ştatları və Nizamnaməni imzalamış digər dövlətlərin əksər hissəsi tərəfindən ratifikasiya sənədləri saxlanmağa verildikdən sonra qüvvəyə minir.

  1. 1 2 3 4 5 6 "Introductory Note". Un.org. 9 May 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 February 2013.
  2. Christopher N.J. Roberts. "William H. Fitzpatrick's Editorials on Human Rights (1949)". Quellen zur Geschichte der Menschenrechte [Sources on the History of Human Rights]. Human Rights Working Group in the 20th Century. June 2017. 7 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 November 2017.
  3. "Chapter XVI: Miscellaneous Provisions". 1 February 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 June 2017.
  4. "II sessiya, 168 nömrəli Qətnamə. 31 oktyabr 1947". 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07.
  5. "Charter of the United Nations and Statue of the International Court of Justice" (PDF). 25 February 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 February 2018.
  6. "Preamble". United Nations. 18 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2018.
  7. "[[Lətif Hüseynov|Hüseynov Lətif]], [[Beynəlxalq hüquq]]. Qanun nəşriyyatı, 2012" (PDF). 2018-12-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07.
  8. Report of the Rapporteur of Commission I/1 UNICO VI, pp 446–7, Doc. 944 I/1/34(1).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]