Boyanka Kostova — Vikipediya

Boyanka Kostova
Şəxsi məlumatlar
Tam adı Boyanka Kostova
Vətəndaşlığı Bolqarıstan Bolqarıstan
Azərbaycan Azərbaycan
Doğum tarixi 10 may 1993(1993-05-10) (31 yaş)
Doğum yeri
Boyu 150 sm.
İdman növü Ağır atlet
Medallar

Boyanka Kostova (10 may 1993, Plovdiv[1]) — BolqarıstanıAzərbaycanı təmsil edən ağır atlet, 3 dəfə Dünya Çempionatının, 8 dəfə isə Avropa Çempionatının qalibi.[2]

Boyanka Kostova 2009-cu ilin aprelində Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. 15 yaşında Avropa Çempionatlarında debüt edən Boyanka Kostova ümumi nəticədə 180 Kg. (78+102) nəticə göstərdi. Bu nəticələrə əsasən Boyanka Kostova Avropa Çempionatını 15 idmançı sırasında beşinci pillədə başa vurdu. Həmin il Boyanka Kostova Tailandda baş tutan yeniyetmələr arasında Dünya Çempionatında birdən qaldırmada gümüş medala, təkanla qaldırmada qızıl medala sahib oldu, ümumi nəticədə isə turniri 186 Kg. (81+105) nəticə ilə qızıl medalla başa vurdu.

2010-cu ilin aprelində Boyanka Kostova Belarusda baş tutan Avropa Çempionatında mübarizə apardı. Birdən qaldırmada bürünc medala, təkanla qaldırmada isə gümüş medala sahib olan Boyanka Kostova ümumi nəticədə 199 Kg. (87+112) nəticə ilə Avropa Çempionatını gümüş medalla başa vurdu. Daha sonra Boyanka Kostova Bolqarıstanın Sofiya şəhərində baş tutan gənclər arasında Dünya Çempionatında mübarizə apardı. Birdən qaldırma turnirini üçüncü pillədə başa vuran Boyanka Kostova təkanla qaldırma turnirində hər üç cəhdində uğursuz oldu və gənclər arasında Dünya Çempionatını nəticəsiz başa vurdu.

Boyanka Kostova 2010-cu ilin avqustunda Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. Boyanka Kostova ümumi nəticədə turniri 192 Kg. (85+107) nəticə ilə qızıl medalla başa vurdu.

2011-ci ildə Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAAF) tərəfindən Boyanka Kostova Azərbaycan yığmasının heyətinə cəlb edildi. Həmin ilin noyabrında Boyanka Kostova Azərbaycanı Fransanın Paris şəhərində baş tutan Dünya Çempionatında təmsil elədi. Boyanka Kostova ümumi nəticədə 200 Kg. (92+108) nəticə ilə turniri 8-ci pillədə başa vurdu.

Boyanka Kostova 2012-ci ilin aprelində Antalya şəhərində baş tutan Avropa Çempionatında birdən qaldırmada gümüş, təkanla qaldırmada qızıl medallara sahib oldu. Ümumi nəticədə isə Boyanka Kostova 215 Kg. (98+117) nəticə ilə Avropa Çempionatının qalibi oldu. Həmin ilin avqustunda Boyanka Kostova Azərbaycanı Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Boyanka Kostova birdən qaldırma turnirində birinci cəhdində 100 kiloqramlıq ştanqın öhdəsindən gəldi.[3] Növbəti cəhdində Boyanka Kostova 103 kiloqramlıq ştanqın öhdəsindən gəldi.[3] Sonuncu cəhdində isə Boyanka Kostova 105 kiloqramlıq ştanqın öhdəsindən gəldi və birdən qaldırma turnirini 105-lıq nəticə ilə başa vurdu.[3] Təkanla qaldırma mərhələsində Boyanka Kostova birinci cəhdində 124 kiloqramlıq ştanq sifariş versə də, onun öhdəsindən gələ bilmədi.[3] Növbəti cəhdində həmin ştanqı qaldırmağı bacaran Boyanka Kostova üçüncü cəhdində 128 kiloqramlıq ştanq sifariş verdi.[3] Həmin ştanqı da qaldırmağı bacaran Boyanka Kostova təkanla qaldırma mərhələsini 128-lıq nəticə ilə başa vurdu.[3] Ümumi nəticədə isə Boyanka Kostova 233 (105+128) nəticə ilə London Olimpiadasını beşinci pillədə başa vurdu.[3] Bununla belə bir neçə il sonra Boyanka Kostovanın həmin nəticələri dopinqdən istifadə elədiyinə görə ləğv edildi.[3]

2014-cü ilin noyabrında Boyanka Kostova Qazaxıstanın Almatı şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Boyanka Kostova turniri 200 Kg. (91+109) nəticə ilə başa vurdu və Dünya Çempionatında yeddinci pillənin sahibi oldu. Həmin ilin noyabrında Boyanka Kostova həm də Kiprin Limasol şəhərində baş tutan U-23 Avropa Çempionatında mübarizə apardı. Birdə qaldırma turnirində qızıl, təkanla qaldırma turnirində isə gümüş medala sahib olan Boyanka Kostova ümumi nəticədə 203 Kg. (93+110) nəticə ilə U-23 Avropa Çempionatının qalibi oldu.

Karyerası ərzində Boyanka Kostovanın ən uğurlu mövsümü 2015-ci ildə oldu. Boyanka Kostova apreldə Gürcüstanın Tbilisi şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Birdən qaldırma və təkanla qaldırma turnirlərində qızıl medallara sahib olan Boyanka Kostova ümumi nəticədə 246 Kg. (109+137) nəticə göstərdi və növbəti dəfə Avropa Çempionatının qalibi oldu. Həmin ilin noyabrda isə Boyanka Kostova Birləşmiş Ştatların Hyuston şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Birdən qaldırma və təkanla qaldırma turnirlərini qızıl medallarla başa vuran Boyanka Kostova ümumi nəticədə 252 Kg. (112+140) nəticə ilə Dünya Çempionatının qalibi oldu.

Boyanka Kostova 2016-cı ilin aprelində Norveçin Forde şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Birdən qaldırma və təkanla qaldırma turnirlərində qızıl medallara sahib olan Boyanka Kostova ümumi nəticədə 235 Kg. (105+130) nəticə ilə üçüncü dəfə Avropa Çempionatının qalibi oldu. 2015-ci il Dünya Çempionatı və 2016-cı il Avropa Çempionatının nəticələrinə əsasən Boyanka Kostova olimpiya lisenziyasına sahib oldu. Amma Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAAF) adı dopinq qalmaqalında hallandığına görə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) tərəfindən Azərbaycan yığmasının 2 olimpiya lisenziyası ləğv edildi. Bununla da Boyanka Kostova 2016-cı ildə olimpiada da mübarizə apara bilmədi.

Bir müddət Dünya və Avropa Çempionatlarında çıxış eləməyən Boyanka Kostova 2021-ci ilin aprelində Rusiyada baş tutan Avropa Çempionatında mübarizə apardı. Birdən qaldırma və təkanla qaldırma turnirlərində qızıl medallara sahib olan Boyanka Kostova ümumi nəticədə 211 Kg. (95+116) nəticə ilə dördüncü dəfə Avropa Çempionatının qalibi oldu. Amma bir müddət sonra ondan götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi sabəbilə Boyanka Kostova qızıl medaldan məhrum edildi və 8 il müddətinə cəzalandırıldı.

Boyanka Kostova 2022-ci ildə Bolqarıstanın Plovdiv şəhərində qadağan olunan dərman preparatlarının satışında ittiham olunaraq həbs edildi.[4]

İl
Turnir
Ev sahibi
Birdən qaldırma
Təkanla qaldırma
Ümumi
Yer
1.
2.
3.
Nəticə
1.
2.
3.
Nəticə
2009 Avropa Çempionatı Rumıniya Rumıniya
75
78
80
5.
95
100
102
5.
180
5.
Yeniyetmələrin Dünya Çempionatı Tailand Tailand
76
79
81
2.
98
103
105
1.
186
1.
2010 Avropa Çempionatı Belarus Belarus
82
85
87
3.
103
107
112
2.
199
2.
Gənclərin Dünya Çempionatı Bolqarıstan Bolqarıstan
80
82
84
3.
99
100
101
N/A
Yeniyetmələrin Olimpiya Oyunları Sinqapur Sinqapur
78
82
85
1.
98
98
107
1.
192
1.
2011 Dünya Çempionatı Fransa Fransa
88
92
96
6.
108
115
115
13.
200
8.
2012 Avropa Çempionatı Türkiyə Türkiyə
95
98
98
2.
114
117
120
1.
215
1.
Olimpiya Oyunları Böyük Britaniya Birləşmiş Krallıq
100
103
105
3.
124
124
128
7.
233
5.
2014 Dünya Çempionatı Qazaxıstan Qazaxıstan
85
89
91
6.
105
109
109
8.
200
7.
U23 Avropa Çempionatı Kipr Kipr
88
91
93
2.
105
110
110
1.
203
1.
2015 Avropa Çempionatı Gürcüstan Gürcüstan
100
105
109
1.
125
132
137
1.
246
1.
Dünya Çempionatı ABŞ ABŞ
109
109
112
1.
136
140
140
1.
252
1.
2016 Avropa Çempionatı Norveç Norveç
95
100
105
1.
120
130
1.
235
1.
2021 Avropa Çempionatı Rusiya Rusiya
DQ
  1. 1 2 Sports-Reference.com (ing.).
  2. Olympedia.org. "Boyano KOSTOVA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  3. 1 2 3 4 5 6 7 8 Olympedia.org. "2012 Summer Olympics / Weightlifting / Lightweight (58 Kilograms) / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  4. Fanat.az İdman Agentliyi. "Dünya və Avropa çempionu həbs olunub". www.fanat.az (az.). 2022-08-30. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.