Boden gölü — Vikipediya

Boden gölü
alm. Bodensee‎, fr. Lac de Constance
Boden gölü
Boden gölü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 395,23 m
Eni 14 km
Uzunluğu 63 km
Sahil uzunluğu 273 km[1]
Sahəsi 536 km²
Həcmi 48,5 km³
Dərin yeri 254 m
Orta dərinliyi 90 m
Tökülən çay Reyn
Axan çay Reyn
Yerləşməsi
47°38′ şm. e. 9°22′ ş. u.HGYO
Ölkələr
Boden gölü xəritədə
Boden gölü
Boden gölü
Boden gölü xəritədə
Boden gölü
Boden gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boden (alm. Bodensee‎) Almaniya, İsveçrəAvstriya sərhədlərində yerləşən üç: Yuxarı (alm. Obersee‎), Aşağı (alm. Untersee‎) və Reyn hövzələrindən ibarət göl. Boden gölünün yatağı dəniz səviyyəsindən 395 m hündürlükdədir və sahəsi 536 km², uzunluğu 63 km, dərinliyi 254 m-dir. sahilləri təpəlik, lakin cənub şərq hissədə qayalıqdır. Gölün sahəsində bir neçə qoruq mövcuddur. bu göl Reyn çayı üçün həm mənsəb həm də mənbə sayılır. Göl yalnız sərt qışda donur. Bu gölün Almaniya sahilində Konstans və Fridrixhafen , Avstriya sahilində Bregens şəhərləri yerləşir.

Boden gölünün hövzəsi sonuncu buzlaşma dövründə Alp yamaclarındakı Reyn buzlağının əsasındsa formalaşmışdır. Onu əriyən buzlağı əriməsindən yarandığı hesab edilir.

Adının tarixçəsi

[redaktə | mənbəni redaktə et]

Yuxarı və Aşağı göl adları hələ Roma imperiyası zamanında verilmişdir. Aşağı göl (lat. Lacus Acronius) adı antik müəlliflər tərəfindən xatırlanır. Yuxarı gölə əvvəlcə (lat. Lacus Brigantinus) sonralar isə (lat. Lacus Venetus) və nəhayət (lat. Lacus Constantinus) adı verilmişdir. Orta əsrlərdə bu göl (lat. Lacus Bodamicus) adı ilə göstərilir. Bir çox Avropa ölkələrində Konstans gölü (fr. Lac de Constance, ing. Lake Constance, it. Lago di Costanza, port. Lago de Constança, isp. Lago de Constanza) kimi tanınır. (lat. Lacus Bodamicus) alman dilli xalqların dilində Bodensee, holland dilində Bodenmeer adlandırılır.

Güman edilir ki, gölün adı yaşayış məskəni olan Bodman sözündən götürülmüşdür. "Bodmanda yerləşən göl" = Bodman-See. Adın mənşəyi Bodanrük (lat. Bodanrück) yarımadası ilə də əlaqələndirilir[2]. Antik mənbələrində (tarixçi Taçikusa əsasən) Şvabiya hersoqluğunun mərkəzində yerləşdiyinə görə ona "Şvabiya dənizi" (alm. „Schwäbisches Meer“‎) də adlandırılır. Lakin bu halın qüsurlu oluğu söylənilir. Romalılar adətən Mare Suebicum dedikdə Boden gölünü yox Baltik dənizini nəzərdə tutduqları güman edilir.[3]

Göldə olan böyük adaların sayı 10-dur. Yuxarı gölə Maynau və Aşağı gölə isə Lindau adaları aiddirlər.

Göldə olan digər böyük ada isə Rayxenau adlanır və Ümumdünya irsinə aid edilir. Burada VIII əsrə aid Reixnau monastrı və ona aid icma yerləşmişdir. Ada özünün tərəvəzçilik təsərrüfatları ilə məşhurdur. Maynau Bernadotte ailəsinin şəxsi mülki sayılır. Lindau adasında eyniadlı qədim şəhər yerləşir.

Kiçik adalara Yuxarı göldə alm. Dominikanerinsel‎, Hoy, Verde, alm. Liebesinsel‎ və Mettnau yarımadası aiddirlər.

Nr. Insel Fläche (m²) Əhali İcma Gölün hissəsi Koordinatlar
1 Qalgenin 19. əsrdən yarımada (-) Lindau Yuxarı göl, Roytiner buxtası 47°33′00″ şm. e. 09°42′14″ ş. u.HGYO
2 Hoy 53 Lindau Yuxarı göl, Roytiner buxtası 47°32′57″ şm. e. 09°41′48″ ş. u.HGYO
3 Lindau 680000 3000 Lindau Yuxarı göl 47°32′47″ şm. e. 09°41′00″ ş. u.HGYO
4 Vasserburq 1720-ci ildən yarımada (27) Vasserburq Yuxarı göl 47°34′02″ şm. e. 09°37′46″ ş. u.HGYO
5 Maynau 447584 185 Konstans Yuxarı göl, Überlinger gölü 47°42′18″ şm. e. 09°11′46″ ş. u.HGYO
6 Dominikaner adası 18318 21 Konstans Yuxarı göl, Konstanser Trixter 47°39′51″ şm. e. 09°10′42″ ş. u.HGYO
7 Kopf, "Mittler və ya Lanqbohl" 31254 Konstans Aşağı göl, Reyn gölü 47°40′18″ şm. e. 09°07′32″ ş. u.HGYO
8 Lanqenrayn və ya Triboldingerbohl 135570 Konstans Aşağı göl, Reyn gölü 47°40′20″ şm. e. 09°07′22″ ş. u.HGYO
9 Rayxenau 4300000 3200 Rayxenau Aşağı göl 47°41′40″ şm. e. 09°03′48″ ş. u.HGYO
10 Liebes adası 2900 Radolfçell Aşağı göl, Çeller gölü 47°43′18″ şm. e. 09°00′19″ ş. u.HGYO
11 Verd adası 15854 9 Eşenç Aşağı göl, Reyn gölü 47°39′19″ şm. e. 08°52′00″ ş. u.HGYO
12 Mərkəzi Verdli 4000 Reyn üzərində Ştayn Aşağı göl, Reyn gölü 47°39′24″ şm. e. 08°51′57″ ş. u.HGYO
13 Aşağı Verdli 6000 Reyn üzərində Ştayn Aşağı göl, Reyn gölü 47°39′25″ şm. e. 08°51′50″ ş. u.HGYO
Boden gölü adaları 5637079 təxminən 6.400 6 icma

Boden gölündə sərnişin daşıyan sərhədyanı dövlətlərə (Almaniya, Avstriya, İsveçrə) və eyni zamanda "Boden gölü ağ donamasına" (alm. Weiße Flotte des Bodensees‎) aid gəmilər fəaliyyət göstərir. Donamanın ən qədim gəmisi 1913-cü ildə tikilmiş çarxlı "SD Hohentwiel"-dir.

  1. Bodensee-Daten.
  2. ↑ Rolf Zimmermann: Am Bodensee. Stadler Verlagsgesellschaft mbH. Konstanz 2004. ISBN 3-7977-0504-2, S. 5. (Bilder und Beschreibung der Städte rund um den Bodensee).
  3. Vgl: Karl Heinz Burmeister. Der Bodensee im 16. Jahrhundert. Montfort, Vierteljahreszeitschrift für Geschichte und Gegenwart Vorarlbergs. Jahrgang 2005, Heft 3. Seiten 228–262. pdf